Azərbaycan Respublikası adından QƏRARDAD Ağcabədi rayonu İş № 2(5-106)-112/2026 10.03.2026 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçı, Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı icarə hüququndan istifadəyə yönəlmiş maneələrin aradan qaldırılması və qanunsuz zəbt edilmiş torpaq sahəsindən çıxarılma tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Ağcabədi Rayon İcra Hakimiyyətinin mülkiyyətində olan Ağcabədi şəhəri inzibati ərazisi 29,60 ha ünvanında yerləşən, icarə hüququ üzrə qanuni istifadəsinə verilmiş 29,60 ha torpaq sahəsindən Cavabdeh çıxarılması və torpaq sahəsindən istifadəyə yönəlmiş maneələrin aradan qaldırılaraq torpaq sahəsinə müdaxilənin Cavabdeh qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, Ağcabədi Rayon İcra Hakimiyyətinin mülkiyyətində olan Ağcabədi şəhəri inzibati ərazisi 29,60 ha ünvanında yerləşən, 29,60 ha torpaq sahəsi icarə hüququ üzrə qanuni istifadəsinə onun istifadəsinə verilmişdir. Bunu təsdiq edən Əmlak Məsələləri Dövlət Xidməti Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-in 6 saylı Beyləqan ərazi idarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış da var. Lakin cavabdeh tərəfindən ona məxsus torpaq zəbt edildiyi üçün o, özünə məxsus torpaq sahəsindən istifadə edə bilmir. Cavabdehə dəfələrlə torpaq sahəsindən çıxması barədə xəbərdarlıq etməsinə baxmayaraq, cavabdeh torpaq sahəsindən istifadəni davam etdirmiş və torpaq sahəsindən çıxmamışdır. Ona görə də, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh vəsatət verərək göstərir ki, o, sahibkar fermerdir. Çünki uzun illərdir ona məxsus ********** nömrəli VÖEN vardır. Mübahisəli torpaq sahəsi də onun fermer təsərüffatının yerləşdiyi sahədir. Yəni, sahibkarlıq fəaliyyəti göstərdiyi ərazidir. Mülki Prosessual Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Ona görə də, qeyd edilənləri nəzərə alaraq işin aidiyyəti üzrə Şirvan Kommersiya Məhkəməsinə göndərilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil mübahisənin kommersiya məhkəməsinin aidiyyətində olmasının nəzərə alınaraq işin aidiyyəti üzrə Şirvan Kommersiya Məhkəməsinə göndərilməsini xahiş etdi. Məhkəmə araşdırması zamanı elektron məhkəmə informasiya sistemindən əldə edilmiş çıxarışdan görünür ki, İddiaçı Dövlət Vergi Xidmətində qeydiyyatdan keçmiş və onun ********** saylı VÖEN-i mövcuddur. Məhkəmə araşdırması zamanı elektron məhkəmə informasiya sistemindən əldə edilmiş çıxarışdan görünür ki, Cavabdeh Dövlət Vergi Xidmətində qeydiyyatdan keçmiş və onun ********** saylı VÖEN-i mövcuddur. Məhkəmə tərəfləri dinləyib, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, mülki iş məhkəmə aidiyyəti üzrə Şirvan Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Qeyd olunan prosessual hüquq normalarından göründüyü kimi, ümumi məhkəmələr və kommersiya məhkəmələri arasında aidiyyət məsələsi həll edilərkən əsas amil olaraq mübahisəli hüquq münasibətinin mahiyyəti və predmeti, bu münasibətlərin subyektiv tərkibi və hüquq sahəsinin prinsipləri rəhbər tutulmalıdır. Mübahisənin kommersiya xarakterli olması hüquq münasibətinin məzmununu əks etdirir və mübahisə tərəflərinin qarşılıqlı münasibətinin mahiyyətini xarakterizə edir. Bu mübahisə iqtisadi subyektlər arasında yaranır və azad sahibkarlıq fəaliyyətindən irəli gəlir. Məhz buna görə qanunverici tərəflər arasında sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar yaranan mübahisələrə kommersiya məhkəmələrində baxılmasını müəyyən etmişdir. «İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli 10 nömrəli Qərarının 13-cü bəndində məhkəmələrə izah edilmişdir ki, əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrıayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. Həmin Qərarın 14-cü bəndində məhkəmələrə izah edilmişdir ki, əşya hüquqi münasibətlərindən və deliktdən irəli gələn mübahisələrdə mütləq şərt kimi mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasına diqqət yetirilməlidir. Həmin Qərarın 15-ci bəndində məhkəmələrə izah edilmişdir ki, kommersiya mübahisələrinin subyektlərinin, habelə baxış predmetinin mümkün dairəsi də məhz mübahisə üzrə hüquq münasibətinin xarakterinin sahibkarlıq fəaliyyəti ilə bağlı olmasına dair bu Qərarın 13-cü bəndində əks olunmuş yanaşma baxımından müəyyənləşdirilməlidir. İddia ərizəsi və ona əlavə edilmiş sənədlərlə müəyyən edilir ki, Ağcabədi Rayon İcra Hakimiyyətinin mülkiyyətində olan Ağcabədi şəhəri inzibati ərazisi 29,60 ha ünvanında yerləşən, icarə hüququ üzrə Əmlak Məsələləri Dövlət Xidməti Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-in 6 saylı Beyləqan ərazi idarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışı ilə İddiaçı verilmişdir. Hazırda İddiaçı Cavabdeh ona məxsus torpaq sahəsini zəbt etdiyini bildirirərək Cavabdeh qarşı icarə hüququndan istifadəyə yönəlmiş maneələrin aradan qaldırılması və qanunsuz zəbt edilmiş torpaq sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Həmçinin müəyyən edilmişdir ki, tərəflər arasındakı mübahisə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar yaranmışdır. Belə ki, İddiaçı ilə Cavabdeh arasında yaranmış mübahisə üzrə tərəflər arasında olan münasibətlər sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar yaranmış, hazırki tələb də həmin müqavilədən irəli gəlmişdir. Göründüyü kimi Ağcabədi Rayon İcra Hakimiyyətinin mülkiyyətində olan Ağcabədi şəhəri inzibati ərazisi 29,60 ha ünvanında yerləşən, icarə hüququ üzrə İddiaçı qanuni istifadəsinə verilmiş 29,60 ha torpaq sahəsi üzrə tərəflər sahibkarlıq fəaliyyətinin subyektləri olmuş və aralarındakı münasibətlər sahibkarlıq fəaliyyəti ilə əlaqədar yaranmış, iddia tələbini təşkil edən mübahisə isə həmin münasibətlərdən yaranan mübahisə olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, mövcud mübahisənin yaranmasına əsas olan Ağcabədi Rayon İcra Hakimiyyətinin mülkiyyətində olan Ağcabədi şəhəri inzibati ərazisi 29,60 ha ünvanında yerləşən, icarə hüququ üzrə İddiaçı qanuni istifadəsinə verilmiş 29,60 ha torpaq sahəsi sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar yarandığına görə kommersiya mübahisəsi hesab olunur və hazırki işə məhkəmə aidiyyəti qaydalarına uyğun olaraq Şirvan Kommersiya Məhkəməsində baxılmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı icarə hüququndan istifadəyə yönəlmiş maneələrin aradan qaldırılması və qanunsuz zəbt edilmiş torpaq sahəsindən çıxarılma tələbinə dair mülki iş baxılması üçün aidiyyəti üzrə Şirvan Kommersiya Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24, 26, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: İddiaçı Cavabdeh qarşı icarə hüququndan istifadəyə yönəlmiş maneələrin aradan qaldırılması və qanunsuz zəbt edilmiş torpaq sahəsindən çıxarılma tələbinə dair mülki iş baxılması üçün aidiyyəti üzrə Şirvan Kommersiya Məhkəməsinə göndərilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Ağcabədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Sulduz Ləzimov
Məhkəmə qərarları › İş №2(5-106)-112/2026
Ağcabədi Rayon Məhkəməsi Qərardad — İş №2(5-106)-112/2026
10.03.2026 · Sair mülki iş - Maneənin aradan qaldırılması - Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver