Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4866/2025 11.08.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, İmanlı Fatimə Mirzağa qızının katibliyi, Ərizəçi, Maraqlı şəxs Cavabdeh iştirakları ilə, Ərizəçi mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh arasında mediasiya prosesi nəticəsində xx.xx.2025-ci il tarixdə Abşeron rayon 01 saylı Mediasiya Təşkilatında xx.xx.2013-cü il təvəllüdlü X4 və xx.xx.2018-ci il təvəllüdlü X2 üçün hər uşağa görə hər ay 250 manat, cəmi 500 manat məbləğində alimentin maraqlı şəxs Cavabdeh xx.xx.2025-ci il tarixdən etibarən hər növbəti ayın 01-dən 10-dək ona ödənilməsi üçün bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə bununla əsaslandırılmışdır ki, onunla maraqlı şəxs Cavabdeh arasında Abşeron 1 saylı Mediasiya Təşkilatında xx.xx.2025-ci il tarixli barışıq sazişi imzalanmışdır. Barşıq sazişinin 3-cü bəndində şərtlər aşağıdakı kimi qəbul edilmişdir. İkinci tərəf Rəhimov X6 tərəf Ərizəçi ilə birgə nikah münasibətlərindən dünvava gələn övladları xx.xx.2013-cü il təvəllüdlü X4, xx.xx.2018-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2025-ci il tarixdən etibarən birinci tərəfə hər növbəti avın 01-dən 10-dək (Birinci tərəfin təqdim edəcəvi bank hesabına) sabit məbləğdə hər av hər bir usaq üçün 250 (iki yüz əlli) manat ümumilikdə isə 500 (beş yüz) manat aliment ödəyəcəyi ilə bağlı öz üzərinə götürdüyü öhdəliklə razıdır. Cavabdeh barışıq sazişinin 3-cü bəndinin şərtlərini kobud şəkildə pozaraq, birgə nikahlarındandan dünyaya gələn xx.xx.2013-cii il təvəllüdlü X4 və xx.xx.2018-ci il təvəllüdlü X1 üçün alimenti ödəmir. Dəfələrlə ona barşıq sazişinin şərtlərinə əməl etməyi bildirsə də, o buna məhəl qoymur və barşıq sazişinin şərtlərini pozmuş olur. Maraqlı şəxs Cavabdeh restoranda aşpaz işləyir və yüksək məbləğdə maaş alır. Lakin buna baxmayaraq, aliment ödəməkdən boyun qaçıraraq övladlarına baxmır. Ərizəçi qeyd olunan barışı sazişinin icra olunması ilə bağlı maraqlı şəxsə müraciət edərək, sazişin icra olunmasını tələb etmiş, lakin maraqlı şəxs qərəzli olaraq sazişin icra edilməsindən imtina etdiyi üçün, həmin barışıq sazişinin məhkəmə qətnaməsi ilə təsdiq olunması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Məhkəmə iclasında Ərizəçi tələbi müdafiə edib, ərizədə yazılanlara uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında maraqlı şəxs Cavabdeh ərizəni qəbul edərək, onun təmin edilməsini xahiş etdi və əlavə olaraq izahatında bildirdi ki, barışıq sazişinə əsasən tələb olunan aliment məbləği üzrə ödəniş etmək üçün imkanı olmayıb. Məhkəmə proses iştirakçılarını dinləyib, ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Abşeron rayon 01 saylı Mediasiya Təşkilatında təsdiq edilmiş xx.xx.2025-ci il tarixli, MŞAB/MT041/2025-00586 saylı barışıq sazişindən görünür ki, Cavabdeh övladları xx.xx.2013-cü il təvəllüdlü X4 və xx.xx.2018-ci il təvəllüdlü X2 üçün hər uşağa görə 250 manat, cəmi 500 manat məbləğində alimentin maraqlı şəxs Cavabdeh xx.xx.2025-ci il tarixdən etibarən hər növbəti ayın 01-dən 10-dək Ərizəçi ödəməyi öhdəsinə götürmüşdür. Saziş, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Sazişdə tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə tam imzalandığı gündən 10 təqvim gün müddətində könüllü şəkildə icra olunmalıdır. Saziş imzalandığı tarixdən qüvvəyə minir və tərəflər öhdəliklərini tam icra edənədək qüvvədədir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmələr xüsusi icraat qaydasında baxırlar. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. İşdən görünür ki, tərəflər ərizəçi ilə maraqlı şəxs birgə nikahdan doğulmuş xx.xx.2013-cü il təvəllüdlü X4 və xx.xx.2018-ci il təvəllüdlü X2 üçün alimentin məbləğinin tutulması barədə mediasiya prosesində razılaşmış və müqavilə bağlamışlar. Lakin Cavabdeh bu sazişlə üzərinə götürdüyü öhdəlikləri orada göstərilən qaydada yerinə yetirmədiyindən Ərizəçi hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, tərəflər arasında imzalanmış xx.xx.2025-ci il tarixli barışıq sazişi qanuna zidd deyildir və digər şəxslərin hüquqlarını pozmur. Belə olan halda məhkəmə hesab edir ki, həmin barışıq sazişi məhkəmə qaydasında təsdiq edilməlidir. Belə ki, MPM-nin 355-25.3-cü maddəsinə görə məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Həmçinin Birləşmiş Millətlər Təşkilatının "Uşaq hüquqları haqqında" 22 noyabr 1989cu il tarixli Konvensiyasının 3-cü maddəsinə əsasən, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir. İştirakçı dövlətlər uşaqların valideynlərinin hüquq və vəzifələrini nəzərə alaraq, uşağı onun üçün zəruri olan müdafıə və qayğı ilə təmin etməyi öhdələrinə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər. "Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən, hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Həmin Qanunun 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi ilə Cavabdeh arasında mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2025-ci il tarixli barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilsin: “Cavabdeh övladları xx.xx.2013-cü il təvəllüdlü X4 və xx.xx.2018-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün Ərizəçi hər uşağa hər ay 250 manat, cəmi 500 manat aliment ödəməsini öz öhdəsinə götürür. Alimentin ödənilməsi xx.xx.2025-ci il tarixdən başlayaraq hər ayın 1-dən 10-na kimi Ərizəçi ödənilsin”. Qətnamə dərhal icra edilsin. Qətnamədən qətnamənin rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №2(012)-4866/2025
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4866/2025
11.08.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver