Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-5054/2025 07.10.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Həsənova Elnurə Eynur qızının katibliyi, Ərizəçi, Maraqlı şəxs nümayəndəsi X5 iştirakları ilə, Ərizəçi (Maraqlı şəxs) şəxsin vəfat etməsi faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi (Maraqlı şəxs) şəxsin vəfat etməsi faktının müəyyən edilməsinə dair ərizə ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, xx.xx.1955-ci il təvəllüdlü X4 xx.xx.2025-ci il tarixdə Binəqədi rayonu, Biləcəri qəsəbəsi, DSK yolunda həyət evi ünvanında vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, mərhum X6 ilə 1982-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar, mərhum həyat yoldaşı 20 iyul 2025-ci il tarixdə ev şəraitində vəfat etmişdir. Mərhumun yaşı ilə bağlı bir sıra xəstəlikləri olsa da o, insultdan ev şəraitində, 70 yaşında vəfat etmişdir. Son həftədə dəfələrlə X21 Mərkəzinə müraciət edilmiş, sonuncu çağırışdan sonra həkimlər gələnə qədər vəfat etmişdir. X18 kəndində qohum əqrəbənin, qonşuların iştirakı ilə dəfn edilmişdir. Bakı Baş Səhiyyə X19 Şəxs 15 Nömrəli Şəhər Poliklinikası tərəfindən verilmiş arayışda mərhumun qeydiyyata alınmadığı və adına ambulator karta açılmadığı əsası gətirilməklə tibbi şəhadətnaməsinin verilməsindən imtina edilmişdir. Maraqlı şəxsnə müraciət edərək mərhumun adına müvafiq ölüm haqqında şəhadətnamə verilməsini xahiş etsə də, ölümünü təsdiq edən digər tibbi şəhadətnamə və ya ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi olmadığından şəhadətnamənin verilməsinin mümkün olmadığı bildirilmiş, o cümlədən məhkəməyə müraciət etməyi tövsiyə edilmişdir. Qeyd edilənlərə əsasən, məhkəmədən ərizəsinin təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxs nümayəndəsi X10 izahatında bildirmişdir ki, onun vətəndaşın ərizəsinin təmin edilməsinə heç bir etirazı yoxdur. Mülki Prosessual Məcəllənin: 62.1-ci maddəsinə əsasən, məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. 76.1-ci və 76.2 maddələrinə əsasən, işdə iştirak edən şəxslərin izahatları, eləcə də şahidlərin ifadələri sübutların bir növü kimi qəbul edilir. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 ifadəsində bildirmişdir ki, o, ərizəçinin qonşusudur. Belə ki, ərizəçinin həyat yoldaşı X7 2025-ci ilin iyul ayında yaşadığı Binəqədi rayonu, Biləcəri qəsəbəsi, DSK yolunda həyət evi ünvanında vəfat etmişdir. X2 Rayon Baş Göynük kəndində dəfn edilmişdir. Mərhumun ölümünə səbəb hər hansı bədbəxt hadisə və xəsarət alması nəticəsində deyil, yalnız xəstəlik nəticəsində təbii ölüm olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində bildirmişdir ki, o, ərizəçinin baldızıdır. Belə ki, qardaşı X1 olan problemlərlə əlaqədar olaraq xx.xx.2025-ci ildə yaşadığı Binəqədi rayonu, Biləcəri qəsəbəsi, DSK yolunda həyət evi ünvanında dünyasını dəyişmiş və Şəki Rayon Baş Göynük kəndində dəfn edilmişdir. Qardaşının ölümünə səbəb xəstəliyi olmuş, bioloji ölüm olmuşdur. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını və şahid ifadələrini dinləyib, mülki iş materiallarını hərtərəfli araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə əsasən, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Mülki Prosessual Məcəllənin 307.2.8. maddəsinə əsasən, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Şəki Rayon VVAQ Şöbəsi tərəfindən verilmiş İİİ-ЖГ 308263 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X7 ilə Ərizəçi arasında xx.xx.1982-ci ildə 44 nömrəli rəsmi nikah bağlanmşdr. -AA5111079 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X7 xx.xx.1955-ci ildə anadan olmuşdur. -Maraqlı şəxs xx.xx.2025-ci il tarixli, 3-16-5/8-15-2262/2025 saylı məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən, ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ərizəçi ölüm haqqında tibbi şəhadətnaməni təqdim edə bilmədiyi üçün ölümün qeydə alınmasının imkan xaricində olduğu bildirilmiş və aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. -Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs “Bakı Baş Səhiyyə Mərkəzi” publik hüquqi şəxs 15 nömrəli Şəhər Poliklinikasının xx.xx.2025-ci il tarixli, 18-1-20/2-202/2025 saylı məktubundan görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2018-ci il tarixli “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası” nın təsdiq edilməsi barədə 05 nömrəli qərarının 4.3-cü bəndinə əsasən “ölüm haqqında tibbi şəhadətnamə” ölümün baş vermə səbəbi məlum olan hallarda “xəbərdarlıq vərəqəsi” və (və ya) tibbi sənədlər (ambulator tibbi kitabça, xəstəlik tarixindən çıxarış və s.) əsasında 4.4-cü və 4.5-ci bəndlər istisna olmaqla vəfat edən şəxsin qeydiyyatda olduğu və ya faktiki yaşadığı ərazi üzrə ambulator tibb müəssisəsi tərəfindən verilir. X4 ölümünün baş vermə səbəbi məlum olmadığından “ölüm haqqında tibbi şəhadətnamə” tərəfilərindən verilmir. -Respublika Təcili və X9 Mərkəzi” PHŞ Binəqədi TTTYS tərəfindən verilmiş Təcili və X9 Stansiyası Ölüm haqqında Xəbərdarlıq Vərəqəsindən görünür ki, xx.xx.1955-ci il təvəllüdlü X7 xx.xx.2025-ci il saat 20:45-də Binəqədi rayonu, Biləcəri qəsəbəsi, DSK yolunda həyət evi ünvanında vəfat etmişdir. Ölümün ilkin səbəbi həkimə qədər ölümdür. -Şəki Rayon Baş Göynük Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 84 №-li arayışdan görünür ki, xx.xx.2025-ci ii tarixində vəfat etmiş X3 dəfnini Ərizəçi təşkil etmişdir. Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, X7 ərizəçinin həyat yoldaşı olmuş, sonuncu xx.xx.2025-ci il tarixdə xəstələnərək vəfat etmişdir. X4 vəfat etməsi faktı ərizəçinin izahatı və şahid ifadələri ilə, həmçinin, məhkəməyə təqdim edilmiş sənədlər ilə də təsdiq olunur. Göründüyü kimi, şahidlər məhkəməyə verdiyi ifadəsində X4 xx.xx.2025-ci il tarixdə Binəqədi rayonu, Biləcəri qəsəbəsi, DSK yolunda həyət evi ünvanında vəfat etməsini təsdiq etmişlər. Hazırda isə müvafiq həkim arayışı olmadığına görə, ərizəçi ölüm haqqında şəhadətnaməni ala bilmir. İşin məhkəmə iclasında araşdırılan halları, tədqiq olunmuş sənədlər və şahid ifadələri ilə tamamilə sübuta yetirildi ki, həqiqətən də, ərizəçinin həyat yoldaşı X7 xx.xx.2025-ci il tarixdə Binəqədi rayonu, Biləcəri qəsəbəsi, DSK yolunda həyət evi ünvanında vəfat etmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, şahid ifadələrini və təqdim edilmiş sənədləri qiymətləndirərək hesab edir ki, həmin sənədlər və şahid ifadələri işin həqiqi halları ilə uyğunluq təşkil edir, ona görə də sübut kimi qəbul edilməlidir. Beləliklə, məhkəmə iş üzrə araşdırılmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, xx.xx.1955-ci il təvəllüdlü X4 xx.xx.2025-ci il tarixdə Binəqədi rayonu, Biləcəri qəsəbəsi, DSK yolunda həyət evi ünvanında vəfat etməsi faktı müəyyən edilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220 və 305-311ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1955-ci il təvəllüdlü X4 xx.xx.2025-ci il tarixdə Binəqədi rayonu, Biləcəri qəsəbəsi, DSK yolunda həyət evi ünvanında vəfat etməsi faktı müəyyən edilsin. Qətnamə qeydiyyat şöbəsi tərəfindən vəfat etmə faktının qeydə alınması və şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən şikayət verilməmişdirsə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №2(012)-5054/2025
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-5054/2025
07.10.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver