Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-5454/2024 17.12.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onun oğlu - xx.xx.1999-cu il təvəllüdlü X10 xx.xx.2004-cü ildə avtomobil qəzası nəticəsində ölməsi faktının (ölüm faktının) müəyyən edilərək müvafiq qeydin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizənin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ərizədə övladının ölüm tarixinin günü səhv yazıldığından həmin tarixin xx.xx.2004-cü il kimi qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında izahatında bildirdi ki, onunla X12 arasında bağlanmış rəsmi nikahdan xx.xx.1999-cu il tarixdə Nurlan adlı oğulları doğulmuşdur. X6 xx.xx.2004-cü il tarixdə Abşeron rayonu, Masazır qəsəbəsində avtoqəza nəticəsində ölmüşdür. Lakin onlar bu barədə xəstəxanadan arayış almamış və oğlunu Masazır kənd qəbiristanlığında dəfn etmişlər. Avtoqəza törətmiş şəxs Abşeron Rayon Məhkəməsi tərəfindən məhkum edilmişdir. Qeyd etdiyi kimi oğlunun ölüm haqqında şəhadətnaməsi olmadığına görə ciddi problemlər yaranmışdır. Ona görə də oğlunun ölüm haqqında şəhadətnaməsini əldə etmək məqsədi ilə əvvəlcə yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxsnə rəsmi ərizə verərək oğlunun ölüm haqqında şəhadətnaməsinin verilməsini xahiş etmiş, xx.xx.2024-cü il tarixdə 3-16-5/8-15- 1629/2024 nömrəli məktub ilə ona bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ona görə də ölüm haqqında şəhadətnamə verilməsi imkanları xaricindədir və məhkəməyə müraciət etmək tövsiyə edilmişdir. Daha sonra xx.xx.2024-cü ildə ölmüş oğlu X13 ölüm haqqında tibbi şəhadətnamə verilməsi xahişi ilə Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik Hüquqi şəxs “Abşeron rayon mərkəzi xəstəxanası” X26 müraciət etmiş, 16 iyul 2024-cü il tarixli, 18-1-20/2-Q-512-42-195/2024 nömrəli məktub ilə ona bildirilmişdir ki, E.Qasmovun ölmünün baş vermə səbəbi (avtoqəza) olduğundan onun adına ölüm haqqında tibbi şəhadətnamə tərəflərindən verilmir. Bildirir ki, hazırda ailəsi ilə birgə Abşeron rayonu, Masazır qəsəbəsi, Əliağa Vahid küçəsi, 15 nömrəli evdə yaşayır. Qeyd edilənlərə əsasən o, ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs nümayəndəsi X14 xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə hazırlıq iclasında iştirak etmiş, lakin növbəti məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.6-cı maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəməyə şahid qismində cəlb edilmiş X15 məhkəmədə ifadəsində bildirdi ki, onunla Ərizəçi 1996-cı ildə ailə qurmuşlar. Onların birgə nikahından X18 doğulmuşdur. X2 baş verən avtoqəza nəticəsində rəhmətə getmiş və Masazır kənd qəbiristanlığında dəfn olunmuşdur. Məhkəməyə şahid qismində cəlb edilmiş X19 məhkəmədə ifadəsində bildirdi ki, X4 avtoqəzada vəfat etmişdir və həmin avtoqəza 2004-cü ildə Masazırda baş vermişdir. Mərhum X1 qəbiristanlığında dəfn olunmuşdur. İş materiallarında olan Bərdə rayon Həsənqaya kənd icra nümayəndəliyi tərəfindən verilmiş Vİ-ЖГ № 454577 saylı nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi ilə X8 01 iyun 1998-ci il tarixdə nikahlarını bağlamışlar və bu nikah 06 saylı akt qeydi ilə rəsmiləşdirilmişdir. Nikah bağlandıqdan sonra arvada “Qasımova” soyadı verilmişdir. İş materiallarında olan 02 fevral 2000-cu il tarixli, 04 saylı doğum haqqında akt qeydinin surətindən görünür ki, X18 25 iyun 1999-cu il tarixdə anadan olmuşdur, atası Ərizəçi, anası X7r. İş materiallarında olan AR Ədliyyə Nazirliyi Maraqlı şəxs tərəfindən verilmiş 03 iyul 2024-cü il tarixli, 3-16-5/8-15-1629/2024 №-li cavab məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. İş materiallarında olan AR “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X24 “Abşeron Rayon Mərkəzi Xəstəxanası” X31 tərəfindən verilmiş 16 iyul 2024-cü il tarixli, 18-1-20/2-Q-512-42- 195/2024 №-li cavab məktubundan görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2018-ci il tarixli “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nın təsdiq edilməsi barədə 05 nömrəli qərarının 4.3-cü bəndinə əsasən "ölüm haqqında tibbi şəhadətnamə” ölümün baş vermə səbəbi məlum olan hallarda “xəbərdarlıq vərəqəsi” və (və ya) tibbi sənədlər (ambulator tibbi kitabça, xəstəlik tarixindən çıxarış və s.) əsasında 4.4-cü və 4.5-ci bəndlər istisna olmaqla vəfat edən şəxsin qeydiyyatda olduğu və ya faktiki yaşadığı ərazi üzrə ambulator tibb müəssisəsi tərəfindən verilir. N.Qasımovun ölümünün baş vermə səbəbi avtoqəza olduğundan onun adına “ölüm haqqında tibbi şəhadətnamə” tərəflərindən verilmir. İş materiallarında olan Azərbaycan Respublikası Abşeron rayon Masazır bələdiyyəsi tərəfindən verilmiş 17 dekabr 2024-cü il tarixli, 01/xx-xx/1968 nömrəli arayışdan görünür ki, Ərizəçi mərhum oğlu X18 xx.xx.2004-cü ildə rəhmətə getmiş, Masazır kənd qəbiristanlığında dəfn olunmuşdur. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadəsini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, 25 iyun 1999-cu il təvəllüdlü X9 12 iyun 2004-cü il tarixdə avtomobil qəzası nəticəsində ölməsi faktı ərizəçinin izahatı, şahid ifadələri və iş materiallarına əlavə edilmiş digər sənədlərlə tam təsdiq olunur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193-cü maddəsinə görə ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. Azərbayacan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə görə ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Bu halda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 194.2-ci maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən ölümün qeydiyyatı aparılır. Azərbaycan Respublikası MPM-in 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə hesab edir ki, qeyd olunan faktın müəyyən olunması ərizəçinin mülki və digər hüquqlarını həyata keçirməsinə təsir göstərir. Həmçinin ərizəçi bu faktı təsdiq edən lazımi sənədi məhkəmədən kənar başqa qaydada ala bilməz. Azərbaycan Respublikası MPM-in 315.2-ci maddəsinə əsasən şəxsin ölmüş elan edilməsinə dair məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən ölümün qeydə alınması üçün əsasdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 315 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 25 iyun 1999-cu il təvəllüdlü X9 12 iyun 2004-cü il tarixdə Abşeron rayonu, Masazır qəsəbəsində ölməsi faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-5454/2024
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-5454/2024
17.12.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver