Məhkəmə qərarları › İş №2(012)-4850/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4850/2025

17.09.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4850/2025 17.09.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Rzayev Fariz Gündüz oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs rəisi X3 iştirakları ilə, Ərizəçi (Maraqlı şəxs) şəxsin vəfat etməsi faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi (Maraqlı şəxs) şəxsin vəfat etməsi faktının müəyyən edilməsinə dair ərizə ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, Ermənistan SSR, Krasneselo rayonu, Ağbulaq kəndində anadan olmuş 1915-ci il təvəllüdlü və xx.xx.1975-ci il tarixində dünyasını dəyişmiş X6nun, Ermənistan SSR, Krasneselo rayonu Toğulca kəndində xx.xx.1931-ci il təvəllüdlü və xx.xx.1975-ci il tarixində dünyasını dəyişmiş X1nın ölümünün qeyd edilmə faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.1973-cü il tarixdə Ermənistan SSR, Krasneselo rayonu, Ağbulaq kəndində anadan olmuş və yuxarıda göstərdiyim ünvanda qeydiyyatda olmaqla ailəsilə birlikdə yaşayır. X6 da Ermənistan SSR, Krasneselo rayonu, Ağbulaq kəndində 1915-ci ildə anadan olmuş və 15 iyun 1975-ci il tarixində dünyasını dəyişmişdir. X1 isə xx.xx.1931-ci il tarixində Ermənistan SSR, Krasneselo rayonu Toğulca kəndində anadan olmuş və xx.xx.1975-ci il tarixində öz dünyasını dəyişmişdir. Həmin zaman ata və anası Ermənistanda yerləşən və kənd camaatına məxsus mərhumların dəfn edildiyi qəbiristanlığında digər qohumlarının dəfn olunduğu yerdə dəfn edilmişdir. Həmin zamandan etibarən məlum olduğu üzrə müharibə nəticəsində qaçqınlıq düşmüş və anası ilə atasının ölüm haqqında şəhadətnamələri itirmişdir. O zamandan etibarən onlara ölüm haqqında şəhadətnamələr zəruri olmadığı üçün tərəflərindən ümumiyyətlə axtarılmamışdır. Lakin son vaxtlar həmin sənəd ona lazım olduğundan o, Maraqlı şəxsnə müraciət etmişdir. Qeyd edilənlərə əsasən, ölüm faktının müəyyən edilməsi haqqında məhkəmə qətnaməsinin müəyyən edilməsinə zərurət meydana gəlmişdir. Maraqlı şəxs rəisi X9 izahatında bildirmişdir ki, onun vətəndaşın ərizəsinin təmin edilməsinə heç bir etirazı yoxdur. Mülki Prosessual Məcəllənin: 62.1-ci maddəsinə əsasən, məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. 76.1-ci və 76.2 maddələrinə əsasən, işdə iştirak edən şəxslərin izahatları, eləcə də şahidlərin ifadələri sübutların bir növü kimi qəbul edilir. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, o, ərizəçinin bacısıdır. Belə ki, ataları X12 Ermənistan SSR, Krasneselo rayonu, Ağbulaq kəndində 1915-ci ildə anadan olmuş və xx.xx.1975-ci il tarixində dünyasını dəyişmişdir. X1 isə xx.xx.1931-ci il tarixində Ermənistan SSR, Krasneselo rayonu Toğulca kəndində anadan olmuş və xx.xx.1975-ci il tarixində öz dünyasını dəyişmişdir. Atası müharibə iştirakçısı olmuş və döyüşlərdə yaralanmışdır. Lakin atasının həmin vaxt başqa xəstəliyi olmamış, qəfil ürəktutmasından vəfat etmişdir. Anası da öz əcəli ilə dünyasını dəyişmişdir. Valideynlərinin ölümünə səbəb hər hansı xəsarət alması, bədbəxt hadisə deyil, bioloji ölüm hadisəsi olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, o, Ərizəçi bacısıdır. Atası 1975-ci il tarixdə və anası 09 mart 1931-ci il tarixdə Ermənistan SSR, Krasneselo rayonu, Ağbulaq kəndində anadan olmuşlar. Atası xx.xx.1975-ci il tarixində, anası isə xx.xx.1975-ci ildə vəfat etmişlər və valideynləri Ermənistan SSR, Krasneselo rayonu, Ağbulaq kəndində dəfn olunmuşlar. Valideynlərinin ölümünə səbəb hər hansı xəsarət alması, bədbəxt hadisə deyil, bioloji ölüm hadisəsi olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, ərizəçi onun əmisiqızıdır. Belə ki, əmisi X12 xx.xx.1975-ci il tarixində, əmisinin həyat yoldaşı X7 isə xx.xx.1975-ci il tarixində öz dünyasını dəyişmişdir. Mərhumların ölümünə səbəb hər hansı xəsarət alması, bədbəxt hadisə deyil, bioloji ölüm hadisəsi olmuşdur. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını və şahid ifadələrini dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə əsasən, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Mülki Prosessual Məcəllənin 307.2.8. maddəsinə əsasən, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Ermənistan SSR, Krasneselo rayonu, Ağbulaq kəndi tərəfindən verilmiş İ-CЛ 346162 saylı doğum haqqında şəhadətnamədən görünür ki, X4 xx.xx.1973-cü ildə anadan olmuşdur. X6, anası isə X5r. -Ermənistan SSR, Krasneselo rayonu, Ağbulaq kəndi tərəfindən verilmiş İ-ЗЖ 405135 saylı doğum haqqında şəhadətnamədən görünür ki, X10 xx.xx.1958 ildə anadan olmuşdur. X6, anası isə X5r. -AA305522 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən ki, Ərizəçi xx.xx.1973-cü ildə anadan olmuşdur. -Sumqayıt Şəhər Qeydiyyat şöbəsinin xx.xx.2025-ci il tarixli, 3-16-5/8-R- 18xx/xx/2025 saylı məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən, ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ərizəçi ölüm haqqında tibbi şəhadətnaməni təqdim edə bilmədiyi üçün ölümün qeydə alınmasının imkan xaricində olduğu bildirilmiş və aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, 1975-ci il təvəllüdlü X12 və 1931-ci il təvəllüdlü X7 ərizəçinin valideynləri olmuş, X12 xx.xx.1975-ci ildə, X7 isə xx.xx.1975-ci il tarixdə xəstəliyi nəticəsində vəfat etmişdir. X12 və X2 vəfat etməsi faktı ərizəçinin izahatı və şahid ifadələri ilə, həmçinin, məhkəməyə təqdim edilmiş sənədlər ilə də təsdiq olunur. Göründüyü kimi, şahidlər məhkəməyə verdiyi ifadəsində X12 xx.xx.1975ci ildə, X7 isə xx.xx.1975-ci il tarixdə Ermənistan SSR, Krasneselo rayonu, Ağbulaq kəndində vəfat etməsini təsdiq etmişlər. Hazırda isə müvafiq həkim arayışı olmadığına görə, ərizəçi ölüm haqqında şəhadətnaməni ala bilmir. İşin məhkəmə iclasında tədqiq edilmiş halları, tədqiq olunmuş sənədlər və şahid ifadələri ilə tamamilə sübuta yetirildi ki, həqiqətən də, ərizəçinin valideynləri X12 xx.xx.1975-ci ildə, X7 isə xx.xx.1975-ci il tarixdə Ermənistan SSR, Krasneselo rayonu, Ağbulaq kəndində vəfat etmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, şahid ifadələrini və təqdim edilmiş sənədləri qiymətləndirərək hesab edir ki, həmin sənədlər və şahid ifadələri işin həqiqi halları ilə uyğunluq təşkil edir, ona görə də sübut kimi qəbul edilməlidir. Beləliklə, məhkəmə iş üzrə araşdırılmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, XX.XX.1915-ci ildə anadan olmuş X8 xx.xx.1975-ci ildə Ermənistan SSR, Krasneselo rayonu, Ağbulaq kəndində vəfat etməsi, xx.xx.1931-ci ildə anadan olmuş X2 xx.xx.1975-ci il tarixdə Ermənistan SSR, Krasneselo rayonu, Ağbulaq kəndində vəfat etməsi faktı müəyyən edilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220 və 305-311ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. XX.XX.1915-ci ildə anadan olmuş X8 xx.xx.1975-ci ildə Ermənistan SSR, Krasneselo rayonu, Ağbulaq kəndində vəfat etməsi, xx.xx.1931-ci ildə anadan olmuş X2 xx.xx.1975-ci il tarixdə Ermənistan SSR, Krasneselo rayonu, Ağbulaq kəndində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamə qeydiyyat şöbəsi tərəfindən vəfat etmə faktının qeydə alınması və şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən şikayət verilməmişdirsə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar