Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4814/2023 07.11.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi ilə, Ərizəçi şəxsin ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2006-cı il təvəllüdlü övladı X1 xx.xx.2021-ci il tarixində Sumqayıt şəhəri, 6-cı mkr, Kristal Abşeron y/k, 35K-19 ünvanında ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.2006-cı il təvəllüdlü övladı X2 xx.xx.2021-ci il tarixdə Sumqayıt şəhəri, 6-cı mkr, Kristal Abşeron y/k, 35K-19 ünvanında ölmüş və Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonu, Qıvraq qəsəbə qəbiristanlığında dəfn olunmuşdur. Qəbiristanlığın arayışından da görünür ki, mərhum qızı Gülarə Nağıyeva xx.xx.2021-ci il tarixində Sumqayıt şəhərində vəfat etmiş və həmin tarixdə Qıvraq qəsəbə qəbiristanlığında el adəti üzrə dəfn olunmuşdur. Hazırda qızı X4 rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi, ev 5, mənzil 19 ünvanında qeydiyyatdadır. Onun ölümü ilə bağlı hazırda pasport qeydiyyatının ləğvi ilə bağlı Abşeron rayon Polis İdarəsinə müraciət etsə də, qızının ölüm haqqında şəhadətnaməsi olmadığına görə qeydiyyatı ləğv olunmamışdır. O, bu barədə ölüm haqqında şəhadətnamənin alınması ilə bağlı olaraq müvafiq Qeydiyyat Şöbəsinə müraciət etmişdir. Lakin ona ölüm haqqında şəhadətnamənin verilməsi ilə bağlı məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. Göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Ərizəçi məhkəməyə ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Mаrаqlı şəхslər Аzərbаycаn Rеspublikаsı Ədliyyə Nаzirliyi Abşeron rаyоn Qеydiyyаt Şöbəsi və 2 saylı Sumqayıt Regional “ASAN Xidmət” Mərkəzi Qеydiyyаt Şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, mаrаqlı şəхslərin nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə mаrаqlı şəхslərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını hərtərəfli araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə görə ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: - 793162 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2006cı təvəllüdlü X1 atası Ərizəçidur. - Аzərbаycаn Rеspublikаsı Ədliyyə Nаzirliyi 2 saylı Sumqayıt Regional ASAN Xidmət Mərkəzi qеydiyyаt şöbəsinin Ərizəçi ünvanladığı xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasının 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ərizəçi ölüm haqqında tibbi şəhadətnaməni təqdim edə bilmədiyi üçün ölümün qeydə alınmasının imkanı xaricində olduğu bildirilmiş və qeydiyyat şöbəsi aidiyyəti üzrə məhkəməyə müraciət etməyi tövsiyə etmişdir. - Sumqayıt Tibb Mərkəzi PHŞ 3 saylı Ailə Sağlamlıq Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, xx.xx.2021-ci il tarixdə saat 05:45-də Sumqayıt şəhəri, 6-cı m/r., Kiristal ünvan 4 ünvanında müvəqqəti yaşayan X2 ölmüşdür. Həmin uşaq qeydiyyatda olduğu ünvanda və faktiki yaşadığı ərazidə epilepsiya xəstəsi kimi qeydiyyatda olmadığı üçün tibbi şəhadətnamə (F-106) verilməsi mümkün deyildir. - “Sumqayit Tibb Mərkəzi” X5 X6 Stansiyasının xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, xx.xx.2021-ci il tarixdə saat 05:45-də Sumqayıt şəhəri, 6-cı m/r., Kiristal ünvan 4 ünvanında yaşayan xx.xx.2006-cı il təvəllüdlü X2 adına 89 saylı çağırış daxil olmuşdur. Briqada verilən ünvana çatdıqda xx.xx.2006-cı il təvəllüdlü X1 meyidini aşkar etmişdir. Ailə üzvlərinin deməsinə görə və evdə olan sənədlərə əsasən mərhum uzun müddət epilepsiya xəstəliyindən əziyyət çəkmiş və müalicələr almışdır. Ailə üzvləri aqressiv olduğu üçün və onların təkidi ilə meyit 1 saylı Xəstəxananın reanimasiya şöbəsi və oradan Sumqayıt Hospital reanimasiya şöbəsinə aparılmışdır. Hadisə barədə polis bölməsinə məlumat verilmişdir. - Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonu, Qıvraq qəsəbə İƏD üzrə Nümayəndəliyinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, X2 xx.xx.2021-ci il tarixdə Qıvraq qəbiristanlığında dəfn edilmişdir. Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olundu ki, X2 ərizəçinin övladı olmuş, xx.xx.2021-ci il tarixdə ev şəraitində vəfat etmişdir. İş materiallarındakı mötəbər sənədlərlə X1 xx.xx.2021-ci il tarixdə Sumqayıt şəhəri, 6-cı mkr, Kristal Abşeron y/k, 35K-19 ünvanında ölməsi təsdiq edilir. Hazırda müvafiq həkim arayışı olmadığına görə ərizəçi övladının ölümü haqqında şəhadətnaməni ala bilmir. İşin məhkəmə iclasında araşdırılan halları, tədqiq olunmuş sənədlərlə tamamilə sübuta yetirildi ki, həqiqətən ərizəçinin övladı X2 xx.xx.2021-ci il tarixdə Sumqayıt şəhərində ölmüşdür. Məhkəmə təqdim edilmiş sənədləri qiymətləndirərək hesab edir ki, həmin sənədlər işin həqiqi halları ilə uyğunluq təşkil edir, ona görə də sübut kimi qəbul edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə araşdırılmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, xx.xx.2006-cı il təvəllüdlü X1 xx.xx.2021-ci il tarixdə Sumqayıt şəhərində ölməsi faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.2006-cı il təvəllüdlü X1 xx.xx.2021-ci il tarixdə Sumqayıt şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №2(012)-4814/2023
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4814/2023
07.11.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver