Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-4902/2021 20.08.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Məmmədov Elman Tofiq oğlu, Ərizəçi maraqlı şəxs Sumqayıt «ASAN Xidmət» mərkəzi qeydiyyat şöbəsinə qarşı «ölüm faktının müəyyən edilməsi» barədə ərizəsini və ərizəsinə əlavə edilmiş sənədləri nəzərdən keçirərək МÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 08.06.1993-cü il təvəllüdlü həyat yoldaşı X1 22.06.2021-ci il tarixdə Abşeron rayonunda ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, ərizəyə məhkəmə qaydasında baxılmalı olmadığından iddianın yol verilməzliyinə görə iddia ərizəsi qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, 31oktyabr 2003-cü il tarixli 145N-li Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın təstiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinertinin qərarının 8.1-ci bəndinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə Qeydiyyat şöbəsi, konsulluq idarəsi və ya icra hakimiyyəinin nümayəndəliyi tərəfindən aparılır. Həmin Qaydaların 9.5-cı bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə(ölüm haqqında həkim arayışı,ölüm haqqında feldşer arayışı ilə) təstiq edilməlidir. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019- cu il tarixli, 03 saylı qərarının 9-cu bəndində Ali Məhkəmənin Plenumu göstərmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qərarın 9.1-ci bəndinə əsasən “Əhalinin sağlamlığının qorunması” haqqında Azərbaycan Respublikası Qanunun 39-cu və 41-ci maddələrində və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 saylı qərarı ilə təsdiq edilmiş “ İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nda insanın ölüm anının və səbəblərinin müəyyən edilməsi qaydası təsbit olunmuşdur. Həmin “Qayda”nın 4-cü bəndində “ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi qaydası dəqiq müəyyən edilmişdir. “Ölüm haqqında tibbi şəhadətnamə’' mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. Həmin Qaydaların 5.3-cü bəndinə əsasən şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. Nəzərə alınmalıdır ki, “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsindən əsassız imtina edildikdə, həmin şəhadətnaməni verməli olan tibb müəssisələrinə qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 306.1-ci maddəsinə əsasən məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin 30 - 40-6-cı fəsillərində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Lakin, iş materiallarında Abşeron rayon prokurorluğunun cinayət işinin başlanmasının rədd edilməsi barədə 02 iyul 2021-ci il tarixli qərarı ilə X1 ölməsi təstiqini tapmışdır.Həmin qərarda göstərilmişdir ki, X1 uzun müddətdir ki,əziyyət çəkdiyi hipertoniya (beyin təzyiqi) xəstəliyindən vəfat etməsi faktı ilə bağlı cinayət hadisəsi olmadığından 128-C-21 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilməsi qərara alınmışdır. Azərbayсan Respublikası Mülki-Prosessual Məcəllənin 82.4-cü maddəsinə görə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Yuxarıda qeyd olunan normalara istinad edərək məhkəmə qeyd edir ki, X1 Abşeron rayon prokurorluğunun cinayət işinin başlanmasının rədd edilməsi barədə 02 iyul 2021-ci il tarixli qərarı ilə ölməsi təstiq olunduğundan yenidən həmin faktın təkrarən məhkəmə qaydasında müəyyən olunması qeyd olunan qanunvericilik normalarına ziddir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 308-ci maddəsinə istinad edərək hesab edir ki, ərizəçi ölüm faktının qeydiyyatını aparan müvafiq dövlət qurumuna müraciət etməli, həmin müraciətin nəticəsindən narazı qalarsa inzibati qaydada yuxarı orqana müraciət etməli və ya müraciətin nəticəsini İnzibati məhkəmə qaydasında mübahisələndirməlidir. Azərbaycan Respublikasının MPM-nin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbayсan Respublikası Mülki-Prosessual Məcəllənin 153.2.1-ci maddəsinə görə ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yol verilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslanmış qərar çıxarır, işə məhkəmə qaydasında baxılmalı deyildirsə iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Həmin Məcəllənin 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina barədə qərardad ərizəyə əlavə olunmuş sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Şərh оlunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 153, 263, 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Ərizəçi X2 maraqlı şəxs Sumqayıt «ASAN Xidmət» mərkəzi qeydiyyat şöbəsinə qarşı «ölüm faktının müəyyən edilməsi» barədə ərizəsindən iddianın yolverilməzliyinə görə imtina olunsun. Ərizəçiyə ölüm faktının qeydiyyatını aparan müvafiq dövlət qurumuna müraciət etmək, həmin müraciətin nəticəsindən asılı olaraq inzibati qaydada yuxarı orqana müraciət etmək və ya müraciətin nəticəsini ərazi vahidi üzrə inzibati məhkəmə qaydasında mübahisələndirmək hüququnun olması izah edilsin. Qərardaddan 10 gün müddətində qərardadı qəbul etmiş məhkəməyə şikayət vermək olar. HAKİM: ELMAN MƏMMƏDOV
Məhkəmə qərarları › İş №2(012)-4902/2021
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-4902/2021
20.08.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver