Məhkəmə qərarları › İş №2(012)-4800/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4800/2023

14.11.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4800/2023 14.11.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Məşədiyeva Fidan Eynur qızının katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi şəxsin vəfat etməsi faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Ərizəçi şəxsin vəfat etməsi faktının müəyyən edilməsinə dair ərizə ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, xx.xx.1999-cu il təvəllüdlü X3 Abşeron rayonu, Masazır qəsəbəsində xx.xx.2023-cü il tarixdə vəfat etmə faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək izahatında göstərmişdir ki, xx.xx.1999-cu il təvəllüdlü X7 onun oğludur. Mərhum və ailəsi ilə birlikdə Cəbrayıl rayonundan məcburi köçkün kimi Abşeron rayonu, Masazır qəsəbəsində məskunlaşmışdır. Oğlu motosiklet sürücüsü idi və kuryer kimi çalışırdı, ölümünə səbəb isə ağır yol qəzası keçirməsi olmuşdur. xx.xx.2023-cü il tarixdə təxminən saat 16:00 radələrində oğlu ağır qəzadan sonra “X15” xəstəxanasına aparılmışdır. Oğlunun vəziyyəti ağlr olduğu üçün reanimasiya şöbəsinə yerləşdirilmişdir. Oğlu avtoqəza nəticəsində qapalı kəllə beyoin travması almış, baş beynin ağır dərəcəli əzilməsi, sağ alın təpə gicgah payının kəskin epidural hemotoması diaqnozu qoyulmuşdur. Vəziyyəti həddindən artıq ağır olduğu üçün koma İİ tipində pozulmuşdur. Oğlu 3 ay koma vəziyyətində qaldıqdan sonra xx.xx.2023-cü il tarixdə xəstəxanadan ağır vəziyyətdə evə gətirilmiş və evdə vəfat etmişdir. Həmin tarixdə də oğlu Masazır qəbirstanlığında dəfn olunmuşdur. Prokurorluq hadisə ilə bağlı cinayət işi qaldırılmış. Ancaq o şikayətçi olmamışdı. Ona verilmiş xx.xx.2023-cü il tarixli Xəbərdarlıq Vərəqəsi və digər epikriz və s. sənədlər ilə birlikdə oğluna ölüm haqqında şəhadətnamə verilməsi üçün Maraqlı şəxsnə müraciət etmişdir. Maraqlı şəxs tərəfindən xx.xx.2023-cü il tarixli arayış verilərək, ölüm haqqlnda tibbi şəhadətnaməni təqdim edə bilmədiyi üçün ölümün qeydə alınmasının mümkün olmadığı bildirilmişdir. Həmin tarixdə, yəni xx.xx.2023-cü il tarixdə onda olan sənədlər ilə birlikdə Abşeron Rayon Mərkəzi Xəstəxnasına müraciət etmişdir. Mərkəzi xəstəxanada oğluna ölüm haqqında tibbi şəhadətnamə verməkdən rəsmi şəkildə imtina etmişdir. Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəmə Mülki Prosessual Məcəllənin 185.5. maddəsinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin: 62.1-ci maddəsinə əsasən, məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. 76.1-ci və 76.2 maddələrinə əsasən, işdə iştirak edən şəxslərin izahatları, eləcə də şahidlərin ifadələri sübutların bir növü kimi qəbul edilir. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində bildirmişdir ki, ərizəçi onun qardaşıdır. 03 may 2023-cü il tarixdə qardaşı oğlu X3 Binəqədi yolunda maşın vurduğu xəbəri almışdır. Dərhal onun gətirildiyi xəstəxanaya getmişdir. Üç ay müddətində reanimasiyada koma vəziyyətində qalmış sonra onun vəziyyəti get-gedə pisləşmişdir. Mərhum xx.xx.2023-cü il tarixdə ağır vəziyyətdə evə gətirilmiş və həmin gün də vəfat etmiş, onu Masazır qəsəbəsində yerləşən qəbiristanlığda dəfn etmişlər. Qardaşı oğlunun ölümünə səbəb qəza nəticəsində başından almış olduğu xəsarət olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində bildirmişdir ki, ərizəçi onun qaynıdır. Mərhumu avtomobil vurmuşdur. Vəziyyəti ağır olduğundan xəstəxanaya yeləşdirilmişdir. Üç ay xəstəxanada qalmışdır. Sonra evə gətirmişlər, ev şəraitində halı pisləşmiş və həmin gün xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Onu Masazır qəsəbəsində yerləşən qəbiristanlığda dəfn etmişlər.Ölümə səbəb qəza nəticəsi olmuşdur. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, mülki iş materiallarını hərtərəfli araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə əsasən, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Mülki Prosessual Məcəllənin 307.2.8. maddəsinə əsasən, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: - Abşeron rayon İH-nin Masazır kənd İƏD üzrə nümayəndəliyi tərəfindən xx.xx.2023cü il tarixdə verilmiş arayışdan görünür ki, Quliyev X9 rayonundan köçkün düşmüş və halhazırda Abşeron rayon Masazır qəsəbəsində məskunlaşmışdır. - xx.xx.2023-cü il tarixli Təcili və X5 X1 görünür ki, Ərizəçi adına həmin tarixdə, saat 19:35 radələrində ünvan 1 ünvanına çağırış daxil olmuş, həkimə qədər ölüm kişi cinsinə mənsub meyit. Meyitin gözlə görünən nahiyələrində xəsarət (sonrakı) izləri aşkarlanmadı. - Saatlı RPŞ tərəfindən xx.xx.2007-ci il tarixdə verilmiş AZE № 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1957-ci ildə Cəbrayıl rayon, Horovlu kəndində anadan olmuş, Cəbrayıl rayon, Horovlu kəndində qeydiyyatda olmuşdur. - Abşeron RPİ tərəfindən xx.xx.2015-ci il tarixdə verilmiş AZE № 15180814 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X7 xx.xx.1999-cu ildə Beyləqan rayonu Milabad qəsəbəsində anadan olmuş, Cəbrayıl rayon, Horovlu kəndində qeydiyyatda olmuşdur. - Milabad kəndi üzrə xx.xx.1999-cu il tarixdə verilmiş İ-AZ № 032254 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X7 xx.xx.1999-cu ildə Beyləqan rayonu Milabad qəsəbəsində anadan olmuş, atası Ərizəçi, anası X4r. - “X15” X19 tərəfindən verilmiş 6078 saylı epikrizdən görünür ki, xx.xx.1999-cu il təvəllüdlü X2 xx.xx.2023 il tarixdə 16:00-da KTM-ə təcili yardımla gətirilmişdir. Xəsarəti YHN-si zamanı almışdı. Vəziyyəti ağır olduğu üçün reanimasiya şöbəsinə yerləşdirilmişdir. Vəziyyəti həddən artıq ağır olduğu üçün koma İİ tipində pozulmuşdur. QKŞ ilə 3 balla qiymətlənir. Tənəffüs intubasion boru ilə olub STA-na qoşulmuşdur. (VA/C rejimi Vt450ul Fi O 2 -45%) Ağ ciyərlərdə tənəffüs keçirilir. PS 90 vurğu A/T 100/60 mm c.s. USM, kranial, döş qəfəsi KT m-si, laborator müayinələr aparılmışdır. N/cərrahın göstərişi ilə əməliyyat otağına verildi. Cərrahi əməliyyatdan sonra xəstə reanimasiya şöbəsinə verilmişdi. STA -na qoşuldu, protokol üzrə müvafiq təyinat verilərək, müalicəyə başlandı. 09.V.23 tarixdə tənəffüs yollarının aktiv sanasiyası vasitəsilə traxeostomiya əməliyyatı icra olundu. Şöbədə müalicə aldığı müddətdə antibakterial, infuzion transfuzion müalicə aparılmış xəstə STA-dan ayrılsa da huşu bərpa olmamışdır. Uzun müddətdir vegetativ vəziyyət davam edir. 04.08.23 tarixdə xəstənin yaxınları sonrakı müalicədən imtina edərək, xəstəni evə apardılar. Bu barədə iltizamnamə yazılıb x/t təsbit alındı. X17: X18 Travması. Baş beyinin ağır dərəcəli əzilməsi. Sağ alın təpə gicgah payının kəskin epidural hematoması. - Abşeron rayon Masazır Bələdiyyəsi tərəfindən xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, X7 xx.xx.2023-cü ildə Masazır kənd qəbirstanlığında dəfn edilmişdir. - Maraqlı şəxs 01 sentyabr 2023-cü il tarixli, 3-16-5/8-2181/2023 saylı məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31,10.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. - Azərbaycan Respublikası “TƏBİB” X19 “Abşeron rayon Mərkəzi Xəstəxanası” X11 01 sentyabr 2023-cü il tarixli, PHŞ-6-20/2-Q-486-42-328/2023 saylı müraciətə cavab məktubundan görünür ki, Ərizəçi ölümünün baş vermə səbəbi məlum olmadığına görə onun adına “ölüm haqqında tibbi şəhadətnamə” həmin qurum tərəfindən verilmir. Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olundu ki, X7 ərizəçinin oğlu olmuş, sonuncu xx.xx.2023-cü il tarixdə qəzanın nəticəsi olaraq vəfat etmiş və X3 ölüm faktı ərizəçinin izahatı və şahid ifadələri ilə, həmçinin, məhkəməyə təqdim edilmiş sənədlər ilə də təsdiq olunur. Göründüyü kimi, şahidlər məhkəməyə verdiyi ifadəsində X3 xx.xx.2023cü il tarixdə Abşeron rayonu, Masazır qəsəbəsində vəfat etməsini təsdiq etmişdirlər. Hazırda isə müvafiq həkim arayışı olmadığına görə, ərizəçi oğlunun ölüm haqqında şəhadətnaməsini ala bilmir. İşin məhkəmə iclasında araşdırılan halları, tədqiq olunmuş sənədlər və şahid ifadələri ilə tamamilə sübuta yetirildi ki, həqiqətən də, ərizəçinin oğlu X7 xx.xx.2023-cü il tarixdə Abşeron rayonu, Masazır qəsəbəsində vəfat etmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, şahid ifadələrini və təqdim edilmiş sənədləri qiymətləndirərək hesab edir ki, həmin sənədlər və şahid ifadələri işin həqiqi halları ilə uyğunluq təşkil edir, ona görə də sübut kimi qəbul edilməlidir. Beləliklə, məhkəmə iş üzrə araşdırılmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, xx.xx.1999-cu ildə Beyləqan rayonu Milabad qəsəbəsində anadan olmuş X3 xx.xx.2023-cü il tarixdə Abşeron rayonu, Masazır qəsəbəsində vəfat etməsi faktı müəyyən edilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220 və 305-311ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1999-cu ildə Beyləqan rayonu Milabad qəsəbəsində anadan olmuş X3 xx.xx.2023-cü il tarixdə Abşeron rayonu, Masazır qəsəbəsində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamə qeydiyyat şöbəsi tərəfindən vəfat etməsi faktının qeydə alınması və şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən şikayət verilməmişdirsə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar