Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-51/2022 15.11.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Hüseynzadə Hüseyn Rövşən oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı daş hasarın cavabdehin vəsaiti hesabına sökülməsi və torpaq sahəsinə giriş-çıxışına yaradılmış maneənin aradan qaldırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı daş hasarın cavabdehin vəsaiti hesabına sökülməsi və torpaq sahəsinə giriş-çıxışına yaradılmış maneənin aradan qaldırılması tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş və daşınmaz əmlakın dövlət reyestrində 522 nömrəli reyestr kitabının 6 nömrəli vərəqində xx.xx.2014-cü il tarixdə, ********** qeydiyyat nömrəli, RX seriyalı, ******* saylı Çıxarışa əsasən Abşeron rayonu, Masazır kəndində yerləşən və onun xüsusi mülkiyyətində olan 0,03 ha torpaq sahəsinə gedən və Cavabdeh tərəfindən daş hasar çəkilməklə bağlanmış yolun həmin hasarın cavabdehin hesabına sökülməklə açılması, onun Abşeron rayonu, Masazır kəndində yerləşən və xüsusi mülkiyyətində olan 0,03 ha torpaq sahəsinə daxil olmağına cavabdeh tərəfindən yaradılmış maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2007-ci il tarixli, AN seriyalı, ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə (torpaq alqı-satqısı) əsasən X3 mülkiyyətində olan və Abşeron rayonu, Masazır kəndində yerləşən ümumi sahəsi 2.04 ha olan torpaq sahəsindən 0.03 ha torpağı 3000 manata iddiaçıya satmışdır. Bundan sonra, həmin torpaq sahəsi ona təhvil verilmiş və həmin vaxtdan, torpaq sahəsinə dair iddiaçı öz adına çıxarış aldığı vaxta qədər onun sahiblik və istifadəsində olmuşdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən torpaq sahəsinə dair xx.xx.2014-cü il tarixdə torpaq sahəsinin planı və ölçüsü tərtib olunmuşdur. Həmin planda torpaq sahəsinin yerləşdiyi yer, kordinatları və digər məlumatlar göstərilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş və daşınmaz əmlakın dövlət reyestrində 522 nömrəli reyestr kitabının 6 nömrəli vərəqində xx.xx.2014-cü il tarixdə, ********** qeydiyyat nömrəli, RX seriyalı, ******* saylı Çıxarışa əsasən Abşeron rayonu, Masazır kəndində yerləşən 0,03 ha torpaq sahəsi onun xüsusi mülkiyyətindədir. Torpaq sahəsini aldıqdan sonra orada fərdi yaşayış evi tikməyə başlamışdır. Uzun müddət ərzində həmin evin tikintisini davam etdirmiş və hazırda evin tikintisi bitsə də, evin içərisinin təmiri başa çatmamışdır. Torpaq sahəsinə dair plan və ölçü tərtib edilərkən və çıxarış verilərkən torpaq sahəsinə giriş-çıxış üçün yol nəzərdə tutulmuşdur. İddiaçı da torpaq sahəsinə nəzərdə tutulmuş giriş-çıxış yolu ilə giribçıxmışdır. Həmçinin, həmin yoldan istifadə etməklə torpaq sahəsinə minik və yük avtomobilləri gəlib-getmişdir. Evin tikintisi üçün materiallar gətirən ağır yük avtomobilləri həmin yoldan girib-çıxmışlar. Cavabdeh iddiaçıya məxsus Abşeron rayonu, Masazır kəndində yerləşən 0.03 ha torpaq sahəsinin qonşuluğunda torpaq sahəsi almış və orada tikinti işləri aparmışdır. Lakin, cavabdeh iddiaçının mülkiyyətində olan torpaq sahəsinə giriş-çıxış yolunu qanunsuz olaraq zəbt etməklə iddiaçıya torpaq sahəsindən rahat istifadə etməyinə və həmin torpaq sahəsinə avtomobillərin daxil olmasına mane olmuşdur. Belə ki, Cavabdeh heç bir icazə və razılıq olmadan istifadəsində olan torpaq sahəsinin ətrafına hasar çəkərkən iddiaçının xüsusi mülkiyyətində olan torpaq sahəsinə gedən yolun bir hissəsini də hasara alaraq öz torpaq sahəsinə daxil etmiş, bununla da onun mülkiyyətində olan torpaq sahəsi və orada olan evindən istədiyi kimi yararlanmağına, torpaq sahəsinə daxil olmağına və oradan istifadə etməyinə maneə yaratmışdır. Cavabdehin hərəkətləri, yəni heç bir qanuni icazə və razılıq olmadan iddiaçıya məxsus torpaq sahəsinin giriş-çıxışı üçün nəzərdə tutulmuş yolu daş hasar çəkməklə daraltması və yük avtomobillərinin keçməsinə maneə yaratması qanunsuz və əsassızdır, bu baxımdan aradan qaldırılmalıdır. Məhkəmə prosesində iştirak edən İddiaçı iddianı müdafiə edib iddia ərizəsində yazılanlara uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə prosesində iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək qeyd etmişdir ki, tikinti və torpaqla bağlı sənədi yoxdur, neçə ildir ki, həmin ərazidə yaşayır, iddiaçı ilə aralarında barışıq və razılaşma mümkün deyildir. İş üzrə alınmış ekspert rəyi ilə razıdır. Onun hasarının iddiaçıya heç bir maneçiliyi yoxdur. Odur ki, iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən əsaslı olduğundan iddia təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan xx.xx.2017-ci il tarixli AN-İ № ******* saylı Daşınmaz Əmlakın Alqı-satqı müqaviləsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X1 rayonu, Masazır kəndində yerləşən 2.04 ha torpaq sahəsinin 0.03 ha hissəsini İddiaçı, 0.03 ha hissəsini X2 mülkiyyətinə vermişdir. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Abşeron rayonu, Masazır kəndində yerləşən 0.03 ha torpaq sahəsi xx.xx.2014-cü il tarixdə ********** qeydiyyat nömrəsi, **********22 reyestr nömrəsi ilə İddiaçı adına tam mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində 522 nömrəli reyestr kitabının 6 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07 oktyabr 2022-ci il tarixli 10/4839 nömrəli ekspert rəyindən görünür ki, Rəyin tədqiqat hissəsində qeyd olunanlara əsasən, faktiki vəziyyətdə naturada mövcud olan yolun ölçülərinin Azərbaycan Dövlət Tikinti Normaları 2.6-1-nin «Şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması»nın küçə və yol şəbəkələri bölməsinin 8 və 9 saylı cədvəllərinin tələbi ilə avtomobillərin hərəkəti üçün nəzərdə tutulmuş normaya uyğun olduğu, yük avtomobillərinin həyətyanı sahəyə girişi üçün nəzərdə tutulmuş normaya uyğun olmadığı (cavabdehin faktiki istifadəsində olan torpaq sahəsinin sənədi olmadığına görə, bu normanın cavabdeh tərəfindən pozulub-pozulmadığını müəyyən etmək mümkün olmadı) müəyyən olundu. Həmçinin, qeyd olunur ki, faktiki naturada mübahisəli yolun daxilində kanalizasiya xətlərinin, mişar daşlarının, içi su ilə dolu olan metal qabın (torpaq səviyyəsində) mövcudluğu həmin yolda avtomobilin hərəkətinə maneə yaradır.Həmçinin, həmin rəydən görünür ki, Azərbaycan Dövlət Yikinti Normaları 2.6-1-nin “Şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması”nın küçə və yol şəbəkələri bölməsinin 8 və 9 saylı cədvəllərinə əsasən yaşayış evi ilə küçəni birləşdirən, piyadalar üçün nəzərdə tutulan yolun eni 1,5 metr, hərəkət (avtomobil) yolunun eni 2,75-3,0 metr, yük avtomobillərinin hıyıtyanı sahəyə girişi üçün isə yolun eni 4,5 metr olmalıdır. Beləliklə, qeyd edilənlərə əsasən mübahisəli yolun avtomobillər üçün nəzərdə tutulan normaya uyğun olduğu, yük avtomobilləri üçün isə nəzərdə tutulan normaya uyğun olmadığı müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsi ilə müəyyən edilir ki, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsindən görünür ki, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.4-cü maddəsinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Həmin Məcəllənin 239.2-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş və daşınmaz əmlakın dövlət reyestrində 522 nömrəli reyestr kitabının 6 nömrəli vərəqində xx.xx.2014-cü il tarixdə, ********** qeydiyyat nömrəli, RX seriyalı, ******* saylı Çıxarışa əsasən Abşeron rayonu, Masazır kəndində yerləşən və onun xüsusi mülkiyyətində olan 0,03 ha torpaq sahəsinə gedən və Cavabdeh tərəfindən daş hasar çəkilməklə bağlanmış yolun həmin hasarın cavabdehin hesabına sökülməklə açılmasını, onun Abşeron rayonu, Masazır kəndində yerləşən və xüsusi mülkiyyətində olan 0,03 ha torpaq sahəsinə daxil olmağına cavabdeh tərəfindən yaradılmış maneələrin aradan qaldırılmasını xahiş edir. İş üzrə ekspert rəyinə əsasən faktiki vəziyyətdə naturada mövcud olan yolun ölçülərinin Azərbaycan Dövlət Tikinti Normaları 2.6-1-nin «Şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması»nın küçə və yol şəbəkələri bölməsinin 8 və 9 saylı cədvəllərinin tələbi ilə avtomobillərin hərəkəti üçün nəzərdə tutulmuş normaya uyğun olduğu, yük avtomobillərinin həyətyanı sahəyə girişi üçün nəzərdə tutulmuş normaya uyğun olmadığı müəyyən olundu. Ekspertin mülahizəsinə görə ki, cavabdehin faktiki istifadəsində olan torpaq sahəsinin sənədi olmadığına görə, bu normanın cavabdeh tərəfindən pozulub-pozulmadığının müəyyən etmək mümkün olmamasına, işin materiallarından göründüyü kimi cavabdehin mübahisəli ərazidə torpaq sahəsi mövcud deyildir. İddiaçı isə mülkiyyətində olan torpaq sahəsində evini tikərkən cavabdehin hasarı olmamış, yük avtomobilləri həmin yoldan sərbəst hərəkət etmişlər.Bu təqdim olunan foto şəkillərdən də görünür.Cavabdehin qeyd edilən ünvanda şəkdiyi hasar divar göründüyü kimi iddiaçıya məxsus həmin ünvandakı torpaq sahəsinə yük avtomobillərinin giriş çıxışını məhdudlaşdırır, yolun eni normada nəzərdə tutulan 4,5 metrdən azdır. Beləliklə, işin müəyyən edilən faktiki hallarına və qeyd edilən maddi hüquq normalarının tələblərinə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, iddiaçının xüsusi mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndində yerləşən 0,03 ha torpaq sahəsinə gedən yolda Cavabdeh tərəfindən inşa edilmiş daş hasar həmin yolun eni cavabdehin hesabına sökülməli, cavabdeh tərəfindən iddiaçının torpaq sahəsinə daxil olmağına yaradılmış maneələr aradan qaldırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin Məcəlləsinin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı dövlət rüsumu ödəməkdən azad edildiyi üçün 30 manat dövlət rüsumunun əvəzi cavabdehdən tutulub dövlət büdcəsinə ödənilməlidir. İddiaçı tərəfindən mütəxəssis rəyi alınması üçün ödənilmiş 311 manat məhkəmə xərci vardır ki, iddia təmin edildiyindən həmin xərc cavabdehə aid edilməli, ondan tutularaq iddiaçıya ödənilməliduir. Eyni zamanda iş üzrə 50 manat məbləğində ekspertiza xərci vardır ki, iddia təmin edildiyindən həmin məbləğ cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin Məcəlləsinin 216-220, 233, 234, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı xüsusi mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndində yerləşən 0,03 ha torpaq sahəsinə gedən yolda Cavabdeh tərəfindən inşa edilmiş daş hasar Cavabdeh hesabına sökülməklə açılsın və cavabdeh tərəfindən iddiaçının torpaq sahəsinə daxil olmağına yaradılmış maneələr aradan qaldırılsın. İddiaçı tərəfindən mütəxəssis rəyi alınması üçün ödənilmiş 311 manat məhkəmə xərci Cavabdeh tutularaq İddiaçı ödənilsin. Cavabdeh iddiaçının ödəməkdən azad edildiyi 30 manat məbləğində dövlət rüsumu tutulub dövlət büdcəsinə, 50 manat ekspertiza xərcinə görə pul tutulub, Məhkəmə Ekspertizası Mərkəzinin dövlət xəzinədarlığı Agentliyinin AZ34 CTRE******************** saylı hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-51/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-51/2022
15.11.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver