Məhkəmə qərarları › İş №2(012)-5541/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-5541/2021

20.10.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-5541/2021 20.10.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Kiçibəyov Fərid Faiq oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi şəxsin ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi şəxsin ölüm faktının müəyyən edilməsinə dair ərizə ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, 06.02.1954-cü il təvəllüdlü X4 ünvan 2də 07.08.2021-ci il tarixdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək izahatında göstərmişdir ki, onun mərhum atası X8 07.08.2021-ci il tarixdə ona məxsus olan və yaşadığı ünvan 1 ünvanında vəfat etmiş və ölüm faktı Təcili və X10 Stansiyası tərəfindən qeydə alınaraq ölüm haqqında xəbərdarlıq vərəqəsi tərtib olunmuşdur. Atasının vəsiyyəti ilə o, valideynlərinin və qardaşının yanında Tovuz rayonunun Qəribli bələdiyyəsinin ərazisində yerləşən qəbiristanlıqda dəfn edilmişdir. Dəfn mərasimində iştirak etdikləri üçün 3 gün müddətində sahə üzrə poliklinikaya müraciət etmək mümkün olmamışdır. Bununla yanaşı atası sağlığında səhhətində müəyyən narahatlıqları olmasına baxmayaraq poliklinikaya müraciət etməmişdir. Ölüm faktının təsdiq olunması ilə bağlı 11.08.2021-ci il tarixdə sahə üzrə poliklinikaya müraciət etsə də gec olduğu bildirilmiş və tibbi şəhadətnamənin verilməsi üçün Abşeron rayon Xəstəxanasına müraciət etməli olduğu bildirilmişdir. 11.08.2021-ci il tarixdə Abşeron rayon Xəstəxanasına müraciət etsə də atasının xəstəxanaya müraciət etməməsi əsas gətirilməklə 20.08.2021-ci il tarixdə ölüm haqqında tibbi şəhadətnamənin verilməsindən imtina edilmişdir. Bununla yanaşı ölüm haqqında şəhadətnamənin alınması ilə bağlı Maraqlı şəxsnə müraciət etmiş, lakin tibbi şəhadətnamə olmadığı üçün imtina verilmişdir. Ona görə də göstərilənlərə əsasən ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Mаrаqlı şəхs Аzərbаycаn Rеspublikаsı Ədliyyə Nаzirliyinin Abşeron rаyоn Qеydiyyаt Şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, mаrаqlı şəхsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 185.5-ci maddəsinə əsasən işə mаrаqlı şəхsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin 62.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 məhkəmə iclasında verdiyi ifadəsində bildirmişdir ki, Ərizəçi onun qardaşıdır. X2 isə onun atası olmuşdur. Atası vəfat edəndə o da orada olmuşdur. Həmin vaxt orada anası, bacısı, qardaşı, əmisi və bibisi olmuşdur. Əmisi və bibisi atasının xəstəliyi ilə əlaqədar olaraq Tovuz rayonundan gəlmişlər. Atası qəfildən vəfat etmiş, təcili tibbi yardım heyəti gələnə qədər bu hadisə olmuşdur. 07.08.2021-ci il tarixdə səhər 9-10 radələrində atası vəfat etmiş, Tovuz rayonu Özkənd kənd qəbiristanlığında dəfn olunmuşdur. Dəfn mərasimi ailə üzvləri arasında olmuşdur. Mərhum hər hansı xəsarət almadan, bədbəxt hadisədən vəfat etməmiş, təbii ölüm olmuşdur. Hesab edir ki, atasının ölümünə səbəb qan laxtalanması olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 məhkəmə iclasında verdiyi ifadəsində bildirmişdir ki, Ərizəçi onun oğludur. X2 isə onun həyat yoldaşı olmuşdur. Mərhum sağlam olmuş, lakin son vaxtlar yaşı ilə əlaqədar olaraq narahatlıqları yaranmışdır. Covid-19 virusu ilə əlaqədar birinci peyvəndi vurdurmuşdur. İkinci dəfə peyvənd olunsa da sonra narahatlıqları yaranmışdır. Ayaqları şişmişdir. Bu səbəbdən də ərizəçi və X9 mərhumu həkimə aparmışlar. Xəstəliyi ilə əlaqədar olaraq mərhumun bacısı və qardaşı Tovuz rayonundan ona baş çəkməyə gəlmişlər. 07.08.2021-ci il tarixdə səhər 9- 10 radələrində elə onların yanında mərhum vəfat etmiş, Tovuz rayonu Özkənd kənd qəbiristanlığında dəfn olunmuşdur. Dəfn mərasimi ailə üzvləri arasında olmuşdur. Mərhum hər hansı bədbəxt hadisədən vəfat etməmiş, təbii ölüm olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 məhkəmə iclasında verdiyi ifadəsində bildirmişdir ki, o, Ərizəçi qaynıdır. Bu səbəbdən də X2nu qohum olduqdan sonra tanımış, mehriban qohumluq münasibətləri olmuşdur. Mərhumun vəfat etdiyi vaxtda 67 yaşı olmuş və son vaxtlar ürəyində damar tıxacı xəstəliyindən əziyyət çəkmişdir. Bu səbəbdən də X16 İnstitutunda həkimə göstərilmiş, mərhuma müayinə və müalicələr yazılmışdır. 07.08.2021-ci il tarixdə səhər saat 9 radələrində Ərizəçi ona zəng edərək məlumat vermişdir. O, dərhal hadisə yerinə getmiş, mərhumun bacısı və qardaşı da onu yoxlamağa gəlmişlər. Elə onların yanında mərhum vəfat etmiş, təcili tibbi yardım heyəti gələndən sonra mərhumun ölməsi ilə bağı sənəd vermişlər. Mərhum Tovuz rayonu Qəribli kənd bələdiyyəsi Özkənd kəndində dəfn olunmuşdur. O, rayona gedə bilməmişdir. Pandemiya qaydalarına uyğun olaraq yas mərasimi keçirilməmişdir. Mərhum hər hansı bədbəxt hadisədən vəfat etməmiş, təbii ölüm olmuşdur. Məhkəm, ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, iş materiallarını hərtərəfli araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə görə ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Mülki Prosessual Məcəllənin 307.2.8. maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: -Abşeron rayonu Mərkəzi Xəstəxanası tərəfindən verilmiş 07.08.2021-ci il tarixli Təcili və X10 X3 görünür ki, ünvan 2 ünvanına X4 adına həmin tarixdə çağırış daxil olmuş, həkimə qədər ölüm halı aşkar edilmiş, kişi cinsindən olan meyid üzərində hər hansı zorakılıq əlamətləri aşkar edilməmişdir. -Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X17 Ərazi Bölmələrini İdarəetmə X19 Şəxs Abşeron Rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş 20.08.2021-ci il tarixli 1149 saylı məktubdan görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 31.01.2018-ci il tarixli “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası"-nın təsdiq edilməsi barədə 05 nömrəli Qərarının 4.3. bəndinə əsasən “ölüm haqqında tibbi şəhadətnamə” ölümün baş vermə səbəbi məlum olan hallarda “xəbərdarlıq vərəqəsi” və (və ya) tibbi sənədlər (ambulator tibbi kitabça, xəstəlik tarixindən çıxarış və s.) əsasında 4.4-cü və 4.5-ci bəndlər istisna olmaqla vəfat edən şəxsin qeydiyyatda olduğu və ya faktiki yaşadığı ərazi üzrə ambulator tibb müəssisəsi tərəfindən verilir. Ə.Babayevin ölümünün baş vermə səbəbi məlum olmadığından və Abşeron Rayon Poliklinikasına hər hansı bir xəstəliklə bağlı müraciət etmədiyinə görə onun adına “ölüm haqqında tibbi şəhadətnamə ” verilmir. -Аzərbаycаn Rеspublikаsı Ədliyyə Nаzirliyi Abşeron rаyоn Qеydiyyаt şöbəsinin Ərizəçi ünvanladığı 27.08.2021-ci il tarixli 05/Q-1183/15 saylı məktubdan müəyyən olunur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31.10.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasının 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ərizəçi ölüm haqqında tibbi şəhadətnaməni təqdim edə bilmədiyi üçün ölümün qeydə alınmasının imkanı xaricində olduğu bildirilmiş və Maraqlı şəxs aidiyyəti üzrə məhkəməyə müraciət etməyi tövsiyyə etmişdir. -Tovuz rayonu Qəribli Bələdiyyəsi tərəfindən verilmiş 06.09.2021-ci il tarixli 01 saylı arayışdan görünür ki, 1954-cü il təvəllüdülü X8 həqiqətən 08.08.2021-ci il tarixində Tovuz rayonu Qəribli bələdiyyəsi ərazisində olan Öskənd kənd Qəbiristanlığında dəfn edilmişdir. -Asan-Sumqayıt tərəfindən verilmiş 23.07.2014-cü il tarixli AZE № 14826860 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X1 rayonu Xırdalan şəhəri Quşçuluq yaşayış massivi 6-cı küçə 29 saylı evdə qeydiyyatda olmuşdur. -Asan-Sumqayıt tərəfindən verilmiş 24.12.2014-cü il tarixli AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Babayev X12 rayonu Xırdalan şəhəri Quşçuluq yaşayış massivi 6-cı küçə 29 saylı evdə qeydiyyatdadır. -Ərizəçi tərəfindən məhkəməyə təqdim olunmuş fotoşəkillərdən görünür ki, X8 08.08.2021-ci il tarixdə dəfn olunmuşdur. Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olundu ki, X8 ərizəçinin atası olmuş, sonuncu 07.08.2021-ci il tarixdə ev şəraitində halı pisləşdiyindən vəfat etmiş və X4 ölüm faktı ərizəçinin və şahidlərin ifadələri ilə, həmçinin məhkəməyə təqdim edilmiş sənədlər ilə də təsdiq olunur. Göründüyü kimi şahidlər də məhkəməyə verdikləri ifadələrində X4 07.08.2021-ci il tarixdə ünvan 2də vəfat etməsini təsdiq etmişlər. Hazırda isə müvafiq həkim arayışı olmadığına görə, ərizəçi atasının ölümü haqqında şəhadətnaməsini ala bilmir. İşin məhkəmə iclasında araşdırılan halları, tədqiq olunmuş sənədlər və şahid ifadələri ilə isə tamamilə sübuta yetirildi ki, həqiqətən, ərizəçinin atası X8 07.08.2021-ci il tarixdə ünvan 2də vəfat etmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən şahid ifadələrini və təqdim edilmiş sənədləri qiymətləndirərək hesab edir ki, həmin sənədlər və şahid ifadələri işin həqiqi halları ilə uyğunluq təşkil edir, ona görə də sübut kimi qəbul edilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə araşdırılmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, 06.02.1954-cü il tarixdə Tovuz rayonu Şamlıq kəndində anadan olmuş X4 07.08.2021-ci il tarixdə ünvan 2də vəfat etməsi faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 305-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 06.02.1954-cü il tarixdə Tovuz rayonu Şamlıq kəndində anadan olmuş X4 07.08.2021-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi 6-cı küçə 29 saylı evdə vəfat etməsi faktı müəyyən edilsin. Qətnamə qeydiyyat şöbəsi tərəfindən ölüm faktının qeydə alınması və şəhadətnamə verilməsi üçün əsasdır. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar