Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-5180/2021 06.09.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron rayon Məhkəməsinin hakimi Elman Tofiq oğlu Məmmədov, Ərizəçi maraqlı şəxs Sumqayıt «ASAN Xidmət» mərkəzi qeydiyyat şöbəsinə qarşı «ölüm faktının müəyyən edilməsi» tələbinə dair ərizəsini nəzərdən kecirərək, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 08.06.1993-cü il təvəllüdlü həyat yoldaşı X1 22.06.2021-ci il tarixdə Abşeron rayonunda ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 20.08.2021-ci il tarixli, 2(012)-4902/2021 saylı qərardadı ilə Ərizəçi maraqlı şəxs Sumqayıt «ASAN Xidmət» mərkəzi qeydiyyat şöbəsinə qarşı «ölüm faktının müəyyən edilməsi» barədə ərizəsindən iddianın yolverilməzliyinə görə imtina olunması, ərizəçiyə ölüm faktının qeydiyyatını aparan müvafiq dövlət qurumuna müraciət etmək, həmin müraciətin nəticəsindən asılı olaraq inzibati qaydada yuxarı orqana müraciət etmək və ya müraciətin nəticəsini ərazi vahidi üzrə inzibati məhkəmə qaydasında mübahisələndirmək hüququnun olmasının izah edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Hazırki ərizə ilə bağlı artıq məhkəmə qərardadı mövcud olduğundan,məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 153.5-ci maddəsinə istinad edərək hesab edir ki, ərizənin qəbul edilməsindən imtina olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 153, 263, 264, 267-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Ərizəçi maraqlı şəxs Sumqayıt «ASAN Xidmət» mərkəzi qeydiyyat şöbəsinə qarşı «ölüm faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi və ona əlavə olunmuş sənədlərin iddianın yolverilməzliyinə görə qəbul edilməsindən imtina olunsun. Qərardaddan, rəsmi qaydada verildiyi (və ya alındığı) gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-5180/2021
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-5180/2021
06.09.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver