Azərbaycan Respublikası adından QƏTNAMƏ Zərdab rayonu İş № 2(035)-215/2025 02.12.2025 ZƏRDAB RAYON MƏHKƏMƏSİ İddiaçı1, İddiaçı2, İddiaçı4 və İddiaçı3 Suleyman qızının Cavabdeh qarşı “cavabdeh tərəfindən törənən maneənin aradan qaldırılması və cavabdehin torpaq sahəsindən məcburi olaraq çıxarılması tələbi”nə dair mülki iş üzrə Açar sözlər:(Torpaq tələbi) Zərdab Rayon Məhkəməsi X3 Elxan oğlunun sədrliyi Babayeva Leyla Şirin qızının katibliyi İddiaçı və digər iddiaçılarn nümayəndəsi İddiaçı1 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4 və İddiaçı3 Suleyman qızının Cavabdeh oğluna qarşı “cavabdeh tərəfindən törənən maneənin aradan qaldırılması və cavabdehin torpaq sahəsindən məcburi olaraq çıxarılması tələbi”nə dair iddiası üzrə mülki işə 02 dekabr 2025-ci il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4 və İddiaçı3 Suleyman qızı Cavabdeh qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşməsi ilə məhkəməyə müraciət edərək Zərdab rayon Aqrar İslahat Komissiyasının Qərarı ilə Zərdab rayonu Pərvanlı kənd ərazisində kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** Qeydiyyat nömrəli, xx.xx.2024-cü il tarixli Çıxarışa əsasən ona və onun ailə üzvlərinə verilmiş 0.62 ha çöl pay torpaq sahəsində cavabdeh X4 tərəfindən onlara törənən maneənin aradan qaldırılmasına və həmin torpaq sahəsindən cavabdehin məcburi olaraq çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişlər. İşin faktiki halları: İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Zərdab rayon Aqrar İslahat Komissiyasının Qərarı ilə iddiaçı və onun digər ailə üzvlərinə yaşadığı Zərdab rayonu Pərvanlı kənd ərazisindən 0.62 ha çöl pay torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi ilə bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** Qeydiyyat nömrəli, xx.xx.2024-cü il tarixli Qeydiyyat tarixli Çıxarış verilmişdir. Torpaq sahəsi verildiyi vaxtdan o və onun ailə üzvüləri bir ailə olaraq daim səmərəli şəkildə istifadə etməklə qonşularla mehriban yaşamışlar. Lakin, cavabdeh tərəfindən onlara qarşı maneələr törədilərək öz torpaq sahəsində istifadəsinə imkan vermir. O, hesab edir ki, Çıxarışa əsasən ona və onun digər ailə üzvlərinə aid olan torpaq sahəsi cavabdeh tərəfindən zəbt edilmişdir. Cavabdehdən torpaq sahəsinin boşaldılmasını xahiş etsədə cavabdeh buna məhəl qoymayaraq çıxmayacağını bildirmişdir. Onların yaranmış vəziyyətlə əlaqədar aidiyyəti qurumlara müraciətləri hazırki vaxta kimi nəticəsiz olaraq qalmışdır. Ona görə də, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən iddiasının təmin olunmasını xahiş etmişlər. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişləri göndərilsə də, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməyin səbəbi barədə məhkəməyə məlumat verməmiş, nə də ki, iddiaya qarşı öz yazılı etirazını və ya mülahizəsini məhkəməyə göndərməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə görə işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apelyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında İddiaçı və digər iddiaçıların nümayəndəsi İddiaçı1 iddianı müdafiə edərək izahatında bildirmişdir ki, Zərdab rayon Aqrar İslahat Komissiyasının Qərarı ilə ona və onun digər ailə üzvlərinə yaşadığı Zərdab rayonu Pərvanlı kənd ərazisindən 0.62 ha çöl pay torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi ilə bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** Qeydiyyat nömrəli, xx.xx.2024-cü il Qeydiyyat tarixli Çıxarış verilmişdir. Torpaq sahəsi verildiyi vaxtdan onlar bir ailə olaraq daim səmərəli şəkildə istifadə etməklə əkilib becərilmiş və torpaq keçən illər ərzində əkinə tam olaraq yararlı vəziyyətə gətirilmişdir. Lakin, rəsmi Çıxarışa əsasən ona və onun digər ailə üzvlərinə aid olan torpaq sahəsi cavabdeh tərəfindən zəbt edilmişdir. Bu səbəbdən o, CPS-lə ölçü işləri aparılması üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinə müraciətetmişlər. CPS-lə ölçü işlərinin aparılması nəticəsində məlum olmuşdur ki, onlara məxsus torpaq sahəsi cavabdeh tərəfindən zəbt olunmuşdur. Cavabdehdən torpaq sahəsinin boşaldılmasını xahiş etsədə cavabdeh buna məhəl qoymayaraq çıxmayacağını bildirmişdir. Onlar yaranmış vəziyyətlə əlaqədar aidiyyəti qurumlara müraciətləri hazırki vaxta kimi nəticəsiz olaraq qalmışdır. Ona görə də hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmədən iddiasının təmin olunmasını xahiş edir. Məhkəmə iclasında mütəxəssis qismində dəvət edilmiş X2 izahatında bildirmişdir ki, iddiaçının naturada göstərdiyi, cavabdehin faktiki istifadə etdiyi 1,09 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarını GPS aparatı vasitəsilə əldə etmiş, aparılan araşdırma zamanı məlum olmuşdur ki, cavabdehin faktiki istifadə etdiyi 1,09 ha torpaq sahəsinin 0,62 ha hissəsi idarənin elektron baza məlumatlarında təqdim edilən Torpaqların elektron kadastr uçotu informasiya sistemi məlumatlarında (TEKUİS-AzCad) JN-58 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə İddiaçı1 və ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan 1,05 ha hissəsinin 0,62 ha (JN-58Z) hissəsidir. Cavabdehin faktiki istifadə etdiyi 1,09 ha torpaq sahəsinin 0,3750 ha hissəsi JN-60 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə qonşusu X1 və ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan 1,18 ha torpaq sahəsinin 0,7512 ha (JN-60Z) hissəsidir. Cavabdehin faktiki istifadə etdiyi 1,09 ha qalan 0,095 ha hissəsi isə TEKUİS-AzCad məlumatlarında paydan artıq qalan dövlət mülkiyyətinə aid zəbt torpaq sahəsi olaraq göstərilmişdir. JN-58 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə İddiaçı1 və ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan 1,05 ha hissəsinin 0,62 ha (JN-58Z) hissəsi Cavabdeh tərəfindən zəbt edilmişdir. Mülki işdə olan sənədlər: İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ********** Qeydiyyat nömrəli və xx.xx.2024-cü il Qeydiyyat tarixli Çıxarışın surətindən görünür ki, hazırkı iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4 və İddiaçı3 Suleyman qızının ailə üzvlərinin mülkiyyətinə Zərdab rayonu Pərvanlı kəndi ərazisindən 0.62 ha çöl pay torpaq sahəsi ayrılmışdır. İşdə olan 3-21-3-36-/2-2826/2025 saylı, xx.xx.2025-cü il tarixli mütəxəssis rəyindən görünür ki, iddiaçının naturada göstərdiyi, cavabdehin faktiki istifadə etdiyi 1,09 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarını GPS aparatı vasitəsilə əldə etmiş, aparılan araşdırma zamanı məlum olmuşdur ki, cavabdehin faktiki istifadə etdiyi 1,09 ha torpaq sahəsinin 0,62 ha hissəsi idarənin elektron baza məlumatlarında təqdim edilən Torpaqların elektron kadastr uçotu informasiya sistemi məlumatlarında (TEKUİS-AzCad) JN-58 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə İddiaçı1 və ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan 1,05 ha hissəsinin 0,62 ha (JN-58Z) hissəsidir. Cavabdehin faktiki istifadə etdiyi 1,09 ha torpaq sahəsinin 0,3750 ha hissəsi JN-60 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə İddiaçı1 və ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan 1,18 ha torpaq sahəsinin 0,7512 ha (JN-60Z) hissəsidir. Cavabdehin faktiki istifadə etdiyi 1,09 ha qalan 0,095 ha hissəsi isə TEKUİS-AzCad məlumatlarında paydan artıq qalan dövlət mülkiyyətinə aid zəbt torpaq sahəsi olaraq göstərilmişdir. İşdə olan mədaxil qəbzindən görünür ki, iddiaçı iddia ərizəsinə məhkəmədə baxılması üçün dövlət rüsumuna görə 100 manat pul ödəmişdir. Mülki işdə tədbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinin 2-ci hissəsinə görə mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. 60-cı maddəsinin 1-ci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. 71-ci maddəsinə görə vətəndaşların hüquq və azadlıqlarını gözləmək və qorumaq qanunverici, icra və məhkəmə orqanlarının borcudur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: 68-ci maddəsinə görə torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. 84-cü maddəsinin 1-ci bəndinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvesiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə görə mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 213.1-ci maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2-ci maddəsinə görə əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 213.6-cı maddəsinə görə ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2.-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə iş üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə araşdırması zamanı tədqiq edilən iş materiallarından müəyyən olundu ki, Zərdab rayon Aqrar İslahat Komissiyasının Qərarı ilə iddiaçıya və onun digər ailə üzvlərinə yaşadığı Zərdab rayonu Pərvanlı kəndi ərazisindən kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə 0.62 ha çöl pay torpaq sahəsi verilmişdir. Cavabdeh tərəfindən həmin torpaq sahəsinin bir hissəsi zəbt edilmişdir. İddiaçı dəfələrlə cavabdehin həmin torpaq sahəsindən çıxmasını tələb etsədə, heç bir nəticəsi olmamışdır. Ona görə də iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə araşdırması zamanı tərəflərin izahatlardan, məhkəmə iclasında tədqiq edilən ********** Qeydiyyat nömrəli və xx.xx.2024cü il Qeydiyyat tarixli çıxarışdan və 3-21-3-36-/2-2826/2025 saylı, xx.xx.2025-cü il tarixli mütəxəssis rəyindən müəyyən olundu ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4 və İddiaçı3 Suleyman qızının ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan Zərdab rayonu Pərvanlı kəndi ərazisində yerləşən 0.62 ha torpaq sahəsi iddiaçıların ailə üzvlərinin (mülkiyyətçilərin) iradəsinə zidd olaraq Cavabdeh tərəfindən naturada istifadə olunur. Nəticədə iddiaçıların mülkiyyət hüququ pozulmuşdur. Cavabdeh məhkəməyə gəlməmiş, iddiaçılara məxsus olan torpaq sahəsini zəbt etmədiyinə dair öz etirazını və iddianın rədd edilə bilməsi üçün məhkəməyə heç bir sübut təqdim etməmişdir. Məhkəmə işin yuxarıda müəyyən edilən hallarına əsaslanaraq, sadalanan maddi və prosessual qanunvericilik normalarının müdəalarını rəhbər tutaraq belə nəticəyə gəlir ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4 və İddiaçı3 Suleyman qızının (və onların ailə üzvlərinin) mülkiyyətində olan sözügedən torpaq sahəsinin 0.62 ha hissəsinin iddiaçıların (və onların ailə üzvlərinin) iradəsinə zidd olaraq Cavabdeh tərəfindən istifadə olunmasının heç bir hüquqi əsası yoxdur. Bu iddiaçıların mülkiyyət hüququnun pozuntusudur. Məhkəmə hesab edir ki, iddia həm faktiki, həm də hüquqi əsasa malikdir. Ona görə də iddiaçıların (və onların ailə üzvlərinin) mülkiyyət hüququnun pozuntusu aradan qaldırılmalı və bu məqsədlə iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi, qanunverici məhkəmənin üzərinə yalnız məhkəməyə tərəflərin təqdim etdikləri sübutları araşdırıb, onlardan istifadə etmək vəzifəsini, tərəflərin üzərinə isə tələb və etirazlarının əsası kimi istinad etdikləri halları məhkəmədə sübut etmək vəzifəsini qoymuşdur. Məhkəmə bunula əlaqədar qeyd etməyi zəruri hesab edir ki, Mülki prosessual qanunvericiliyin (MPM-nın 14, 2, 77.1-ci maddələri) tələbinə əsasən hər bir tərəf tələb və etirazının əsası kimi istitnad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı iddia ərizəsinə məhkəmədə baxılması ilə əlaqədar dövlət rüsumu ödəsə də, köçürülmüş dövlət rüsumunun cavabdehdən tutulmasını tələb etməmişdir. Ona görə də məhkəmə hesab edir ki, köçürülmüş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, Qət Etdi: İddia təmin edilsin. Cavabdeh tərəfindən ********** Qeydiyyat nömrəli, xx.xx.2024-cü il Qeydiyyat tarixli Çıxarışda göstərilən iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4 və İddiaçı3 Suleyman qızına (və onların ailə üzvlərinə) məxsus Zərdab rayonu Pərvanlı kəndində yerləşən pay torpaq sahəsinin zəbt etdiyi 0.62 ha hissəsində törənən maneə aradan qaldırılsın və Cavabdeh iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4 və İddiaçı3 Suleyman qızına (və onların ailə üzvlərinə) məxsus Zərdab rayonu Pərvanlı kəndində yerləşən 0.62 ha pay torpaq sahəsindən çıxarılsın. İddia ərizəsinə məhkəmədə baxılması ilə əlaqədar köçürülmüş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Zərdab Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə elektron qaydada apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqam Həsənquliyev
Məhkəmə qərarları › İş №2(035)-215/2025
Zərdab Rayon Məhkəməsi Qətnamə — İş №2(035)-215/2025
02.12.2025 · Sair mülki iş - Maneənin aradan qaldırılması - Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver