Məhkəmə qərarları › İş №2(012)-5022/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-5022/2024

29.11.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-5022/2024 29.11.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Əliyev Elmir Habil oğlunun katibliyi, Ərizəçi və onun nümayəndəsi X9 iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 1914-cü il tarixdə Abşeron rayonu, Güzdək qəsəbəsində doğulmuş Həmidə Qəni qızının Abşeron rayonu, Güzdək qəsəbəsində xx.xx.1984-cü il tarixdə ölməsi faktının müəyyən edilməsini xahiş etmişdir. Ərizəçi ərizənin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 1914-cü ildə Abşeron rayonu, Güzdək qəsəbəsində doğulmuş X10 Abşeron rayonu, Güzdək qəsəbəsində xx.xx.1984-cü il tarixdə ölməsi faktının müəyyən edilməsini xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında izahatında bildirdi ki, 1914-cü il təvəllüdlü X19 onun nənəsidir. Hazırda yaşadıqları ev mərhum nənəsinin adınadır. O, evi sənədləşdirmək istəyir, bu səbəbdən ondan nənəsinin ölüm haqqında şəhadətnaməsi tələb olunur. Lakin sonradan məlum olmuşdur ki, nənəsinin ölümü qeydə alınmamışdır. Qeyd edir ki, nənəsi X19 xx.xx.1984-cü ildə vəfat etmiş və Abşeron rayonu, Güzdək qəsəbəsində dəfn olunmuşdur. X1 kənddə tək yaşamış, lakin vəfat edənə yaxın oğlu onu öz yanına, Sahil qəsəbəsinə aparmışdır. Bildirir ki, nənəsinin 6 övladı olmuş, lakin hamısı vəfat etmişdir. Onun anası X5 nənəsindən əvvəl vəfat etmişdir. O, Maraqlı şəxsnə nənəsinin ölüm haqqında şəhadətnaməsini almaq üçün müraciət etmiş, ancaq ona Maraqlı şəxs tərəfindən xx.xx.2024-cü il tarixli imtina məktubu verilmişdir. Nənəsinin ölüm haqqında şəhadətnaməsi ona vərəsəlik işlərinin aparılması üçün lazımdır. Qeyd edilənlərə əsasən o, ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi. Ərizəçi nümayəndəsi X20 Ərizəçi izahatına uyğun izahat verərək bildirdi ki, Ərizəçi onun həyat yoldaşıdır. X4 həyat yoldaşı Ərizəçi nənəsi olmuşdur və vaxtilə Güzdək qəsəbəsində yaşamışdır. X19 1984-cü ildə vəfat etmiş və Güzdək qəsəbəsində dəfn olunmuşdur. O, mərhumun dəfn mərasimində iştirak etmişdir. Göstərilənlər əsasında o, ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.6-cı maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəməyə şahid qismində cəlb edilmiş X7 məhkəmədə ifadəsində bildirdi ki, X4 onun nənəsi, Ərizəçi isə onun doğma bacısıdır. X4 1984-cü ildə Abşeron rayonu, Güzdək qəsəbəsində vəfat etmiş və Güzdək qəsəbə qəbiristanlığında dəfn olunmuşdur. Məhkəməyə şahid qismində cəlb edilmiş X3 məhkəmədə ifadəsində bildirdi ki, Ərizəçi onun anasının əmisi nəvəsidir, belə ki, onun anası ilə ərizəçinin anası əmiqızı olmuşdur. X4 vaxtilə Abşeron rayonu, Güzdək qəsəbəsində yaşamışdır. Daha sonra X19 1984-cü ildə vəfat etmiş, Güzdək qəsəbəsində dəfn olunmuş, o da X10 dəfn mərasimində iştirak etmişdir. Məhkəməyə şahid qismində cəlb edilmiş X20 məhkəmədə ifadəsində bildirdi ki, Ərizəçi onun həyat yoldaşıdır. X4 həyat yoldaşı Ərizəçi nənəsi olmuşdur və vaxtilə Güzdək qəsəbəsində yaşamışdır. X19 1984-cü ildə vəfat etmiş və Güzdək qəsəbəsində dəfn olunmuşdur. O, mərhumun dəfn mərasimində iştirak etmişdir. İş materiallarında olan Azərbaycan SSR Abşeron rayon icraiyyə komitəsinin daxili işlər şöbəsi tərəfindən verilmiş Vİ-ЖГ № 537839 saylı pasportun surətindən görünür ki, X19 1914-cü il tarixdə anadan olmuşdur. İş materiallarında olan İ-ИЕ № 268011 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X2 31 yanvar 1940-cı il tarixdə Bakı şəhərində doğulmuşdur, atası Əbdül-Əli Bektemir oğlu, anası X12r. İş materiallarında olan ИЕ № 098246 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Bəktəmirova Səkinə Əbdüləli (Əbdül-Əli) qızı 21 dekabr 1948-ci il tarixdə doğulmuşdur, atası Əbdüləli Bəktəmir oğlu (Əbdül-Əli Bektemir oğlu), anası X12r. İş materiallarında olan Abşeron rayon Güzdək qəsəbə İ.N. tərəfindən verilmiş AZ-T № 270759 saylı doğum haqqında şəhadətnamənin və AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Hacıağayeva (Cəlilova) Mübah Alxas qızı xx.xx.1962-ci ildə Abşeron rayonu, Güzdək qəsəbəsində doğulmuşdur, atası X8, anası X21 Əli (Əbdül-Əli) qızıdır. İş materiallarında olan Maraqlı şəxs tərəfindən 08 iyun 2024-cü il tarixdə verilmiş 3-16-5/8- 69-593/2024 nömrəli arayışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X13 (Əbdül Əli) qızı 27 iyun 1979-cu il tarixdə Abşeron rayonu, Güzdək qəsəbəsində ölmüş, ölüm haqqında 10 iyul 1979-cu ildə Abşeron rayonu Güzdək qəsəbə icra nümayəndəliyində 13 №-li akt qeydi tərtib edilmişdir. İş materiallarında olan Abşeron rayonu Güzdək qəsəbə soveti tərəfindən verilmiş nikahın bağlanması haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X20 ilə X6 20 sentyabr 1983-cü il tarixdə nikahlarını bağlamış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 12 № ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada “Cəlilova” soyadı verilmişdir. İş materiallarında olan AR Ədliyyə Nazirliyi Maraqlı şəxs tərəfindən verilmiş 01 avqust 2024cü il tarixli, 3-16-5/8-15-1922/2024 №-li cavab məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. İş materiallarında olan AR “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X18 “Abşeron Rayon Mərkəzi Xəstəxanası” X23 tərəfindən verilmiş 09 sentyabr 2024-cü il tarixli, 18-1-20/2-C-958-42- 532/2024 №-li cavab məktubundan görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2018-ci il tarixli “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nın təsdiq edilməsi barədə 05 nömrəli qərarının 4.3-cü bəndinə əsasən "ölüm haqqında tibbi şəhadətnamə” ölümün baş vermə səbəbi məlum olan hallarda “xəbərdarlıq vərəqəsi” və (və ya) tibbi sənədlər (ambulator tibbi kitabça, xəstəlik tarixindən çıxarış və s.) əsasında 4.4-cü və 4.5-ci bəndlər istisna olmaqla vəfat edən şəxsin qeydiyyatda olduğu və ya faktiki yaşadığı ərazi üzrə ambulator tibb müəssisəsi tərəfindən verilir. Həmidə Qəni qızının (X10) ölümünün baş vermə səbəbi məlum olmadığına görə onun adına “ölüm haqqında şəhadətnamə” tərəflərindən verilmir. İş materiallarında olan Azərbaycan Respublikası Abşeron rayonu Güzdək Bələdiyyəsi tərəfindən verilmiş 19 noyabr 2024-cü il tarixli, 67 nömrəli arayışdan görünür ki, Ərizəçi nənəsi Həmidə Əbdülbağı (Əbdül Bağı) qızı 1984-cü ildə Güzdək qəsəbə qəbiristanlığında dəfn olunmuşdur. Məhkəmə ərizəçinin və onun nümayəndəsinin izahatını, həmçinin şahidlərin ifadəsini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, 1914-cü il təvəllüdlü X10 24 yanvar 1984-cü il tarixdə Abşeron rayonu, Güzdək qəsəbəsində ölməsi faktı ərizəçinin və onun nümayəndəsinin izahatı, şahid ifadələri və iş materiallarına əlavə edilmiş digər sənədlərlə tam təsdiq olunur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193-cü maddəsinə görə ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. Azərbayacan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə görə ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Bu halda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 194.2-ci maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən ölümün qeydiyyatı aparılır. Azərbaycan Respublikası MPM-in 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə hesab edir ki, qeyd olunan faktın müəyyən olunması ərizəçinin mülki və digər hüquqlarını həyata keçirməsinə təsir göstərir. Həmçinin ərizəçi bu faktı təsdiq edən lazımi sənədi məhkəmədən kənar başqa qaydada ala bilməz. Azərbaycan Respublikası MPM-in 315.2-ci maddəsinə əsasən şəxsin ölmüş elan edilməsinə dair məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən ölümün qeydə alınması üçün əsasdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 315 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 1914-cü il təvəllüdlü X10 24 yanvar 1984-cü il tarixdə Abşeron rayonu, Güzdək qəsəbəsində ölməsi faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar