Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-5021/2024 17.10.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, İmanlı Fatimə Mirzağa qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi şəxsin ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, anası – xx.xx.1959cu il təvəllüdlü X2 18 avqust 2024-cü il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.1959-cu il təvəllüdlü X5 18 avqust 2024-cü il tarixdə vəfat etmişdir. Bakı şəhər Təcili və X7 Stansiyasının 5 saylı bölməsi tərəfindən təqdim edilmiş 18 avqust 2024-cü il tarixli, 0566 saylı xəbərdarlıq vərəqəsinə əsasən xəstənin yanına 15 mart 2024-cü il tarixdə, saat 05:05-də gəlinmiş, ölümün ilkin səbəbi bölməsində həkimə qədər ölüm, qadın cinsli meyit qeyd edilmişdir. TƏBİB Publik hüquqi şəxsi tərəfindən təqdim edilmiş, 27 mart 2024-cü il tarixli, 18-1-20/2Ə-849-42-45 1/2024 saylı məktubunda qeyd edilmişdir ki, X2 ölüm səbəbi məlum olmadığından mərhumun adına ölüm haqqında tibbi şəhadətnamənin verilməsi mümkün deyil. Neftçala Bələdiyyəsi tərəfindən verilmiş 03 mart 2024-cü il tarixli, 60 saylı arayışda qeyd edilmişdir ki, X4 xx.xx.2024-cü il tarixdə Neftçala rayonunun Pir qəbiristanlığında dəfn olunmuşdur. Beləliklə də, mərhum anası vəfat etmiş, dəfn olunmuş, lakin ölümün səbəbinin göstərilməməsi əsası ilə ölüm haqqında tibbi şəhadətnamənin verilməsindən imtina edilmiş, dolayısı ilə də ölüm faktı qeydə alına bilinməmişdir. Ölüm haqqında şəhadətnamənin alınması zəruridir. Bu sənəd gələcəkdə bir çox ortaya çıxacaq hüquqi məsələlərin həllində gərəkli olacaqdır. Ölüm haqqında şəhadətnamənin başqa şəkildə alınması isə qeyri-mümkündür. Göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Mаrаqlı şəхs Аzərbаycаn Rеspublikаsı Ədliyyə Nаzirliyi Abşeron rаyоn qеydiyyаt şöbəsinin nümayəndəsi Nümayəndə iştirak etdiyi məhkəmə iclasında ərizənin təmin edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə proses iştirakçılarını və şahid ifadələrini dinləyib, iş materiallarını hərtərəfli araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində bildirmişdir ki, ərizəçinin qayınanasıdır. X14 18 avqust 2024-cü il tarixdə Bakı şəhərində vəfat etmişdir. Yas mərasimində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 ifadəsində bildirmişdir ki, ərizəçinin əridir. X8 18 avqust 2024-cü il tarixdə Bakı şəhərində vəfat etmişdir. Yas mərasimində iştirak etmişdir. Mülki Prosessual Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə görə ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: - 428667 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1991-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. X1, anası X3r. - Аzərbаycаn Rеspublikаsı Ədliyyə Nаzirliyi Abşeron rаyоn qеydiyyаt şöbəsinin xx.xx.2024-cü il tarixli 3-16-5/8-15-2221/2024 saylı məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasının 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ərizəçi ölüm haqqında tibbi şəhadətnaməni təqdim edə bilmədiyi üçün ölümün qeydə alınmasının imkanı xaricində olduğu bildirilmiş və Maraqlı şəxs aidiyyəti üzrə məhkəməyə müraciət etməyi tövsiyə etmişdir. - Tibbi Ərazi Bölmələrini X11 X17 Rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, X2 adına ölüm haqqında tibbi şəhadətnamə verilməsi ilə bağlı müraciətə cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2018-ci il tarixli İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydasının təsdiq edilməsi barədə 05 nömrəli qərarının 4.3. bəndinə əsasən ölüm haqqında tibbi şəhadətnamə ölümün baş vermə səbəbi məlum olan hallarda “xəbərdarlıq vərəqəsi” və (və ya) tibbi sənədlər ambulator tibbi kitabça, xəstəlik tarixindən çıxarış və s.) əsasında 4.4-cü və 4.5-ci bəndlər istisna olmaqla vəfat edən şəxsin qeydiyyatda olduğu və ya faktiki yaşadığı ərazi ambulator tibb müəssisəsi tərəfindən verilir. Q.Əliyevanın ölümünün baş vermə səbəbi məlum olmadığından ölüm haqqında tibbi şəhadətnamə verilmir. - Təcili və X7 Stansiyası tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli xəbərdarlıq vərəqəsindən görünür ki, həmin tarixdə saat 00:40 radələrində ünvan 1 ünvanında yaşayan X2 adına çağırış daxil olmuş, həkim gələnə qədər qadın cinsində meyit aşkar edilmişdir. - Neftçala Bələdiyyəsinin xx.xx.2024-cü il tarixli, 60 saylı arayışından görünür ki, X5 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində vəfat etmiş və həmin tarixdə Neftçala rayonunun Pir qəbiristanlığında dəfn edilmişdir. Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olundu ki, X5 ərizəçinin anası olmuş, xx.xx.2024-cü il tarixdə ev şəraitində vəfat etmişdir. X2 ölüm faktı ərizəçinin izahatı və şahidin ifadəsi ilə, həmçinin məhkəməyə təqdim edilmiş sənədlərlə təsdiq olunur. Göründüyü kimi, şahidlər ifadələrində X2 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində vəfat etməsini təsdiq etmişlər. Hazırda müvafiq həkim arayışı olmadığına görə, ərizəçi anasının ölümü haqqında şəhadətnaməni ala bilmir. İşin məhkəmə iclasında araşdırılan halları, tədqiq olunmuş sənədlər və şahid ifadələri ilə tamamilə sübuta yetirildi ki, həqiqətən ərizəçinin anası X5 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində ölmüşdür. Məhkəmə şahid ifadələrini və təqdim edilmiş sənədləri qiymətləndirərək hesab edir ki, həmin sənədlər və şahid ifadələri işin həqiqi halları ilə uyğunluq təşkil edir, ona görə də sübut kimi qəbul edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə araşdırılmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, xx.xx.1959-cu il tarixdə anadan olmuş X2 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1959-cu il tarixdə anadan olmuş X2 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №2(012)-5021/2024
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-5021/2024
17.10.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver