Məhkəmə qərarları › İş №2(012)-5052/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-5052/2025

18.09.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-5052/2025 18.09.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, İmanlı Fatimə Mirzağa qızının katibliyi ilə, Ərizəçi şəxsin ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, əri-ünvan 1 ünvanında yaşamış X2 27 iyul 2025-ci il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.1981-ci il təvəllüdlü X5 onun həyat yoldaşıdır. Ərizəçi həyat yoldaşı X2 xx.xx.2025- ci il tarixində həkimə qədər ölüm səbəbi ilə dünyasını dəyişdiyini, 27 iyul 2025-ci il tarixində səhhəti qəfil şəkildə pisləşdiyini ,dərhal təcili tibbi yardıma müraciət etsələr də ,lakin təcili tibbi yardım həkimləri hadisə yerinə çatdıqda, artıq həyat yoldaşı vəfat etdiyini, həkimlərin ilkin rəyinə əsasən, ölüm səbəbi həkimə qədər ölüm olduğunu bildirmişdir. Mərhum Saray qəsəbə qəbiristanlığında dəfn olunmuşdur. Ölüm haqqında tibbi şəhadətnaməni ala bilmədikləri üçün X6 ölüm faktının qeydiyyata alınmasından imtina etmişdir.Bundan sonra yoldaşının ölüm haqqinda tibbi şəhadətnaməsini almaq üçün xx.xx.2025-ci il tarixdə Abşeron Rayon Mərkəzi Xəstəxanasına müraciət etdiyini, Abşeron rayon Mərkəzi xəstəxanası 01 avqust 2025-ci il tarixli 18-1-20/2-N-2995-42- 3119/2025 saylı məktubu ilə bildirmişdir ki, “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nın təsdiq edilməsi barədə AR Nazirlər Kabinetinin kollegiyasinin 05 nömrəli qərarının 4.3-cü bəndinə görə Ölümün baş vermə səbəbi məlum olan hallarda şəhadətnamə11 Xəbərdarlıq vərəqəsi” və (və ya) tibbi sənədlər (ambulator tibbi kitabça, xəstəlik tarixindən çıxarış və s.) əsasında həmin qaydaların 4.4-cü və 4.5-ci bəndlari istisna olmaqla vəfat edən şəxsin qeydiyyatda olduğu və ya faktiki yaşadığı ərazi üzrə ambulator tibb müəssisəsi tərəfindən verilir. M.Nuriyevin ölümünün baş vermə səbəbi məlum olmadığından „ölüm haqqında tibbi şəhadətnamə11 tərəflərindən verilmədiyini bildirmişdir. Bununla bağlı sonra Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Maraqlı şəxsnə müraciət etmiş, Maraqlı şəxs 30 iyul 2025-ci il tarixli №3-16-5/8-15-2283/2025 saylı arayışı ilə AR Nazirlər Kabinetinin 145 saylı xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş „Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası" nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına biləcəyini bildirilmişdir. Göründüyü kimi, tələb olunan sənədi verməli olan yeganə orqan həmin sənədi verməkdən imtina etdiyindən və həmin sənədi başqa qaydada əldə edə bilmədiyimdən,belə ki, ölüm haqqında həm mənəvi baxımdan ,həm də yeganə vərəsəsi onun olması və mirasının açılması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qaldığını bildirmişdir. Göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İştirak etdiyi məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək onun təmin edilməsini xahiş etdi. O qeyd etdi ki, hüquqi faktın müəyyən edilməsi ona miras məsələlərinin həll edilməsi üçün lazımdır. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısını dinləyib, iş materiallarını hərtərəfli araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə görə ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: - AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X5 xx.xx.1981-ci il tarixdə doğulmuşdur. - Nikah haqqında AZ-İ 193393 saylı şəhadətnamənin surətindən görünür ki, X1 ilə X5 xx.xx.2005-ci ildə nikaha girmişlər. - Аzərbаycаn Rеspublikаsı Ədliyyə Nаzirliyi Tovuz rаyоn qеydiyyаt şöbəsinin Ərizəçi ünvanladığı xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, ölüm akt qeydi elektron axtarış sistemində yoxlama aparılmış, lakin ölüm akt qeydi aşkar olunmadığından ölüm haqqında şəhadətnamə vermək mümkün olmamışdır. Odur ki, aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. - Tibbi Ərazi Bölmələrini X7 X9 Rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, X2 adına ölüm haqqında tibbi şəhadətnamə verilməsi ilə bağlı xx.xx.2025-ci il tarixli müraciətə cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2018-ci il tarixli İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydasının təsdiq edilməsi barədə 05 nömrəli qərarının 4.3-cü bəndinə əsasən ölüm haqqında tibbi şəhadətnamə ölümün baş vermə səbəbi məlum olan hallarda “xəbərdarlıq vərəqəsi” və (və ya) tibbi sənədlər ambulator tibbi kitabça, xəstəlik tarixindən çıxarış və s.) əsasında 4.4-cü və 4.5-ci bəndlər istisna olmaqla vəfat edən şəxsin qeydiyyatda olduğu və ya faktiki yaşadığı ərazi ambulator tibb müəssisəsi tərəfindən verilir. M.Nuriyevin ölümünün baş vermə səbəbi məlum olmadığından ölüm haqqında tibbi şəhadətnamə verilmir. - Bakı şəhəri Təcili və X3 Stansiyası 14 saylı Bölmə tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli xəbərdarlıq vərəqəsindən görünür ki, həmin tarixdə saat 00:50 radələrində Xırdalan şəhəri, döngə 5,ev 85 ünvanında yerləşən fərdi evdə yaşayan X2 adına çağırış daxil olmuş, həkim gələnə qədər kişi cinsində meyit aşkar edilmişdir. Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olundu ki, X5 ərizəçinin əri olmuş, xx.xx.2025-ci il tarixdə vəfat etmişdir. X2 ölüm faktı ərizəçinin izahatı ilə həmçinin məhkəməyə təqdim edilmiş sənədlərlə təsdiq olunur. Hazırda müvafiq həkim arayışı olmadığına görə, ərizəçi ərinin ölümü haqqında şəhadətnaməni ala bilmir. İşin məhkəmə iclasında araşdırılan halları, tədqiq olunmuş sənədlər ilə tamamilə sübuta yetirildi ki, həqiqətən ərizəçinin əri X5 xx.xx.2025-ci il tarixdə Abşeron rayonunda ölmüşdür. Məhkəmə şahid ifadələrini və təqdim edilmiş sənədləri qiymətləndirərək hesab edir ki, həmin sənədlər və şahid ifadələri işin həqiqi halları ilə uyğunluq təşkil edir, ona görə də sübut kimi qəbul edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə araşdırılmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, xx.xx.1981-ci il təvəllüdlü X2 xx.xx.2025-ci il tarixdə Abşeron rayonunda ölməsi faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1981-ci il təvəllüdlü X2 xx.xx.2025-ci il tarixdə Abşeron rayonunda ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar