Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-547/2021 31.03.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Şahbazov Abdulla Tofiq oğlunun katibliyi, İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı «İddiaçı” QSC Bank Olmayan Kredit Təşkilatının Cavabdeh qarşı əsas və faiz borcunun qaytarılması, tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı «İddiaçı” QSC Bank Olmayan Kredit Təşkilatı Cavabdeh qarşı əsas və faiz borcunun qaytarılması, tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əsas borc üzrə 13.475.79 (on üç min dörd yüz yetmiş beş ABŞ dolları, 79 sent) ABŞ dolları, faiz borcu üzrə 2770.04 (iki min yeddi yüz yetmiş ABŞ dolları, 04 sent) ABŞ dolları olmaqla, cəmi 16.245.83 (on altı min iki yüz qırx beş ABŞ dolları, 83 sent) ABŞ dolları məbləğində kredit borcunun həmçinin ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun İddiaçı QSC-nin xeyrinə ödənilməsi, tutmanın Cavabdeh mülkiyyətində olan 99- FX-032 dövlət qeydiyyat nömrəli “HYUNDAİ ELANTRA minik” markalı (buraxılış ili 2013, ban-KMHDH41EBDU911126, rəngi - ag) avtomobilinə yönəldilərək açıq hərracda satılması və satışdan əldə edilən vəsaitin İddiaçı QSC-nin hesabına ödənilməsi, satışdan əldə olunan vəsait borc məbləğindən artıq qalan hissəsinin Cavabdeh qızma qaytarılması, satışdan əldə olunan vəsait borcun ödənilməsinə kifayət etmədikdə isə əksik qalan borc məbləğinin Cavabdeh tutulub İddiaçı QSC-nin hesabına ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “xxxx” Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq “xxxx” ASC ilə İddiaçı QSC arasında bağlanmış, Tələb hüququnun güzəşt edilməsinə dair xx.xx.2015-ci il tarixli Müqaviləyə görə “xxxx” ASC-nin problemli aktivlərinin tələb hüququ İddiaçı QSC-yə keçmişdir. İddiaçı QSC -nin Nizamnaməsinə edilmiş xx xxxxxxx 2015-ci il tarixli ********** saylı dəyişiklikdəki 2.5 maddəyə əsasən Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanında nəzərdə tutulmuş aktivlərin idarə edilməsi Kredit Təşkilatının tabeliyində yaradılmış hüquqi şəxs statuslu qurum (“X5 Edilməsi Agentliyi” MMC) vasitəsilə həyata keçirilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxxxx 2017-ci il tarixli, 101S saylı Sərəncamının icrası ilə əlaqədar İddiaçı QSC tərəfindən “xxxx” ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı borclu şəxs Cavabdeh dair sənədlər S- AVK-1842 saylı, xx xxxxxx 2017ci il tarixli təhvil-təslim aktına əsasən İddiaçı QSC -yə verilmişdir. “xxxx” ASC-nin Sənaye filialı ilə (bundan sonra Bank) Cavabdeh (bundan sonra “Bordan”) arasında xx.xx.2013-cü il tarixdə, № 01229 saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə illik illik 18 % tətbiq edilməklə, 48 ay müddətinə 20.050 (iyirmi min əlli) ABŞ dolları məbləğində kredit verilmişdir. xx.xx.2013-cü il tarixli kassa məxaric orderindən də göründüyü kimi cavabdehə ayrılmış kredit hesabından istifadə etmişdir. Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh mülkiyyətində olan **-FX-*** dövlət qeydiyyat nömrəli "HYUNDAİ ELANTRA minik” markalı (buraxılış ili 2013. ban- KMHDH41EBDU911126, rəngi – ağ) avtomobil xx.xx.2013-cü il tarixdə, № 01229 saylı ipoteka müqaviləsi ilə yüklü edilmişdir. X4 Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən qeydiyyata alınaraq, cavabdehə məxsus nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində müvafiq qeydiyyat aprılmış və xx.xx.2013-cü il tarixli, 100084 №-li «İpoteka müqaviləsinin qeydiyyatı haqqında» şəhadətnamə verilmişdir. Cavabdeh bank qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdir. Belə ki, Cavabdeh banka hazırda olan əsas borc üzrə 13.475.79 (on üç min dörd yüz yetmiş beş ABŞ dolları, 79 sent) ABŞ dolları, faiz borcu üzrə 2770.04 (iki min yeddi yüz yetmiş ABŞ dolları. 04 sent) ABŞ dolları olmaqla, cəmi 16.245.83 (on altı min iki yüz qırx beş ABŞ dolları, 83 sent) ABŞ dolları məbləği təşkil edir. Bank tərəfindən öz növbəsində pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdehə şifahi formada, o cümlədən yazılı bildirişlərin göndərilməsi yolu ilə xəbərdarlıqlar edilmiş və qeyd olunan kredit müqaviləsi üzrə əsas, kreditdən istifadəyə və öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış faiz borcu haqqında məlumat verilmiş və onların tez bir zamanda banka ödənilməsi qarşı tərəfdən tələb olunmuşdur. Lakin qeyd olunan öhdəlik bu günədək yerinə yetirilməmişdir. Odur ki, qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunması xahiş olunur. İddiaçı «İddiaçı” QSC Bank Olmayan Kredit Təşkilatının nümayəndəsi X3 iddia tələbini müdafiə edərək, təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilmiş, lakin onun faktiki olduğu yer məlum olmadığından məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: -«xxxx» ASC-nin Sənaye filialı ilə borcalan Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli, № 01229 saylı kredit müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən Bank, borcalan Cavabdeh avtomobil alınması məqsədilə illik 18 % tətbiq edilməklə, 48 ay müddətinə 20050 (iyirmi min əlli) ABŞ dolları məbləğində kredit verməyi və borc alan müqavilənin 2.2. bəndinə əsasən müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. -Qeyd edilən müqaviləyə əlavə edilmiş ödəniş cədvəlindən görünür ki, Cavabdeh ona verilmiş kredit üzrə əsas və faiz borclarını hesabında qalıq yarandığı gündən bir ay sonradan, yəni xx.xx.2013-cü il tarixdən başlayaraq, xx.xx.2017-ci il tarixinədək, 8220.49 ABŞ dolları əsas, 28270.49 ABŞ dolları faiz, ümumilikdə 20050 ABŞ dolları borc məbləğindən, hər ay banka 588.97 ABŞ dolları (sonuncu ay 588.95 ABŞ dolları) ödəməklə qaytarmalıdır. -xx.xx.2017-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2017-ci il tarixə iddiaçıya olan əsas borcu 13.475.79 (on üç min dörd yüz yetmiş beş ABŞ dolları, 79 sent) ABŞ dolları, faiz borcu 2770.04 (iki min yeddi yüz yetmiş ABŞ dolları, 04 sent) ABŞ dolları, cəmi 16.245.83 (on altı min iki yüz qırx beş ABŞ dolları, 83 sent) ABŞ dolları təşkil edir. -xx.xx.2013-cü il tarixli məxaric orderindən görünür ki, Cavabdeh 20050 ABŞ dolları məbləğində krediti xx.xx.2013-cü il tarixdə «xxxx» ASC-dən imza edərək qəbul etmişdir. -xx.xx.2009-xx.xx.2017-ci il tarixlərə olan hesabdan çıxarışdan görünür ki, Cavabdeh banka axırıncı ödənişi xx.xx.2016-cı il tarixdə olmuşdur. -«xxxx» ASC ilə İddiaçı QSC arasında bağlanmış, «xxxx» ASC-nin problemli aktivləri üzrə tələb hüququnun İddiaçı QSC-yə güzəşt edilməsinə dair xx xxxxxx 2015-ci il tarixli müqaviləyə əsasən, Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2015-ci il tarixli 570 №-li Fərmanına uyğun olaraq, «xxxx» ASC həmin Fərmanın 1-ci hissəsində nəzərdə tutulmuş özünə məxsus problemli aktivləri mərhələli şəkildə müvafiq həcmdə likvid vəsait müqabilində bankın balansından çıxararaq, İddiaçı QSC-nin idarəetməsinə verir və eyni zamanda həmin problemli aktivlər üzrə borclu şəxslərə qarşı özünün tələb hüququnu da İddiaçı QSC-yə güzəşt edir. -İddiaçı QSC ilə «X5 Edilməsi Agentliyi» MMC («xxxx» MMC) arasında arasında bağlanmış xx xxxxxxxx 2016-cı il tarixli Xidməti müqaviləyə əsasən, bu Müqavilə ilə «xxxx» MMC İddiaçı QSC-yə onun «xxxx» ASC-dən qəbul etdiyi problemli aktivlərlə bağlı idarəetmə və hüquq xidmətlərini göstərməyi, xidmət nəticəsində yığılan vəsaitin tam və ya razılaşdırılmış hissəsini İddiaçı QSC-yə ödəməyi, İddiaçı QSC isə həmin xidmətlərin həyata keçirilməsi ilə əlaqədar «xxxx» MMC-nin yaranmış xərclərini ödəməyi və fəaliyyət üçün lazımi şərait yaratmağı öhdəsinə götürür. -«xxxx» ASC-nin problemli aktivləri üzrə tələb hüququnun İddiaçı QSC-yə güzəşt edilməsinə dair xx xxxxx 2017-ci il tarixli Müqaviləyə əsasən, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxxxx 2017-ci il tarixli, İ0İ s №-li Sərəncamının 1-hissəsinə əsasən, İddiaçı QSC Bank olmayan Kredit təşkilatı, Azərbaycan Respublikası Maliyyə Nazirliyi və Azərbaycan Respublikası Maliyyə X2 ilə razılaşdırılmış siyahı üzrə Banka məxsus problemli aktivlərin Bankdan satın alınmasını və bunun müqabilində buraxılmış 3 il müddətinə 4 faiz dərəcəsi ilə dövlət zəmanəti əsasında sadə vekselləri Banka verir, eyni zamanda Bank həmin problemli aktivlər üzrə borclu şəxslərə qarşı özünün tələb hüququnu da İddiaçı QSC-yə güzəşt edir. -Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxxxx 2017-ci il tarixli, İ0İ s №li Sərəncamının icrası ilə əlaqədar «xxxx» ASC ilə İddiaçı QSC arasında bağlanmış problemli aktivlər üzrə tələb hüququnun İddiaçı QSC-yə güzəşt edilməsinə dair xx xxxxx 2017-ci il tarixli müqaviləyə Əlavədən görünür ki, İddiaçı QSC tərəfindən «xxxx» ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı borclu Cavabdeh dair sənədlər SAVK-11 saylı, xx xxxx 2017-ci il tarixli təhvil-təslim aktına əsasən İddiaçı QSC-yə verilmişdir. -Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya hüquqi şəxslərinin Dövlət Reyestrindən xx.xx.2018-ci il tarixdə verilmiş Çıxarışın surətindən görünür ki, «X5 Edilməsi Agentliyi» MMC xx.xx.2015-ci il tarixdən Bakı şəhəri Vergilər Departamentinin Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində qeydiyyatdan keçmişdir. -İş materiallarına əlavə edilmiş Cavabdeh ünvanlanmış xx.xx.2020-ci il tarixli 2030 №-li bildirişdən görünür ki, «X5 Edilməsi Agentliyi» MMC tərəfindən borclu Cavabdeh tələbin güzəşt edilməsi və öhdəliyin yerinə yetirilməsi barədə bildiriş göndərilərək, yaranmış borcun ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Məhkəmə tələb ilə bağlı aşağıdakı hüquq normalarının qeyd olunmasını zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1. maddəsində göstərilir ki, tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. 427.3. maddəsinə əsasən öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda, məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. 741 və 742.1-ci maddələrinin mənasından görünür ki, əgər tərəflər arasındakı müqavilədə borcun qaytarılmasına dair müddət nəzərdə tutulmuşdursa, borclu aldığı kredit məbləğini faizləri ilə birlikdə həmin müddət bitənədək qaytarmalıdır. Beləliklə, işin müəyyən edilən hallarına əsasən kredit müqaviləsinin müddətinin bitməsinə baxmayaraq, borclu həmin müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə isə Bank müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəllənin; 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1. və 448.2. maddələrində göstərilir ki, əgər qanunla və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Kredit müqaviləsinin 4.1-ci bəndindən, həmçinin xx.xx.2013-cü il tarixdə, № 01229 saylı ipoteka müqaviləsindən, həmin tarixli AA 100084 №-li ipoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrindən çıxarışdan görünür ki, Cavabdeh bank qarşısında kredit öhdəliklərinin icrası ipoteka ilə təmin olunaraq ona məxsus **-FX-*** dövlət qeydiyyat nömrəli "HYUNDAİ ELANTRA minik” markalı (buraxılış ili 2013. ban- KMHDH41EBDU911126, rəngi – ağ) avtomobil «xxxx» ASC qarşısında yüklü edilmiş və həmin ipotekanın rəsmi qeydiyyatı aparılmışdır. İpoteka müqaviləsinin 4.2.2. bəndindən görünür ki, ipoteka saxlayan ipoteka ilə təmin olunmuş öhdəlik vaxtında və lazımi qaydada icra edilmədikdə, ipoteka predmetinə tələb yönəldə bilər. Məhkəmə hesab edir ki, müqavilənin qeyd edilən şərti «İpoteka haqqında» Azərbaycan Respublikasının Qanununun tələblərinə tam uyğun gəlir. Belə ki, qeyd edilən Qanunun 39.1. maddəsində göstərilir ki, ipoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbinin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Qeyd edilən Qanunun 34.1.3. maddəsinə əsasən ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 269.4. maddəsində göstərilir ki, ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Həmin Məcəllənin 317.1. maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 319.1. maddəsinin tələbindən isə görünür ki, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir və həmin Məcəllənin 319.6. maddəsinin tələbinə əsasən əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etməzsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməli və əgər onun tələblərindən artıq olarsa, artıq məbləğ borcluya qaytarılmalıdır. İş materiallarından görünür ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edildiyi zaman 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1. maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, qanunvericiliyin tələbini nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin olunduğundan 30 manat dölət rüsumu cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə, yuxarıda göstərilənləri ümumiləşdirib məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, Cavabdeh tərəfindən müqavilə öhdəliklərinin vaxtında və lazımınca yerinə yetirilməməsi və qanunvericiliyin yuxarıda göstərilən tələbləri nəzərə alınaraq cavabdehdən «X5 Edilməsi Agentliyi» MMC-nin xeyrinə 13.475.79 (on üç min dörd yüz yetmiş beş dollar, yetmiş doqquz sent) ABŞ dolları əsas borc, 2770.04 (iki min yeddi yüz yetmiş dollar dörd sent) ABŞ dolları faiz borcu, cəmi 16.245.83 (on altı min iki yüz qırx beş dollar, səksən üç sent) ABŞ dolları məbləğində borc tutulmalı, tutma ipoteka ilə yüklü edilmiş cavabdehə məxsus **-FX-*** dövlət qeydiyyat nömrəli "HYUNDAİ ELANTRA minik” markalı (buraxılış ili 2013. ban- KMHDH41EBDU911126, rəngi – ağ) avtomobilə yönəldilməli, həmin avtomobil açıq hərracda satılaraq əldə olunacaq pul vəsaiti hesabına «İddiaçı” QSC Bank Olmayan Kredit Təşkilatına olan borc ödənilməli, vəsaitin qətnamənin icrasından artıq qalan hissəsi cavabdehə verilməli, satışdan əldə olunan vəsait qətnamənin icrasına yetərli olmadığı halda isə, qətnamə ümumi qaydada icra edilməli və iddia tələbinin təmin olunmuş hissəsinə münasib olaraq 30 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4. maddəsində göstərilir ki, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin İ və İİİ hissələrinə əsasən Azərbaycan Respublikasının pul vahidi manatdır və Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. «Məhkəmə qətnamələri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2005-ci il tarixli 4 saylı qərarının 10-cu bəndində göstərilir ki, qətnamədə alınması və ya ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə, alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin İİİ hissəsinə əsasən, Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. Azərbaycan Respublikası MM-nın 439.1-ci maddəsinə əsasən, pul öhdəliyi manatla ifadə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh «İddiaçı” QSC Bank Olmayan Kredit Təşkilatının xeyrinə 13.475.79 (on üç min dörd yüz yetmiş beş dollar, yetmiş doqquz sent) ABŞ dolları əsas borc, 2770.04 (iki min yeddi yüz yetmiş dollar dörd sent) ABŞ dolları faiz borcu, cəmi 16.245.83 (on altı min iki yüz qırx beş dollar, səksən üç sent) ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğində borc vəsaiti və 30 (otuz) manat məbləğində dövlət rüsumu tutulsun. Tutma, ipoteka predmeti olan Cavabdeh məxsus **-FX-*** dövlət qeydiyyat nömrəli "HYUNDAİ ELANTRA minik” markalı (buraxılış ili 2013. ban- KMHDH41EBDU911126, rəngi – ağ) avtomobilə yönəldilsin, həmin avtomobil açıq hərracdan satılsın və satışdan əldə olunan pul vəsaiti hesabına 16.245.83 (on altı min iki yüz qırx beş dollar, səksən üç sent) ABŞ dolları məbləğində borc «İddiaçı” QSC Bank Olmayan Kredit Təşkilatına ödənilsin. Avtomobilin satışından əldə olunan vəsaitin qətnamənin icrasından artıq qalan hissəsi Cavabdeh verilsin, satışdan əldə olunan vəsait qətnamənin icrasına yetərli olmadığı halda isə, qətnamə ümumi qaydada icra edilsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №2(012)-547/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-547/2021
31.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver