Məhkəmə qərarları › İş №2(012)-5274/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-5274/2024

27.11.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-5274/2024 27.11.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məşədiyeva Fidan Eynur qızının katibliyi ilə, Ərizəçi, Maraqlı şəxs nümayəndəsi X1 iştirakları ilə, Ərizəçi (Maraqlı şəxs) şəxsin vəfat etməsi faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi (Maraqlı şəxs) şəxsin vəfat etməsi faktının müəyyən edilməsinə dair ərizə ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, anası xx.xx.1955-ci il təvəllüdlü X2 xx.xx.2024-cü il tarixdə ünvan 1 ünvanda vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçinin anası X10 onkoloji xəstəlik səbəbindən yaşadığı ünvan 1 ünvanda vəfat etmişdir. Ölüm hadisəsi xx.xx.2024-cü il tarixdə baş vermiş, bununla bağlı, Respublika Təcili və X5 Mərkəzi PHŞ Abşeron TTTYS tərəfindən həkim xəbərdarlıq vərəqəsi təqdim edilmişdir. Abşeron Rayon Mərkəzi Xəstəxanasına ölüm haqqında tibbi şəhadətnamə verilməsi ilə bağlı ərizəçi tərəfindən müraciət olunmasına baxmayaraq, qeyd olunan xəstəxana tərəfindən ölüm haqqında tibbi şəhadətnamə verilmədiyi üçün Maraqlı şəxs ölüm haqqında şəhadətnaməni verməkdən imtina etmişdir. Göstərilənlərə əsasən, ərizənin təmin olunması barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq izahatında göstərmişdir ki, ölən şəxs - X10 onun anasıdır və onunla birlikdə yaşayırdı. Mərhum heç bir xəsarət və ya bədbəxt ölüm səbəbindən deyil, bioloji ölüm nəticəsində dünyasını dəyişmişdir. Belə ki, X10 onkoloji xəstəlik keçirmiş, 2 dəfə qida borusu və mədəsində qanaxma olmuş, bu səbəbdən də ev şəraitində vəfat etmişdir. Məhkəmə iclasında Maraqlı şəxs nümayəndəsi X7 izahatında ərizəçinin ərizəsinin təmin edilməsinə heç bir etirazının olmadığını bildirərək ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Mülki Prosessual Məcəllənin: 62.1-ci maddəsinə əsasən, məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. 76.1-ci və 76.2 maddələrinə əsasən, işdə iştirak edən şəxslərin izahatları, eləcə də şahidlərin ifadələri sübutların bir növü kimi qəbul edilir. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 ifadəsində bildirmişdir ki, mərhum onun qaynanası olmuş və onunla birlikdə yaşamışdır. Mərhumun fevral ayında ağrıları başlamış, həkim və müayinələrdən keçmiş, onkoloji xəstəlik diaqnozu qoyulmuş, mart ayından etibarən yataq xəstəsi olmuşdur, Getdikcə ağrıları artmış, lakin şüa ilə müalicəyə baha olduğu üçün razı olmamışdır. Həkimlər isə mərhumun xəstəliyinin bədxassəli növ olduğu üçün şüa müalicəsinin belə heç bir xeyri olmadığını bildirmişlər. xx.xx.2024-cü il tarixdə X10 saat 11:00-12:00 radələrində ev şəraitində qanaxmadan vəfat etmiş, Səhliyalı Mərasim evində ilk cüməsi və 40 günü keçirilmiş, Digah qəsəbə qəbiristanlığında dəfn olunmuşdur. Mərhumun ölümünə səbəb hər hansı xəsarət alması, bədbəxt hadisə deyil, bioloji ölüm hadisəsi olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində bildirmişdir ki, mərhum onun 30 illik yaxın dostu və qonşusu olmuşdur. X10 həkim müayinələrindən keçmiş, onkoloji xəstəliyi aşkarlanmış, ev şəraitində xx.xx.2024-cü il tarixdə qanaxmadan vəfat etmişdir. Mərhumun ölümünə səbəb hər hansı xəsarət alması, bədbəxt hadisə deyil, bioloji ölüm hadisəsi olmuşdur. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını və şahid ifadələrini dinləyərək, mülki iş materiallarını hərtərəfli araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Mülki Prosessual Məcəllənin 307.2.8. maddəsinə əsasən, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Bakı şəhər Oktyabr rayon VVADQ tərəfindən verilmiş İİ-ЖГ 276984 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1972-ci il tarixdə anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 503 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, anası X10, atası X11r. -AA0028251 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X10 xx.xx.1955-ci il tarixdə anadan olmuşdur. -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli X6 görünür ki, xx.xx.1955-ci il təvəllüdlü X4 həkim Elməddin Cəfərov tərəfindən “C15.5 - Qida borusunun aşağı üçdə birini bədxassəli yenitörəməsi cT3N0M0 mərhələ İİ” diaqnozu qoyulmuşdur. -Appro Laboratories tərəfindən verilmiş HP01691/2024 saylı patohistoloji müayinə aktına əsasən X3 Ezofaqus, endoskopik biopsiya aşkarlanmışdır. -Maraqlı şəxs xx.xx.2024-cü il tarixli, 3-16-5/8-15-2240/2024 saylı məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5ci bəndinə əsasən, ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ərizəçi ölüm haqqında tibbi şəhadətnaməni təqdim edə bilmədiyi üçün ölümün qeydə alınmasının imkan xaricində olduğu bildirilmiş və aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. -Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs “Abşeron Rayon Mərkəzi Xəstəxanası” X22nin xx.xx.2024-cü il tarixli, 18-1-20/2-Ə- 966-42-535/2024 saylı məktubundan görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2018-ci il tarixli “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nın təsdiq edilməsi barədə 05 nömrəli qərarının 4.3-cü bəndinə əsasən “ölüm haqqında tibbi şəhadətnamə” ölümün baş vermə səbəbi məlum olan hallarda “xəbərdarlıq vərəqəsi” və (və ya) tibbi sənədlər (ambulator tibbi kitabça, xəstəlik tarixindən çıxarış və s.) əsasında 4.4-cü və 4.5-ci bəndlər istisna olmaqla vəfat edən şəxsin qeydiyyatda olduğu və ya faktiki yaşadığı ərazi üzrə ambulator tibb müəssisəsi tərəfindən verilir. X2 ölümünün baş vermə səbəbi məlum olmadığına görə onun adından “ölüm haqqında tibbi şəhadətnamə” tərəflərindən verilmir. -Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Abşeron Rayon Mərkəzi Xəstəxanası” X22 Təcili və X5 Stansiyası tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli Təcili və X5 Stansiyasının Xəbərdarlıq vərəqəsindən görünür ki, xx.xx.1955-ci il təvəllüdlü X10 xx.xx.2024-cü il saat 12:20-də ünvan 1 ünvanda vəfat etmişdir. Ölümün ilkin səbəbi həkimə qədər ölümdür. Meyidin üzərində gözlə görünən zorakılıq əlamətləri yoxdur. -Digah Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 55/3 saylı arayışdan görünür ki, X10 xx.xx.2024-cü il tarixdə rəhmətə getmiş və Digah qəsəbə qəbiristanlığında dəfn olunmuşdur. -İş materiallarına əlavə olunmuş fotoşəkillərdən görünür ki, X2 məzarlığı həyat yoldaşı X9 məzarlığının yanında yerləşir. -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan görünür ki, Əkbərov X13 rayonu, Masazır ərazi dairəsi, Masazır kəndi, Məhəmməd Hadi küçəsi, ev 21A ünvanda qeydiyyatdadır. Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, X10 ərizəçinin anası olmuş və xx.xx.2024-cü il tarixdə onkoloji xəstəlikdən vəfat etmişdir. X2 vəfat etməsi faktı ərizəçinin izahatı və şahid ifadələri ilə, həmçinin, məhkəməyə təqdim edilmiş sənədlər ilə də təsdiq olunur. Göründüyü kimi, şahidlər məhkəməyə verdiyi ifadəsində X2 xx.xx.2024cü il tarixdə ünvan 1 ünvanda vəfat etməsini təsdiq etmişlər. Hazırda isə müvafiq həkim arayışı olmadığına görə, ərizəçi ölüm haqqında şəhadətnaməni ala bilmir. İşin məhkəmə iclasında tədqiq edilmiş halları, tədqiq olunmuş sənədlər və şahid ifadələri ilə tamamilə sübuta yetirilmişdir ki, həqiqətən də, ərizəçinin anası X10 xx.xx.2024-cü il tarixdə ünvan 1 ünvanda vəfat etmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, şahid ifadələrini və təqdim edilmiş sənədləri qiymətləndirərək hesab edir ki, həmin sənədlər və şahid ifadələri işin həqiqi halları ilə uyğunluq təşkil edir, ona görə də sübut kimi qəbul edilməlidir. Beləliklə, məhkəmə iş üzrə araşdırılmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, xx.xx.1955-ci il tarixdə anadan olmuş X2 xx.xx.2024-cü il tarixdə ünvan 1 ünvanda vəfat etməsi faktı müəyyən edilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220 və 305-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1955-ci il tarixdə anadan olmuş X2 xx.xx.2024-cü il tarixdə ünvan 1 ünvanda vəfat etməsi faktı müəyyən edilsin. Qətnamə qeydiyyat şöbəsi tərəfindən vəfat etmə faktının qeydə alınması və şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən şikayət verilməmişdirsə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada təqdim olunduğu və ya alındığı gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Abşeron rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar