Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-497/2022 24.01.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi, İddiaçı X9 X4 Cəmiyyətinin nümayəndəsi X1, Cavabdeh Abşeron rayon Hökməli Bələdiyyəsinin nümayəndəsi X3, Cavabdeh2 iştirakı ilə, İddiaçı X9 X4 Cəmiyyətinin cavabdehlər Abşeron rayon Hökməli Bələdiyyəsinə və Cavabdeh2 qarşı Abşeron rayon, Hökməli qəsəbəsi, Qobu yolu ərazisindən keçən 110 kvluq 3-cü Puta hava xəttinin mühafizə zonasında inşa edilən qeyri-qanuni obyektin sökülməsi və ərazinin boşaldılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X9 X4 Cəmiyyəti cavabdehlər Abşeron rayon Hökməli Bələdiyyəsinə və Cavabdeh2 qarşı Abşeron rayon, Hökməli qəsəbəsi, Qobu yolu ərazisindən keçən 110 kvluq 3-cü Puta hava xəttinin mühafizə zonasında inşa edilən qeyri-qanuni obyektin sökülməsi və ərazinin boşaldılması tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Hökməli qəsəbəsi ərazisindən keçən 110 kv-luq 3-cü X11 hava xəttinin 10-11 saylı dayaqlarının mühafizə zonasında qeyri-qanuni inşa olunmuş obyektin cavabdehin öz vəsaiti hesabına sökülməsi və həmin tikilinin yerləşdiyi torpaq sahəsinin boşaldılaraq əvvəlki vəziyyətə gətirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı X9 X4 Cəmiyyətinin nümayəndəsi X6 iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, "xxxx" ASC-nin "xxxx" MMC-nin balansında və istismarında olan Hökməli qəsəbəsi ərazisindən keçən 110 kv-luq 3-cü Puta hava xəttinin mühafizə zonasında “Yurd 2” adlı obyekt Cavabdeh2 tərəfindən qeyri-qanuni inşa edilmişdir. Qanunsuz tikilinin dayandırılmasına dair xəbərdarlıq olunaraq Abşeron Rayon İcra Hakimiyyətinə, Polis İdarəsinə, Abşeron rayon prokurorluğuna və Fövqəladə Hallar Nazirliyinə dəfələrlə müraciət olunmuşdur. Hökməli qəsəbəsində, həmin ərazi üzrə yaşayan sakinlər tərəfindən Azərbaycan Respublikası Prezidentinə, Azərbaycan Respublikasının 1-ci vitse-prezidentinə, Abşeron Rayon İcra Hakimiyyəti başçısına, Azərişıq ASC-nin sədrinə, Azəriqaz İB-nin sədrinə və Azərenerji ASC-nin prezidentinə müraciətlər edilmişdir. Belə ki, müraciətdə həmin yer əvvəllər boş ərazi olduğu üçün sakinlər tərəfindən həmin yerin abadlaşdırılıb, oturacaqlar qoyulub park kimi istifadə edilməsinin nəzərdə tutulduğu qeyd olunmuşdur. Mühafizə zonalarının bu qaydada pozulması EVX-nin normal istismarını qəza hallarında işlərin vaxtında aparılmasını çətinləşdirir və insan tələfatı ilə nəticələnən hadisələr baş verir. Qəzanın aradan qaldırılmaması isə Abşeron regionunun enerji ilə təchizatından məhrum olmasına və Azərbaycan Respublikası Prezidentinin 11 fevral 2004-cü il tarixli 24 saylı Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının Regionlarının Sosial İqtisadi İnkişafı Dövlət proqramı” çərçivəsində yerinə yetirilməsi nəzərdə tutulmuş planların həyata keçirilməsinə maneə törədir. Bununla da Nazirlər Kabinetinin 21-5-63 saylı X5 Veriliş xətlərin mühafizə gücləndiricisi haqqında olan göstərişi yüksək gərginlikli hava xəttinin X2 nəzərdə tutulmuş mühüm qaydaları kobudcasına pozulmuş, xəttin altında və onun mühafizə zonasında inşa olunmuş tikililər isə xətlərdə cari və əsaslı təmir işlərinin aparılmasına imkan vermir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 iyun 2005-ci il tarixli 103 saylı qərarı ilə “Gərginliyi 1000 voltadək olan elektrik şəbəkələrinin mühafizə qaydalarının və gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi qaydaları” təsdiq edilmişdir. Bu qaydalara əsasən elektrik şəbəkələrinin qorunmasının təmin edilməsi, istismar üçün normal şəraitin yaradılması və bədbəxt hadisələrin baş verməsinin qarşısının alınması məqsədi ilə torpaq sahələri ayrılır və mühafizə zonaları müəyyən olunur. Həmin qərara əsasən hava elektrik ötürücü xətləri boyunca kənar naqillərin meyl etməmiş vəziyyətində hər iki tərəfdən şaquli müstəvilərlə məhdudlaşan torpaq sahəsi və hava fazası şəklində110 kv-luq yüksək gərginlikli hava xətlərinin mühafizə zonası 20 m məsafə ilə müəyyən edilir. Torpaq Məcəlləsinin 8-ci maddəsində torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri qanunvericiliklə müəyyən olunmuş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və həmin torpaqlar barəsində sərəncam verilməsi, yaşayış məntəqələrinin baş planının, planlaşdırma və tikinti layihələrinin, yerquruluşu və təsərrüfat planlarının hazırlanması və həyata keçirilməsinin təşkil olunması, ictimai ehtiyaclar tələb etdikdə bələdiyyə tərəfindən hüquqi və fiziki şəxslərə əvəzsiz istifadəyə verilmiş torpaq sahələrinin məcburi geri alınması barədə məhkəmədə iddia qaldırmaq, öz səlahiyyətləri daxilində bələdiyyə torpaqlarından istifadə olunmasına və onların mühafizəsinə nəzarət edilməsi, qanunvericilikdə müəyyən edilmiş digər səlahiyyətlərin həyata keçirilməsi göstərilmişdir. Azərbaycan Respublikası Prezidentinin “Dövlət əmlakının qorunub saxlanılması, səmərəli istifadə edilməsinin təkmilləşdirilməsi haqqında” 06 iyun 2007-ci il tarixli 586 nömrəli Fərmanının 7.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarının rəhbərlərinə sərəncamlarında olan dövlət əmlakının və onun yerləşdiyi torpaq sahələrinin qorunub saxlanılmasının təmin edilməsi tapşırılmışdır. Həmin mühafizə zonasında hər hansı tikinti işləri aparmaq qadağandır. Azərbaycan Respublikasının qanunvericiliyi müəyyən edilmiş qaydada müvafiq icazə almadan magistral boru kəmərlərinin gərginliyi 1000 V-dan çox olan elektrik şəbəkələrinin, su təchizatı sistemlərinin mühafizə zonalarında tikinti və quraşdırma işlərinin aparılması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 222.2 maddəsinin tərkibini yaradır. Belə ki, iddiaçının nümayəndələri sözügedən zonada inşa edilmiş qeyri-yaşayış sahəsinin kimə məxsus olmasını müəyyən etmək üçün Bələdiyyəyə getmiş və özünü bələdiyyənin sədri kimi təqdim etmiş yaşlı bir şəxs həmin obyektin Cavabdeh2 məxsus olduğunu bildirmişdir. Bu səbəbdən də hazırki iş üzrə cavabdeh olmalı olan başqa şəxs yoxdur. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 iddia ərizəsini qəbul etməyərək təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq izahatında göstərmişdir ki, iddiaçının sökülməsini tələb etdiyi qeyri-yaşayış sahəsi ona məxsus deyildir. Onun adının bu işdə nə üçün hallandığını anlamır. Şəkildə göstərilən obyekti tanımır və kimə məxsusluğu barədə heç nə bilmir. Məhkəmə iclasında cavabdeh Abşeron rayon Hökməli Bələdiyyəsinin nümayəndəsi X7 iddia ərizəsini qəbul etməyərək təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq izahatında göstərmişdir ki, iddiaçı X9 Şəbəkəsi MMC-nin sökülməsini tələb etdiyi qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsi Bələdiyyənin balansında deyil, həmin qeyri-yaşayış sahəsinin kimə məxsus olduğu isə bəlli deyildir. İddiaçının nümayəndəsi sözügedən obyektin Cavabdeh2 məxsus olduğunu və bu məlumatın özünü bələdiyyə sədri kimi təqdim etmiş yaşlı bir şəxsdən öyrəndiklərini bildirsə də, qeyd etməyi zəruri hesab edir ki, Abşeron rayon Hökməli Bələdiyyəsinin sədri cavan şəxsdir və səkkiz ildən artıq müddətdir ki, Bələdiyyə sədri vəzifəsini icra edir. Hətta, eşitdiyinə görə sözügedən qeyri-yaşayış sahəsi şəhid ailəsi tərəfindən inşa edilmişdir. Məhkəmə, tərəflərin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin İ bəndinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 13-cü maddəsinin İİ bəndinə əsasən, mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. 29-cu maddəsinin İİİ bəndinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Abşeron rayon Hökməli Bələdiyyəsinin 24.01.2021-ci il tarixli 10/X saylı məktubundan görünür ki, sözügedən torpaq sahəsinə Cavabdeh2 adına heç bir torpaq sahəsi ayrılmamışdır. Həmin iş üzrə Cavabdeh2 cavabdehlik daşımır. -Mülki iş materiallarına əlavə olunmuş iki ədəd fotoşəkildən görünür ki, sözügedən fotoda “Yurd-2” qeyri-yaşayış sahəsi əks olunmuşdur. -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan görünür ki, Rəşidov X8 rayonu Hökməli qəsəbəsi Nizami küçəsində qeydiyyatdadır. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, "xxxx" ASC-nin "xxxx" MMC-nin balansında və istismarında olan Hökməli qəsəbəsi ərazisindən keçən 110 kv-luq 3-cü Puta hava xəttinin mühafizə zonasında qeyriqanuni inşa edilmiş qeyri-yaşayış sahəsinin olması və həmin tikilinin qanunsuz olaraq qanunvericiliyin tələblərinin pozulmaqla inşa edildiyindən və mühafizə zonasına düşdüyündən, Cavabdeh2 tərəfindən qeyri-qanuni inşa edilmiş həmin qeyri-yaşayış sahəsinin cavabdeh tərəfindən sökülərək, torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarılmasına dair qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin (bundan sonra mətndə Torpaq Məcəlləsi adlanacaq): 5-ci maddəsinin İİ hissəsinə əsasən mülkiyyət hüququnun subyektləri - dövlət mülkiyyətində olan torpaq sahələri üzərində - Azərbaycan dövləti, bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində - bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaq sahələri üzərində - Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləridir. 49-cu maddəsinin İ hissəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ - torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur. 111.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə Mülki Məcəllə adlanacaq): 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Avropa İnsan Hüquqları Məhkəməsi “Sporronq və Lonnrotun İsveçə qarşı” qərarında və bundan sonra qəbul etdiyi qərarlarında mülkiyyət hüququ ilə əlaqədar mövqeyini müəyyən edərək izah etmişdir ki, mülkiyyət hüququnun müdafiəsi zamanı işin hallarından asılı olaraq üç məsələ aydınlaşdırılmalıdır: mülkiyyətçinin mülkiyyət hüququnun mövcud olması, mülkiyyətçinin öz mülkiyyətindən məhrum olması; mülkiyyətçinin mülkiyyətindən istifadəyə nəzarətdən məhrum olması. Həmin qərarlara görə mülkiyyətçinin öz mülkiyyətindən məhrum edilməsinin baş verib-verməməsini müəyyən etmək üçün mülkiyyətin formal cəhətdən özgəninkiləşdirilməsi və ya mülkiyyət hüququnun başqasına keçməsi və həmin halların “de fakto” baş verməsi aydınlaşdırılmalıdır. Məhkəmə araşdırması zamanı iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halı sübuta yetirəcək iki ədəd fotoşəkil təqdim etməsinə və həmin fotoşəkildə həqiqətən də qeyri-qanuni olaraq inşa edildiyi iddia edilən “Yurd-2” qeyri-yaşayış sahəsi əks olunsa da, həmin qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsinin bələdiyyənin balansında olması və obyektin Cavabdeh2 məxsus olması öz təsdiqini tapmamışdır. Belə ki, iddiaçı iddia tələbində torpaq sahəsinin bələdiyyənin balansında olmasına və sözügedən qeyri-yaşayış sahəsinin Cavabdeh2 məxsus olmasını araşdırdığını qeyd etsə də, buna dair tutarlı sübutlarını məhkəməyə təqdim edilməmiş, yalnız iki ədəd foftoşəkillə kifayətlənmişdir. Göründüyü kimi, sübutetmə yükü təkzib edənin deyil, sübut etmək vəzifəsi daşıyan tərəfin üzərinə düşdüyü halda, iddiaçı öz tələbinin əsasını təşkil edən kifayət qədər mötəbər sübutlarını məhkəməyə təqdim etməmişdir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli Qərarındakı hüquqi mövqeyə görə, Məcəllənin 14.1-ci maddəsi məhkəmədən həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmasını tələb edir. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Göründüyü kimi, mülki məhkəmə icraatında çəkişmə prinsipinin inkişafına baxmayaraq, məhkəmə çəkişmə prosesində iş üzrə həqiqətə nail olmaq üçün işin bütün hallarının hərtərəfli, tam və obyektiv müəyyənləşdirilməsinin təmin edilməsindən azad olunmayıb. Burada söhbət hüquqi müstəvidə həqiqətə nail olunmasından gedir, müvafiq olaraq bu həqiqətin mahiyyəti də hüquqidir. Belə ki, proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Belə həqiqəti şərti olaraq “hüquqi həqiqət” adlandırmaq olar. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Çəkişmə prinsipinin əsasını, həmçinin tərəflərin prosessual hüquq bərabərliyi prinsipi təşkil edir. Bu prinsipə görə, tərəflər öz hüquq və mənafelərini müdafiə etmək üçün hüquqi cəhətdən tam bərabər imkana malik olmalıdırlar. Bu imkanlar qanunla və məhkəmə tərəfindən təmin edilir. Mülki prosessual qanunvericilik tərəflərə eyni hüquqlar verir. Buna görə də prosesdə tərəflərdən heç biri prosessual hüquqların həcminə görə digəri qarşısında üstünlüyə malik deyildir. Tərəflərin prosessual bərabərliyi prosesin çəkişmə prinsipi əsasında həyata keçirilməsinə şərait yaradır. Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsində nəzərdə tutulmuş vəzifələr çərçivəsində işə baxan məhkəmə hansı halların iş üçün əhəmiyyət kəsb etdiyini, hansı tərəfin onları sübut etməli olduğunu və ya verilən tələbin təmin olunması üçün hansı halların sübut edilməli olduğunu tərəflərin istinad edib-etməməsindən asılı olmayaraq onlarla müzakirə etməlidir. Bu zaman hakimin tərəflərlə apardığı müzakirə, iddianın uğurluluğu perspektivi barədə izahlar verməsi və bununla bağlı işin məhkəmədən kənar həlli (barışıq yolu ilə) istiqamətində müzakirələr aparması hakimin baxılan məsələyə dair yekun qərar üzrə fikir bildirməsi kimi qiymətləndirilməməli və hakimə etiraz üçün əsas olmamalıdır. Bununla yanaşı, mülki prosessual qanunvericilik işin məhkəmədə baxılmağa hazırlanması mərhələsində işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün məhkəmənin göstərməli olduğu fəallığın bir sıra mühüm şərtlərini və hədlərini müəyyənləşdirmişdir. Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir. Belə ki, işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər (Mülki Prosessual Məcəllənin 77.3-cü maddəsi). Lakin işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər (Mülki Prosessual Məcəllənin 78.2-ci maddəsi). Göründüyü kimi, məhkəmə iş üzrə sübutları yalnız tərəflərin vəsatəti əsasında və onlar həmin sübutları müstəqil qaydada əldə edə bilmədikdə tələb edə bilər. Bu zaman zəruri sübutu müstəqil qaydada əldə edə bilmədiyini sübut etmək yükü də müvafiq tərəfin üzərinə düşür. Əks yanaşma məhkəmənin tərəflərin prosessual səlahiyyətlərini öz üzərinə götürərək, onlardan hər hansı birinin tərəfində dayanması, yaxud onları əvəz etməsi görüntüsü yarada bilər. Halbuki məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Yuxarıda qeyd edildiyi kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Məhkəmə qanunvericiliyin tələblərinə və Plenum Qərarına istinad edərək qeyd edir ki, iddiaçı X9 Şəbəkəsi MMC iddiaçı tələbində sözügedən obyektin Cavabdeh2 məxsus olduğunu, bu səbəbdən də həmin qanunsuz tikilinin məhz həmin şəxs tərəfindən sökülməsini tələb etsə də, həmin obyektin həqiqətən də cavabdehlərə məxsus olmasını sübuta yetirəcək mötəbər sübutlarını məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən də, məhkəmə qanunsuz tikilinin Cavabdeh2 məxsus olması təsdiq olunmadığı təqdirdə həmin tikilinin cavabdehin öz vəsaitin hesabına sökülməsi öhdəliyini də qoya bilməz. Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, nəzərə alınmalıdır ki, mülki işlər üzrə məhkəmə icraatı iddiaçının məhkəməyə təqdim etdiyi ərizə əsasında başlanan icraatdır. Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarilə mütləq hüquq olmayıb, müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqların məhkəmə vasitəsilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələləri araşdırılmalıdır. Məhkəmə qeyd edir ki, Mülki Prosessual Məcəllənin: 54.1. maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. 54.2. maddəsinə əsasən iddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Məhkəmə araşdırması zamanı Abşeron rayonu Hökməli qəsəbəsi Qobu yolu ərazisindən keçən mühafizə zonasında yerləşən torpaq sahəsində inşa edilmiş qanunsuz tikilinin sökülməsi tələbi irəli sürülsə də, həmin tikilinin məhz Cavabdeh2 tərəfindən sökülməsi tələb olunmuşdur. Lakin məhkəmə qeyd edir ki, məhkəmə araşdırması zamanı həmin tikilinin cavabdehə məxsus olmasını təsdiq edən mötəbər sübutlar öz əksini tapmadığından, iddiaçının nümayəndəsinə cavabdehin əsl cavabdehlə əvəz olunması təklif olunmuş, lakin iddiaçının nümayəndəsi başqa cavabdehin olmadığını bildirmiş, bu səbəbdən də məhkəmə irəli sürülən tələblər üzrə iddia ərizəsinə mahiyyəti üzrə baxmışdır. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirib məhkəmə iclasında tədqiq olunmuş sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi cavabdehlərə münasibətdə Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən sübuta yetirilmədiyindən əsassızdır, bu səbəbdən də təmin edilməməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 11.07.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Mülki Prosessual Məcəllənin: 119.1. maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.2. maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Məhkəmə yuxarıda qeyd olunan maddi hüquq normalarına istinad edərək qeyd edir ki, iddia tələbi rədd edildiyindən iş üzrə ödənilmiş dövlət rüsumunun məbləği iddiaçının özünə aid edilməlidir. Mülki Prosessual Məcəllənin: 77.1. maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə və Mülki Prosessual Məcəllənin 4-cü, 7-ci, 14-cü, 36-cı, 77-ci, 88-ci, 149-cu, 150-ci və 216-236-cı maddələrinə əsaslanaraq, məhkəmə QƏT ETDİ: İddiaçı X9 X4 Cəmiyyətinin cavabdehlər Abşeron rayon Hökməli Bələdiyyəsinə və Cavabdeh2 qarşı Abşeron rayon, Hökməli qəsəbəsi, Qobu yolu ərazisindən keçən 110 kvluq 3-cü Puta hava xəttinin mühafizə zonasında inşa edilən qeyri-qanuni obyektin sökülməsi və ərazinin boşaldılması tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №2(012)-497/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-497/2022
24.01.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver