Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-5372/2022 10.11.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Şirinova Nigar Nazim qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi şəxsin ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, atası - 20 aprel 1965-ci il təvəllüdlü X4 06 sentyabr 2022-ci il tarixdə Abşeron rayonu, Goradil qəsəbəsində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, mərhum 20 aprel 1965-cı il təvəllüdlü X7 onun atasıdır. X2 06 sentyabr 2022-ci il tarixdə saat 11:00 radələrində iş yerində, "xxxx" ASC-də rəhmətə getmişdir. Atası Digah qəsəbəsində yerləşən qəbiristanlıqda dəfn edilmişdir. O, atasının ölümünün qeydə alınması üçün Maraqlı şəxsnə müraciət etsə də, Şöbə tərəfindən ölüm haqqında tibbi şəhadətnamə verilməməsinə görə imtina verilmişdir. Ölüm haqqında tibbi şəhadətnamə verilməsi üçün Abşeron Rayon Mərkəzi Xəstəxanasına müraciət etmiş, oradan isə cavab verilmişdir ki, atasının ölüm səbəbi məlum olmadığına görə onun adına ölüm haqqında tibbi şəhadətnamə verilməsi mümkün deyildir. Atasının iş yerində və başqa yerlərdə onun adına olan sənədləşdirmə işlərinin aparılması üçün ölüm haqqında şəhadətnamə mütləq əldə edilməlidir. Göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Mаrаqlı şəхs Аzərbаycаn Rеspublikаsı Ədliyyə Nаzirliyi Abşeron rаyоn qеydiyyаt şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, mаrаqlı şəхsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə mаrаqlı şəхsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, iş materiallarını hərtərəfli araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində bildirmişdir ki, mərhum X7 ilə iş yoldaşı olub. Onlar birlikdə "xxxx" ASC-də işləmişlər. xx.xx.2022-ci il tarixdə işdə olanda söhbətləşərkən X4 başının yavaş-yavaş aşağı əyildiyini görmüşdür. Sonra isə o vəfat etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində bildirmişdir ki, mərhumla birlikdə "xxxx" ASC-də işləmişlər. Öldüyü gün o da işdə olmuşdur. Ağzından köpük gəlmişdi, həm də rəngi qaralmışdı. Sonradan həkim gəlmiş və mərhumun infarkt keçirdiyini bildirmişdir. Təsdiq edir ki, X7 xx.xx.2022-ci il tarixdə işlədiyi müəssisədə ölmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində bildirmişdir ki, mərhum onun əri olmuşdur. O, "xxxx" ASC-də işləmişdir. xx.xx.2022-ci il tarixdə saat 15:00-da ASC-dən evə zəng gəlmişdir ki, ərinin vəziyyəti pisdir. Oğlu bununla bağlı ASC-yə getmişdir. Sonra demişlər ki, əri iş vaxtı vəfat edib. Onun xəstəliyi var idi və bu, genetik idi. Lakin bu barədə Fikrət heç vaxt həkimə müraciət etməyib. O təsdiq edir ki, X7 xx.xx.2022ci il tarixdə işlədiyi müəssisədə ölmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadəsində bildirmişdir ki, mərhumun qonşusudur. Fikrət Salmanov "xxxx" ASC-də işləyirdi. xx.xx.2022-ci ildə onun oğlu Salmanla birlikdə ora getmişlər və orada onun vəfat etməsini bilmişdir. xx.xx.2022-ci ildə yas mərasimində iştirak etmişdir. Həmin gün məsələ ilə əlaqədar təcili tibbi yardım və polis əməkdaşları da gəlmişdir. Onun infarktdan öldüyünü bilmişdir. Təsdiq edir ki, qonşusu X7 xx.xx.2022-ci il tarixdə işlədiyi müəssisədə ölmüşdür. Mülki Prosessual Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə görə ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: - doğum haqqında 301405 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1997-ci il tarixdə doğulmuşdur. X1r. - AZE 16130179 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X7 xx.xx.1965-ci il tarixdə Abşeron rayonunun Digah kəndində doğulmuşdur. - ******* saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.1965-ci il tarixdə Abşeron rayonunun Digah kəndində doğulmuşdur. - Abşeron Rayon Mərkəzi Xəstəxanası PHŞ-nin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, xx.xx.1965-ci il təvəllüdlü X4 adına “ölüm haqqında tibbi şəhadətnamə” verilməsi ilə bağlı müraciətə cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2018-ci il tarixli “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları qaydası”nın təsdiq edilməsi barədə 05 nömrəli qərarının 4.3 bəndinə əsasən “ölüm haqqında tibbi şəhadətnamə” ölümün baş vermə səbəbi məlum olan hallarda “xəbərdarlıq vərəqəsi” və (və ya) tibbi sənədlər (ambulator tibbi kitabça, xəstəlik tarixindən çıxarış və s. ) əsasında 4.4-cü və 4.5-ci bəndlər istisna olmaqla vəfat edən şəxsin qeydiyyatda olduğu və ya faktiki yaşadığı ərazi üzrə ambulator tibb müəssisəsi tərəfindən verilir. F.Salmanovun ölümünün baş vermə səbəbi məlum olmadığına görə onun adına “ölüm haqqında tibbi şəhadətnamə” verilmir. - Аzərbаycаn Rеspublikаsı Ədliyyə Nаzirliyi Abşeron rаyоn qеydiyyаt şöbəsinin Ərizəçi ünvanladığı xx.xx.2022-ci il tarixli 05/Q-2078/15 saylı məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasının 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ərizəçi ölüm haqqında tibbi şəhadətnaməni təqdim edə bilmədiyi üçün ölümün qeydə alınmasının imkanı xaricində olduğu bildirilmiş və Maraqlı şəxs aidiyyəti üzrə məhkəməyə müraciət etməyi tövsiyə etmişdir. - Abşeron Rayon Prokurorluğu tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 17N saylı məktubdan görünür ki, X4 xx.xx.2022-ci il tarixdə ölməsi faktına görə prokurorluqda cinayət işi istintaq olunmur və cinayət xarakterli material araşdırılmır. - Ərizəçi tərəfindən məhkəməyə təqdim olunmuş fotodan görünür ki, X7 dəfn olunmuşdur. Ölüm tarixi xx.xx.2022-ci ildir. - Abşeron rayon İHB Digah qəsəbə İƏD üzrə Nümayəndəliyinin xx.xx.2022-ci il tarixli, 593 saylı arayışından görünür ki, X7 xx.xx.2022-ci il tarixdə vəfat etmiş və xx.xx.2022-ci ildə Digah qəsəbə qəbiristanlığında dəfn edilmişdir. Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olundu ki, X7 ərizəçinin atası olmuş, xx.xx.2022-ci il tarixdə işdə olarkən vəfat etmiş və X4 ölüm faktı ərizəçinin izahatı və şahidlərin ifadələri ilə, həmçinin məhkəməyə təqdim edilmiş sənədlərlə təsdiq olunur. Göründüyü kimi, şahidlər ifadələrində X4 xx.xx.2022-ci il tarixdə Abşeron rayonunda vəfat etməsini təsdiq etmişlər. Hazırda müvafiq həkim arayışı olmadığına görə, ərizəçi atasının ölümü haqqında şəhadətnaməni ala bilmir. İşin məhkəmə iclasında araşdırılan halları, tədqiq olunmuş sənədlər və şahid ifadələri ilə tamamilə sübuta yetirildi ki, həqiqətən ərizəçinin X2 xx.xx.2022-ci il tarixdə Abşeron rayonunda ölmüşdür. Məhkəmə şahid ifadələrini və təqdim edilmiş sənədləri qiymətləndirərək hesab edir ki, həmin sənədlər və şahid ifadələri işin həqiqi halları ilə uyğunluq təşkil edir, ona görə də sübut kimi qəbul edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə araşdırılmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, xx.xx.1965-ci il tarixdə Abşeron rayonunun Digah kəndində anadan olmuş X4 xx.xx.2022-ci il tarixdə Abşeron rayonunda ölməsi faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1965-ci il tarixdə Abşeron rayonunun Digah kəndində anadan olmuş X4 xx.xx.2022-ci il tarixdə Abşeron rayonunda ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №2(012)-5372/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-5372/2022
10.11.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver