Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-5090/2021 13.10.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədirliyi Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi Ərizəçi qızının iştirakı ilə, Ərizəçi qızının maraqlı şəxs Abşeron rayon qeydiyyat şöbəsinə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair mülki işə 13 oktyabr 2021-ci il tarixdə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi qızı ərizə ilə məhkəməyə müraciət edərək, 17.02.1967-ci il təvəllüdlü X1 09.08.2021ci il tarixdə Abşeon rayonu, Xırdalan şəhəri, “Quşçuluq” massivi, Məmməd Araz küçəsində yerləşən 11 saylı evdə ölməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi qızı məhkəmə iclasında izahatında bildirdi ki, Abşeron rayonu, Pirəkəşkül kəndində qeydiyyatda olan və Abşeron rayonu, Xırdalan şəhəri, “Quşçuluq” massivi, Məmməd Araz küçəsində yerləşən 11 saylı evdə yaşamış 17.02.1967-ci il təvəllüdlü X3 onun doğma anasıdır. Anası 09.08.2021-ci il tarixdə vəfat etmişdir. Belə ki, həmin tarixdə anasının halı pisləşdiyi üçün Təcili və Təxirəsalınmaz Tibbi yardım Stansiyasına müraciət etmiş və evə gələn həkim briqadası artıq anasının vəfat etdiyini onlara bildirmişdir. Bu barədə onlara Xəbərdarlıq vərəqəsi də təqdim edilmişdir. Anası ölən günə qədər onun yanında, yəni Abşeron rayonu, Xırdalan şəhəri, “Quşçuluq” massivi, Məmməd Araz küçəsində yerləşən 11 saylı evdə yaşayış və həmin evdə də vəfat etmişdir. Belə ki, anası vəfat etdikdən sonra o ilk öncə Abşeron Rayon Mərkəzi Xəstəxanasına rəsmi şəkildə müraciət edərək, anasına ölüm haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir. Abşeron Rayon Mərkəzi Xəstəxanası tərəfindən 18 avqust 2021-ci il tarixli, 1141 nömrəli məktubda, anasının ölümünün baş vermə səbəbi məlum olmadığından və Abşron Rayon Poliklinikasına hər hansı bir xəstəliklə bağlı müraciət etmədiyinə görə onun adına “ölüm haqqında tibbi şəhadətnamə” verilmədiyi göstərilmişdir. Belə ki, daha sonra o Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Abşeron Rayon Qeydiyyat Şöbəsinə müraciət edərək, mərhum anasına ölüm haqqında şəhadətnamə almaq istəmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Abşeron Rayon Qeydiyyat Şöbəsi tərəfindən ona 20 avqust 2021-ci il tarixli imtina məktubu verilərək, məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Onu da qeyd edir ki, yuxarıda qeyd etdiklərini təsdiqləyən şahidləri də vardır və şahid qismində məhkəmə iclasında iştirak edə bilərlər. Abşeron rayonu Saray Bələdiyyəsinin 20.08.2021ci il tarixli arayışında da mərhum anası 09.08.2021-ci il tarixdə vəfat etmiş və Saray qəsəbə qəbirstanlığında dəfn edildiyi göstərilmişdir. 4 Saylı Mənzil Təsərrüfatı İstehsalat istismar Təçmir Sahəsi tərəfindən verilmiş 20.08.2021-ci il tarixli arayışında da qeyd edilmişdir ki, anası ölən günə qədər Abşeron rayonu, Xırdalan şəhəri, “Quşçuluq” massivi, Məmməd Araz küçəsində yerləşən 11 saylı evdə yaşamışdır. Odur ki, o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Abşeron rayon qeydiyyat şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəməyə şahid qismində cəlb edilmiş X2 məhkəmədə ifadəsində bildirdi ki, mərhum X3 onun doğma anası olmuşdur. Anası yaşadığı 09.08.2021-ci il tarixdə Abşeon rayonu, Xırdalan şəhəri, “Quşçuluq” massivi, Məmməd Araz küçəsində yerləşən 11 saylı evdə ürək çatışmazlığından vəfat etmiş və Saray qəsəbəsi qəbirstanlığında dəfn edilmişdir. İş materiallarında olan AZE Seriyalı, 18386798 saylı şəxsiyyət vəsiqəsindən görünür ki, X3 17.02.1967-ci ildə Gürcüstanın, Bolnisi rayonunda anadan olmuşdur. İş materiallarında olan AR İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X6 Abşeron Rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş 18 avqust 2021-ci il tarixli, 1141 №-li cavab məktubundan görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 31.01.2018-ci il tarixli İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydasi”-nın təsdiq edilməsi barədə 05 nömrəli qərarının 4.3-cü bəndinə istinad edərək "ölüm haqqında tibbi şəhadətnamə” ölümün baş vermə səbəbi məlum olan hallarda xəbərdarlıq vərəqəsi” və (və ya) tibbi sənədlər (ambulator tibbi kitabça, xəstəlik tarixindən çıxarış və s.) əsasında 4.4-cü və 4.5-ci bəndləri istisna olmaqla vəfat edən şəxsin qeydiyyatda olduğu və ya faktiki yaşadığı ərazi üzrə ambulator tibb müəssisəsi tərəfindən verilir. X1 ölümünün səbəbi məlum olmadığına və Abşeron Rayon Poliklinikasına hər hansı bir xəstəliklə bağlı müraciət etmədiyinə görə onun adına “ölüm haqqında şəhadətnamə” tərəflərindən verilmir. İş materiallarında olan AR Ədliyyə Nazirliyi Abşeron rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 20 avqust 2021-ci il tarixli məktubunda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”-nın 8.5-ci bəndinə əsasən, ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. İş materiallarında olan Azərbaycan Respublikası Abşeron Rayon Saray Bələdiyyəsi tərəfindən verilmiş 20 avqust 2021-ci il tarixli, 579 №-li arayışdan görünür ki, X3 həqiqətən 09.08.2021-ci il tarixdə vəfat etmişdir və Saray qəbirstanlığında dəfn olunmuşdur. Məhkəmə ərizəçini və şahidi dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, 17.02.1967-ci il təvəllüdlü X1 09.08.2021-ci il tarixdə Abşeon rayonu, Xırdalan şəhəri, “Quşçuluq” massivi, Məmməd Araz küçəsində yerləşən 11 saylı evdə ölməsi faktı ərizəçinin izahatı, şahid ifadəsi və iş materiallarına əlavə edilmiş digər sənədlərlə tam təsdiq olunur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193.1-ci maddəsinə görə ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə aparılır. Həmin Məcəllənin 194 və 195-ci maddələrinə görə ölümün qeydə alınması ölmüş şəxsin qohumlarının, onun qonşularının, mənzil-istismar təşkilatları işçilərinin məlumatı üzrə, habelə ölümün baş vermiş olduğu təşkilatın müdiriyyətinin və başqa şəxslərin məlumatı üzrə aparılır. Ölüm haqqında məlumat ölümün baş verdiyi və ya meyidin tapıldığı vaxtdan 10 gündən gec olmayaraq verilməlidir. Azərbayacan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə görə ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktı təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. MPM-nin 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə hesab edir ki, qeyd olunan faktın müəyyən olunması ərizəçinin mülki və digər hüquqlarını həyata keçirməsinə təsir göstərir. Həmçinin, ərizəçi bu faktı təsdiq edən lazımi sənədi məhkəmədən kənar başqa qaydada ala bilməz. Azərbaycan Respublikası MPM-nin 315.2-ci maddəsinə əsasən şəxsi ölmüş elan edən məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabına şəxsin ölməsi barədə qeyd etmək üçün əsasdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 315 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 17.02.1967-ci il təvəllüdlü X1 09.08.2021-ci il tarixdə Abşeon rayonu, Xırdalan şəhəri, “Quşçuluq” massivi, Məmməd Araz küçəsində yerləşən 11 saylı evdə ölməsi faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-5090/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-5090/2021
13.10.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver