Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-5212/2025 01.09.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Adıgözəlli Ülviyyə Aaydın qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs Əhədzadə Farı̇ z Fı̇ zuli oğlu) barışıq sazişinin təsdiq edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi (maraqlı şəxs Əhədzadə Farı̇ z Fı̇ zuli oğlu) barışıq sazişinin təsdiq edilməsinə dair ərizə ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, onunla Əhədzadə Farı̇ z Fı̇ zuli oğlu arasında Bakı 13 saylı Mediasiya Təşkilatında bağlanmış xx.xx.2024-cü il tarixli, MŞB/13/2023/-01905saylı barışıq sazişinin təsdiq edilməsi, ödənilmiş 100 manat dövlət rüsumunun və vəkil ilə bağladığı 500 manat müqavilə xərclərinin maraqlı şəxs Əhədzadə Farı̇ z Fı̇ zuli oğlundan tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək izahatında bildirmişdir ki, o, xx.xx.2012-ci il tarixdə Bakı şəhəri, Səadət Sarayı, Bakı nikah evində Əhədzadə Farı̇ z Fı̇ zuli oğlu ilə rəsmi nikaha girərək, ailə həyatı qurmuşdur. Onların arasında olan ailə münasibətləri pozulmuş və buna görə də, onlar Bakı 13saylı Mediasiya Təşkilatına müraciət etmişlər. Bakı 13 saylı Mediasiya Təşkilatında xx.xx.2024-cü il tarixli, MŞB/13/2023/-01905 saylı aralarında barışıq sazişi imzalanmışdır. Maraqlı şəxs Əhədzadə Farı̇ z Fı̇ zuli oğlu barışıq sazişinin 3-cü bəndinin şərtlərini kobud şəkildə pozaraq, birgə nikahlarından dünyaya gələn xx.xx.2018-ci il təvəllüdlü X6 və xx.xx.2013cü il təvəllüdlü X1 üçün alimenti ödəmir. Dəfələrlə ona barşıq sazişinin şərtlərinə əməl etməyi bildirsə də, o buna məhəl qoymur və barşıq sazişinin şərtlərini pozmuş olur. Ərizəçi ilə Əhədzadə Farı̇ z Fı̇ zuli oğlu arasında xx.xx.2024-cü il tarixdə Bakı 13 saylı mediasiya təşkilatında bağlanmış MŞB/13/202.3-01905 saylı barışıq sazişinin 3-cü bəndinin təsdiq edilməsi və ödədiyi 100 manat dövlət rüsumunun Maraqlı şəxs tutularaq ona ödənilməsi barədə qətnamə edilməsini xahiş etmişdir. Maraqlı şəxs Əhədzadə Farı̇ z Fı̇ zuli oğlu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6. maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini dinləyib, mülki iş materiallarını hərtərəfli araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Bakı 13 saylı Mediasiya Təşkilatında bağlanmış xx.xx.2024-cü il tarixli, MŞB/13/2023/-01905 saylı barışıq sazişindən görünür ki, 1. ( nikahın pozulması tələbi) Tərəflər 1-ci tərəf Ərizəçi və 2-ci tərəf Maraqlı şəxs ilə qeyd olunan məzmunda razılığa gələrək xx.xx.2012-ci il tarixində Bakı şəhəri, Səadət saravı, Bakı nikalı evində bağladıqları, 2907 sayı ilə qeydə alınan nikahı pozsunlar. Nikahın pozulması tələbi Məhkəmələrin müstəsna səlahiyyətinə aid olduğundan (nikahın pozulması) tələbinin icra edilməsini müvafiq Məhkəmə vasitəsilə iddia qaldırmaqla icra elsinlər. 2. Birinci tərəf Ərizəçi ikinci tərəf, Maraqlı şəxs F izuli oğlu ilə birgə nikah münasibətlərindən dünyavy gələn övladları xx.xx.2018-ci il təvəllüdlü X6 və xx.xx.2013-cü il təvəllüdlü X5 xx.xx.2024cü il tarixindən başlayaraq yetkinlik yaşına çatana kimi ananın yanında qalmasına razıdır.
3. Birinci tərəf: Əhədzadə X4 imzalamaqla ikinci tərəf Maraqlı şəxs ilə birgə nikah münasibətlərindən dünyaya gələn övladları xx.xx.2018-ci il təvəllüdlü X6 və xx.xx.2013-cü il təvəllüdlü X2 üçün hər uşağa 235 (iki yüz otuz beş) manat, ümumi 470 ( dörd yüz yetmiş) manat sabit pul məbləğində alimentin nikah pozulduqdan sonra verilməsini və qeyd olunan məbləği hər ay 1-ci tərəf Ərizəçi bank hesabına, kart hesabına keçirilməsini tələb edir. 2-ci tərəf Maraqlı şəxs 1-ci tərəf Ərizəçi tələbini qəbul edərək, birgə nikahdan anadan olan uşaqları xx.xx.2018-ci il təvəllüdlü X6 və xx.xx.2013-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılınası üçün hər uşağa 235 (iki yüz otuz beş) manat, ümumi 470 ( dörd yüz yetmiş) manat sabit pul məbləğində alimentin nikah pozulduqdan sonra verilməsinə razılıq verərək, qeyd olunan məbləği hər ay 1-ci tərəf Ərizəçi bank hesabına, kart hesabına keçirilməsini öhdəsinə götürür, icra edir. 4. Qarşılıqlı tələb ( evin satıldığı müddətə kimi evdən istifadə hüququnun saxlanılması tələbi) 2-ci tərəf Maraqlı şəxs bildirir ki, o hal-hazırda Abşeron rayonu. Masazır qəsəbəsi, Üzeyir Hacıbəyov küçəsində yerləşən 30 saylı evdə yaşayır və həmin ev çıxarışa əsasən 1-ci tərəf Ərizəçi xüsusi mülkiyyətindədir. 2-ci tərəf Maraqlı şəxs 1-ci tərəf X3 Abşeron rayonu, Masazır qəsəbəsi, Uzeyir Hacıbəyov küçəsində yerləşən 30 saylı ev satılana qədər evdən istifadə hüququnun saxlanılmasını tələb edir. 1-ci tərəf Ərizəçi 2-ci tərəf Maraqlı şəxs tələbini qəbul edərək, Abşeron rayonu, Masazır qəsəbəsi., Uzeyir Hacıbəyov küçəsində yerləşən 1-ci tərəf xüsusi mülkiyyətində olan 30 saylı ev satılana qədər 2-ci tərəf Maraqlı şəxs evdən istifadə hüququnun saxlanılmasına razılıq verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 305.1.17. maddəsinə əsasən, məhkəmə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Beləliklə, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, tərəflər xx.xx.2012-ci il tarixdə rəsmi nikah daxil olaraq ailə həyatı qurmuşdur. Tərəflərin birgə nikahlarından xx.xx.2018-ci il təvəllüdlü X9 və xx.xx.2013-cü il təvəllüdlü X8 olmaqla 2 övladı olmuş və onlar xx.xx.2024-cü il tarixli, MŞB/13/2023/-01905 saylı barışıq sazişinin 3-cü bəndinə əsasən, tərəflər birgə nikahlarından olan övladları xx.xx.2018-ci il təvəllüdlü X6 və xx.xx.2013-cü il təvəllüdlü X2 üçün hər uşağa 235 (iki yüz otuz beş) manat, ümumi 470 ( dörd yüz yetmiş) manat sabit pul məbləğində alimentin nikah pozulduqdan sonra hər ay Maraqlı şəxs tutularaq Ərizəçi ödənilməsi dair razılığa gəlmişlər. Barışıq sazişinin şərtlərinə əsasən, saziş üzrə öhdəliklər könüllü şəkildə icra edilməli olduğu halda maraqlı şəxs Əhədzadə Farı̇ z Fı̇ zuli oğlu tərəfindən öhdəliyindən yayınması halları olduğundan və bu hal barışıq sazişinin, eyni zamanda, mülki prosessual qanunvericiliyin tələblərinə əsasən, barışıq sazişinin məhkəmə qaydasında məcburi icrası qaydasını istisna etmədiyindən ərizəçi X7 barışıq sazişinin məhkəmə qaydasında təsdiq edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. “Mediasiya haqqında Azərbaycan Respublikası Qanunu”nun (bundan sonra Mediasiya haqqında Qanun adlanacaq): 1.0.1. maddəsinə əsasən, mediasiya mediatorun (mediatorların) vasitəçiliyi ilə tərəflər arasında yaranmış mübahisənin qarşılıqlı razılıq əsasında həlli ilə bağlı bu Qanunla müəyyən olunan prosesdir. 3.1.2. maddəsinə əsasən, ailə münasibətlərindən irəli gələn mübahisələrə mediasiya qaydasında baxılır. 4.1. maddəsinə əsasən, mediasiya tərəflər arasında münaqişə səviyyəsinin azaldılması və onları razı salacaq şəkildə mübahisənin həllini təmin etmək məqsədini daşıyır. Göründüyü kimi, mübahisələrin alternativ həlli üsullarından olan mediasiyanın təşkili sahəsində ictimai münasibətləri tənzimləyən, mediasiyanın məqsədlərini, prinsiplərini, həyata keçirilməsi qaydalarını və mediatorların statusunu müəyyən edən “Mediasiya haqqında Qanun” tərəflər arasında münaqişə səviyyəsinin azaldılması və onları razı salacaq şəkildə mübahisənin həllini təmin etmək məqsədi ilə qəbul edilmişdir. “Mediasiya haqqında Qanun”un: 24.6. maddəsinə əsasən, mediasiya prosesinin hər hansı mərhələsində mediator mübahisənin həlli məqsədilə tərəflər üçün öhdəlik nəzərdə tutmayan şifahi və ya yazılı təklifi irəli sürə bilər. Barışıq təklifi tərəflərin razılığı ilə verilir. 32.1.1. maddəsinə əsasən, tərəflər arasında barışıq sazişi bağlandıqda mediasiya prosesinə xitam verilir. Mülki iş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli, MŞB/13/2023/-01905 saylı barışıq sazişinə əsasən, mülki iş üzrə tərəflər barışıq sazişi bağlamışlar. “Mediasiya haqqında Qanun”un: 9.3.1. maddəsinə əsasən, barışıq sazişinin icrasını təmin etmək tərəflərin vəzifəsidir. 34.1. maddəsinə əsasən, barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.2. maddəsinə əsasən, barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. 34.3. maddəsinə əsasən, əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə və ya notariusa müraciət edə bilər. 34.4. maddəsinə əsasən, barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə və ya notarius tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). 34.5. maddəsinə əsasən, barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Mülki Prosessual Məcəllənin 355-24. maddəsinə əsasən, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Qanunun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Qanunun tələblərinə istinad edərək məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli, MŞB/13/2023/-01905 saylı barışıq sazişinin şərtləri 10 gün müddətində maraqlı şəxs tərəfindən icra edilməli olduğu halda icra edilməmiş, bununla da, ərizəçi həmin sazişin məhkəmə qaydasında təsdiq edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli, 385 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mediasiya prosesinin həyata keçirilməsi Qaydası”nın: 12.3.1. bəndinə əsasən, barışıq sazişinin imzalandığı gündən mediasiya prosesinə xitam verilir.
13. bəndinə əsasən, barışıq sazişi Qanunun 34-cü maddəsinə uyğun olaraq icra edilir. Qanunun tələblərindən görünür ki, mediasiya prosesində tərəflər arasında mübahisə barışıq sazişinin imzalanması ilə başa çatdıqda həmin saziş üzrə tərəflər sazişin icra edilməsinə görə məsuliyyət daşıyır və sazişin icra edilməməsinə görə məhkəmə qaydasında məcburi şəkildə icrasının təmin edilməsi hüququnu yaratmışdır. Ona görə də məhkəmə belə qənaətə gəlir ki, maraqlı şəxs barəsində xx.xx.2024-cü il tarixli, MŞB/13/2023/-01905 saylı barışıq sazişi təsdiq edilərək icrası təmin edilməlidir. Mülki Prosessual Məcəllənin: 355-25.3. maddəsinə əsasən, məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 355-26.1. maddəsinə əsasən, məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Beləliklə, məhkəmə, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutları, qanunvericiliyin tələblərini paralel şəkildə qiymətləndirərək qeyd edir ki, öhdəliyin icrasından yayınan tərəfin öhdəliyin icrasını təmin etmək məqsədilə barışıq sazişinin təsdiq edilməsinə maneə törədən və ya bundan imtina edilməsinə əsas olan hallar məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından ərizə əsaslıdır, ona görə də təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ərizə təmin edildiyindən ödənilmiş 100 manat dövlət rüsumu maraqlı şəxsə aid edilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220 və 305-311ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi ilə Əhədzadə Farı̇ z Fı̇ zuli oğlu arasında Bakı 13 saylı Mediasiya Təşkilatında bağlanmış xx.xx.2024-cü il tarixli, MŞB/13/2023/-01905 saylı barışıq sazişinin 3-cü bəndi məhkəmə qaydasında təsdiq edilsin. Ödənilmiş 100 (yüz) manat dövlət rüsumu maraqlı şəxs Əhədzadə Farı̇ z Fı̇ zuli oğlundan tutularaq Ərizəçi ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Habil Əhmədov