Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-552/2024 26.01.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Abıyev Elnur Elman oğlunun katibliyi, Ərizəçi X4 iştirakı ilə, Ərizəçi X4 mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi X12 ərizə ilə məhkəməyə müraciət edərək, onunla Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanılmış MŞB/5/02208 saylı, xx.xx.2022-ci il tarixli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə bununla əsaslandırılmışdır ki, o, Maraqlı şəxs ilə xx.xx.2007-ci il tarixdə Abşeron rayon Qeydiyyat şöbəsində 21 nömrəli akt qeydi ilə nigaha daxil olmuşuq. Həmin nigahdan üç uşaq olmaqla xx.xx.2008-ei il təvəllüdlü X14, xx.xx.2011-ci il təvəllüdlü X13 və xx.xx.2012-ci il təvəllüdlü X15 doğulmuşdur.Aralarında nigahın pozulması, uşaqların kimim himayədə qalması və aliment tələbi üzrə 5 saylı Mediasıya Təşkilatında xx.xx.2022-ci il tarixli MŞB/5- 022-8 saylı barışıq sazişi bağlanmışdır və saziş təsdiq edilmişdir. Abşeron rayon məhkəməsinin 21 iyul 2022-ei il tarixli 2(012)-3974/2022 saylı qətnaməsi ilə nigaha xitam verilmişdir. Nigaha xitam qətnaməsində də barışıq sazişinin şərtləri qeyd edilmişdir. Sazişdə maraqlı şəxs xx.xx.2022-ci il tarixdən hər ay 500 manat aliment ödəməyi öhdəsinə götürsə də son ayın 500 manatını ödəmir. Halbuki, Bakı 5 saylı Mediasiya Təşkilatının xx.xx.2022-ei il tarixli MŞB/5- (J2208 saylı barışıq sazişindən görünür ki, X12 ilə Maraqlı şəxs arasında ailə mübahisəsi (nikahın pozulması, uşağın ananın yanında qalması, aliment, uşaqla ünsiyyət tələbləri) vardır. 2.1.1. İlər iki tərəf aralarında Abşeron rayon VVADQ şöbəsində 16 yanvar 2007-ci il tarixdə qeydiyyata alınmış nikahın davam etdiril məməsi barədə razılıqlarını bəyan edirlər. İkinci tərəf Maraqlı şəxs birinci tərəf X4 nikahın məhkəmə qaydasında po/.ıılması barədə iddiasını qəbul etdiyini bəyan edir. 2.1.2.Maraqlı şəxs nikah pozulduqdan sonra birgə nikahdan doğulan xx.xx.2008-ci il təvəllüdlü X14, 25.07.201 1-ci il təvəllüdlü X13 və xx.xx.2012-ci təvəllüdlü X8 anası X5 yanında qalmasına razılığını bəyan edir. 2.1.3. Maraqlı şəxs X12 ilə nikah pozulduqdan sonra birgə nikahdan doğulan xx.xx.2008-ci il təvəllüdlü X9, 25.07.201 1-ci il təvəllüdlü X6 və xx.xx.2012-ci təvəllüdlü X8 yetkinlik yaşma çatanadək saxlanılması üçün 2022-ci ilin iyul ayından başlayaraq hər ayın 10-na qədər cəmi 500 manat məbləğində alimenti X10 ödəyəcəyini öhdəsinə götürür. 2.1.4. X3 Pərvin Vidadi oğlu ilə nikah pozulduqdan sonra birgə nikahdan doğulan xx.xx.2008-ci il təvəllüdlü X14, xx.xx.2011-ci il təvəllüdlü X13 və xx.xx.2012-ci təvəllüdlü X15 ilə hər həftənin şənbə və ya bazar günləri sərbəst görüşəcəklərinə şərait yaradacağını öhdəsinə götürür. Uşaqla ünsiyyət qaydasının və vaxtının bu bənddə qeyd edilən formada müəyyən edilməsində hər iki tərəf uşağın mənafeyini üstün götürürlər. xx.xx.2022-ci il tarixli barışıq sazişinə əsasən, tərəflər - X12 ilə Maraqlı şəxs birgə nikahlarından olan xx.xx.2008-ci il təvəllüdlü X9, 25.07.201 1-ci il təvəllüdlü X7 və xx.xx.2012-ci il təvəllüdlü X8 ananın yanında saxlanılması və uşaqların saxlanılması üçün hər ay 500 manat sabit pul məbləğində alimentin tutulmasına dair razılığa gəlmişlər. Göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Məhkəmə iclasında ərizəçi X12 tələbini müdafiə edib, ərizədə yazılanlara uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini dinləyib, ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı 6 saylı Mediasiya Təşkilatında təsdiq edilmiş MŞB/5/02208 saylı, xx.xx.2022-ci il tarixli barışıq sazişindən görünür ki, tərəflər - X12 ilə Maraqlı şəxs birgə nikahlarından olan xx.xx.2008-ci il təvəllüdlü X9, xx.xx.2011-ci il təvəllüdlü X6 və xx.xx.2012-ci il təvəllüdlü X8 ananın yanında saxlanılması və uşaqların saxlanılması üçün hər ay 500 manat sabit pul məbləğində alimentin tutulmasına dair razılığa gəlmişlər. Saziş, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Sazişdə tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə tam imzalandığı gündən 10 təqvim gün müddətində könüllü şəkildə icra olunmalıdır. Saziş imzalandığı tarixdən qüvvəyə minir və tərəflər öhdəliklərini tam icra edənədək qüvvədədir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmələr xüsusi icraat qaydasında baxırlar. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1 -ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. İşdən görünür ki, tərəflər birgə nikahdan doğulmuş xx.xx.2013-cü il təvəllüdlü X21 və xx.xx.2014-cü il təvəllüdlü X2 üçün alimentin ödənilməsi barədə mediasiya prosesində razılaşmış və müqavilə bağlamışlar. Lakin Maraqlı şəxs bu sazişlə üzərinə götürdüyü öhdəlikləri orada göstərilən qaydada yerinə yetirmədiyindən T.Abbasova hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, tərəflər arasında imzalanmış xx.xx.2022-ci il tarixli barışıq sazişi qanuna zidd deyildir və digər şəxslərin hüquqlarını pozmur. Belə olan halda məhkəmə hesab edir ki, həmin barışıq sazişi məhkəmə qaydasında təsdiq edilməlidir. Belə ki, MPM-nin 355-25.3-cü maddəsinə görə məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Həmçinin Birləşmiş Millətlər Təşkilatının "Uşaq hüquqları haqqında" 22 noyabr 1989cu il tarixli Konvensiyasının 3-cü maddəsinə əsasən, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir. İştirakçı dövlətlər uşaqların valideynlərinin hüquq və vəzifələrini nəzərə alaraq, uşağı onun üçün zəruri olan müdafıə və qayğı ilə təmin etməyi öhdələrinə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər. "Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən, hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Həmin Qanunun 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X12 ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2022ci il tarixli barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilsin: “X12 ilə Maraqlı şəxs birgə nikahlarından olan xx.xx.2008-ci il təvəllüdlü X9, xx.xx.2011-ci il təvəllüdlü X6 və xx.xx.2012-ci il təvəllüdlü X1 üçün hər ay 500 manat sabit pul məbləğində aliment tutulsun.”. Alimentin tutulması hazırki ərizə məhkəməyə daxil olduğu tarixdən – xx.xx.2023-cü il tarixindən hesablansın. Qətnamə dərhal icra edilsin. Qətnamədən qətnamənin rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №2(012)-552/2024
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-552/2024
26.01.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver