Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № 2(3-9)-579/2026 23.07.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və İmanov Cahid Fehruz oğlundan ibarət tərkibdə, Cəlalzadə Məleykə Nüsrət qızının katibliyi ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı "torpaq sahəsindən çıxarılma, maneələrin aradan qaldırılması və müdaxilənin qadağan edilməsi" tələbinə dair mülki iş üzrə Ağcabədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** saylı qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı "torpaq sahəsindən çıxarılma, maneələrin aradan qaldırılması və müdaxilənin qadağan edilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Ağcabədi rayon Aqrar İslahat Komissiyasının ##.##.1998-ci il tarixli, ** nömrəli qərarına əsasən ona və onun ailə üzvlərinə Ağcabədi rayonunun Yeni Qaradolaq kəndi ərazisindən 2,96 ha torpaq sahəsi verilmişdir. Torpağa mülkiyyət hüququna dair onların adlarına JN 0043 kod ******** nömrəli dövlət aktı verilmişdir. Sonradan həmin torpaq sahəsinə dair adlarına reyestr nömrəsi 608013065426, qeydiyyat nömrəsi 1722005549, qeydiyyat tarixi ##.##.2022-ci il olan (1,457 ha torpaq sahəsinə dair) və reyestr nömrəsi 608013065427, qeydiyyat nömrəsi 1722005546, qeydiyyat tarixi ##.##.2022-ci il olan (1,503 ha torpaq sahəsinə dair) Çıxarışlar verilmişdir. Cavabdeh ona və onun ailə üzvlərinə məxsus torpaq sahəsini özbaşına tutaraq istifadə edir. Bu səbəbdən torpaq sahəsindən sərbəst istifadə edə bilmirlər. Cavabdeh torpaq sahəsindən onların sərbəst istifadə etməsinə müdaxilə olunur və maneçilik törədir. Torpaq sahəsindən çıxarılması, maneələrin aradan qaldırılması və müdaxilənin qarşısının alınması cavabdehdən tələb olunsa da bu mümkün olmamışdır. Ona görə də iddianın təmin edilərək cavabdehin onlara məxsus 2,96 ha (1,457 ha + 1,503 ha) torpaq sahəsindən çıxarılması, cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılması və müdaxilənin cavabdehə qadağan edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəməyə daxil olmuş ərizə və ona əlavə olunmuş sənədlərdən görünür ki, iddiaçı İddiaçı ##.##.2025-ci il tarixdə Ağcabədi rayonunun Yeni Qaradolaq kəndində ölmüşdür. Hüquqi varis mərhum İddiaçı oğludur və sonuncu hüquq varisi kimi əvəz olunmasını xahiş etmişdir. Məhkəmə Hüquqi varis mərhum İddiaçı hüquq varisi kimi əvəz etmişdir. Birinci instansiya məhkəməsində icraat Ağcabədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** saylı qətnaməsi ilə (hakim Etibar Quliyev) iddia təmin edilmiş, cavabdeh Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsəlləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş (reyestr nömrəsi 608013065426, qeydiyyat nömrəsi 1722005549 və reyestr nömrəsi 608013065427, qeydiyyat nömrəsi 1722005546) Çıxarışlara əsasən mərhum İddiaçı və ailə üzvlərinin xüsusi mülkiyyətində olan Ağcabədi rayonu, Yeni Qaradolaq ərazi vahidinin ərazisində yerləşən 1,457 ha və 1,503 ha torpaq sahələrindən çıxarılması, cavabdeh tərəfindən torpaq sahəsindən istifadəyə yönəlmiş maneələrin aradan qaldırılması, torpaqdan istifadəyə yönəlmiş müdaxilələrin cavabdehə Cavabdeh qadağan edilməsi, aparılmış tədqiqatın dəyərini təşkil edən 100 manat məbləğində ekspertiza (mütəxəssis) xərci və dövlət rüsumuna görə ödənilmiş 100 manatın cavabdeh Cavabdeh alınaraq iddiaçı İddiaçı hüquq varisi Hüquqi varis ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; İş materiallarında olan: Torpağa mülkiyyət hüququna dair JN 0043 kod ******** nömrəli dövlət aktının surətindən görünür ki, Ağcabədi rayon Aqrar İslahat Komissiyasının ##.##.1998-ci il tarixli, ** nömrəli qərarına əsasən iddiaçı İddiaçı və onun ailə üzvlərinə Ağcabədi rayonunun Yeni Qaradolaq kəndi ərazisindən 2,96 ha torpaq sahəsi verilmişdir. Torpağa mülkiyyət hüququna dair onların adlarına JN 0043 kod ******** nömrəli dövlət aktı verilmişdir. Daşınmaz əmlakın reyestr nömrəsi 608013065426, qeydiyyat nömrəsi 1722005549, qeydiyyat tarixi ##.##.2022-ci tarixli Çıxarışın surətindən görünür ki, Ağcabədi rayonu, Yeni Qaradolaq kəndi ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı 1,457 ha torpaq sahəsi İddiaçı və ailə üzvlərinin mülkiyyətindədir. Daşınmaz əmlakın reyestr nömrəsi 608013065427, qeydiyyat nömrəsi 1722005546, qeydiyyat tarixi ##.##.2022-ci il tarixli Çıxarışın surətindən görünür ki, Ağcabədi rayonu, Yeni Qaradolaq kəndi ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı 1,503 ha torpaq sahəsi İddiaçı və ailə üzvlərinin mülkiyyətindədir. ##.##.2025-ci il tarixli, *-**-*-**/*-****/**** nömrəli mütəxəssis rəyindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsəlləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş (reyestr nömrəsi 608013065426, qeydiyyat nömrəsi 1722005549) Çıxarışa əsasən mərhum İddiaçı və ailə üzvlərinin xüsusi mülkiyyətində olan Ağcabədi rayonu, Yeni Qaradolaq ərazi vahidinin ərazisində yerləşən 1,457 ha torpaq sahəsinin mövcud baza məlumatlarının əks olunduğu X5 Uçotu İnformasiya Sistemində (TEKUİS) qeyd olunan koordinatlara uyğun olaraq sərhədləri müəyyən edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsəlləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş (reyestr nömrəsi 608013065427, qeydiyyat nömrəsi 1722005546) Çıxarışa əsasən mərhum İddiaçı və ailə üzvlərinin xüsusi mülkiyyətində olan Ağcabədi rayonu, Yeni Qaradolaq ərazi vahidinin ərazisində yerləşən 1,503 ha torpaq sahəsinin mövcud baza məlumatlarının əks olunduğu X5 Uçotu İnformasiya Sistemində (TEKUİS) qeyd olunan koordinatlara uyğun olaraq sərhədlər müəyyən edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsəlləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş (reyestr nömrəsi 608013065426, qeydiyyat nömrəsi 1722005549 və reyestr nömrəsi 608013065427, qeydiyyat nömrəsi 1722005546) Çıxarışa əsasən mərhum İddiaçı və ailə üzvlərinin xüsusi mülkiyyətində olan Ağcabədi rayonu, Yeni Qaradolaq ərazi vahidinin ərazisində yerləşən 1,457 ha və 1,503 ha torpaq sahələri başqa şəxsin xüsusi mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşmür. Ağcabədi rayonu, Yeni Qaradolaq ərazi vahidinin ərazisində yerləşən mərhum İddiaçı və ailə üzvlərinin xüsusi mülkiyyətində olan 1,457 ha və 1,503 ha torpaq sahələri Cavabdeh tərəfindən əkin sahəsi kimi istifadə olunur. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Torpağa mülkiyyət hüququna dair JN 0043 kod ******** nömrəli dövlət aktına əsasən Ağcabədi rayon Aqrar İslahat Komissiyasının ##.##.1998-ci il tarixli ** nömrəli qərarına əsasən iddiaçı İddiaçı və onun ailə üzvlərinə Ağcabədi rayonunun Yeni Qaradolaq kəndi ərazisindən 2,96 ha torpaq sahəsi verilmişdir. Torpağa mülkiyyət hüququna dair onların adlarına JN 0043 kod ******** nömrəli dövlət aktı verilmişdir. Daşınmaz əmlakın reyestr nömrəsi 608013065426, qeydiyyat nömrəsi 1722005549, qeydiyyat tarixi ##.##.2022-ci tarixli və daşınmaz əmlakın reyestr nömrəsi 608013065427, qeydiyyat nömrəsi 1722005546, qeydiyyat tarixi ##.##.2022-ci il tarixli Çıxarışlara əsasən Ağcabədi rayonu, Yeni Qaradolaq kəndi ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı 1,457 ha və 1,503 ha torpaq sahələri İddiaçı və ailə üzvlərinin mülkiyyətindədir. Azərbaycan Respublikası Əmlak Məsəlləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş (reyestr nömrəsi 608013065426, qeydiyyat nömrəsi 1722005549) Çıxarışa əsasən mərhum İddiaçı və ailə üzvlərinin xüsusi mülkiyyətində olan Ağcabədi rayonu, Yeni Qaradolaq ərazi vahidinin ərazisində yerləşən 1,457 ha torpaq sahəsinin mövcud baza məlumatlarının əks olunduğu X5 Uçotu İnformasiya Sistemində (TEKUİS) qeyd olunan koordinatlara uyğun olaraq sərhədləri müəyyən edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsəlləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş (reyestr nömrəsi 608013065427, qeydiyyat nömrəsi 1722005546) Çıxarışa əsasən mərhum İddiaçı və ailə üzvlərinin xüsusi mülkiyyətində olan Ağcabədi rayonu, Yeni Qaradolaq ərazi vahidinin ərazisində yerləşən 1,503 ha torpaq sahəsinin mövcud baza məlumatlarının əks olunduğu X5 Uçotu İnformasiya Sistemində (TEKUİS) qeyd olunan koordinatlara uyğun olaraq sərhədləri müəyyən edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsəlləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş (reyestr nömrəsi 608013065426, qeydiyyat nömrəsi 1722005549 və reyestr nömrəsi 608013065427, qeydiyyat nömrəsi 1722005546) Çıxarışa əsasən mərhum İddiaçı və ailə üzvlərinin xüsusi mülkiyyətində olan Ağcabədi rayonu, Yeni Qaradolaq ərazi vahidinin ərazisində yerləşən 1,457 ha və 1,503 ha torpaq sahələri başqa şəxsin xüsusi mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşmür. Ağcabədi rayonu, Yeni Qaradolaq ərazi vahidinin ərazisində yerləşən mərhum İddiaçı və ailə üzvlərinin xüsusi mülkiyyətində olan 1,457 ha və 1,503 ha torpaq sahələri Cavabdeh tərəfindən əkin sahəsi kimi istifadə olunur. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələri, Torpaq Məcəlləsinin 84-cü maddəsi, İnsan Hüquqlarının və X4 Haqqında Konvensiyanın * saylı Protokolunun 1-ci maddəsi, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1, 152.1, 152.2, 152.3, 152.5, 158.1.2, 157.2, 157.4-cü maddələri Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2, 77.1, 217.4, 107, 119.1-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək Ağcabədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** saylı qətnaməsinin ləğv edilərək, iş üzrə icraata xitam verilməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, o, 2021-ci ildə iddiaçı İddiaçı cavabdehlər Cavabdeh və X1 qarşı "torpaq sahəsinin zəbt edilmiş hissəsindən çıxarılması, maneələrin aradan qaldırılması və müdaxilənin qarşısının alınması" tələbi ilə Ağcabədi Rayon Məhkəməsinə müraciət etmiş, məhkəmənin ##.##.2022-ci il tarixli *(***)-**/**** saylı qətnaməsi ilə (sədrlik edən hakim Etibar Quliyev) iddia tələbi təmin edilməmişdir. Belə ki, həmin işin materiallarına əlavə edilmiş ##.##.2021-ci il tarixli mütəxəssis rəyindən və Məhkəmə Ekspertizası Mərkəzinin ## ###### 2021-ci il tarixli ekspert rəyindən görünür ki, torpağa mülkiyyət hüququna dair JN 0043 kod ******** nömrəli dövlət aktına əsasən mülkiyyətdə olan Ağcabədi rayonunun Yeni Qaradolaq kəndi ərazisində yerləşən 2,96 ha torpaq sahəsi iki hissədən ibarətdir (1-ci hissə 1,46 ha və 2-ci hissə 1,50 ha) və torpaq sahəsinin sərhədləri sənədlərdə göstərilən ölçülərə uyğundur. İddiaçı İddiaçı torpağa mülkiyyət hüququna dair JN 0043 kod ******** nömrəli dövlət aktına əsasən mülkiyyətində olan Ağcabədi rayonunun Yeni Qaradolaq kəndi ərazisində yerləşən 2,96 ha torpaq sahəsi başqa torpaq mülkiyyətçiləri tərəfindən zəbt olunmayıb. İddiaçı İddiaçı torpağa mülkiyyət hüququna dair JN0043 kod ******** nömrəli dövlət aktına əsasən mülkiyyətində olan Ağcabədi rayonunun Yeni Qaradolaq kəndi ərazisində yerləşən 2,96 ha torpaq sahəsi o cümlədən 1,46 ha mübahisəli olan hissəsi başqa şəxslərə ayrılmış torpaq sahəsi ilə üst-üstə düşmür. İddiaçı İddiaçı Yeni Qaradolaq kəndi ərazisində yerləşən 2,96 ha 2 hissədən ibarət olan torpaq sahəsinin ümumi yola çıxışı mövcuddur. Gediş-gəliş yolundan sərbəst istifadə edir, hər hansı maneə yoxdur. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdirlər. Cavabdehin nümayəndəsi və vəkili Vəkil məhkəməyə ərizə ilə müraciət edərək məzuniyyətdə olmağı səbəbi ilə təyin edilmiş məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə tərkibi hesab edir ki, cavabdehin nümayəndəsi və vəkilinin məzuniyyətdə olması işə baxılmasının mütləq qaydada təxirə salınması üçün qanunla nəzərdə tutulmuş əsas hesab edilmir. Cavabdeh şəxs özü məhkəmə iclasında iştirak etmək, başqa nümayəndənin iştirakını təmin etmək imkanına malik olmuşdur. Məhkəmə iclasının yalnız nümayəndənin məzuniyyətdə olması əsası ilə təxirə salınması prosessual qənaətlilik və işlərə ağlabatan müddətdə baxılması prinsiplərinə uyğun deyildir. Odur ki, məhkəmə iclasının təxirə salınmasına zərurət yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə tərkibi tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ və digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. 140-cı maddəsinə görə reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir. 148.2-ci maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. 164.2-ci maddəsində göstərilir ki, sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. «R.Ağalarovun şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlara uyğunluğunun yoxlanılmasına dair» ## ######## 2007ci il tarixli qərarı; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Cavabdehin apellyasiya şikayətindən görünür ki, Ağcabədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** saylı qətnaməsinin ləğv edilərək, iş üzrə icraata xitam verilməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilibedilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olubolmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də məhkəmə tərkibi Ağcabədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** saylı qətnaməsinin apellyasiya şikayətinə münasibətdə apellyasiya şikayətlərinin dəlilləri həcmində- yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq mübahisəni düzgün olaraq yuxarıda qeyd edildiyi kimi həll etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ###### tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Apellyasiya şikayətinin əsas dəlili ondan ibarət olmuşdur ki,hazırkı mübahisə üzrə əvvəllər eyni predmet və eyni əsaslar üzrə məhkəmə baxışı keçirilmiş, ##.##.2022-ci il tarixli qətnamə ilə iddia tələbi təmin edilməmiş, həmin iş üzrə alınmış mütəxəssis və ekspert rəyləri ilə iddiaçıya məxsus torpaq sahəsinin başqa şəxslər tərəfindən zəbt edilmədiyi, başqa torpaq sahələri ilə üst-üstə düşmədiyi, habelə torpaq sahəsinə sərbəst giriş-çıxış imkanının mövcud olduğu müəyyən edilmişdir. Buna görə də birinci instansiya məhkəməsi əvvəlki məhkəmə aktı və həmin iş üzrə əldə edilmiş sübutlara lazımi hüquqi qiymət vermədən iddianı təmin etməklə səhv nəticəyə gəlmişdir. Məhkəmə tərkibi hesab edir ki, şikayətin dəlilləri əsassızdır. Belə ki, iş materiallarında olan Ağcabədi Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli, *(***)-**/**** saylı qətnaməsindən görünür ki, həmin iş üzrə iddiaçı İddiaçı cavabdehlər Cavabdeh və X1 qarşı torpaq sahəsinin zəbt edilmiş 1,45 ha hissəsindən çıxarılma, maneələrin aradan qaldırılması, müdaxilənin qarşısının alınması və əldə çıxmış faydaya görə pul tələbi irəli sürmüşdür. Həmin mülki iş üzrə məhkəmə araşdırmasının predmeti yalnız iddiaçının iddiasında göstərdiyi 1,45 ha torpaq sahəsinin zəbt olunubolunmaması məsələsi olmuş, məhkəmə tərəfindən əldə edilmiş ##.##.2021-ci il tarixli mütəxəssis rəyi və Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2021-ci il tarixli ekspert rəyi də məhz həmin torpaq sahəsi üzrə tədqiqat aparılmaqla verilmişdir. Həmin rəylərdə yalnız göstərilən 1,45 ha torpaq sahəsinin başqa şəxslərə ayrılmış torpaq sahələri ilə üst-üstə düşmədiyi və zəbt edilmədiyi müəyyən edilmişdir. Halbuki hazırkı iş üzrə irəli sürülmüş iddia tələbinin predmeti əvvəlki işdən mahiyyət etibarilə fərqlənir. Hazırkı işdə iddiaçı cavabdehin daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışlarla fərdiləşdirilmiş və hüquqi sərhədləri müəyyən edilmiş 1,457 ha və 1,503 ha olmaqla ümumilikdə 2,96 ha torpaq sahəsindən çıxarılmasını, həmin torpaq sahələrindən istifadəyə yaradılmış maneələrin aradan qaldırılmasını və gələcəkdə müdaxilə edilməsinin qadağan olunmasını tələb etmişdir. Məhkəmə tərkibi qeyd edir ki, əvvəlki iş üzrə mübahisənin predmeti olan 1,45 ha torpaq sahəsi ilə hazırkı iş üzrə mübahisələndirilən 1,457 ha və 1,503 ha torpaq sahələri eyniləşdirilə bilməz. Hər iki iş üzrə iddia tələbləri zahirən oxşar olsa da, onların yönəldiyi konkret torpaq sahələri, həmin sahələrin hüquqi fərdiləşdirilməsi və araşdırmanın predmeti fərqlidir. Məhz bu səbəbdən əvvəlki iş üzrə verilmiş mütəxəssis və ekspert rəylərinin nəticələri hazırkı mübahisə üzrə heç bir əlavə araşdırma aparılmadan tətbiq edilə bilməz. Bundan başqa, hazırkı iş üzrə iddia tələbi daşınmaz əmlakın dövlət reyestrindən verilmiş ##.##.2022-ci il tarixli çıxarışlarla müəyyən edilmiş torpaq sahələrinə əsaslanmış, həmin çıxarışlarda göstərilən koordinatlar əsasında ##.##.2025-ci il tarixli *-**-*-**/*-****/**** nömrəli mütəxəssis rəyi əldə edilmişdir. Həmin rəydə çıxarışlarda əks olunan koordinatlar X5 Uçotu İnformasiya Sistemində (TEKUİS) yoxlanılmış, iddiaçıya məxsus 1,457 ha və 1,503 ha torpaq sahələrinin sərhədləri müəyyən edilmiş, həmin torpaq sahələrinin başqa şəxslərin mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşmədiyi, eyni zamanda göstərilən torpaq sahələrindən faktiki olaraq cavabdeh Cavabdeh əkin sahəsi kimi istifadə etdiyi müəyyən edilmişdir. Beləliklə, əvvəlki mülki iş üzrə ekspertiza ilə hazırkı iş üzrə mütəxəssis rəyi eyni faktiki vəziyyəti deyil, müxtəlif predmetləri əhatə etmişdir. Əvvəlki işdə araşdırılan torpaq sahəsi ilə hazırkı işdə çıxarılması tələb olunan torpaq sahələri eyni olmadığından, əvvəlki ekspert rəyinin nəticələri hazırkı iş üzrə preyudisial əhəmiyyət kəsb etməməklə həmin rəylər hazırkı iş üzrə əldə edilmiş yeni sübutları təkzib edən sübut kimi qəbul edilə bilməz. Mülki prosessual qanunvericiliyin tələblərinə əsasən hər bir iş onun özünəməxsus faktiki halları və həmin iş üzrə təqdim olunmuş sübutlar əsasında həll edilməlidir. Hazırkı iş üzrə birinci instansiya məhkəməsi də məhz bu prinsipə uyğun olaraq işdə mövcud olan yeni çıxarışları, mütəxəssis rəyini və digər yazılı sübutları birlikdə qiymətləndirməklə cavabdehin iddiaçıya məxsus torpaq sahələrindən faktiki istifadə etməsi qənaətinə gəlmişdir. Məhkəmə tərkibi xüsusilə vurğulayır ki, hazırkı mübahisənin həlli baxımından əsas əhəmiyyət kəsb edən hal iddiaçının mülkiyyət hüququnun hazırda pozulubpozulmaması məsələsidir. Məhz sonuncu mütəxəssis rəyi ilə müəyyən edilmişdir ki, iddiaçıya məxsus torpaq sahələri cavabdehin faktiki istifadəsindədir. Bu isə cavabdehin həmin torpaq sahələrindən hüquqi əsas olmadan istifadə etməsini, nəticə etibarilə iddiaçının öz mülkiyyətindən sərbəst sahiblik və istifadə hüququnun məhdudlaşdırılmasını təsdiq edir. Nəzərə almaq lazımdır ki, mülkiyyət hüququ hər bir cəmiyyətin demokratik, stabil və dinamik inkişafını, eləcə də onun dayanıqlı və etibarlı olmasını şərtləndirən ən mühüm dəyərlərdən biridir. Mülkiyyət hüququ istifadə hüququna münasibətdə daha üstün hüquqdur və bu hüquqların kolliziyası (toqquşması) halında hər bir halda mülkiyyət hüququna üstünlük verilməlidir. Bu halda iddiaçı Mülki Məcəllənin 152.5-ci maddəsində təsbit olunmuş hüquqlarından istifadə etməklə cavabdehin mülkiyyətindən çıxarılmasını tələb etmək hüququna malikdir. Çünki həmin normaya görə mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. «R.Ağalarovun şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlara uyğunluğunun yoxlanılmasına dair» ## ######## 2007-ci il tarixli qərarında Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi hüquqi mövqeyini açıqlayaraq göstərmişdir ki, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Baxılan işdə iddianın təmin olunması üçün bu normada müəyyən olunmuş bütün dispozisiya şərtləri mövcuddur. İddiaçının tələbi hüquqdan sui-istifadə ilə əlaqədar deyildir. Qanunvericiliyin yuxarıda qeyd olunan normalarına uyğun olaraq məhkəmə tərkibi hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən iddiaya düzgün hüquqi qiymət verilmişdir. İddiaçının xüsusi mülkiyyətində olan torpaq sahəsi üzərində cavabdehlərin hər hansı hüquqlara malik olmadığı halda, həmin torpaq sahəsindən istifadə etməsi iddiaçının istifadəsinə maneçilik yaradır. Ona görə də, cavabdehin iddiaçıya məxsus əmlakdan iddiaçının faktiki istifadə etməsinə və ona sahiblik etməsinə qarşı yönəlmiş istənilən hərəkəti qanunsuz sayılmalı, cavabdeh torpaq sahəsidən çıxarılmalıdır. Məhkəmə tərkibinin qənaətinə görə iddianın təmin edilməməsi qanunvericiliyin yuxarıda göstərilən məqsədi, eləcə də məhkəmə müdafiəsi hüququnun tələbləri ilə uzlaşmır. Odur ki, məhkəmə tərkibi birinci instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iddianı təmin etməməklə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Beləliklə, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq təmin etmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Ağcabədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** saylı qətnaməsi cavabdeh Cavabdeh apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 216- 220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə tərkibi qət etdi: Cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Ağcabədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** saylı qətnaməsi cavabdeh Cavabdeh apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(3-9)-579/2026
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-9)-579/2026
23.07.2026 · Sair mülki iş - Maneənin aradan qaldırılması - Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver