Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-5040/2022 23.11.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh qarşı cehiz əmlakın evdən çıxarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı cehiz əmlakın evdən çıxarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehə məxsus əmlakların - döşək 5 ədəd, böyük yorğan 4 ədəd, uşaq yorğanı 2 ədəd, xalça böyük ölçüdə 2 ədəd, xalça kiçik ölçüdə 3 ədəd, kiçik yastıqça 5 ədəd, sandıq 1 ədəd, soğan doğrayan 1 ədəd, uşaq örtüyü təzə 2 ədəd, ağ saat divar üçün 1 ədəd, pərdə 3 dəst, çamadan 2 ədəd, plastmas soğan-kartof qabı 1 ədəd, yataq dəsti 2 ədəd, süfrə 2 ədəd, örtük böyük ölçüdə 2 ədəd, dəyəri 500 manata yaxın geyim-çanta əşyaları, qaşıq dəsti 1 ədəd, güllü qazan 1 ədəd, boşqablar 12 ədəd, sini 2 ədəd sadə, plastmas zibil vedrəsi 1 ədəd, çaydan 1 ədəd, süpürgə 1 ədəd, plastmas pol vedrəsi içində şüşə qab 1 ədəd, plastmas mavi vanna 1 ədəd, plastmas qırmızı vanna, içində sarılı-göylü servis və qənddan 1 ədəd, sarı tava 2 ədəd, şüşə qab 2 ədəd, qəndqabı 3 ədəd, çaydan 1 ədəd, samavar (elektrik) çaydan 1 ədəd, göy rəngli servis yeşikdə 1 dəst, plastmas qabyığan quruducu 1 ədəd, lampa və plastmas dolça hərəsindən 1 ədəd, ağ servis 1 dəst, meyvə qabları 10 ədəd, şirli 2 ədəd qazan, 2 ədəd güldan, sadə çay stəkanları 12 ədəd, içində göy servis - armudu stəkan və kampot stəkanları - hərəsindən 6 ədəd, alüminium xörək qazanı 4 ədəd, güllü qazan dəsti, nəlbəkilər və armudu stəkanlar - hərəsindən 12 ədəd, iri güldan içində plastmas gül, led çilçıraq, şirli qazan 2 ədəd, meyvə qabları 6 ədəd, plastmas zibil qabı, xırda nəlbəkilər 6 ədəd, əlavə sini, qaşıq dəsti, sarı qaşlı rumkalar 6 ədəd, qırmızı blender, ətçəkən maşın, ütü və tozsoranın onun sahibliyində olan Abşeron rayonu Masazır kəndində yerləşən fərdi yaşayış evindən çıxarılmasına və evin İddiaçı təhvil verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, Cavabdeh ilə iddiaçının oğlu X6 07 sentyabr 2017-ci ildə rəsmi nikaha daxil olmuşlar. Onlar rəsmi nikaha daxil olduqdan qısa müddət sonra onun icazəsilə müvəqqəti olaraq Abşeron rayonu, Masazır kəndində yerləşən fərdi yaşayış evində yaşamışlar. Onun sahibliyində olan həmin evdə özünə və övladı X3 məxsus əşyalar olduğundan, evdə əlavə əşyalar və mebellərin qoyulmasına şərait olmadığından, eyni zamanda keçmiş gəlini Cavabdeh anası ilə tək yaşamasını, atasının rəhmətə getməsi səbəbilə, anasının onu tək qadın olaraq böyütməsini, bu səbəbdən maddi imkanının zəif olmasını nəzərə alaraq, xırda əşya və qab-qacaqdan ibarət cehiz gətirməsinə etiraz etməmişdir. X1 ilə Cavabdeh hazırda nikahlarının məhkəmə qaydasında pozulması mərhələsindədirlər. 2022-ci ilin may ayından etibarən o, mənzili tərk edib. Hər iki azyaşlı övladı isə oğlu Pünhan Həşimzadənin yanındadır. Oğlu ilə Cavabdeh nikahlarının pozulmasının, evini və övladlarını tərk etməsinin səbəbi onun ərinə xəyanət etməsi və azyaşlı uşaqlarının yanında qeyri-ciddi hərəkətlər etməsi, digər xoşagəlməz həyat tərzi olmuşdur. Cavabdeh evdən gedərkən dəfələrlə ona evi boşaltmasını və əşyalarını götürməsini tələb etsə də, nəticəsi olmamışdır. Ona məxsus fərdi yaşayış evində Cavabdeh cehiz əmlakları (döşək 5 ədəd, böyük yorğan 4 ədəd, uşaq yorğanı 2 ədəd, xalça böyük ölçüdə 2 ədəd, xalça kiçik ölçüdə 3 ədəd, kiçik yastıqça 5 ədəd, sandıq 1 ədəd, soğan doğrayan 1 ədəd, uşaq örtüyü təzə 2 ədəd, ağ saat divar üçün 1 ədəd, pərdə 3 dəst, çamadan 2 ədəd, plastmas soğan-kartof qabı 1 ədəd, yataq dəsti 2 ədəd, süfrə 2 ədəd, örtük böyük ölçüdə 2 ədəd, dəyəri 500 manata yaxın geyimçanta əşyaları, qaşıq dəsti 1 ədəd, güllü qazan 1 ədəd, boşqablar 12 ədəd, sini 2 ədəd sadə, plastmas zibil vedrəsi 1 ədəd, çaydan 1 ədəd, süpürgə 1 ədəd, plastmas pol vedrəsi içində şüşə qab 1 ədəd, plastmas mavi vanna 1 ədəd, plastmas qırmızı vanna, içində sarılı-göylü servis və qənddan 1 ədəd, sarı tava 2 ədəd, şüşə qab 2 ədəd, qəndqabı 3 ədəd, çaydan 1 ədəd, samavar (elektrik) çaydan 1 ədəd, göy rəngli servis yeşikdə 1 dəst, plastmas qabyığan quruducu 1 ədəd, lampa və plastmas dolça - hərəsindən 1 ədəd, ağ servis 1 dəst, meyvə qabları 10 ədəd, şirli 2 ədəd qazan, 2 ədəd güldan, sadə çay stəkanları 12 ədəd, içində göy servis - armudu stəkan və kampot stəkanları - hərəsindən 6 ədəd, alüminium xörək qazanı 4 ədəd, güllü qazan dəsti, nəlbəkilər və armudu stəkanlar hərəsindən 12 ədəd, iri güldan içində plastmas gül, led çilçıraq, şirli qazan 2 ədəd, meyvə qabları 6 ədəd, plastmas zibil qabı, xırda nəlbəkilər 6 ədəd, əlavə sini, qaşıq dəsti, sarı qaşlı rumkalar 6 ədəd, qırmızı blender, ətçəkən maşın, ütü və tozsoran) qalmışdır. Cavabdehin əmlakları onun evində yerləşdiyi üçün öz mülkiyyətindən maneəsiz istifadə edə bilmir, çünki cavabdehə məxsus cehiz əşyaları demək olar ki, bütün mənzildən normal istifadəyə maneçilik törədir. Bu isə onun dövlət tərəfindən qorunan mülkiyyət hüquqlarının pozulması deməkdir. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. Məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, səbəbləri barəsinə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh iddia ərizəsinə etiraz edərək ərizəsində göstərmişdir ki, iddiaçı Vəfa Həkimzadə məhkəməyə iddia ərizəsi təqdim edərək ona məxsus cehiz əşyalarının bir hissəsini iddia ərizəsində qeyd etmiş, həmin əmlakların iddiaçının sahibliyində olan Abşeron rayonu, Masazır kəndində yerləşən evindən çıxarılması və evin iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi üzrə göstərilən ünvan düzgün qeyd edilməmişdir. Vəfa Həkimzadə iddia ərizəsində guya onun əmlaklarının yerləşdiyi ünvanda fərdi yaşayış evinin ona məxsus mülkiyyət olduğunu və əri ilə onu guya razılığı ilə həmin evə köçərək müvəqqəti yaşamağa icazə verdiyini, qızı Asiman Həşimzadəyə məxsus əşyalar olduğu üçün onun kiçik həcmli cehiz əşyaları gətirdiyini və 2022-ci ilin may ayında uşaqlarını Pünhan Həşimzadəyə buraxaraq getdiyini qeyd etmişdir. İddiaçının iddia ərizəsində göstərdiyi xüsusatlar tamamilə yalan məlumatlardan ibarətdir. Onun cehiz əşyaları və əri Pünhan Həşimzadə ilə birgə nikah dövründə əldə etdikləri əmlaklar, 2020-ci ildə əri Pünhan Həşimzadənin pulu ilə tikilmiş hazırda qanunsuz tikili sayılan Abşeron rayonu, Masazır kəndində yerləşən geniş həyətyanı sahəyə malik 3 mərtəbəli fərdi yaşayış evində yerləşir. Həmin ev əvvəllər köhnə tikili olmuş, daha sonra ev tam şəkildə sökülərək yeni 3 mərtəbəli ev tikilmişdir. O, 07 sentyabr 2017-ci il tarixdə Pünhan Həşimzadə ilə nikaha daxil olmuşdur. İddiaçının ərizəsində qeyd etdiyi qızı Asiman Həşimzadə isə 2016-cı ildə evləndiyi üçün həmin evdə yaşamırdı və ona məxsus olan bütün əşyalar gəlin köçdüyü evə daşınmışdı. Belə olan halda, necə ola bilər ki, cavabdehin qızına məxsus əşyalar həmin evdə olsun. O, 2022-ci ilin may ayında uşaqlarını Pünhan Həşimzadəyə buraxıb getməmiş, əksinə Pünhan Həşimzadə onu evdən qovduğu üçün hər şeyini əlindən alıb, onu gətirib Şəki şəhərində yerləşən ata evinə düşürmüşdür. Hazırki iddia ərizəsini qaldırmağa iddiaçının ümumiyyətlə subyektiv hüququ yoxdur. İddiaçının iddia ərizəsində onun əşyalarının özünün mülkiyyətində olan fərdi yaşayış evində olduğunu qeyd etməsi və iddia ərizəsinə qoşma olaraq Azərbaycan Respublikası Dövlət tikinti və arxitektura komitəsi, baş dövlət texniki inventarlaşdırma, mülkiyyət hüquqlarının qeydiyyatı və şəhərsalma kadastrı idarəsi tərəfindən 2005-ci ildə verilmiş qeydiyyat vəsiqəsinin surətini təqdim etməsi məhkəmənin diqqətini yayındırmaq üçün olan haldır. Belə ki, həmin qeydiyyat vəsiqəsinə baxdıqda görünür ki, iddiaçının mülkiyyətində və sahibliyində olduğunu bildirdiyi ev Abşeron rayonu, Masazır kəndində yerləşən 23 kv.metr yaşayış sahəsindən və 22 kv.metr köməkçi sahədən ibarət 1 otaqlı yaşayış evidir və həmin yaşayış evi iddiaçı X7 adına 28 iyun 2005ci il tarixdə qeydə alınmışdır. Lakin onun əri Pünhan Həşimzadə ilə birgə nikah dövründə tikdikləri qanunsuz tikili isə 3 mərtəbəli və geniş həyətyanı torpaq sahəsi olan fərdi yaşayış evindən ibarətdir və onun bütün cehiz əşyaları, Pünhan Həşimzadə ilə birgə nikah dövründə əldə etdikləri digər əmlaklar həmin evdə yerləşir. Həmin fərdi yaşayış evini əri Pünhan Həşimzadə 2020-ci ildə tam söküb yenidən tikmişdir. Yəni 2005-ci ildə verilmiş qeydiyyat vəsiqəsində iddiaçının mülkiyyətinə verilən 23 kv.metr yaşayış sahəsindən və 22 kv.metr köməkçi sahədən ibarət 1 otaqlı yaşayış evi ilə onun hazırda əşyaları olan, əri Pünhan Həşimzadə ilə birgə nikah dövründə tikdiyi qanunsuz fərdi yaşayış evi tam fərqli əmlaklardır. Belə olan halda, Pünhan Həşimzadə ilə birgə nikah dövründə tikdiyi qanunsuz tikili sayılan geniş həyətyanı sahəyə malik 3 mərtəbəli fərdi yaşayış evində yerləşən evdən onun əmlaklarının çıxarılmasını iddiaçı necə tələb edə bilər? İddiaçıya məxsus evdə onun heç bir əşyası yerləşmir. Onun əmlakları yuxarıda göstərdiyi ünvanda yerləşən 3 mərtəbəli fərdi yaşayış evində yerləşir ki, həmin ev qanunsuz tikili olması ilə bərabər onun birbaşa istifadə hüququ yaranan, onunla əri Pünhan Həşimzadəyə məxsus qanunsuz tikilidir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İşdə olan xx.xx.2005-ci il tarixli, 37331 reyestr nömrəli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Abşeron rayonu, Masazır kəndindəki yaşayış sahəsi 23 kv.metr, köməkçi sahəsi 22 kv.metr 1 otaqlı yaşayış evi X7 mülkiyyətindədir. İşdə olan Abşeron RPİ-nin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, İddiaçı Cavabdeh etdiyi şikayət ərizəsinə əsasən toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. İşdə olan Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-4825/2022 saylı qərardadından görünür ki, Cavabdeh X4 qarşı nikahın pozulması, uşaqların atadan alınaraq ona verilməsi və alimentin tutulması tələbinə dair e-2(012)-4825/2022 saylı mülki iş, iddiaçı X2 Cavabdeh qarşı nikahın pozulması, birgə nikahdan doğulmuş uşaqların onun himayəsində saxlanılması və onların saxlanılması üçün alimentin tutulması tələbinə dair 2(012)-4312/2022 saylı mülki işlə birləşdirilmişdir. İşin hallarına əsasən iddiaçının oğlu Pünhan Həşimzadə ilə Cavabdeh xx.xx.2017-ci ildə rəsmi nikaha girməklə ailə qurmuş, həmin nikahdan onların xx.xx.2018-ci il təvəllüdlü Zeynal və xx.xx.2020-ci il təvəllüdlü Selcan adlı uşaqları anadan olmuşdur. Hazırda onların nikahlarının ləğv edilməsi barədə mülki iş məhkəmə icraatındadır. Tərəflər arasında münasibətlər pisləşdikdən sonra cavabdeh valideynlərinin evinə getmişdir, hazırda da həmin ünvanda yaşayır. Lakin ona məxsus əşyalar iddiaçıya məxsus evdə qalmışdır. İşdə olan sənədlərlə cavabdehin cehiz əşyalarının hal-hazırda da həmin evdə qalması öz təsdiqini tapır. Göstərilənlərlə bağlı məhkəmə qeyd edir ki, iş materiallarında olan sənədlərdən görünür ki, cavabdehin mübahisəli evə dair hər hansı hüququ yoxdur. Belə ki, işdə olan ev kitabından görünür ki, orada iddiaçı, bacısı Sevil və iki uşağı (Pünhan və Asiman) qeydiyyatdadırlar. İş materiallarından görünür ki, Abşeron rayonu, Masazır kəndindəki 23 kv.metr, köməkçi sahəsi 22 kv.metr 1 otqalı yaşayış evi Həkimzadə (Salmanova) Vəfa Zeynal qızının mülkiyyətindədir. Hazırda isə gəlini Cavabdeh cehiz əşyalarının onun mülkiyyətində olan evdə qalması bu evdən sərbəst istifadə, sahiblik və ona dair sərəncam vermək hüququnu məhdudlaşdırır. Ona görə də qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçının qanunla nəzərdə tutulan hüquqlarından sərbəst istifadə etməsi üçün cavabdehə məxsus əşyalar iddiaçının mülkiyyətindəki evdən çıxarılmalıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.4-cü maddəsinin mənasından görünür ki, əgər mülkiyyətə maneələr mülkiyyətdən məhrum etmədən törədilərsə, mülkiyyətçi bu hərəkətlərə son qoymağı tələb edə bilər və bu cür hərəkətlər davam edərsə, həmin hərəkətlərə son qoyulması məhkəmə vasitəsilə tələb oluna bilər. Eyni zamanda, İnsan Hüquqlarının və X5 haqqında Avropa Konvensiyasına dair 1 saylı Protokolun 1-ci maddəsində göstərilmişdir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Beləliklə, işin hallarına əsasən Cavabdeh öz cehiz əşyalarını İddiaçı mülkiyyətində olan evdən çıxarmaması nəticəsində sonuncunun davamlı şəkildə yaşayış sahəsi üzərində maneəsiz mülkiyyət hüquqlarını həyata keçirmək imkanının məhdudlaşdırılmasına Konvensiyanın 1 saylı protokolunun 1-ci maddəsinin pozulması kimi də baxıla bilər. İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüquq baxımından, «Loizidu Türkiyəyə qarşı» işi üzrə məhkəmə qeyd etmişdir ki, mülkiyyətə «müdaxilə şübhəsiz ki, öz əmlakından maneəsiz istifadə hüququna müdaxilə kimi 1 №-li Protokolun 1-ci maddəsinin birinci cümləsində yer alan normanın qüvvəsi altına düşür. Bununla əlaqədar olaraq Məhkəmə hesab edir ki, hüquqi xarakterli maneə kimi, bu hüququn həyata keçirilməsinin faktiki qeyri-mümkünlüyü də Konvensiyanın pozulmasına səbəb ola bilər» (Loizidou v.Turkey, xx.xx.1996, § İİ, B, h63.) Beləliklə, Məhkəmə qeyd etdi ki, mülkiyyətdən maneəsiz istifadə hüququnun faktiki qeyri-mümkünlüyü də Konvensiyanın pozulmasına səbəb ola bilər. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda qiymət verərək və qanunvericiliyin qeyd olunan tələblərini əsas tutaraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin olunmalı, Cavabdeh məxsus əşyalar İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndindəki ümumi sahəsi 45 kv.metr olan evdən çıxarılmalıdır. MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh məxsus əşyalar – döşək 5 ədəd, böyük yorğan 4 ədəd, uşaq yorğanı 2 ədəd, xalça böyük ölçüdə 2 ədəd, xalça kiçik ölçüdə 3 ədəd, kiçik yastıqça 5 ədəd, sandıq 1 ədəd, soğan doğrayan 1 ədəd, uşaq örtüyü təzə 2 ədəd, ağ saat divar üçün 1 ədəd, pərdə 3 dəst, çamadan 2 ədəd, plastmas soğan-kartof qabı 1 ədəd, yataq dəsti 2 ədəd, süfrə 2 ədəd, örtük böyük ölçüdə 2 ədəd, dəyəri 500 manata yaxın geyim-çanta əşyaları, qaşıq dəsti 1 ədəd, güllü qazan 1 ədəd, boşqablar 12 ədəd, sini 2 ədəd sadə, plastmas zibil vedrəsi 1 ədəd, çaydan 1 ədəd, süpürgə 1 ədəd, plastmas pol vedrəsi içində şüşə qab 1 ədəd, plastmas mavi vanna 1 ədəd, plastmas qırmızı vanna, içində sarılı-göylü servis və qənddan 1 ədəd, sarı tava 2 ədəd, şüşə qab 2 ədəd, qəndqabı 3 ədəd, çaydan 1 ədəd, samavar (elektrik) çaydan 1 ədəd, göy rəngli servis yeşikdə 1 dəst, plastmas qabyığan quruducu 1 ədəd, lampa və plastmas dolça - hərəsindən 1 ədəd, ağ servis 1 dəst, meyvə qabları 10 ədəd, şirli 2 ədəd qazan, 2 ədəd güldan, sadə çay stəkanları 12 ədəd, içində göy servis - armudu stəkan və kampot stəkanları - hərəsindən 6 ədəd, alüminium xörək qazanı 4 ədəd, güllü qazan dəsti, nəlbəkilər və armudu stəkanlar hərəsindən 12 ədəd, iri güldan içində plastmas gül, led çilçıraq, şirli qazan 2 ədəd, meyvə qabları 6 ədəd, plastmas zibil qabı, xırda nəlbəkilər 6 ədəd, əlavə sini, qaşıq dəsti, sarı qaşlı rumkalar 6 ədəd, qırmızı blender, ətçəkən maşın, ütü və tozsoran Salmanova (Həkimzadə) Vəfa Zeynal qızının mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndindəki ümumi sahəsi 45 kv.metr olan evdən çıxarılsın və həmin ev Salmanova (Həkimzadə) Vəfa Zeynal qızına təhvil verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №2(012)-5040/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-5040/2022
23.11.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver