Məhkəmə qərarları › İş №2(012)-5316/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-5316/2022

02.11.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-5316/2022 02.11.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi şəxsin ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Ərizəçi şəxsin ölüm faktının müəyyən edilməsinə dair ərizə ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.1957-ci il təvəllüdlü Heydər-X6 Abşeron rayonu Xırdalan şəhəri 26-cı məhəllə 100 saylı evdə xx.xx.2022-ci il tarixdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra, Ərizəçi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 53-cü maddəsinin tələblərinə əsasən, dəqiqləşdirilməyə dair ərizə ilə məhkəməyə müraciət edərək, atası xx.xx.1957-ci il təvəllüdlü Heydər-X6 Abşeron rayonu Xırdalan şəhəri 26-cı məhəllə 100 saylı evdə xx.xx.2022-ci il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək izahatında göstərmişdir ki, atası X8 oğlu uzun müddət ürək çatışmazlığı xəstəliyindən əziyyət çəkmiş və həmin xəstəlik səbəbindən xx.xx.2022-ci il tarixdə saat 06:05 radələrində yaşadığı ünvan 1 ünvanda tək yaşayırdı, o, özü isə evli olduğundan başqa ünvanda yaşayır. Təcili tibbi yardıma mərhum atasının adına çağırış edilmiş, lakin 06:05 radələrində həkim gələnə qədər atası vəfat etmişdir. Atasının anidən ölümü onu mənəvi və psixoloji cəhətdən sarsıtdığından poliklinikadan ölümü təsdiq edən sənədi ala bilməmiş, atasının adına ölüm haqqında şəhadətnamə almaq üçün 5 saylı Bakı Asan Xidmət X9 müraciət etsə də, ona məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Qardaşı da Rusiya Federasiyasında olduğundan atasının yas mərasimi onun bibiləri tərəfindən verilmişdir. Ona görə də göstərilənlərə əsasən, ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Mаrаqlı şəхs Аzərbаycаn Rеspublikаsı Ədliyyə Nаzirliyi Abşeron rаyоn Qеydiyyаt Şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, mаrаqlı şəхsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, işə mаrаqlı şəхsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin: 62.1-ci maddəsinə əsasən, məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. 76.1-ci və 76.2 maddələrinə əsasən, işdə iştirak edən şəxslərin izahatları, eləcə də şahidlərin ifadələri sübutların bir növü kimi qəbul edilir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 məhkəmə iclasında verdiyi ifadəsində bildirmişdir ki, onun Ərizəçi və atası mərhum X8 oğlu ilə mehriban qonşuluq münasibətləri vardır. Mərhum xx.xx.2022-ci il tarixdə səhər saatlarında vəfat etmişdir. Mərhum tək yaşayırdı, o, axşam vaxtı mərhuma yemək vermişdir. Mərhumun evində iki yataq var idi deyə, bir yataqda o yatmış, səhər oyananda isə mərhumun oyanmadığını görmüşdür. Təcili tibbi yardım və polis çağırmışdır. Mərhum yeriyə bilmirdi, ürəyindən şikayətlənirdi. Mərhumun qızı da hərdən-bir gəlib atasına baş çəkirdi. Mərhum spirtli içki qəbul etmirdi. Onun ölümünə hər hansı bir bədbəxt hadisə səbəb olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 məhkəmə iclasında verdiyi ifadəsində bildirmişdir ki, Ərizəçi mərhumun qızıdır. O, mərhum X8 oğlu ilə yaxın qonşu olmuşdur. Mərhum xx.xx.2022-ci il tarixdə səhər saatlarında vəfat etmiş və o, mərhumu daşımaqda qonşusu X2 etmiş, mərhumun gözünü bağlamışlar. Mərhumun ölümünün səbəbi təbii ölüm olmuş, hər hansı bir bədbəxt hadisə nəticəsində olmamışdır. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, mülki iş materiallarını hərtərəfli araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə əsasən, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Mülki Prosessual Məcəllənin 307.2.8. maddəsinə əsasən, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Abşeron rayonu Mərkəzi Xəstəxanası tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli Təcili və X5 X1 görünür ki, Heydər-X6 adına həmin tarixdə saat 06:05 radələrində ünvan 2 ünvanına çağırış daxil olmuş, həkimə qədər ölüm halı aşkar edilmiş, kişi cinsindən olan meyid üzərində hər hansı zorakılıq əlamətləri aşkar edilməmişdir. -İcbari Tibbi Sığorta üzrə X15 Ərazi Bölmələrini İdarəetmə X16 Şəxs Abşeron Rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 279 saylı məktubdan görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2018-ci il tarixli “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nın təsdiq edilməsi barədə 05 nömrəli Qərarının 4.3. bəndinə əsasən, “ölüm haqqında tibbi şəhadətnamə” ölümün baş vermə səbəbi məlum olan hallarda “xəbərdarlıq vərəqəsi” və (və ya) tibbi sənədlər (ambulator tibbi kitabça, xəstəlik tarixindən çıxarış və s.) əsasında 4.4-cü və 4.5-ci bəndlər istisna olmaqla vəfat edən şəxsin qeydiyyatda olduğu və ya faktiki yaşadığı ərazi üzrə ambulator tibb müəssisəsi tərəfindən verilir. B.Heydər- Zadənin ölümünün baş vermə səbəbi məlum olmadığından və Xırdalan Ailə Sağlamlıq Mərkəzinə hər hansı bir xəstəliklə bağlı müraciət etmədiyinə görə “ölüm haqqında tibbi şəhadətnamə” verilmir. -5 saylı Bakı Asan Xidmət Qеydiyyаt şöbəsinin Ərizəçi ünvanladığı xx.xx.2022-ci il tarixli 1616 saylı məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən, ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ərizəçi ölüm haqqında tibbi şəhadətnaməni təqdim edə bilmədiyi üçün ölümün qeydə alınmasının imkan xaricində olduğu bildirilmiş və aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. -Abşeron RPŞ tərəfindən verilmiş xx.xx.2008-ci il tarixli AZE № 06407606 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Heydər-X3 rayonu Xırdalan şəhəri, məhəllə 26, 100 saylı evdə qeydiyyatda olmuşdur. -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan görünür ki, Ərizəçi Abşeron rayonu Xırdalan şəhəri, H.Əliyev prospekti 6 ünvanında qeydiyyatdadır. Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olundu ki, X8 oğlu ərizəçinin atası olmuş, sonuncu xx.xx.2022-ci il tarixdə ev şəraitində halı pisləşdiyindən vəfat etmiş və Heydər-X6 ölüm faktı ərizəçinin izahatı və şahidlərin ifadələri ilə, həmçinin, məhkəməyə təqdim edilmiş sənədlər ilə də təsdiq olunur. Göründüyü kimi, şahidlər də məhkəməyə verdikləri ifadələrində Heydər-X6 xx.xx.2022-ci il tarixdə Abşeron rayonu Xırdalan şəhəri 26-cı məhəllə 100 saylı evdə vəfat etməsini təsdiq etmişlər. Hazırda isə müvafiq həkim arayışı olmadığına görə, ərizəçi atasının ölümü haqqında şəhadətnaməsini ala bilmir. İşin məhkəmə iclasında araşdırılan halları, tədqiq olunmuş sənədlər və şahid ifadələri ilə isə tamamilə sübuta yetirildi ki, həqiqətən də ərizəçinin atası X8 oğlu xx.xx.2022-ci il tarixdə Abşeron rayonu Xırdalan şəhəri 26-cı məhəllə 100 saylı evdə vəfat etmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, şahid ifadələrini və təqdim edilmiş sənədləri qiymətləndirərək hesab edir ki, həmin sənədlər və şahid ifadələri işin həqiqi halları ilə uyğunluq təşkil edir, ona görə də sübut kimi qəbul edilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə araşdırılmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, xx.xx.1957-ci il tarixdə Bakı şəhərində anadan olmuş Heydər-X6 xx.xx.2022-ci il tarixdə Abşeron rayonu Xırdalan şəhəri 26-cı məhəllə 100 saylı evdə vəfat etməsi faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 305-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1957-ci il tarixdə Bakı şəhərində anadan olmuş Heydər-X6 xx.xx.2022-ci il tarixdə Abşeron rayonu Xırdalan şəhəri 26-cı məhəllə 100 saylı evdə vəfat etməsi faktı müəyyən edilsin. Qətnamə qeydiyyat şöbəsi tərəfindən ölüm faktının qeydə alınması və şəhadətnamə verilməsi üçün əsasdır. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar