Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-5383/2023 21.12.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Məşədiyeva Fidan Eynur qızının katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi şəxsin vəfat etməsi faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Ərizəçi şəxsin vəfat etməsi faktının müəyyən edilməsinə dair ərizə ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, xx.xx.1968-ci il təvəllüdlü X7 xx.xx.2023-cü il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra, Ərizəçi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 53-cü maddəsinin tələblərinə əsasən, dəqiqləşdirilməyə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1968-ci il təvəllüdlü X7 xx.xx.2023-cü il tarixdə Nəsimi Rayon “X15” PHŞ-də vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbil edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırılmışdır ki, xx.xx.1968-ci il təvəllüdlü X12 Ərizəçi əridir. Onlar xx.xx.1991-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur. X12 ünvan 1 ünvanında qeydiyyatda olsa da, faktiki olaraq ərizəçinin qeydiyyat ünvanı olan ünvan 2şamışlar. X6 xəstə olduğu üçün həkim nəzarətində müayinə və müalicə olunmuşdu. Buna görə də o, xəstəliyi ilə bağlı Mərkəzi Klinikdə müayinə olunurdu. xx.xx.2023-cü il tarixdə halı pisləşdiyi üçün Klinikaya yerləşdirmişlər və o, xx.xx.2023-cü il tarixdə saat 09:45 radələrində vəfat etmişdir. Ərinin vəfat etməsi X15 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışla öz təsdiqini tapır. Abşeron Rayon İcra Hakimiyyəti Başçısının Hökməli qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışda da X7 xx.xx.2023-cü il tarixə kimi Abşeron rayonu, Hökməli qəsəbəsi, Dədə Qorqud küçəsi, 21 a aylı evdə yaşadığı öz təsdiqini tapır. Mərhum həyat yoldaşına məxsus olan şəxsiyyət vəsiqəsini tapa bilmədiyi üçün ərinə ölüm haqqında şəhadətnamə ala bilmir. xx.xx.2023-cü il tarixdə Maraqlı şəxsnə müraciət etmişdir. Maraqlı şəxs ona rəsmi şəkildə imtina cavabı verilmişdir. Daha sonra Abşeron rayon Mərkəzi Xəstəxanasına müraciət etmişdir. Eyni tarixdə, yəni xx.xx.2023-cüil tarixdə Abşeron rayon Mərkəzi Xəstəxanası da ona rəsmi şəkildə imtina cavabı vermiş və şəxsin vəfat etməsi faktı ilə bağlı məhkəməyə müraciət etmək hüququ olduğu izah edilmişdir. Ona görə də göstərilənlərə əsasən, ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək təmin olunmasını xahiş etdi və izahatında göstərdi ki, əri xx.xx.1968-ci il təvəllüdlü X12 hərbçi olmuş, böyrək çatışmazlığından əziyyət çəkdiyindən hərbi hospitalda müalicə almışdır. Daha sonra vəziyyəti pisləşdiyindən Nəsimi Rayon “X15”nə yerləşdirmişlər. xx.xx.2023-cü il tarixdə orada vəfat etmişdir. Onu Beyləqan rayonunda dəfn etmişlər. Mərhuma yas mərasimləri keçirilmişdir. Maraqlı şəxs məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəmə Mülki Prosessual Məcəllənin 185.5. maddəsinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin: 62.1-ci maddəsinə əsasən, məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. 76.1-ci və 76.2 maddələrinə əsasən, işdə iştirak edən şəxslərin izahatları, eləcə də şahidlərin ifadələri sübutların bir növü kimi qəbul edilir. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X14 ifadəsində bildirmişdir ki, o, ərizəçinin qaynıdır. X2 onun qardaşı olmuşdur. Mərhum qardaşı xx.xx.2023-cü il tarixdə xəstəxanaya qəbul etmişlər. xx.xx.2023-cü ildə Beyləqandan onunla görüşməyə getmək istədikdə xəstəxanadan zəng olunaraq vəfat etdiyi bildirilmişdir. Qardaşı böyrək çatışmazlığından əziyyət çəkmişdir. Müalicə olunmağına baxmayaraq sağalmırdı. Əvvəllər çox ağrıları olmasa da, sonradan halı pisləşmiş, böyrəkləri şişmişdir. Mərhumun ölümünə səbəb xəstəlik olmuş təbii-bioloji ölüm olmuşdur. Onu Beyləqan rayonunda dəfn etmişdirlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində bildirmişdir ki, ərizəçi onun bacısıdır. X2 onun bacısının əridir. Mərhum hərbçi olmuşdur, bir neçə xəstəlikdən əziyyət çəkmiş, müalicə olunmuş, lakin xeyri olmamışdır. Onun bildiyinə görə böyrək və ürək çatışmazlığından əziyyət çəkmişdir. O, Klinik tibbi xəstəxanasına yerləşdirilmiş, elə orada da vəfat etmişdir. Heç bir bədbəxt hadisə kənar təsir nəticəsində vəfat etməmiş, ölümünə səbəb xəstəlik olmuşdur. Beyləqan rayonunda dəfn edilmişdir. Dəfn mərasimdə, digər mərasimlərdə qohum kimi iştirak etmişdir. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, mülki iş materiallarını hərtərəfli araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə əsasən, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Mülki Prosessual Məcəllənin 307.2.8. maddəsinə əsasən, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: - “X17” PHŞ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, xx.xx.1968-ci il təvəllüdlü X12 xx.xx.2023-cü il tarixdə saat 22:09-da xəstəxanaya daxil olmuş, xx.xx.2023-cü il tarixdə saat 09:45-də vəfat etmişdir. - Abşeron RİHB-nın Hökməli qəsəbə İƏD üzrə Nümayəndəliyi tərəfindən xx.xx.2023cü il tarixdə verilmiş 3838 saylı arayışdan görünür ki, X2 xx.xx.2023-cü ildə vəfat edib vəfat edən günə kimi Abşeron rayon Hökməli qəsəbəsi Dədə Qorqud küçəsi 21 a da yaşamışdır. - Beyləqan rayon İH "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 07 nömrəli arayışdan görünür ki, xx.xx.1968-ci ildə anadan olmuş X1 rayon X4 qəbirstanlığında 03 sentyabr 2023-cü il tarixində dəfn edilmişdir. - Beyləqan rayon VVAQ şöbəsi tərəfindən xx.xx.1991-ci ildə verilmiş V-ЖГ № 353765 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X12 ilə X3 arasında xx.xx.1991-ci ildə rəsmi nikah bağlanmış, arvada Əliyeva soyadı verilmişdir. - ZE № ******* nömrəli Hərbi biletin surətindən görünür ki, xx.xx.1968-ci ildə anadan olmuş X9 polkovnik hərbi rütbəsi verilmişdir. - AC 216144 nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, xx.xx.1968-ci ildə Beyləqan rayonunda anadan olmuş X9 xx.xx.2015-ci ildən xx.xx.2025-ci ilədək B kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir. - Tibbi Ərazi Bölmələrini X11 X19 Rayon Mərkəzi Xəstəxanası X20 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 18-1-20/2-Ə-42-335/2023 saylı məktubdan görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2018-ci il tarixli “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nın təsdiq edilməsi barədə 05 nömrəli Qərarının 4.3. bəndinə əsasən, “ölüm haqqında tibbi şəhadətnamə” ölümün baş vermə səbəbi məlum olan hallarda “xəbərdarlıq vərəqəsi” və (və ya) tibbi sənədlər (ambulator tibbi kitabça, xəstəlik tarixindən çıxarış və s.) əsasında 4.4-cü və 4.5-ci bəndlər istisna olmaqla vəfat edən şəxsin qeydiyyatda olduğu və ya faktiki yaşadığı ərazi üzrə ambulator tibb müəssisəsi tərəfindən verilir. R.Əliyevin ölümünün baş vermə səbəbi məlum olmadığından “ölüm haqqında tibbi şəhadətnamə” verilmir. - Maraqlı şəxs xx.xx.2023-cü il tarixli, 3-16-5/8-2280-2023 saylı məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən, ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ərizəçi ölüm haqqında tibbi şəhadətnaməni təqdim edə bilmədiyi üçün ölümün qeydə alınmasının imkan xaricində olduğu bildirilmiş və aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olundu ki, X12 ərizəçinin əri olmuş, sonuncu xx.xx.2023-cü il tarixdə Nəsimi Rayon “X15” PHŞ-də halı pisləşdiyindən vəfat etmiş və X7 vəfat etməsi faktı ərizəçinin izahatı və şahid ifadələri və “X17” PHŞ tərəfindən verilmiş arayışdan həmçinin, məhkəməyə təqdim edilmiş digər sənədlər ilə də təsdiq olunur. Göründüyü kimi, şahidlər məhkəməyə verdiyi ifadəsində X7 xx.xx.2023-cü il tarixdə Nəsimi Rayon “X15” PHŞ-də vəfat etməsini təsdiq etmişlər. Hazırda isə müvafiq həkim arayışı olmadığına görə, ərizəçi ərinin ölüm haqqında şəhadətnaməsini ala bilmir. İşin məhkəmə iclasında araşdırılan halları, tədqiq olunmuş sənədlər və şahid ifadələri ilə tamamilə sübuta yetirildi ki, həqiqətən də, ərizəçinin atası X7 xx.xx.2023-cü il tarixdə Nəsimi Rayon “X15” PHŞ-də vəfat etmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, şahid ifadələrini və təqdim edilmiş sənədləri qiymətləndirərək hesab edir ki, həmin sənədlər və şahid ifadələri işin həqiqi halları ilə uyğunluq təşkil edir, ona görə də sübut kimi qəbul edilməlidir. Beləliklə, məhkəmə iş üzrə araşdırılmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, xx.xx.1968-ci il tarixdə Beyləqan rayonunda anadan olmuş X7 xx.xx.2023-cü il tarixdə Nəsimi Rayon “X15” PHŞ-də vəfat etməsi faktı müəyyən edilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220 və 305-311ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1968-ci il tarixdə Beyləqan rayonunda anadan olmuş X7 xx.xx.2023-cü il tarixdə Nəsimi Rayon “X15” PHŞ-də vəfat etməsi faktı müəyyən edilsin. Qətnamə qeydiyyat şöbəsi tərəfindən vəfat etmə faktının qeydə alınması və şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən şikayət verilməmişdirsə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №2(012)-5383/2023
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-5383/2023
21.12.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver