Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-1058/2024 18.11.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə İddiaçı Cavabdeḣ Məzahı̇ r oğluna qarşı “mülkiyyətində olan həyətyanı torpaq sahəsindən cavabdehin çıxarılması, tutulmuş əsas yola olan çıxışının açılması və mülkiyyət hüququna olan maneçiliklərə son qoyulması” tələbinə dair mülki işə 18 noyabr 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İsmayıllı rayonu, Cülyan kəndi ünvanında yerləşən, qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********94 olan Çıxarışla mülkiyyətində olan 0.0773 hektar həyətyanı torpaq sahəsindən cavabdehin çıxarılması, əsas yola olan çıxışının açılması və mülkiyyət hüququna olan maneçiliklərə son qoyulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2022-ci ilin dekabr ayında İsmayıllı rayonu Cülyan kəndi ərazisindən İlham Düsdurov adlı şəxsin mülkiyyətində olan 0.0773 hektar həyətyanı torpaq sahəsini alğı-satqı müqaviləsi ilə satın almışdır. Mülkiyyət hüququ Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində dövlət qeydiyyatına alınaraq adına Reyestr nömrəsi **********94, qeydiyyat nömrəsi ********** olan Çıxarış və Qəbələ Ərazi Ídarəsi tərəfindən xx.xx.2022-ci il tarixli reyestr nömrəsi **********94 olan torpaq sahəsinin kadastr göstəricilərini özündə əks etdirən torpaq sahəsinin planı və ölçüsü sənədi verilmişdir. O, torpaq sahəsini keçmiş sahibindən satın alarkən torpaq sahəsinin ətrafı hasarlanmışdır və mülkiyyətində olan yerdən çıxıntı kimi əsas yola olan çıxışın bir tərəfi,yəni ərizəsi üzrə Cavabdeh həyətyanı torpaq sahəsi ilə olan sərhəd isə 2 mişar daşı hündürlüyündə hasar hörülmüşdür. Yəni həmin vaxt əsas yola çıxışı tam açıq idi və həmin yer də içtimai yol kimi yox, öz həyətyanı torpaq sahəsi olmuşdur. Hazırda cavabdeh tərəfindən qanunsuz zəbt olunaraq bağlanmış yol onun mülkiyyətində olan torpaq sahəsidir. Həmin ərazi üzərində yuxarıda göstərdiyi kimi mülkiyyət hüququ dövlət qeydiyyatına alınaraq adına Çıxarış və torpaq sahəsinin planı və ölçüsü sənədi verilmişdir. Torpaq sahəsinin planı və ölçüsü sənədində də qeyd olunan çıxıntı-yol onun həyətyanı torpaq sahəsi kimi göstərilmişdir. Son vaxtlar mülkiyyətində olan torpaq sahəsinə getməmişdir və sonradan ora gedəndə cavabdehin çıxış kimi olan həyətyanı torpaq sahəsini zəbt edərək hasarladığını, bununla da əsas yola olan çıxışını tam bağladığını görmüşdür. O, indi öz mülkiyyətində olan həyətyanı torpaq sahəsinə gedə bilmir və mülkiyyətindən məhrum olmuşdur. Zəbt olunan ərazi onun mülkiyyəti olmaqla, həm də əsas yola olan yeganə çıxışıdır. O,dəfələrlə cavabdehdən zəbt etdiyi torpaq sahəsini boşaltmasını, əsas yola olan çıxışının açılmasını istəsə də, sonuncu qəti olaraq bundan imtina etmişdir. Qeyd etdiyi kimi cavabdeh mülkiyyət hüququ ilə ona məxsus olan torpaq sahəsini qanunsuz hasarlayaraq onun mülkiyyət hüququna maneçiliklər törədərək əsas yola olan çıxışını bağlamışdır. Ona görə də iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir və iddia tələbinin təmin edilməsini xahiş edir. İddiaçı məhkəmə iclasında iddia ərizəsi ilə eyni məzmunda izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeḣ Məzahı̇ r oğlu məhkəmə iclasında iddia tələbini qəbul etmədiyini bildirdi və izahat verərək göstərdi ki, İsmayıllı rayonu, Cülyan kəndində yaşayır. İddiaçının mülkiyyətində olan torpaq sahəsi ona məxsus torpaq sahəsinin qonşuluğunda yerləşir. İddiaçıya məxsus olan torpaq sahəsi əvvəllər babasına məxsus olmuşdur. Babası həmin ərazidən ona torpaq sahəsi vermişdir. Sonradan iddiaçı hansısa yollarla babasına məxsus olmuş torpaq sahəsini öz adına rəsmiləşdirmişdir. Ona məxsus torpaq sahəsi tam olmadığından reyestr xidməti ona mülkiyyət sənədi verməkdən imtina etmişdir. Onun istifadəsində olan torpaq sahəsi iddiaçıya məxsus deyildir. O, iddiaçıya məxsus torpaq sahəsini zəbt etməmişdir. Əksinə iddiaçı ona məxsus torpaq sahəsini zəbt etmişdir. O, iddia tələbini əsassız hesab edir və rədd edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mütəxəssis rəyini və işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş, qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********94 olan xx.xx.2024-cü il tarixli Çıxarışa və çıxarışa əlavə edilmiş həmin tarixli torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, İsmayıllı rayonu, Cülyan kəndi ərazisində yerləşən 0.0773 hektar həyətyanı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 11 nömrəli reyestr kitabının 51 nömrəli vərəqində qeydiyyat alınaraq qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********94 olan xx.xx.2024-cü il tarixli Çıxarış və həmin tarixli torpaq sahəsinin planı və ölçüsü sənədi verilmişdir. İşdə olan “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş 16 oktyabr 2024-cü il tarixli, 3-21-3-42/2- 5659/2024 nömrəli mütəxəssis rəyindən görünür ki, kamerial qaydada elektron məlumat bazasına əsasən araşdırma zamanı məlum olmuşdur ki, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən verilmiş,qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********94 olan xx.xx.2024-cü il tarixli çıxarışa əsasən İsmayıllı rayonu, Cülyan kəndi ərazisində yerləşən İddiaçı xüsusi mülkiyyətinə verilmiş 0.0773 hektar torpaq sahəsinin 0.026 hektar hissəsi Cavabdeh istifadəsindədir. Beləliklə, məhkəmə iş materiallarının tam və hərtərəfli araşdırılması nəticəsində müəyyən etdi ki, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********94 olan xx.xx.2024-cü il tarixli Çıxarış və çıxarışa əlavə edilmiş həmin tarixli torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən İsmayıllı rayonu, Cülyan kəndi ərazisində yerləşən 0.0773 hektar yaşayış məntəqələrinin torpaqları təyinatlı həyətyanı torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçının mülkiyyətində olan torpaq sahəsinin bir hissəsi cavabdehin istifadəsindədir. İddiaçının mülkiyyətində olan torpaq sahəsinin bir hissəsi cavabdehin istifadəsində olduğundan iddiaçının mülkiyyətində olan torpaq sahəsinə giriş-çıxışına maneçilik yaranmışdır. Məhkəmə tərəfindən iddiaçının mülkiyyətində olan torpaq sahəsinin cavabdeh tərəfindən zəbt olunub-olunmamasının müəyyən olunması məqsədi ilə mütəxəssis rəyi verilməsi üçün “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinə sorğu göndərilmişdir. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş 16 oktyabr 2024-cü il tarixli, 3-21-3-42/2-5659/2024 nömrəli mütəxəssis rəyində kamerial qaydada elektron məlumat bazasına əsasən araşdırma zamanı Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən verilmiş, qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********94 olan xx.xx.2024-cü il tarixli çıxarışa əsasən İsmayıllı rayonu, Cülyan kəndi ərazisində yerləşən İddiaçı xüsusi mülkiyyətinə verilmiş 0.0773 hektar həyətyanı torpaq sahəsinin 0.026 hektar hissəsi Cavabdeh istifadəsində olduğu qeyd edilmişdir. Məhkəmə araşdırması zamanı verilmiş sorğunun nəticəsi olaraq hazırda cavabdehin istifadəsində olan mübahisəli torpaq sahəsinə dair iddiaçı ilə cavabdeh arasında hər hansı alğı-satqı müqaviləsinin bağlanmadığı və qeyd edilən torpaq sahəsinin cavabdehin adına qeydə alınması müəyyən edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir,iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini,nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını,həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmə, işin müəyyən edilmiş hallarına əsasən, belə qənaətə gəlir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri əmlak mənsubiyyəti ilə bağlı mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin əşya hüquq münasibətlərini tənzimləyən hüquq normaları əsasında həll olunmalıdır. İddia tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Göstərilən normanın tələbinə görə iddiaçının tələbinin əsaslı olmasını şərtləndirən hallar ondan ibarətdir ki, iddiaçı mülkiyyətində olan torpaq sahəsindən istifadə etməli,əşya cavabdehin sahibliyində olmalı və cavabdehin əşyaya sahiblik hüququ olmamalıdır.Yəni cavabdehin sahibliyi qanunsuz olmalıdır. Məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq ilk növbədə iddia tələbində Azərbaycan Respublikası Mülki Məcəlləsinin müddəalarının cavabdehə münasibətdə məcmu halında mövcud olub-olmaması halının araşdırılmasının zəruriliyini nəzərə alaraq,belə qənaətə gəlir ki, hazırkı iş üzrə iddiaçının xüsusi mülkiyyətində olan 0.0773 hektar həyətyanı təyinatlı torpaq sahəsinin 0.026 hektar hissəsindən cavabdehin çıxarılması,əsas yola olan çıxışın açılması və iddiaçının mülkiyyət hüququna cavabdeh tərəfindən olan maneçiliklərə son qoyulması tələbində göstərilən şərtlər Cavabdeh münasibətdə məcmu halında mövcuddur. Belə ki, iddiaçının mülkiyyət hüquqları dövlət tərəfindən tanınmış və qeydiyyata alınmışdır. Buna baxmayaraq, iddiaçının xüsusi mülkiyyətində olan 0.0773 hektar həyətyanı təyinatlı torpaq sahəsinin 0.026 hektar hissəsi cavabdehin istifadəsində və sahibliyindədir. Cavabdehin həmin torpaq sahəsi üzərində heç bir hüququ qeydiyyata alınmamışdır. Ona görə də cavabdehin sahibliyi qanunsuzdur. İddiaçının cavabdehə qarşı tələb hüququ yaranmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət hüququ,o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçilərin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası qanunvericiliyinin tərkib hissəsi olan «insan hüquqların və azadlıqlarının müdafiəsi haqqında» Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə,qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-152.4,157.2 və 157.4-cü maddələrinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Sahiblik hüququ əmlaka (əşyaya) faktiki sahibliyin həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququəmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Sərəncam hüququ əmlakın (əşyanın) hüquqi müqəddəratını təmin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Mülkiyyətçi özgənin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilərsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər.Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Həmin Məcəllənin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar,bu hüquqların məhdudlaşdırılması,əmələ gəlməsi,başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Həmin Məcəllənin 239.2-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84.1-ci maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin Məcəllənin 84.3-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Həmin Məcəllənin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1-ci maddəsinə müvafiq olaraq mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Həmin Məcəllənin 152.1-ci maddəsinə uyğun olaraq,mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq,ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ-əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən istifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin,habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Beləliklə, məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməli, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş, qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********94 olan xx.xx.2024-cü il tarixli Çıxarışa əsasən İsmayıllı rayonu, Cülyan kəndi ərazisində yerləşən İddiaçı xüsusi mülkiyyətində olan 0.0773 hektar həyətyanı təyinatlı torpaq sahəsinin 0.026 hektar hissəsindən Cavabdeḣ Məzahı̇ r oğlu çıxarılmalı, əsas yola olan çıxış açılmalı və iddiaçının mülkiyyət hüququna cavabdeh tərəfindən olan maneçiliklərə son qoyulmalıdır. Məhkəmə iddia tələbinin mülkiyyətində olan 0.0773 hektar həyətyanı torpaq sahəsindən cavabdehin çıxarılması hissəsinə münasibət bildirərək qeyd edir ki, iddiaçının mülkiyyətində olan 0.0773 hektar həyətyanı təyinatlı torpaq sahəsi bütövlükdə deyil, yalnız 0.026 hektar hissəsi cavabdehin istifadəsindədir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi 0.0773 hektar həyətyanı təyinatlı torpaq sahəsi yalnız cavabdehin istifadəsində olan hissəyə aid hissədə təmin edilməli, qalan hissəsi isə cavabdehin istifadəsində olmadığından təmin edilməməlidir. Azərbaycan Respublikası Mülkü Məcəlləsinin: 170.1. İkitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. 170.3. Heç kəsə icazə verilmir ki, suyun təbii axımını qonşunun ziyanına dəyişdirsin. Aşağı torpaq sahəsi üçün zəruri olan su yuxarı torpaq sahəsi üçün zəruri olan həcmdə axıdıla bilər. Su axıdılarkən aşağıda yerləşən torpaq sahəsinin mülkiyyətçisi əvvəllər ona təbii yolla gəlmiş suyu kompensasiyasız götürməlidir. Əgər suyun buraxılması nəticəsində ona ziyan dəyirsə, tələb edə bilər ki, yuxarıdakı mülkiyyətçi öz hesabına aşağı torpaq sahəsindən nov çəksin. 171.1. Torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səsküyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz. 171.2. Təsirin əhəmiyyətli olduğu, lakin digər torpaq sahəsindən və ya başqa daşınmaz əmlakdan adi istifadədən törəndiyi və istifadəçilərin həmin növü üçün normal təsərrüfat fəaliyyəti sayılan tədbirlərlə qarşısı alına bilmədiyi hallarda da eyni qayda qüvvədə olur. 171.3. Əgər mülkiyyətçi bu cür təsirə dözməyə borcludursa, o, təsiri əmələ gətirən torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisindən, təsirin həmin ərazi üçün təsdiq edilən adi istifadədən və iqtisadi cəhətdən yol verilən hədlərdən yüksək olduğu hallarda pul formasında müvafiq kompensasiya tələb edə bilər. 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, hazırkı iddianın qaldırılması ilə əlaqədar İddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş dövlət rüsumu barədə hər hansı tələb olmadığından iddia tələbi üzrə ödənilmiş dövlət rüsumu məbləği iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. Həmin Məcəllənin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2 və 227.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi qismən təmin edilsin. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş, qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********94 olan xx.xx.2024-cü il tarixli Çıxarışa əsasən İsmayıllı rayonu, Cülyan kəndi ərazisində yerləşən İddiaçı xüsusi mülkiyyətində olan 0.0773 hektar həyətyanı təyinatlı torpaq sahəsinin 0.026 hektar hissəsindən Cavabdeḣ Məzahı̇ r oğlu çıxarılsın, əsas yola olan çıxış açılsın və iddiaçının mülkiyyət hüququna cavabdeh tərəfindən olan maneçiliklərə son qoyulsun. Ödənilmiş dövlət rüsumu məbləği iddiaçının özünə aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №2(037)-1058/2024
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-1058/2024
18.11.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver