Məhkəmə qərarları › İş №2(012)-4832/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4832/2025

24.09.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4832/2025 24.09.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, İmanlı Fatimə Mirzağa qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi şəxsin ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.1964-cü il təvəllüdlü həyat yoldaşı X2 yaşadığı ünvan 1 ünvanında xx.xx.2025-ci il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, həyat yoldaşı X3 yaşadığı ünvan 2 ünvanında xx.xx.2025-ci il tarixində dünyasını dəyişmişdir. X1 xx.xx.2025-ci il tarixində Hökməli qəsəbə qəbirsanlığmda dəfn olunmuşdur. Onun tərəfindən Abşeron Rayon Mərkəzi Xəstəxanasına ölüm haqında tibbi şəhadətnamənin verilməsi ilə bsğlı müraciət olunsa da, sözügedən xəstəxana tərəfindən ölüm haqında tibbi şəhadətnamənin verilməsində imtina edilmişdir. Maraqlı şəxs xx.xx.2025-ci il tarixli imtina məktubunda ölüm faktının təsdiq edən tibbi şəhadətnamə olmadığı üçün, ölüm haqqında şəhadətnamə verməkdən imtina edilmiş və aidiyyətü üzrə məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısını dinləyib, iş materiallarını hərtərəfli araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə görə ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: - nikah şəhadətnaməsinin surətindən görünür ki, Ərizəçi ilə X3 xx.xx.1984-cü il tarixdə nikaha daxil olmuşlar. - Azərbaycan Respublikasi "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" PHŞ "Abşeron Rayon Mərkəzi Xəstəxanasi" PHŞ-nin arayışından görünür ki, X2 adına “ölüm haqqında tibbi şəhadətnamə” verilməsi ilə bağlı müraciətə cavab olaraq bildirilir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2018-ci il tarixli “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları qaydası”nın təsdiq edilməsi barədə 05 nömrəli qərarının 4.3 bəndinə əsasən “ölüm haqqında tibbi şəhadətnamə” ölümün baş vermə səbəbi məlum olan hallarda “xəbərdarlıq vərəqəsi” və (və ya) tibbi sənədlər (ambulator tibbi kitabça, xəstəlik tarixindən çıxarış və s. ) əsasında 4.4-cü və 4.5ci bəndlər istisna olmaqla vəfat edən şəxsin qeydiyyatda olduğu və ya faktiki yaşadığı ərazi üzrə ambulator tibb müəssisəsi tərəfindən verilir. Ölümün baş vermə səbəbi məlum olmadığına görə onun adına “ölüm haqqında tibbi şəhadətnamə” verilmir. - Аzərbаycаn Rеspublikаsı Ədliyyə Nаzirliyi Abşeron rаyоn qеydiyyаt şöbəsinin məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasının 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ərizəçi ölüm haqqında tibbi şəhadətnaməni təqdim edə bilmədiyi üçün ölümün qeydə alınmasının imkanı xaricində olduğu bildirilmiş və Maraqlı şəxs aidiyyəti üzrə məhkəməyə müraciət etməyi tövsiyə etmişdir. - Abşeron rayonu Hökməli Bələdiyyəsinin arayışından görünür ki, X3 xx.xx.2025-ci il tarixdə Hökməli qəbiristanlığında dəfn edilmişdir. - “Respublika Təcili və X5 Mərləzi” PHŞ Abşeron TTTYS tərəfindən verilmiş xəbərdarlıq vərəqəsindən görünür ki, xx.xx.2025-ci il tarixdə saat 19:30 radələrində Abşeron rayonu, Hökməli qəsəbəsində X2 adına çağırış daxil olmuş, həkim gələnə qədər qadın cinsində meyit aşkar edilmişdir. Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olundu ki, X3 ərizəçinin arvadı olmuş, xx.xx.2025-ci il tarixdə Abşeron rayonu, Hökməli qəsəbəsində ev şəraitində vəfat etmişdir. X2 ölüm faktı ərizəçinin izahatı ilə, həmçinin məhkəməyə təqdim edilmiş sənədlərlə təsdiq olunur. Hazırda müvafiq həkim arayışı olmadığına görə, ərizəçi arvadının ölümü haqqında şəhadətnaməni ala bilmir. İşin məhkəmə iclasında araşdırılan halları, tədqiq olunmuş sənədlərlə tamamilə sübuta yetirildi ki, həqiqətən ərizəçinin arvadı X3 xx.xx.2025-ci il tarixdə Abşeron rayonunda ölmüşdür. Məhkəmə təqdim edilmiş sənədləri qiymətləndirərək hesab edir ki, həmin sənədlər işin həqiqi halları ilə uyğunluq təşkil edir, ona görə də sübut kimi qəbul edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə araşdırılmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, xx.xx.1964-cü il təvəllüdlü X2 Abşeron rayonunda xx.xx.2025-ci il tarixdə ölməsi faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1964-cü il tarixdə anadan olmuş X2 xx.xx.2025-ci il tarixdə Abşeron rayonunda ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar