Məhkəmə qərarları › İş №2(012)-4937/2020

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-4937/2020

15.12.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-4937/2020 15.12.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi Hakim Cəmilə İbrahim qızı Səfiyeva İddiaçı Cavabdeh qarşı cehiz əşyalarının qaytarılması tələbinə dair iddia ərizəsinə 15 dekabr 2020-ci il tarixdə, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ M: İddiaçı Cavabdeh qarşı cehiz əşyalarının qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edirəm ki, iddia ərizəsi qanunla müəyyən edilən forma və məzmunda tərtib edilmədiyindən MPM-nin 152.1.1 maddəsinə əsasən geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsində cehiz əşyalarının adları sadalansa da, onların dəyəri, onları fərdiləşdirən əlamətlər qeyd edilməmişdir.Bu isə iddia təmin edildiyi halda, qətnamənin icrasında müəyyən çətinliklər yaranmasını istisna etmir. Ona görə də, məhkəmə hesab edir ki, hazırkı halda iddia ərizəsi geri qaytarılmalıdır. Qeyd edilən nöqsanlar aradan qaldırıldıqdan sonra, iddiaçı yenidən məhkəməyə müraciət edə bilər. Göstərilənlərə əsasən və MPM-nin 263,264 və 268-ci maddəsinin tələblərini rəhbər tutaraq, QƏRARA A L D İ M: İddiaçı Cavabdeh qarşı cehiz əşyalarının qaytarılması tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Qeyd edilən nöqsanlar aradan qaldırıldıqdan sonra, iddiaçı yenidən məhkəməyə müraciət edə bilər. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Hakim: C.İ.Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar