Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-5404/2025 06.01.2026 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fizuli Məhəmməd Fizuli oğlunun katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi doğumun qeyd edilmə faktının müəyyən edilməsi (Maraqlı şəxs) barədə ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi (Maraqlı şəxs) doğumun qeyd edilmə faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Ərizəçi doğum aktı qeydinin təmin edilməsi, yeni doğum haqqında şəhadətnamədə Ərizəçi doğum tarixi xx.xx.1981-ci il, doğulduğu yer Ermənistan Respublikası, Sisyan rayonu, Qızılşəfəq kəndi, soyadı, adı, atasının adı qrafasında X6, ata adı qrafasında X10, ana adı qrafasında X11, milliyyəti azərbaycanlı kimi qeyd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. xx.xx.2026-cı il tarixdə Ərizəçi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinin tələblərinə əsasən, tələbin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçı - Ərizəçi tarixi xx.xx.1981-ci il tarixdə Ermənistan Respublikası, Qarakilsə rayonunda doğulmasının qeyd edilmə faktının müəyyən edilməsi, bundan əlavə doğum haqqında şəhadətnamədə “soyadı, adı, atasının adı” qrafasında “Ərizəçi”, “ata adı” qrafasında “X10”, “ana adı” qrafasında “X11”, milliyyəti azərbaycanlı kimi qeyd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.1981-ci ildə Ermənistan Respublikasının Sisyan rayonu, Qızılşəfəq kəndində anadan olmuşdur. X2, anası isə X8r. xx.xx.1950-ci il təvəllüdlü atası - X10 xx.xx.2018-ci il tarixdə, Abşeron rayonu, Saray qəsəbəsində, xx.xx.1950-ci il təvəllüdlü anası - X11 isə xx.xx.2015-ci il tarixdə Sumqayıt şəhərində vəfat etmişlər. Ermənistan Azərbaycan və Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar 1988-ci il tarixdən valideynləri ilə birlikdə Azərbaycana gəlmiş və hazırda ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayır. Ərizəçiyə məxsus doğum haqqında şəhadətnamə naməlum şəraitdə itmişdir. Bəzi sənədləşmə işlərinin görülməsi zamanı doğum haqqında şəhadətnamə vacib lazım olmuşdur. Ərizəçi bununla bağlı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Maraqlı şəxsnə müraciət edərək, doğum haqqında şəhadətnaməni əldə etmək istəmiş, lakin müsbət cavab ala bilməmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Maraqlı şəxsin xx.xx.2025-ci il tarixli məktubu ilə imtina cavabı verilmiş, doğum haqqında şəhadətnamənin verilməsi üçün məhkəməyə müraciət etməsi bildirilmişdir. Bundan başqa iddiaçı iddia ərizəsinə əlavə etmək üçün X2 və anası X7 ölüm haqqında şəhadətnamələrinin alınması ilə bağlı Maraqlı şəxsnə müraciət etmişdir. Maraqlı şəxs tərəfindən doğum haqqında şəhadətnamə olmadığı üçün ona valideynlərinə aid ölüm haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Odur ki, göstərilənlərə əsasən ərizənin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və əlavə olaraq izahatında bildirmişdir ki, o, doğum haqqında şəhadətnaməsini itirmişdir. Sonradan doğulduğu kəndin adı dəyişdirilərək Qarakilsə olmuşdur. Valideynlərinə dair sənəd yoxdur. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən gəlməmişdir. Belə olan halda məhkəmə mülki işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarına və ona əlavə edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: -AA******* seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1981-ci il tarixdə Ermənistan Respublikasının Qarakilsə kəndində anadan olmuşdur. -xx.xx.2023-cü il tarixli, ******* saylı əmək kitabçasının surətindən görünür ki, xx.xx.1981-ci il təvəllüdlü Ərizəçi xx.xx.2023-cü il tarixli, 01/08 saylı əmrlə fərdi sahibkar - X1 məxsus “tikiş sexi”ndə xadimə işinə qəbul edilmiş, xx.xx.2025-ci il tarixli, 39 nömrəli əmrlə AR Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. -Fərdi sahibkar X3 (VÖEN **********) tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Ərizəçi xx.xx.2023-cü il tarixdən fərdi sahibkar X1 məxsus “tikiş sexi”ndə tikişçi vəzifəsində çalışır və onun orta aylıq əməkhaqqı 400 manat təşkil edir. -Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış 3-16-5/8-15-153/2025 saylı, xx.xx.2025ci il tarixli imtina məktubundan görünür ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 162.1 və 162.2 maddələrinə əsasən X5 qeydinin bərpası bu cür qeydlərin bərpası həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin seçdiyi yer üzrə müvafiq qeydiyyat şöbəsi tərəfindən icra edilir. İtmiş yazının qeydiyyat şöbəsi tərəfindən bərpası mümkün olmadıqda X5nın qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Ərizəçi doğum haqqında şəhadətnamənin bərpa edilib verilməsi üçün məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. -Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış 3-16-5/8-15-967/2025 saylı, xx.xx.2025ci il tarixli imtina məktubunda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş “X5nın dövlət qeydiyyatı Qaydası”na əsasən ölüm haqqında təkrar şəhadətnamə ölmüş şəxsin qohumlarına verilir. Qohumluq faktını təsdiq eden sənədlər təqdim edilmədiyi, həmçinin məlumatlar "X5nın avtomatlaşdırılmış informasiya sistemində" aşkar olunmadığı üçün Ərizəçi müraciətinin təmin edilməsi imkan xaricindədir. -Maraqlı şəxs 3-16-5/8-13-3117/2025 saylı, xx.xx.2025-ci il tarixli sorğuya cavab məktubunda qeyd olunmuşdur ki, X10 xx.xx.1950-ci il tarixdə Ermənistan Respublikasının, Qarakilsə rayonunda anadan olmuşdur və X11 xx.xx.1950-ci il tarixdə Ermənistan Respublikasının, Qarakilsə rayonunda anadan olmuşdur. Doğum haqqında akt qeydləri şöbəsinin arxivində aşkar edilməmişdir. “X5” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2025-ci ilədək daxil edilmiş bütün X5 üzrə yoxlama aparılmışdır. Ermənistan Respublikasında qeydə alınmış akt qeydlərinin “X5” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində aşkar edilməsi qeyri-mümkündür. -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Abşeron Rayon Polis İdarəsinin xx.xx.2025-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, vətəndaş Ərizəçi dair Abşeron RPİ-nin Q və ŞVB-nin kartatekasında fərdi uçot kartoçkası aşkar olunmamışdır. -Maraqlı şəxs xx.xx.2025-ci il tarixli, 3-16-5/8-13-3458/2025 saylı cavab məktubundan görünür ki, X7 və X4 ölüm haqqında akt qeydləri şöbənin arxivində aşkar edilməmişdir. “X5” avtomatlaşdırılmış qeydiyyat informasiya sısteminə xx.xx.2025-ci ilədək daxil edilmiş bütün X5 üzrə yoxlanma aparılmışdır. X7 ölümü haqqında akt qeydi xx.xx.2015-ci il tarixdə 465 nömrəli aktla 2 saylı Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində X4 ölümü isə xx.xx.2018-ci il tarixdə 1265 nömrəli aktla 1 saylı Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində qeydiyyata alınmışdır. -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Sumqayıt Şəhər Polis İdarəsinin xx.xx.2025-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, Ərizəçi məxsus Forma 9 Sumqayıt ŞPİ -nin QMB-nin kartotekasında aşkar olunmamışdır. Mülki Prosessual Məcəllənin: 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası 12 aprel 2019-cu il tarixli qərarının 4-cü bəndində qeyd edilir ki, məhkəmələrə izah olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, X5nın, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, X5nın dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (X5nın qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Ərizəçi xx.xx.1981-ci il tarixdə Ermənistan Respublikası, Qarakilsə rayonunda anadan olmuşdur.. X2, anası X11, milliyyəti isə azərbaycanlıdır. Ərizəçinin doğum faktını təsdiq edən hüquqmüəyyənedici sənədi itirildiyi üçün o, hazırki ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. İş materialları ilə ərizənin tamamilə əsaslı olması öz təsdiqini tapmışdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, Ərizəçi ərizəsi təmin edilməli, doğumun qeyd edilmə faktı müəyyən edilməli, akt qeydləri kitabında (doğum haqqında şəhadətnamədə) Ərizəçi doğum tarixi xx.xx.1981-ci il, doğulduğu Ermənistan Respublikası, Qarakilsə rayonu, soyadı, adı, atasının adı qrafasında “Ərizəçi”, ata adı qrafasında “X10”, ana adı qrafasında “X11”, milliyyəti “azərbaycanlı” kimi qeyd olunmalıdır. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə və Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrinə əsaslanaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi xx.xx.1981-ci il tarixdə Ermənistan Respublikası, Qarakilsə rayonunda doğulmasının qeyd edilmə faktı müəyyən edilsin. Akt qeydləri kitabında (doğum haqqında şəhadətnamədə) soyadı, adı, atasının adı qrafasında “Ərizəçi”, ata adı qrafasında “X10”, ana adı qrafasında “X11”, milliyyəti “azərbaycanlı” kimi qeyd olunsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə və Mülki Prosessual Məcəllənin 2 saylı əlavəsinə uyğun olaraq) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Mirnəsir Mirhəsənli
Məhkəmə qərarları › İş №2(012)-5404/2025
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-5404/2025
06.01.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver