Məhkəmə qərarları › İş №2(012)-4893/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4893/2021

04.10.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4893/2021 04.10.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «qızıl-zinət, cehiz və fərdi istifadə əşyalarının qaytarılması» tələbinə dair mülki işə 04 oktaybr 2021-ci il tarixdə Abşeron rayon məhkəməsində açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müaciət edərək, Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, G.Abdullayev küçəsi, ev 15-də yerləşən 2 saylı mənzildə olan ona məxsus cehiz əşyaları-soyuducu - dəyəri 450 manat, paltaryuyan maşın - dəyəri 850 manat, yataq dəsti mebeli-dəyəri 1200 manat, stol və stullar - dəyəri 800 manat, qonaq otağı üçün pərdə - dəyəri 200 manat, yataq otağı üçün pərdə - dəyəri 100 manat, xalça - dəyəri 350 manat, 02 ədəd çilçıraq - dəyəri 100 manat, çay və yemək dəsti - dəyəri 200 manat, elektrikli soba - dəyəri 60 manat, ətçəkən maşın - dəyəri 50 manat, elektrikli çaynik - dəyəri 25 manat, blender - dəyəri 25 manat, qazan dəsti - dəyəri 250 manat, qaşıq dəsti - dəyəri 150 manat, ütü və ütü masası - dəyəri 80 manat, mətbəx üçün şkaf dəyəri 400 manat, qaz sobası - dəyəri 360 manat, piano - dəyəri 150 manat, evə quraşdırılmış kombi - dəyəri 1000 manat (ümumi dəyəri 6800 manat), toyda ona hədiyyə kimi alınmış qızıl-zinət əşyaları-boyunbağı- dəyəri 500 manat, qolbağı - dəyəri 400 manat, 02 ədəd üzük - dəyəri 1200 manat (ümumi dəyəri 2100 manat) əşyaları aşkar edilməzsə, əşyaların ümumi dəyəri olan 8900 (səkkiz min doqquz yüz) manat məbləğində pulun cavabdeh X1 alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə edərək bildirdi ki, onunla cavabdeh X7 arasında 25 aprel 2012-ci il tarixdə Abşeron rayon qeydiyyat şöbəsi tərəfindən 198 saylı nikahları qeydə alınmışdır. Onların birgə nikahlarından iki övladları-06.10.2011-ci il təvəllüdlü X8 və 30.05.2014-cü il təvəllüdlü X9 dünyaya gəlmişdir. Cavabdehlə onun arasında olan ailə münasibətləri tamamilə pozulduğu üçün və aralarında ciddi anlaşılmamazlıqlar olduğu üçün o, nikahın pozulması, uşaqların ananın yanında qalması və aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)-1015/2021 saylı, 17.05.2021-ci il tarixli qətnaməsinə əsasən iddia tələbi təmin edilmişdir. O, cavabdeh X7 ilə ailə həyatı quran zaman Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, G.Abdullayev küçəsi, ev 15-də yerləşən 2 saylı mənzilə gəlin köçmüşdür. Onun bütün cehiz əmlaklarında həmin mənzilə yerləşdirilmişdir. O həmin mənzilə pasport qeydiyyatına da alınmışdır. Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, G.Abdullayev küçəsi, ev 15-də yerləşən 2 saylı mənzildə olan ona məxsus cehiz əşyaları-soyuducu - dəyəri 450 manat, paltaryuyan maşın - dəyəri 850 manat, yataq dəsti mebeli-dəyəri 1200 manat, stol və stullar - dəyəri 800 manat, qonaq otağı üçün pərdə - dəyəri 200 manat, yataq otağı üçün pərdə - dəyəri 100 manat, xalça - dəyəri 350 manat, 02 ədəd çilçıraq - dəyəri 100 manat, çay və yemək dəsti - dəyəri 200 manat, elektrikli soba - dəyəri 60 manat, ətçəkən maşın - dəyəri 50 manat, elektrikli çaynik - dəyəri 25 manat, blender dəyəri 25 manat, qazan dəsti - dəyəri 250 manat, qaşıq dəsti - dəyəri 150 manat, ütü və ütü masası - dəyəri 80 manat, mətbəx üçün şkaf - dəyəri 400 manat, qaz sobası - dəyəri 360 manat, piano - dəyəri 150 manat, evə quraşdırılmış kombi - dəyəri 1000 manat (ümumi dəyəri 6800 manat), toyda ona hədiyyə kimi alınmış qızıl-zinət əşyaları-boyunbağı- dəyəri 500 manat, qolbağı dəyəri 400 manat, 02 ədəd üzük - dəyəri 1200 manat (ümumi dəyəri 2100 manat) olmaqla əşyaları aparmışdır. Abşeron Rayon Məhkəməsinin 2(012)-1015/2021 saylı, 17.05.2021-ci il tarixli qətnaməsinə əsasən cavabdehlə aralarında olan rəsmi nikah ləğv edildikdən sonra o, cehiz əmlaklarını cavabdehin evindən götürmək üçün müraciət etmişdir. Lakin cavabdeh onunla olduqca kobud rəftar edərək, cehiz əmlaklarını ona geri qaytarmaqdan imtina etmiş və öz əşyalarını ona geri qaytarmamışdır. O, 2 övladı ilə birlikdə atasının evinə sığınmışdır. Ahıl yaşlı atası həm onun, həm də ki, övladlarının bütün təlabatını ödəyir. Atasının evində yaşayış şəraitləri çox darısqaldır. Cehiz əmlaklarını cavabdehdən alaraq övladlarına və özünə normal bir şərait quraraq yaşamaq niyyətindədir. Cavabdeh ailəsinə sahib çıxmadığı bəs deyilmiş kimi, bir də onun halal-zəhmətiylə aldığı və cehiz əmlakalrını mənimsəmək niyyətindədir. O, hüquqlarının məhkəmə qaydasında bərpa edilməsi və cehiz və qızıl-zinət əşyalarını ona geri qaytarılması üçün məhkəməyə müraciət edir. Onun əmlaklarının və qızıl-zinət əşyalarının ümumi dəyəri 8900 (səkkiz min doqquz yüz) manat edir. Qeyd etdiyi bütün əmlaklar hazırda cavabdehin evindədir. Qeyd olunanlara əsasən o, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmədə izahatında göstəri ki, iddia tələbini qismən qəbul edir. Belə ki, mətbəx şkafının dəyəri iddia ərizəsində göstərildiyi kimi 400 manat yox 200 manata birgə nikah dövründə fəhləlik edərək şəxsən onun tərəfindən alınmışdır. Mübahisə predmeti olan kombinin dəyəri 2400 manatdır və valideyinlərinin pensiyaları hesabına alınmışdır. Mətbəxdə yerləşən qaz sobası 8 ilin sobasıdır və onu da valideyinləri almışdırlar. Evdə yerləşən pianinonu 150 manata İddiaçı qonşudan almışdır. İddiaçı ilə birlikdə yaşadıqları müddət ərzində iddiaçı, evə heç bir maddi yardım göstərməmiş və evin bütün tələbatlarını o və valideyinləri ödəmişdir. Beləliklə iddiaçı yuxarıda adını çəkdiyi kombi, mətbəx şkafı və qaz sobasından başqa digər əşyalarını, eyni zamanda Aybənizə məxsus qızıl-zinət əşyaları da birgə nikah dövründə yaşadıqları evdə olduğundan Aybənizə həmin əşyaları istədiyi vaxt götürə bilər. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 2(012)-1015/2021 saylı, 17.05.2021-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı ilə X10 arasında 25.04.2012-ci il tarixdə Abşeron rayon Qeydiyyat şöbəsində bağlanmış 198 №-!i akt qeydli nikah pozulması, birgə nikahdan anadan olmuş 06.10.2011-ci il təvəllüdlü X5 və 30.05.2014-cü il təvəllüdlü X6 anası İddiaçı yanında qalması, X3 Q6,i0.2GTı-ci ii təvəllüdlü X5 və 30.05.2014-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün 13.11.2020-ci il tarixdən başlayaraq hər ay hər uşaq üçün 170 (yüz yetmiş) manat, cəmi 340 (üç yüz qırx) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulması qət edilmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb, araşdırılmış bütün sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iddiaçı tərəfindən tələb olunan əmlaklardan məhkəmədə Cavabdeh kombi, mətbəx şkafı və qaz sobasından başqa digər əşyaların, eyni zamanda qızıl-zinət əşyalarını onun yaşadığı evdə olduğunu və həmin əşyaları istənilən vaxt iddiaçının götürməsinə heç bir etirazı olmadığını bildirmişdir. İddiaçı tərəfindən kombi, mətbəx şkafı və qaz sobası ilə bağlı özünün izahatından başqa hər hansı bir sübut təqdim etmədiyindən məhkəmə hesab edir ki, iddia tələbi cavabdehin qəbul etdiyi hissədə təmin edilməli, yəni kombi, mətbəx şkafı və qaz sobasından başqa iddia ərizəsində göstərilən digər əmlaklar Cavabdeh alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsində qeyd olunur ki, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.2-ci maddəsinə əsasən, nikaha girənədək ərarvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlk qaydasında aldığı əmlak onun mülkiyyətidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.3-cü maddəsinə əsasən, daş-qaş və digər zinət şeyləri istisna olmaqla, fərdi istifadədə olan əmlak (paltar, ayaqqabı və i.a) nikah dövründə ərlə arvadın ümumi vəsaiti hesabına əldə edilmiş olsa da, ondan istifadə etmiş arvadın (ərin) mülkiyyəti sayılır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə görə nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ərarvadın hər birinin əmlakıdır). Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 220-216, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, G.Abdullayev küçəsi, ev 15-də yerləşən 2 saylı mənzildə olan İddiaçı məxsus cehiz əşyaları-soyuducu - dəyəri 450 manat, paltaryuyan maşın dəyəri 850 manat, yataq dəsti mebeli-dəyəri 1200 manat, stol və stullar - dəyəri 800 manat, qonaq otağı üçün pərdə - dəyəri 200 manat, yataq otağı üçün pərdə - dəyəri 100 manat, xalça - dəyəri 350 manat, 02 ədəd çilçıraq - dəyəri 100 manat, çay və yemək dəsti - dəyəri 200 manat, elektrikli soba - dəyəri 60 manat, ətçəkən maşın - dəyəri 50 manat, elektrikli çaynik - dəyəri 25 manat, blender - dəyəri 25 manat, qazan dəsti - dəyəri 250 manat, qaşıq dəsti - dəyəri 150 manat, ütü və ütü masası - dəyəri 80 manat, piano - dəyəri 150 manat, toyda hədiyyə kimi alınmış qızıl-zinət əşyaları-boyunbağı- dəyəri 500 manat, qolbağı - dəyəri 400 manat, 02 ədəd üzük - dəyəri 1200 manat cavabdeh X4 alınıb İddiaçı verilsin. İddia tələbi digər hissələrdə rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: ELMAN MƏMMƏDOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar