Məhkəmə qərarları › İş №2(012)-518/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-518/2024

18.07.2024 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-518/2024 18.07.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, İmanlı Fatimə Mirzağa qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi və torpaq sahəsinin boşaldılması tələbinə dair mülki işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, məhkəmənin iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi və torpaq sahəsinin boşaldılması tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən ona məxsus 0,05 ha torpaq sahəsində Cavabdeh tərəfindən inşa edilmiş tikililərin onun hesabına sökülməsi, həmin torpaq sahəsinin cavabdehin qanunsuz sahibliyindən geri alınaraq ona təhvil verilməsi, həmçinin ödədiyi 100 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, 11 sentyabr 2015-ci il qeydiyyat tarixli, **********02 reyestr nömrəli, RX ******* nömrəli çıxarışa əsasən, Abşeron rayonu, Saray qəsəbəsi ünvanında yerləşən 0,05 ha torpaq sahəsi onun xüsusi mülkiyyətindədir. Lakin ona məxsus daşınmaz əmlak, yəni 0,05 ha torpaq sahəsi Cavabdeh tərəfindən zəbt edilmişdir. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli cavab məktubundan da göründüyü kimi, ona məxsus torpaq sahəsinin 0,0022 ha hissəsi başqa şəxs tərəfindən istifadə edildiyi qeyd olunmuşdur, yəni torpaq sahəsinin zəbt olunduğu öz təsdiqini tapır. Bu barədə məlumat polisin cinayət işinin başlanmasının rədd edilməsi haqqında 05 noyabr 2022-ci il tarixli qərarda da öz əksini tapmışdır. Cavabdeh ona məxsus torpaq sahəsində qanunsuz tikili inşa etmişdir. Ona dəfələrlə qanunsuz tikintinin dayandırılmasını və torpaq sahəsinin boşaldılmasını təklif etsə də, heç bir nəticəsi olmamışdır. O, Cavabdeh təqsiri üzündən mülkiyyətində olan torpaq sahəsindən istifadə edə bilmir. Cavabdehin bu hərəkətləri onun mülkiyyət hüquqlarını pozur. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. İştirak etdiyi məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etdi və onun təmin edilməsini xahiş etdi. Cavabdeh iştirak etdiyi məhkəmə iclasında iddia tələbini qəbul etmədiyini bildirdi və onun rədd edilməsini xahiş etdi. O qeyd etdi ki, iddiaçının qonşuluğunda olan torpaq sahəsi və ev dostunun qızı X3 məxsusdur. O, mərhum dostunun qızına evinin damının vurulmasında köməklik etmişdir. Bu ev 2016-2017-ci illərdə tikilmişdir və Mətanət oranın üçüncü mülkiyyətçisidir. Bütün bunlardan görünür ki, iddia əsassızdır və rədd edilməlidir. İştirak etdiyi məhkəmə iclasında mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 da cavabdehin izahatına uyğun izahat verərək, iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, mülki iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli, RX ******* saylı reyestrdən çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Saray qəsəbəsindəki 0,05 ha torpaq sahəsi İddiaçı mülkiyyətindədir. İşdə olan Abşeron rayon Polis İdarəsinin İŞ-nin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, İddiaçı İlham adlı şəxsin ona məxsus torpaq sahəsini zəbt edilməsi barədə etdiyi müraciət əsasında toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri" publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 32/3-32/2-2079/24 nömrəli mütəxəssis rəyindən görünür ki, **********02 reyestr nömrəli çıxarışla İddiaçı sənəd üzrə mülkiyyətinə verilmiş torpaq sahəsinin sərhədləri mütəxəssis rəyinə əlavə edilmiş sxemdə göstərilmiş, **********02 reyestr nömrəli çıxarışla İddiaçı sənəd üzrə mülkiyyətinə verilmiş torpaq sahəsinin koordinatları ilə cavabdeh X1 faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları ilə üst-üstə düşən hissəsinin 0.0021 ha təşkil etdiyi və **********02 reyestr nömrəli çıxarışla İddiaçı sənəd üzrə mülkiyyətinə verilmiş torpaq sahəsi ilə cavabdehin faktiki istifadəsində olan tikilinin bir hissəsinin üst-üstə düşdüyü müəyyən edilmişdir. İşdə olan Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2- 10/1537 saylı rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri" publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 32/3-32/2-2079/24 nömrəli mütəxəssis rəyinə əsasən, **********02 reyestr nömrəli çıxarışla İddiaçı sənəd üzrə mülkiyyətinə verilmiş torpaq sahəsinin sərhədləri müəyyən olunmuş, **********02 reyestr nömrəli çıxarışla İddiaçı sənəd üzrə mülkiyyətinə verilmiş torpaq sahəsinin koordinatları ilə cavabdeh X1 faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları ilə üst-üstə düşən hissəsinin 0.0021 ha təşkil etdiyi və **********02 reyestr nömrəli çıxarışla İddiaçı sənəd üzrə mülkiyyətinə verilmiş torpaq sahəsi ilə cavabdehin faktiki istifadəsində olan tikilinin bir hissəsinin üst-üstə düşdüyü müəyyən edilmişdir. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, İddiaçı hazırda ona məxsus torpaq sahəsində cavabdeh tərəfindən aparılmış qanunsuz tikilinin sökülməsini və həmin əmlaka heç bir hüququ olmayan Cavabdeh qanunsuz sahibliyindən geri alınaraq ona verilməsini xahiş edir. İşdən görünür ki, mübahisəli torpaq sahəsi ilə bağlı İddiaçı adına xx.xx.2015-ci il tarixli, RX ******* saylı reyestrdən çıxarış tərtib edilmişdir. Həmin sənəd hazırda qüvvədədir. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 da mülkiyyətində və faktiki istifadəsində torpaq sahəsi mövcuddur və qonşuluqda yerləşir. Aparılmış tədqiqatlar nəticəsində müəyyən edilmişdir ki, İddiaçı sənəd üzrə mülkiyyətinə verilmiş torpaq sahəsinin koordinatları ilə X1 faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları ilə üst-üstə düşən hissəsi 0.0021 ha təşkil edir və **********02 reyestr nömrəli çıxarışla İddiaçı sənəd üzrə mülkiyyətinə verilmiş torpaq sahəsi ilə X1 faktiki istifadəsində olan tikilinin bir hissəsi üst-üstə düşür. Məhkəmə iclasında isə sübut olundu ki, X1 faktiki istifadəsində olan torpaq sahəsindəki bu tikilini məhz Cavabdeh aparmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Mülki Məcəllənin 140-cı maddəsinə görə reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. Həmin Məcəllənin 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. Eyni zamanda, İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasına dair 1 saylı Protokolun 1-ci maddəsində göstərilmişdir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Beləliklə, işin hallarına əsasən cavabdehin iddiaçının mülkiyyətinə 0,0021 ha hissəsində müdaxiləsi nəticəsində sonuncunun davamlı şəkildə torpaq sahəsi üzərində maneəsiz mülkiyyət hüquqlarını həyata keçirmək imkanının məhdudlaşdırılmasına Konvensiyanın 1 saylı protokolunun 1-ci maddəsinin pozulması kimi də baxıla bilər. Eyni zamanda, məhkəmə hesab edir ki, cavabdehin mübahisəli əmlaka dair heç bir hüquqları müvafiq orqanda qeydə alınmadığından onun bu daşınmaz əmlakdan istifadəsi qəbuledilməzdir. Cavabdehin mübahisəli daşınmaz əmlaka müdaxiləsi iş materialları ilə, o cümlədən mütəxəssis və ekspert rəyləri ilə tamamilə təsdiq olunur. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməli, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən iddiaçıya məxsus 0,05 ha torpaq sahəsində Cavabdeh tərəfindən inşa edilmiş tikililər onun hesabına sökülməli, həmin torpaq sahəsi cavabdehin qanunsuz sahibliyindən geri alınaraq iddiaçıya təhvil verilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2015-ci il tarixli, RX ******* saylı reyestrdən çıxarışa əsasən İddiaçı mülkiyyətində olan 0,05 ha torpaq sahəsində Cavabdeh tərəfindən inşa edilmiş tikililər onun hesabına sökülsün, həmin torpaq sahəsi Cavabdeh qanunsuz sahibliyindən alınaraq İddiaçı təhvil verilsin. İddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun əvəzi və mütəxəssis rəyinə görə ödənilmiş 95 manat pul cavabdehdən tutularaq İddiaçı qaytarılsın. Ekspertiza tədqiqatı üçün tələb olunan 50 manat pul Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar