Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-5153/2024 19.11.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Əliyev Elmir Habil oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1926-cı il tarixdə doğulmuş atası X3nun xx.xx.2024-cü il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini, qətnamənin icrasının Nəsimi Rayon Qeydiyyat Şöbəsinə həvalə edilməsini xahiş etmişdir. Ərizəçi ərizənin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, bildirmişdir ki, ərizədə texniki yanlışlığa yol verilmişdir, belə ki, ərizənin giriş hissəsində X4 anası kimi göstərilmiş, həmçinin atasının Bakı şəhərində öldüyü qeyd edilmiş, həqiqətdə isə atası X2 rayonu, Hökməli qəsəbəsində vəfat etmişdir. Odur ki, o, qeyd edilənlərin məhkəmə tərəfindən nəzərə alınmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında izahatında bildirdi ki, ünvan 1 ünvanında qeydiyyyatda olan atası - xx.xx.1926-cı il təvəllüdlü X2 rayonu, Hökməli qəsəbəsində rəhmətə getmişdir. Bildirir ki, atası sağlamlığında yaranmış problemlər ilə əlaqədar bir müddət hospitalda qalmış, daha sonra səhhəti yaxşılaşmışdır. Lakin atasının vəziyyəti 27 avqust 2024-cü il tarixdə qəfildən pisləşmiş və onlar tez təcili yardım çağırmışdırlar. X20 Yardım çatanda atası artıq ölmüşdür. X4 rəhmətə getdikdən sonra onlar X11 bələdiyyəsinin inzibati ərazisində olan Müşfiqabad qəbiristanlığında dəfn etmiş, lakin hələ qəbirüstü abidəsini götürməmişdirlər. O, ölüm haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etsə də onun əlində əsaslı sənədlər olmadığı üçün imtina edilmişdir. Bir sözlə ölüm haqqında şəhadətnamə ona bir çox sənədləşmə işlərində lazım olur. Görünür ki, sözügedən qeydiyyat şöbəsinin təcili yardımın sənədini əsas götürməməsi və imtina etməsi onun qanunla qorunan hüquqlarının pozulmasına səbəb olmuşdur. Qeyd edilənlərə əsasən o, ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs rəisi Şəfəq Salmanlı məktub göndərərək, qeydiyyat şöbəsinin iş yükünün çoxluğu nəzərə alınaraq hazırki mülki işə dair keçiriləcək məhkəmə baxışı iclasının onların nümayəndələrinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəməyə şahid qismində cəlb edilmiş X10 məhkəmədə ifadəsində bildirdi ki, o, X3nun qızıdır. X4 27 avqust 2024-cü il tarixdə ünvan 2 ünvanında vəfat etmiş və Müşfiqabad qəbiristanlığında dəfn olunmuşdur. Məhkəməyə şahid qismində cəlb edilmiş X12 məhkəmədə ifadəsində bildirdi ki, X3 onun qayınatasıdır. X3 2024-cü ilin avqustun 27-də ünvan 2 ünvanında vəfat etmiş və Müşfiqabad qəbiristanlığında dəfn olunmuşdur. İş materiallarında olan AZE seriyalı, 14380674 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X7 29 dekabr 1926-cı il tarixdə anadan olmuşdur. İş materiallarında olan Bakı şəhər Təcili və X9 Stansiyasının xx.xx.2024-cü il tarixli xəbərdarlıq vərəqəsindən görünür ki, X2 rayonu, Hökməli qəsəbəsi, Əziz Əliyev küçəsi, mənzil 87 ünvanında həkim gələnə qədər ölmüşdür. İş materiallarında olan AR “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X15 Bakı Baş Səhiyyə X18 Şəxsi 5 №-li Şəhər Poliklinikası tərəfindən verilmiş 29 avqust 2024-cü il tarixli, 1066 №-li cavab məktubundan görünür ki, xx.xx.2024-cü il təvəllüdlü, ünvan 3 ünvanında yaşayan X7 xx.xx.2024- Məmmədquluzadə cü il tarixdə rəhmətə gedib. Uzun müddət Nəsimi rayon 5 saylı şəhər poliklinikasına müraciət etmədiyinə, həmçinin müayinə və müalicə almadığına görə ölümün səbəbini bilmədiklərindən Forma N 106 almaq üçün məhkəməyə müraciət etməlidirlər. İş materiallarında olan Qaradağ rayonu, Müşfiqabad bələdiyyəsi tərəfindən verilmiş 30 avqust 2024-cü il tarixli, 142 nömrəli arayışdan görünür ki, Ərizəçi atası X1 bələdiyyəsinin inzibati ərazisində olan Müşfiqabad qəbiristanlığında dəfn olunmuşdur. İş materiallarında olan AR Ədliyyə Nazirliyi Maraqlı şəxs tərəfindən verilmiş 07 sentyabr 2024-cü il tarixli, 3-16-5/7-15-1700/24 №-li cavab məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Ölümün qeydə alınması üçün zəruri olan sənəd təqdim edilmədiyindən hazırda ölümün dövlət qeydiyyatına alınması qeydiyyat şöbəsində mümkün olmamışdır. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadəsini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, 29 dekabr 1926-cı il təvəllüdlü X5 27 avqust 2024-cü il tarixdə Abşeron rayonu, Hökməli qəsəbəsində ölməsi faktı ərizəçinin izahatı, şahid ifadələri və iş materiallarına əlavə edilmiş digər sənədlərlə tam təsdiq olunur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193-cü maddəsinə görə ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. Azərbayacan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə görə ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Bu halda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 194.2-ci maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən ölümün qeydiyyatı aparılır. Azərbaycan Respublikası MPM-in 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə hesab edir ki, qeyd olunan faktın müəyyən olunması ərizəçinin mülki və digər hüquqlarını həyata keçirməsinə təsir göstərir. Həmçinin ərizəçi bu faktı təsdiq edən lazımi sənədi məhkəmədən kənar başqa qaydada ala bilməz. Azərbaycan Respublikası MPM-in 315.2-ci maddəsinə əsasən şəxsin ölmüş elan edilməsinə dair məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən ölümün qeydə alınması üçün əsasdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 315 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 29 dekabr 1926-cı il təvəllüdlü X5 27 avqust 2024-cü il tarixdə Abşeron rayonu, Hökməli qəsəbəsində ölməsi faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-5153/2024
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-5153/2024
19.11.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver