Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-499/2021 03.02.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Elçin Məmməd oğlunun sədrliyi, Yunuslu Elvin Kamil oğlunun katibliyi, İddiaçı nümayəndəsi, vəkil X3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı borc pul və maddi zərər tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 5000 manat və 9980 ABŞ dolları məbləğində pulun, mənəvi zərərə görə 10000 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun cavabdehdən alınıb iddiaçıya verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi, vəkil X4 iddianı müdafiə etdi və iddia ərizəsində göstərilənlərə uyğun məzmunda izahata verərək bildirdi ki, xx xxxxxx 2019-cu il tarixli kredit müqaviləsinə əsasən İddiaçı Cavabdeh 5000 manat məbləğində pul vəsaitini borca vermişdir. Bundan əlavə, cavabdeh iddiaçıya məxsus kartdan 700 və 2280 ABŞ dolları olmaqla 2 dəfə özünə məxsus karta pul köçürmüşdür. Habelə, cavabdeh viza düzəltmək adı ilə iddiaçıdan 7000 ABŞ dolları məbləğində pulu alaraq “xxxx” ASC-də depozitə qoymuş və iddiaçının xəbəri olmadan həmin pul vəsaitini götürmüşdür. Qeyd olunan xüsussatları kredit müqaviləsi, kart hesabından göndərişlər və cavabdehin səs yazıları təsdiq edir. Müdafiəçi tərəfindən iddiaçının adına olan depozitlə bağlı “xxxx” ASC-yə sorğu verilsə də, bank sorğuya cavab verməmişdir. Beləliklə, Cavabdeh iddiaçıya ümumilikdə 5000 manat və 9980 ABŞ dolları məbləğində borcu vardır. İddiaçı bir neçə dəfə cavabdehdən borcunu qaytarmasını tələb etsə də, cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliklərini icra etməmişdir. Cavabdeh iddiaçıya heç nədən qorxmadığını və məhkəməyə müraciət etməsinin heç bir nəticəsi olmayacağını bildirmişdir. Cavabdehin bu cür hərəkətləri iddiaçıya həm maddi, həm də mənəvi ziyan vurmuşdur. İddiaçı mənəvi zərəri 10000 manat miqdarında qiymətləndirmişdir. Odur ki, Cavabdeh 5000 manat, 9980 ABŞ dolları, mənəvi zərərə görə 10000 manat məbləğində pulun və 30 manat məbləğində dövlət rüsumunun alınıb İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi, vəkil X4 məhkəməyə yazılı ərizə təqdim edərək, mülki işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyini bildirmişdir. Cavabdehin faktiki olduğu yer məlum olmadığına görə onun məlum olan axırıncı yaşayış yeri üzrə iclasın yeri və vaxtı barədə məhkəmə bildirişinin göndərilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən cavabdehin faktiki olduğu yer məlum olmadıqda, məhkəmə cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə yerli özünüidarə orqanının, müvafiq icra hakimiyyəti orqanının və ya cavabdehin məlum olan axırıncı iş yeri üzrə müdiriyyətin məhkəmə bildirişini aldığını təsdiq edən qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə daxil olduqdan sonra işə baxmağa başlayır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə görə iclasın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə şərh olunan hüquq normasını və iddiaçının nümayəndəsi, vəkilinin rəyini nəzərə alaraq, mülki işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İşdə olan “Borc alan” Cavabdeh ilə “Borc verən” İddiaçı arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli kredit müqaviləsindən görünür ki, tərəflər öz üzərilərinə müqavilədən irəli gələn öhdəliklər götürmüşlər. Həmin müqavilənin 1 və 2-ci bəndlərindən görünür ki, “Borc verən” “Borc alan”a 5000 manat məbləğində pulu xx xxxxxx 2020-ci il tarixədək geri qaytarmasını öhdəsinə götürmüşdür. İşdə olan Ləğv prosesində olan “xxxx” ASC tərəfindən məhkəməyə təqdim edilmiş xx xxxxxx 2020-ci il tarixli hesabdan çıxarışdan görünür ki, xx xxxxxx 2020-ci il tarixdə İddiaçı şəxsi hesabına 7000 ABŞ dolları məbləğində pul mədaxil edilmiş, xx xxxxxx 2020-ci il tarixdə həmin pul məbləği şəxsi hesabdan məxaric edilmişdir. İşdə olan xx xxxxxx 2020-ci il tarixli, C2C Debit AZE BAKU bank əməliyyatından görünür ki, həmin tarixdə 2280 və 700 ABŞ dolları məbləğində pul kartdan karta köçürülmüşdür. Məhkəmə iddia ərizəsi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd olunmasını zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci və 739.2-ci maddələrinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. İş materiallarından da göründüyü kimi cavabdeh iddiaçıdan tələb olunan 5000 manat məbləğində borc götürmüş və borc götürən zaman imzaladığı kredit müqaviləsinə əsasən həmin məbləği qaytarmağı öhdəsinə götürmüş, daha sonra viza düzəltmək adı ilə 7000 ABŞ dolları məbləğində pulu iddiaçıya məxsus şəxsi hesabdan cavabdeh özünə məxsus hesaba məxaric etmiş, 2280 və 700 ABŞ dolları məbləğində pulu isə iddiaçıya məxsus kartdan cavabdehə məxsus karta köçürülmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1 və 448.2-ci maddələrinə görə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, Cavabdeh İddiaçı qarşısında öhdəliyi yaranmış və o, bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İşin faktiki hallarından görünür ki, iddiaçı ilə cavabdeh arasında kredit müqaviləsi bağlanmış, cavabdeh iddiaçıdan xx xxxxxx 2020-ci il tarixədək geri qaytarmaq şərti ilə 5000 manat borc pul almış, həmin pul məbləğini geri qaytarmayaraq üzərinə götürdüyü öhdəliyi icra etməmiş və bundan sonra iddiaçının ümumilikdə 9980 ABŞ dolları məbləğində pulu bank hesabından çıxarılmışdır. Buna görə də məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh verdiyi 5000 manat və 9980 ABŞ dolları məbləğində pul vəsaitinin ona qaytarılması tələbində haqlıdır. X5 Məhkəməsi “X1rşı” xx xxxx 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (§ 68). Eyni zamanda “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir (§ 93). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Belə ki, cavabdeh məhkəmə iclaslarında ümumiyyətlə iştirak etmədiyindən və məhkəmə mülki işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etdiyindən yalnız iş üzrə faktiki təqdim edilən sübutlar əsasında iddianın təmin edilməsi qənaətinə gəlir. Beləliklə məhkəmə, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək, iddia tələbini əsaslı sayır və təmin edilməsi qənaətinə gəlir. Nəticə etibarilə məhkəmə hesab edir ki, Cavabdeh 5000 manat və 9980 ABŞ dolları məbləğində pul vəsaiti alınaraq, İddiaçı xeyrinə ödənilməlidir. Məhkəmə iddiaçıya ödənilməli olan pul məbləğinin ödənilməsi üsulu və qaydasını araşdıraraq hesab edir ki, tərəflər arasında debit-kart hüquq münasibətləri ABŞ dolları ilə yaranmış olsa da, Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin İİİ hissəsinə əsasən, Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağan olunduğundan, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1-ci maddəsinə əsasən, pul öhdəliyi manatla ifadə edilməli olduğuna görə, cavabdehdən alınan vəsait ödənildiyi anda Azərbaycan Respublikası Mərkəzi Bank tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə ödənilməlidir. Məhkəmə həmçinin iddia tələbinin mənəvi zərərə görə cavabdehdən 10000 manat pulun tutulması tələbi hissəsi üzrə qeyd edir ki, cavabdeh tərəfindən iddiaçının pulunun qaytarılmaması nəticəsində iddiaçının psixoloji əzab və mənəvi sarsıntı keçirməsi ilə bağlı dəlilləri əsaslı hesab olunmalıdır. Məhkəmə işin hallarını, hüquq pozuntusunun tanındığını və buna görə müəyyən edilən kompensasiyanın məbləğini nəzərə alaraq, cavabdehdən 10000 manat mənəvi ziyanın iddiaçının xeyrinə tutulmasını hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyinə görə, iddiaçı tərəfindən dövlət rüsumu üçün ödənilmiş 30 manat pul vəsaitinin əvəzi cavabdehdən tutulub, iddiaçıya verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 238- 253 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 5000 (beş min) manat, 9980 (doqquz min doqquz yüz səksən) ABŞ dolları (ödənildiyi anda Azərbaycan Respublikası Mərkəzi Bank tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) məbləğində, mənəvi zərərə görə 10000 (on min) manat məbləğində pul vəsaiti və iş üzrə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı xeyrinə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 10 gün müddətində həmin qətnamənin ləğvi üçün Abşeron Rayon Məhkəməsinə ərizə, 1 ay müddətində isə Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: E.Kazımov
Məhkəmə qərarları › İş №2(012)-499/2021
Abşeron Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(012)-499/2021
03.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver