Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-5574/2022 12.10.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi X2 Səfiyeva İddiaçı cavabdeh X1 qarşı torpaq sahəsinin geri qaytarılması tələbinə dair iddia ərizəsinə 12 oktyabr 2022-ci il tarixdə, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı cavabdeh X1 qarşı torpaq sahəsinin geri qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X5 Komissiyasının 1998-ci il tarixli Əmlakdan pay verilməsi barədə 50 nömrəli akta əsasən ona Abşeron rayonu, Mehdiabad qəsəbəsində ayrılmış torpaq sahəsinin geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edirəm ki, iddia ərizəsi qanunla müəyyən edilən forma və məzmunda tərtib edilmədiyindən, geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsinin xahiş etdi hissəsində torpaq sahəsinin geri qaytarılması xahiş olunsa da həmin torpaq sahəsinin kimdən alınıb geri qaytarılması, habelə torpaq sahəsinin özgəninkiləşdirilməsinin hüquqi əsasları qeyd edilməmişdir. Hazırkı vəziyyətdə isə iddianı icraata götürüb baxmaq mümkün deyildir. Bununla da iddia ərizəsinin qanunla müəyyən edilmiş forma və məzmununa iddiaçı tərəfindən əməl olunmadığından iddia ərizəsi MPMnin 152.1.1 maddəsinə əsasən geri qaytarılmalıdır. MPM-nin 152.1.1 maddəsinə görə iddia ərizəsi bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş forma və məzmununa riayət olunmadıqda geri qaytarılır. Həmin Məcəllənin 149.2.3 maddəsinə görə iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə qarşı yönəldikdə isə onların hər birinə qarşı olan tələblər göstərilməlidir. Ona görə də, məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarılmalı, qeyd edilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət etməsi ona izah olunmalıdır. Göstərilənlərə əsasən və MPM-nin 263,264 və 268-ci maddəsinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: İddiaçı cavabdeh X1 qarşı torpaq sahəsinin geri qaytarılması tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonrayenidən məhkəməyə müraciət etmək olar . Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Hakim: C.İ.Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-5574/2022
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-5574/2022
12.10.2022 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver