Məhkəmə qərarları › İş №2(012)-4993/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4993/2025

08.10.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4993/2025 08.10.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əhmədova Cəmilə Ehtibar qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı qızıl-ziynət, cehiz əşyalarının qaytarılması və ya dəyərinin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Xırdalan şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı qızıl-ziynət, cehiz əşyalarının qaytarılması və ya dəyərinin ödənilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçıya məxsus əşyaların – mətbəx mebeli - 1400 manat; qazan dəsti (2 ədəd)-600 manat; paltaryuyan - 1200 manat; boşqab dəsti - 60 manat; lüstur (2 ədəd) - 200 manat; qaşıqbıçaq dəsti - 100 manat; xalça (3 ədəd) -250 manat; şüşə qab (2 ədəd)-24 manat; servis çaynik (2 ədəd)-100 manat; meyvə qabı (1 ədəd) - 50 manat; stəkan-nəlbəki (12 ədəd)-60 manat; qənd qabı (6 ədəd)-10 manat; çuğun qazan (3 ədəd) - 25 manat; stol-stul (4 ədəd)- 430 manat; aş süzən, ləyənlər-20 manat; şərab qabı (4 ədəd)-10 manat; meyvə qabı (4 ədəd)-48 manat; bakal (6 ədəd)-15 manat; Aura (12 ədəd), dərin (12 ədəd), blut (2 ədəd) - 80 manat; yataq örtüyü dəsti (3 ədəd cüt), (1 ədəd tək) - 105 manat, yataq üçün silikon yorğan dəsti (2 ədəd)-300 manat; əl-üz dəsmalı (12 ədəd)-25 manat; pas-pas və pəncərə silən-25 manat; stol üstü qaz-150 manat; moyka - 100 manat; yorğan dəsti (3 ədəd yastıq, döşək və yorğan)-700 manat; yastıq (2 ədəd)-100 manat; salfetka qabı (4 ədəd)- 10 manat: duz qabı (2 ədəd)-5 manat; taxt üstü-150 manat; pərdə (2 ədəd)-140 manat; geyim (3 ədəd şalvar), (1 ədəd ayaqqabı), (1 ədəd yupka)-100 manat; suvenir-25 manat; meyvə qabı-60 manat; qənd qabı-15 manat; stol üstü süfrə-70 manat; bagema (dəst)-150 manat; 3 ədəd süfrə - 70 manat, mışka- 35 manat, sok maşını -300 manat, blender dəsti 250 manat, sep klon - türk qızılı 585 əyyar - 3 qr - 250 manat, sırğa - rus qızılı, 585 əyyar - 1,5 qr - 150 manat, üzük-türk qızılı - 585 əyyar- 4,5 qr- 600 manat olmaqla alınaraq İddiaçı verilməsi və ya onların dəyəri olan 8567 manat pulun və ödənilmiş 106 manat dövlət rüsumunun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə faktiki nikah münasibətlərində olmuşlar. Birgə nikahlarından övladları olmamışdır. Xasiyyətləri uyğun gəlmədiyinə görə cavabdehlə bir yerdə yaşamaqları baş tutmamışdır. İddiaçıya məxsus cehiz əşyaları evdən çıxan zaman Abşeron rayonu, Qobu qəsəbəsində cavabdehlə birgə yaşadıqları evdə qalmışdır. İddiaçı evi tərk edərkən heç bir əşyasını götürməmişdir. Bu səbəbdən iddiaçı hazırda həmin əşyaların cavabdehdən alınaraq ona verilməsi və ya onların dəyərinin ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə gedişatında iddiaçı MPM-nin 53-cü maddəsinə istinad edərək, iddianı digər hissələrdə müdafiə etdiyini bildirmiş və məhkəmədən 1 ədəd boyunbağı, 2 ədəd üzük və 1 ədəd sırğanın cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. O qeyd etdi ki, həmin əşyaları cavabdehin evindən götürə bilməyib. Cavabdeh qızılzinyət əşyalarının onlarda olduğunu qəbul etmir. Cavabdeh iddia tələbini qismən qəbul edərək izahatında bildirdi ki, bu, onların hər ikisinin ikinci nikahıdır. Onlar toy mərasimi etməmişlər. İddiaçı ilə tanış olduqdan sonra ailə qurmaq üçün iddiaçını evinə gətirmiş, həmin vaxt o, iddiaçıya heç bir qızıl-zinət əşyaları hədiyyə olaraq almamış, iddiaçı isə iddia ərizəsində qeyd olunan bütün cehiz əşyalarını onun evinə gətirməmişdir. İddiaçının onun evinə cehiz kimi gətirdiyi əşyalar 1 ədəd qazan dəsti, boşqab dəsti, bıçaq-qaşıq dəsti, şüşə qab, stekan-nəlbəki, qənd qabı, bakal, yataq üçün yorğan dəsti, yastıq, duz qabı, pərdə, suvenir, mişka oyuncaqdan ibarət olmuşdur. İddiaçı bəzi əşyaları aparsa da, bir qisim əşyaları onun evində qalmışdır. Onların götürülməsinə etirazı yoxdur. İddiaçının iddia tələbində qeyd etdiyi qızıl-zinyət əşyaları isə ümumiyyətlə iddiaçıya hədiyyə olaraq alınmamışdır. Həmin əşyalar qardaşının arvadına məxsus olmuş və iddiaçıya müvəqqəti olaraq taxılmış, sonra yenə qardaşının arvadına geri qaytarılmışdır. Məhkəmə iclasında şahid kimi dindirilmiş Aysel Sadıqova bildirdi ki, İddiaçı gedərkən müəyyən əşyaları avtomobilə yığaraq apardığını görmüşdür. Məhkəmə iclasında şahid kimi dindirilmiş Solmaz Vəliyeva və Pərvanə Vəliyeva bildirdilər ki, İddiaçı heç bir qızıl hədiyyə edilməmişdir. Gəlin kimi ona taxılan qızıllar isə Cavabdeh qardaşı övladına və anasına aiddir. Məhkəmə iclasında şahid kimi dindirilmiş Sahibə Musayeva və Kamal Süleymanov bildirdilər ki, İddiaçı məxsus cehiz və qızıl əşyaları onun Cavabdeh ilə birgə yaşadıqları evdədir. Məhkəmə tərəflərin izahatlarını və şahidləri dinləyib, işin materiallarını araşdırıb, iş üzrə sübutlara qiymət verərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı və cavabdeh faktiki nikah münasibətlərinə daxil olaraq qısa müddət ərzində ər-arvad kimi birgə yaşamışlar. Onların nikahları rəsmi qeydə alınmamış, toy və nişan mərasimləri keçirilməmişdir. Tərəflərin xasiyyətləri uyğunlaşmadığından onlar ayrılmışlar. İddiaçı iddia edir ki, o, cavabdehin yaşadığı evdən çıxanda cehiz kimi özünün gətirdiyi əşyalar və qızılzinət əşyaları cavabdehin evində qalmışdır. Bu səbəbdən iddiaçı hazırda həmin əşyaların cavabdehdən alınaraq ona verilməsi və ya onların dəyərinin ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 52.2-ci maddəsinə görə cavabdeh bu barədə yazılı ərizədə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək, və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Ailə Məcəlləsinin 34.1-ci maddəsinə görə nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Mülki Prosessual Məcəllənin 76.1-ci və 76.2-ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə iddia tələbinin “cehiz əşyalarının cavabdehdən alınaraq iddiaçıya qaytarılması və ya həmin əşyaların dəyərinin iddiaçıya ödənilməsi” hissəsi ilə əlaqədar qeyd edir ki, məhkəmə baxışı zamanı cavabdeh iddiaçının iddia ərizəsində qeyd etdiyi cehiz əşyalarının müəyyən hissəsinin cehiz kimi onun evinə gətirilməsini, lakin həmin əşyaları da iddiaçı gedərkən evdən yığıb apardığını bildirsə də, əşyaların iddiaçı tərəfindən aparıldığına dair hər hansı sübutu təqdim edə bilməmişdir. Ona görə də, məhkəmə hesab edir ki, iddia ərizəsində göstərilən cehiz əşyaları cavabdehdən alınaraq iddiaçıya qaytarılmalıdır. Məhkəmə iddia tələbinin “qızıl-zinət əşyalarının və ya onların cavabdehdən alınaraq iddiaçıya verilməsi” hissəsi ilə əlaqədar qeyd edir ki, məhkəmə baxışı zamanı cavabdeh izahatında iddiaçının iddia ərizəsində qeyd etdiyi qızıl-ziynət əşyalarının ümumiyyətlə iddiaçıya hədiyyə kimi alınmadığını bildirdi. İddia tələbinin bu hissəsi ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, sübutetmə yükü üzərinə düşən iddiaçının qeyd olunan qızıl-zinət əşyalarının naturada mövcud olması və həmçinin həmin əşyaların kimə məxsus olmasından asılı olmayaraq, onların iddiaçıya hədiyyə edilməsi barədə sübutları məhkəmə baxışı zamanı öz təsdiqini tapsa da, iddiaçı həmin əşyaları özü ilə aparmadığını sübut edə bilmədiyindən məhkəmə hesab edir ki, bu hissədə iddia tələbi təmin edilməməlidir. Belə ki, məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, iddiaçı cavabdehlə birgə yaşadığı evi hər hansı bir mübahisə nəticəsində deyil, özü ilə istədiyi əmlakı götürüb gedə biləcəyi şəraitdə tərk etmişdir. Yəni iddiaçıya həmin əşyaları aparmağa heç bir halın mane olmaması şəraitində onun həmin əşyaları aparmaması məhkəmənin qənaətinə görə inandırıcı deyil. Həmçinin iddiaçı özü də məhkəmə iclasında qeyd etmişdir ki, o, evdən gedərkən bir daha həmin evə dönməməkdə israrlı idi. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, iddia qismən təmin edilməli, mətbəx mebeli; qazan dəsti (2 ədəd); paltaryuyan; boşqab dəsti; lüstur (2 ədəd); qaşıq- bıçaq dəsti; xalça (3 ədəd); şüşə qab (2 ədəd); servis çaynik (2 ədəd); meyvə qabı (1 ədəd); stəkan-nəlbəki (12 ədəd); qənd qabı (6 ədəd); çuğun qazan (3 ədəd); stol-stul (4 ədəd); aşsüzən; ləyən; şərab qabı (4 ədəd); meyvə qabı (4 ədəd); bakal (6 ədəd); Aura (12 ədəd); blut (2 ədəd); yataq örtüyü dəsti - 3 ədəd cüt və 1 ədəd tək; yataq üçün silikon yorğan dəsti (2 ədəd); əl-üz dəsmalı (12 ədəd); pas-pas və pəncərə silən; stol üstü qaz; moyka; yorğan dəsti (3 ədəd yastıq, döşək və yorğan); yastıq (2 ədəd); salfetka qabı (4 ədəd); duz qabı (2 ədəd); taxt üstü; pərdə (2 ədəd); geyim - 3 ədəd şalvar, 1 ədəd ayaqqabı və 1 ədəd ətək; suvenir; meyvə qabı; qənd qabı; stol üstü süfrə; bagema (dəst); 3 ədəd süfrə, mişka, sok maşını və blender dəsti Cavabdeh alınaraq İddiaçı verilməli, iddia qalan hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsində göstərilmişdir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, 50 manat dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq iddiaçıya qaytarılmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Mətbəx mebeli; qazan dəsti (2 ədəd); paltaryuyan; boşqab dəsti; lüstur (2 ədəd); qaşıq- bıçaq dəsti; xalça (3 ədəd); şüşə qab (2 ədəd); servis çaynik (2 ədəd); meyvə qabı (1 ədəd); stəkan-nəlbəki (12 ədəd); qənd qabı (6 ədəd); çuğun qazan (3 ədəd); stol-stul (4 ədəd); aşsüzən; ləyən; şərab qabı (4 ədəd); meyvə qabı (4 ədəd); bakal (6 ədəd); Aura (12 ədəd); blut (2 ədəd); yataq örtüyü dəsti - 3 ədəd cüt və 1 ədəd tək; yataq üçün silikon yorğan dəsti (2 ədəd); əl-üz dəsmalı (12 ədəd); pas-pas və pəncərə silən; stol üstü qaz; moyka; yorğan dəsti (3 ədəd yastıq, döşək və yorğan); yastıq (2 ədəd); salfetka qabı (4 ədəd); duz qabı (2 ədəd); taxt üstü; pərdə (2 ədəd); geyim - 3 ədəd şalvar, 1 ədəd ayaqqabı və 1 ədəd ətək; suvenir; meyvə qabı; qənd qabı; stol üstü süfrə; bagema (dəst); 3 ədəd süfrə, mişka, sok maşını və blender dəsti və 50 manat dövlət rüsumunun əvəzi Cavabdeh alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Digər məhkəmə xərcləri iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar