Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-5487/2024 05.12.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs nümayəndəsi X3 iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1966-cı il təvəllüdlü X4 ünvan 1 ünvanında xx.xx.2014-cü il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizənin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ərizədə texniki səhvə yol verildiyini, xx.xx.1966-cı il təvəllüdlü X4 xx.xx.2024-cü il tarixdə vəfat etməsinin müəyyən edilməsi əvəzinə xx.xx.2014-cü il tarixinin qeyd edildiyini bildirmiş və xx.xx.1966-cı il təvəllüdlü X4 ünvan 1 ünvanında xx.xx.2024-cü il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında izahatında bildirdi ki, xx.xx.1966-cı il təvəllüdlü X9 onun doğma atasıdır. Atası ünvan 2 ünvanında qeydiyyatda olmuş və yaşamışdır. Bildirir ki, atası xx.xx.2024-cü il tarixdə ünvan 1 ünvanında, iş yerində olan zaman qəfil halı pisləşmiş, atasının halını görən iş yoldaşları Təcili və X6 Stansiyasına zəng edərək, həkim briqadasını çağırmışlar və artıq həkimə qədər ölüm hadisəsi baş verdiyi üçün ölüm haqqında xx.xx.2024-cü il tarixli xəbərdarlıq vərəqəsi verilmişdir. O, həmin vərəqə ilə aidiyyəti üzrə qurumlara müraciət etsə də müsbət cavablar ala bilməmiş və ona bu məsələ ilə bağlı məhkəməyə müraciət etməli olduğu izah olunmuşdur. Bildirir ki, atası X2 rayonunun Qazıqumlaq kəndində dəfn olunmuşdur. Qeyd edilənlərə əsasən o, ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs nümayəndəsi X7 25 may 1966-cı il təvəllüdlü X4 03 sentyabr 2024-cü il tarixdə ölməsi faktının müəyyən edilməsinə etiraz etmədiklərini bildirdi. Məhkəməyə şahid qismində cəlb edilmiş X11 məhkəmədə ifadəsində bildirdi ki, X1 onun dayısı olmuşdur və sağlığında Abşeron rayonu, Masazır qəsəbəsində yaşamışdır. Çingiz Zakirov Bakı şəhərində “Şamaxinka” adlanan ünvanda, iş yerində vəfat etmişdir. 03 sentyabr 2024-cü il tarixdə ona zəng edib bildirmişlər ki, dayısının halı pisdir. O, gələndə dayısı artıq vəfat etmişdi. X1 Ucar rayonunun Qazıqumlaq kəndində dəfn olunmuşdur. Məhkəməyə şahid qismində cəlb edilmiş X8 məhkəmədə ifadəsində bildirdi ki, X1 onun atası olmuşdur. Onun atası Çingiz Zakirov 03 sentyabr 2024-cü il tarixdə iş yerində - ünvan 1 ünvanında vəfat etmiş və Ucar rayonu, Qazıqumlaq kəndində dəfn olunmuşdur. İş materiallarında olan AZE seriyalı, 15104375 saylı şəxsiyyət vəsiqəsindən görünür ki, X9 25 may 1966-cı il tarixdə anadan olmuşdur. İş materiallarında olan XİX-ЖГ № 316485 saylı doğum haqqında şəhadətnamənin və AA******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1995-ci ildə Ucar rayonu, Qazıqumlaq kəndində doğulmuşdur, atası X9, anası X5r. İş materiallarında olan Bakı Şəhər Təcili və X6 Stansiyası PHŞ-nin 4 saylı bölməsinin xx.xx.2024-cü il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, X9 ünvan 1 ünvanında vəfat etmişdir. İş materiallarında olan AR Ədliyyə Nazirliyi Maraqlı şəxs tərəfindən verilmiş 20 sentyabr 2024-cü il tarixli, 3-16-5/8-15-2402/24 №-li cavab məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. İş materiallarında olan Azərbaycan Respublikası Ucar rayonu İcra Hakimiyyəti Başçısının Qazıqumlaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 23 sentyabr 2024-cü il tarixli, 5-80-13/277/2024 nömrəli arayışdan görünür ki, X1 xx.xx.2024-cü ildə vəfat etmiş və Ucar rayonu, Qazıqumlaq kəndində dəfn olunmuşdur. İş materiallarında olan AR “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X15 “Abşeron Rayon Mərkəzi Xəstəxanası” X18 tərəfindən verilmiş 24 sentyabr 2024-cü il tarixli, 18-1-20/2-Z-1126-42- 672/2024 №-li cavab məktubundan görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2018-ci il tarixli “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nın təsdiq edilməsi barədə 05 nömrəli qərarının 4.3-cü bəndinə əsasən "ölüm haqqında tibbi şəhadətnamə” ölümün baş vermə səbəbi məlum olan hallarda “xəbərdarlıq vərəqəsi” və (və ya) tibbi sənədlər (ambulator tibbi kitabça, xəstəlik tarixindən çıxarış və s.) əsasında 4.4-cü və 4.5-ci bəndlər istisna olmaqla vəfat edən şəxsin qeydiyyatda olduğu və ya faktiki yaşadığı ərazi üzrə ambulator tibb müəssisəsi tərəfindən verilir. Ç.Zakirovun ölümünün baş vermə səbəbi məlum olmadığına görə onun adına “ölüm haqqında şəhadətnamə” tərəflərindən verilmir. Məhkəmə ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin izahatını, həmçinin şahidlərin ifadəsini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, 25 may 1966-cı il təvəllüdlü X4 03 sentyabr 2024-cü il tarixdə ünvan 1 ünvanında ölməsi faktı ərizəçinin izahatı, şahid ifadələri və iş materiallarına əlavə edilmiş digər sənədlərlə tam təsdiq olunur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193-cü maddəsinə görə ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. Azərbayacan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə görə ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Bu halda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 194.2-ci maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən ölümün qeydiyyatı aparılır. Azərbaycan Respublikası MPM-in 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə hesab edir ki, qeyd olunan faktın müəyyən olunması ərizəçinin mülki və digər hüquqlarını həyata keçirməsinə təsir göstərir. Həmçinin ərizəçi bu faktı təsdiq edən lazımi sənədi məhkəmədən kənar başqa qaydada ala bilməz. Azərbaycan Respublikası MPM-in 315.2-ci maddəsinə əsasən şəxsin ölmüş elan edilməsinə dair məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən ölümün qeydə alınması üçün əsasdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 315 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 25 may 1966-cı il təvəllüdlü X4 03 sentyabr 2024-cü il tarixdə ünvan 1 ünvanında ölməsi faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-5487/2024
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-5487/2024
05.12.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver