Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-5089/2021 23.09.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Elçin Məmməd oğlunun sədrliyi, X13 oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs Abşeron rayon qeydiyyat şöbəsi cəlb edilməklə) ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi (maraqlı şəxs Abşeron rayon qeydiyyat şöbəsi cəlb edilməklə) ölüm faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 1938-ci il təvəllüdlü X2 Abşeron rayonu, Xırdalan şəhəri, 22-ci məhəllə, ev 2 ünvanında yerləşən 43 saylı mənzildə 01 iyul 2021-ci il tarixdə ölüm faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edib izahatında bildirdi ki, ünvan 1 ünvanında qeydiyyatda olmuş və yaşamış 1938-ci il təvəllüdlü X3 onun doğma anasıdır. Anası 01 iyul 2021-ci il tarixdə vəfat etmişdir. Belə ki, həmin tarixdə anasının halı pisləşdiyi üçün Təcili və X5 Stansiyasına müraciət etmiş və evə gələn həkim briqadası artıq anasının vəfat etdiyini bildirmişdir. Bu barədə xəbərdarlıq vərəqəsi də təqdim edilmişdir. Anası ölən günə qədər qeydiyyatda olduğu ünvan 1 ünvanında yaşamış və həmin ünvanda da vəfat etmişdir. Anası vəfat etdikdən sonra o, ilk öncə Abşeron Rayon Mərkəzi Xəstəxanasına rəsmi şəkildə müraciət edərək, anasına ölüm haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir. Abşeron Rayon Mərkəzi Xəstəxanası tərəfindən 28 iyul 2021-ci il tarixli, 1058 nömrəli məktubda anasının ölümünün baş vermə səbəbi məlum olmadığından və Abşron Rayon Poliklinikasına hər hansı bir xəstəliklə bağlı müraciət etmədiyinə görə onun adına ölüm haqqında tibbi şəhadətnamə verilməsinin mümkün olmadığı qeyd edilmişdir. Daha sonra o, Abşeron rayon qeydiyyat şöbəsinə müraciət edərək, mərhum anasına ölüm haqqında şəhadətnamə almaq istəmişdir. Abşeron rayon qeydiyyat şöbəsi tərəfindən ona 14 avqust 2021-ci il tarixli imtina məktubu verilərək, məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Hazırda anasının ölməsi faktının müəyyən edilməsi ona bəzi hüquqi sənədləri, o cümlədən ölüm haqqında şəhadətnamə əldə etmək üçün lazımdır. Göstərilənlərə əsasən 1938-ci il təvəllüdlü X2 Abşeron rayonu, Xırdalan şəhəri, 22-ci məhəllə, ev 2 ünvanında yerləşən 43 saylı mənzildə 01 iyul 2021-ci il tarixdə ölüm faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində bildirmişdir ki, Ərizəçi onun baldızıdır, X1 isə qaynanasıdır. X8 01 iyul 2021-ci il tarixdə qeydiyyatda olduğu və yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, 22-ci məhəllə, ev 2 ünvanında yerləşən 43 saylı mənzildə vəfat etmişdir. Onun ölüm xəbərini alan kimi ora getmişdir. Eşitdiyinə görə təcili yardım gələnədək qaynanası Sürəyya artıq vəfat etmişdir. Onu Müşfiqabad qəsəbə qəbirstanlığında dəfn etmişlər. Yas mərasimində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadəsində bildirmişdir ki, Ərizəçi ilə qohumdurlar. X1 isə ərizəçinin anasıdır. Sürəyya Rzayeva 01 iyul 2021-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində yaşadığı mənzildə vəfat etmişdir. Eşitdiyinə görə təcili yardım gələnədək Sürəyya Rzayeva artıq vəfat etmişdir. Yas mərasimində iştirak etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş maraqlı şəxs Abşeron rayon qeydiyyat şöbəsi məhkəmədə nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, işdə olan hüquqi sənədləri tədqiq edərək, toplanmış sübutların məcmusuna hüquqi qiymət verib, belə hüquqi nəticəyə gəlir ki, ərizə əsaslıdır və təmin edilməlidir. Mülki işin materiallarında olan İİ-İE seriyalı 121351 №-li doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən müəyyən edilir ki, xx xxxxxx 1960-cı il təvəllüdlü Ərizəçi atası X11, anası isə Sürəyya Rzayevadır. Mülki işin materiallarında olan 11.10.2015-ci il tarixdə ASAN-Sumqayıt tərəfindən verilmiş AZE seriyalı ******** saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən müəyyən edilir ki, Ərizəçi xx.xx.1960-cı il tarixdə Tovuz rayonunda anadan olmuşdur, ünvan 3 ünvanında qeydiyyatdadır. Mülki işin materiallarında olan 01.07.2005-ci il tarixdə Abşeron RPŞ tərəfindən verilmiş AZE seriyalı 02947738 saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən müəyyən edilir ki, X3 1938-ci il tarixdə Tovuz rayonu, Dönük Qırıqlı kəndində anadan olmuşdur. Mülki işin materiallarında olan Abşeron Rayon Mərkəzi X12 Şəxs Təcili və X5 Şöbəsinin xəbərdarlıq vərəqəsindən görünür ki, 01 iyul 2021-ci il tarixdə saat 16:00-da 1938-ci il təvəllüdlü X2 adına çağırış olmuş, qadın cinsli meyit aşkar edilmiş, meyitin üzərində zorakılıq əlamətləri yoxdur. Mülki işin materiallarında olan Abşeron rayon X7 Hüquqi Şəxsi tərəfindən verilmiş 28 iyul 2021-ci il tarixli, 1058 nömrəli məktubdan müəyyən edilir ki, Ərizəçi X2 ölümünün baş vermə səbəbi məlum olmadığından və Abşeron Rayon Poliklinikasında hər hansı bir xəstəliklə bağlı müraciət etmədiyinə görə onun adına ölüm haqqında tibbi şəhadətnamə verilməsinin mümkünsüzlüyü bildirilmişdir. Mülki işin materiallarında olan Abşeron rayon qeydiyyat şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış 14 avqust 2021-ci il tarixli, 05/Q-1110/15 saylı məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31.10.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibb şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəməsi əsasında qeydə alına bilər. Ölüm haqqında tibbi şəhadətnamə təqdim etmədiyi üçün ölümün qeydə alınması üçün məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Mülki işin materiallarında olan Müşfiqabad bələdiyyəsi tərəfindən verilmiş 20 avqust 2021-ci il tarixli 158 nömrəli arayışdan müəyyən edilir ki, Ərizəçi anası X3 01.07.2021-ci ildə vəfat etmişdir və Müşfiqabad bələdiyyəsinin inzibati ərazisi olan Müşfiqabad qəsəbə qəbirstanlığında dəfn edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.3-cü maddəsinə görə məhkəmə ölümün, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, 01 iyul 2021ci il tarixdə saat 16:00-da X2 adına çağırış olub, çağırış yerinə gələn təcili tibbi yardım stansiyasının həkimi ölümü təsdiq etmişdir. Ərizəçi ölümün qeydə alınması barədə Abşeron rayon qeydiyyat şöbəsinə müraciət etmiş, lakin ölümün qeydə alınması üçün zəruri olan tibbi sənəd təqdim edilmədiyindən ölümün dövlət qeydiyyatına alınması qeydiyyat şöbəsi tərəfindən mümkün olmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 1938-ci il tarixdə Tovuz rayonu, Dönük Qırıqlı kəndində anadan olmuş X2 01 iyul 2021-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində ölməsi faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. XX.XX.1938-ci il tarixdə Tovuz rayonu, Dönük Qırıqlı kəndində anadan olmuş X2 01 iyul 2021-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: E.Kazımov
Məhkəmə qərarları › İş №2(012)-5089/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-5089/2021
23.09.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver