Məhkəmə qərarları › İş №2(012)-5412/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-5412/2023

25.12.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-5412/2023 25.12.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Məşədiyeva Fidan Eynur qızının katibliyi ilə, Ərizəçi X2 və onun nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, Ərizəçi X2 şəxsin vəfat etməsi faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi X7 şəxsin vəfat etməsi faktının müəyyən edilməsinə dair ərizə ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, oğlu xx.xx.1983-cü il təvəllüdlü X3 Qəbələ rayonu, Bum qəsəbəsində xx.xx.1984-cü il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra, ərizəçi X2 nümayəndəsi və vəkili Vəkil Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 53cü maddəsinin tələblərinə əsasən, dəqiqləşdirməyə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1983-cü il təvəllüdlü X3 Qəbələ rayonu, Mərkəzi Xəstəxanasında xx.xx.1984-cü il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında ərizəçi X2 nümayəndəsi və vəkili Vəkil ərizəni müdafiə edərək izahatında göstərmişdir ki, xx.xx.1983-cü il təvəllüdlü X8 xəstə olduğundan 6-7 aylıq olarkən xəstəlikdən ölmüşdür. Ona görə də göstərilənlərə əsasən, ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında ərizəçi X7 ərizəni müdafiə edərək izahatında göstərmişdir ki, onun 4 uşağı olmuş, uşaqlarından xx.xx.1983-cü il təvəllüdlü X8 xəstələnmiş və onu rayon xəstəxanasına aparmışlar, lakin müalicənin xeyri olamamış uşaq orada ölmüşdür. Savatsızlıqlarından xəstəxanadan hər hansı bir ölüm barədə sənəd almamışlar. Uşağın xəstəliyinin nə olduğunu bilməmişlər. Ona görə də göstərilənlərə əsasən, ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Cavabdehnə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəmə Mülki Prosessual Məcəllənin 185.5. maddəsinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses ərizəçinin izahatını dinləyib, mülki iş materiallarını hərtərəfli araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə əsasən, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Mülki Prosessual Məcəllənin 307.2.8. maddəsinə əsasən, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Qutqaşen rayonu Bum kənd sovetliyi tərəfindən verilmiş xx.xx.1983-cü il tarixli, İX- ЖГ № 418512 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X8 xx.xx.1983-cü il tarixdə Bum kəndində anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 79 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası X10, anası X4r. - Cavabdeh tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, AZ-İİ № 317662 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 23 dekabr 2022-ci il tarixdə ölmüşdür. -Cavabdeh xx.xx.2023-cü il tarixli, 3-16-5/8-2267/2023 saylı məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən, ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ərizəçi ölüm haqqında tibbi şəhadətnaməni təqdim edə bilmədiyi üçün ölümün qeydə alınmasının imkan xaricində olduğu bildirilmiş və aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. -Qəbələ rayon Qeydiyyat şöbəsinin xx.xx.2023-cü il tarixli, 3-16-5/8-15/S-203/2023 saylı məktubundan görünür ki, “Vətəndaşlıq vəziyyəti aktlarının” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində və arxiv məlumatlarında X3 ölümü haqqında akt qeydi aşkar edilməmişdir. -Qəbələ rayon İcra Hakimiyyətinin Bum qəsəbə tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 467 saylı arayışdan görünür ki, X2 mərhum oğlu X11 xx.xx.1983-cü il tarixdə Qəbələ rayonu Bum qəsəbəsində anadan olmuş, 1984-cü il tarixdə vəfat etmiş, Bum qəsəbə qəbiristanlığında dəfn olunmuşdur. -Tibbi Ərazi Bölmələrini X13 X23 Rayon Mərkəzi Xəstəxanası X21 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, PHŞ-18-1-52/2-Q-515-xx-xx/2023 saylı məktubdan görünür ki, tələb olunan sənədin Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2016-cı il tarixli 100 saylı əmrinin 1.3.19-cu bəndinə əsasən, təşkilatda saxlanma müddəti bir il olduğundan, sənədin təşkilatda saxlama müddəti başa çatdığı üçün sözügedən sənədin təqdim edilməsi mümkün olmamışdır. -Abşeron Rayon 2 saylı Notariat Ofisində xx.xx.2023-cü il tarixdə təsdiq edilmiş ərizədən görünür ki, X12 xx.xx.1983-cü il təvəllüdlü X3 onun qardaşı oğlu olmasını, 1984cü ilin mar ayında Qəbələ Rayon Xəstəxanasında vəfat etməsini və Qəbələ rayon Bum kənd qəbristanlığında dəfn edildiyini təsdiq etmişdir. -Abşeron Rayon 2 saylı Notariat Ofisində xx.xx.2023-cü il tarixdə təsdiq edilmiş ərizədən görünür ki, X5 xx.xx.1983-cü il təvəllüdlü X3 onun qardaşı oğlu olmasını, 1984-cü ilin mar ayında Qəbələ Rayon Xəstəxanasında vəfat etməsini və Qəbələ rayon Bum kənd qəbristanlığında dəfn edildiyini təsdiq etmişdir. -Abşeron Rayon 2 saylı Notariat Ofisində xx.xx.2023-cü il tarixdə təsdiq edilmiş ərizədən görünür ki, X1 Surahi İzzət qızının və X6 1980-ci ildən Qəbələ rayonu Bum kəndində onunla qonşu olduqlarını, 1983-cü ildə onların Sərxan adlı uşaqlarının doğulduğunu, 1984-cü ilin mart ayında həmin uşağın vəfat etdiyini və Qəbələ Rayon Xəstəxanasında vəfat etməsini və Qəbələ rayon Bum kənd qəbristanlığında dəfn edildiyini təsdiq etmişdir. Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olundu ki, X8 ərizəçinin oğlu olmuş, sonuncu xx.xx.1984-cü il tarixdə Qəbələ Rayon Mərkəzi Xəstəxanasında vəfat etmiş və X3 ölüm faktı ərizəçinin izahatı ilə, həmçinin, məhkəməyə təqdim edilmiş sənədlər ilə də təsdiq olunur. Hazırda isə müvafiq həkim arayışı olmadığına görə ərizəçi oğlunun ölüm haqqında şəhadətnaməsini ala bilmir. İşin məhkəmə iclasında araşdırılan halları, ərizəçinin izahatı notarial qaydada təsdiq edilmiş məlumat ərizələrlə, tədqiq olunmuş sənədlərlə tamamilə sübuta yetirildi ki, həqiqətən də, ərizəçinin oğlu X8 xx.xx.1984-cü il tarixdə Qəbələ Rayon Mərkəzi Xəstəxanasında vəfat etmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, şahid ifadələrini və təqdim edilmiş sənədləri qiymətləndirərək hesab edir ki, həmin sənədlər və şahid ifadələri işin həqiqi halları ilə uyğunluq təşkil edir, ona görə də sübut kimi qəbul edilməlidir. Beləliklə, məhkəmə iş üzrə araşdırılmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, xx.xx.1983-cü il tarixdə Qəbələ rayonu, Bum kəndində anadan olmuş X3 xx.xx.1984-cü il tarixdə Qəbələ Rayon Mərkəzi Xəstəxanasında vəfat etməsi faktı müəyyən edilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 305-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1983-cü il tarixdə Qəbələ rayonu, Bum kəndində anadan olmuş X3 xx.xx.1984cü il tarixdə Qəbələ Rayon Mərkəzi Xəstəxanasında vəfat etməsi faktı müəyyən edilsin. Qətnamə qeydiyyat şöbəsi tərəfindən vəfat etmə faktının qeydə alınması və şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən şikayət verilməmişdirsə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar