Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2317/2023 19.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: torpaq sahəsindən çıxarılma və tikililərin sökülməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (məruzəçi), X3 və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma və tikililərin sökülməsi tələbinə dair iddia ərizəsi ilə bağlı Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)453/23 nömrəli iş üzrə 03 fevral 2023-cü il tarixli qətnaməsindən cavabdehin kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLA Rİ
1. Sumqayıt şəhəri 4 saylı notariat kontorunda təsdiq olunmuş və 4Ə/XXX reyestr nömrəsi ilə qeydə alınmış AN-1 ******* nömrəli 23 iyun 2011-ci il tarixli daşınmaz əmlakın alqı-satqısı müqaviləsinə əsasən XXX ünvanda yerləşən ümumi sahəsi 0,12 ha olan torpaq sahəsindən 0,06 ha torpaq sahəsi 1419“D” nömrəsi ilə 28 oktyabr 2011-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində tam mülkiyyət hüququ üzrə İddiaçı adına AR ƏMDK DƏDRX Sumqayıt ərazi idarəsi tərəfindən verilmiş MA ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla qeydiyyata alınmışdır.
2. Mübahisəli torpaq sahəsinin əvvəlki mülkiyyətçisi Cavabdeh iddiaçıya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, torpaq sahəsinin onun mülkiyyətinə verilm əsi hissəsində və həmin alqı-satqı müqaviləsi və XXX reyestr nömrəli 28 iyun 2011-ci il tarixli bölgü planı əsasında 0,06 ha torpaq sahəsinin tam mülkiyyət hüququ üzrə onun adına 28 oktyabr 2011-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair MA ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə iddiası təmin edilmiş və bu barədə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-XXX/2018 nömrəli iş üzrə 05 fevral 2018-ci il tarixli qiyabi qətnaməsi qəbul olunmuş, lakin iddiaçının ərizəsi əsasında qiyabi qətnamə ləğv edilmiş və işə mahiyyəti üzrə baxılması qərara alınmış, Sumqayıt Şəhər Məhkəməsinin 20 may 2019-cu il tarixli qərardadı ilə iddia ərizəsi baxılmamış saxlanılmış dır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin mübahisəli torpaq sahəsindən çıxarılması və torpaq sahəsində inşa edilmiş tikililərin cavabdehin hesabına sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddianın əsaslarına görə, yaxınlarda ona məlum olmuşdur ki, ona məxsus torpaq sahəsi cavabdeh tərəfindən zəbt olunmuşdur. Həmçinin, zəbt olunmuş sahədə cavabdeh tərəfindən qanunsuz tikililər inşa edilməkdədir. Tərəfindən cavabdehə zəbt olunmuş torpaq sahəsindən çıxması, orada inşa etdiyi tikililəri sökməsi təklif edilsə də, bu heç bir nəticə verməmişdir. Cavabdeh, qanunsuz olaraq ona məxsus torpaq sahəsini zəbt etmiş və halhazırda qanunvericilkilə qorunan hüquq undan istifadə edilməsinə imkan vermir.
5. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-33/2021 nömrəli iş üzrə 22 iyul 2021-ci il tarixli qətnaməsi ilə (hakim R.Qoşqarlı) iddia təmin edilərək, cavabdehin xx.xx.2011-ci il tarixli ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla tam mülkiyyət hüququ üzrə iddiaçıya məxsus XXXD ünvanda yerləşən ümumi sahəsi 0.06 ha torpaq sahəsindən çıxarılması və torpaq sahəsində inşa edilmiş tikililərin cavabdehin hesabına sökülməsi qət edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat
6. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilib, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Sumqayıt Apelyasiya Məhkəmə si Mülki Kollegiyasının 2(105)-271/2022 nömrəli iş üzrə 29 mart 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər L.Məmmədova (sədrlik edən və məruzəçi), T.Quliyev, G.Tağızadə) apelyasiya şikayəti təmin edilərək, Sumqayıt Şəhər Məhkəməsinin 22 iyul 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilməklə, iddia təmin edilməmişdir. c) Kassasiya instansiyası məhkəməsində birinci icraat
8. Qətnamə ilə razılaşmayan iddiaçı ondan kassasiya şikayəti vermişdir.
9. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-4118/2022 nömrəli iş üzrə 17 oktyabr 2022-ci il tarixli qərarı ilə (hakimlər Ə.Nurməmmədov (sədrlik edən və məruzəçi), A.Hüseynov və Z.Əliyev) kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş və mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.
10. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyinə görə, “İddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. Həmin normaya görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Normanın dispozitiv şərtlərinin movcud olması üçün 3 şərtin mövcud olması müəyyən edilməldir: İddiaçı mülkiyyətçi olmalıdır, Əmlak özgəsinin sahibliyində olmalıdır, Özgəsinin əmlaka sahibliyi qanunsuz olmalıdır. Baxılan işdə hər üç şərt mövcuddur. Mübahisəli torpaq sahəsi iddiaçının mülkiyyətindədir, torpaq sahəsi cavabdehin qanunsuz sahibliyindədir. İşdə olan Bakı şəhəri Nərmanov Rayon məhkəməsinin 02 noyabr 2015-ci il tarixli, Sumqayıt Şəhər Məhkəməsinin 11 oktyabr 2019-cu il tarixli qannui qüvvəyə minmiş (həmin qətnamələrdən verilmiş apellyasiya şikayəti və kassasiya şikayəti təmin edilməmişdir) qətnamələri tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsızlığı, ləğvi və reyestrdən çıxarışın ləğvi barədə Cavabdeh iddiası rədd edilmiş, Cavabdeh hazırkı iş üzrə iddia tələbinə etirazının əsasları qismən təkzib edilmişdir. İddianı rədd edən apellyasiya məhkəməsi birinci instansiya məhkəməsində işə baxıdlandan sonra əmələ gəlmiş əsasla, yəni satıcı Cavabdeh torpaq sahəsinə hüququn əmələ gəlməsi üçün əsas olmuş Sumqayıt Şəhər Məhkəməsinin 18 yanvar 2010-cu il tarixli qətnaməsinin Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 01 fevral 2022-ci il tarixli qərardadı ləğv edilməsinə, bununla da torpaq sahəsini iddiaçıya satan cavabdehin həmin torpaq sahəsinə dair mülkiyyət hüququnun tanınmasına əsas olan məhkəmə qətnaməsi mövcud olmadığından həmin torpaq sahəsinə dair iddiaçının hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququnun istisna edilməsinə əsaslanaraq iddianı rədd etmişdir. Apellyasiya instansiyası məhkəməsi bu qənaətə gələrkən nəzərə almamışdır ki, iddiaçı torpaq sahəsi üzərində mülkiyyət hüququ mübahisələndirilməmiş, torpaq sahəsinə mülkiyyət hüququna dair reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməmişdir. Belə olan halda iddiaçının adına torpaq sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatının həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir, dövlət həmin hüququn müdafiəsinə təminat verir.” d) Apellyasiya instansiyası məhkəməsində ikinci icraat
11. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105 )-453/2023 nömrəli iş üzrə 03 fevral 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər İ.Dəmirov (sədrlik edən və məruzəçi), Z.Məmmədov və L.Rəhimli) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsaslarına görə, “Məhkəmə kollegiyasının iclasında aparılmış araşdırma zamanı müəyyən edildi ki, satıcı Cavabdeh ilə alıcı İddiaçı arasında bağlanmış 23 iyun 2011-ci il tarixli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinə əsasən satıcı özünə məxsus XXX ünvanında yerləşən ümumi sahəsi 0,12 ha olan torpaq sahəsindən 0,06 ha olan hissəsini 5400 manata alıcı İddiaçı mülkiyyətinə vermiş, həmin alqı-satqı müqaviləsinə əsasən XXXD ünvanında yerləşən ümumi sahəsi 0,06 ha olan torpaq s ahəsi İddiaçı adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən qeydiyyata alınmış və bu barədə ona Çıxarış verilmiş, torpaq sahəsinin həmin hissəsi üzərində Cavabdeh qanunla qorunan hər hansı hüquqları əmələ gəlməsə də, o, iddiaçıya məxsus torpaq sahəsini zəbt etmiş, orada tikinti işləri aparmış, iddiaçı həmin torpaq sahəsinin boşaldılaraq ona təhvil verilməsi barədə cavabdehə müraciət etsə də, cavabdeh bundan imtina etmiş, bununla da, iddiaçı mülkiyyətində olan XXXD saylı, 0,06 ha torpaq sahəsindən öz istədiyi kimi istifadə etmək hüququndan məhrum olmuşdur.... mübahisəli torpaq sahəsinin iddiaçıya məxsus olması faktı yuxarıda qeyd edilən işin halları baxımından mübahisəsizdir. Həmin torpaq sahəsi hazırda cavabdehin qanunsuz sahibliyində və istifadəsindədir. Məhkəmə, iddiaçının h əmin torpaq sahəsinin onun qanunsuz istifadəsindən və sahibliyindən geri tələb etməsinə baxmayaraq, cavabdeh şəxsin torpaq sahəsini boşaltmaqdan imtina etməsini və iddiaçının hazırda həmin torpaq sahəsindən istifadə edə bilməməsini onun hüquqi qüvvəyə malik olan müqavilə əsasında yaranmış ona mənsub olan torpaq sahəsinə istədiyi kimi sahib olmaq, ondan istifadə etmək hüquqlarının qanunsuz olaraq məhdudlaşdırılması kimi qiymətləndirir. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı Cavabdeh İddiaçı qarşı “alqısatqı müqaviləsinin və çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmiş, Sumqayıt Şəhər Məhkəməsinin 11 oktyabr 2019-cu il tarixli, 2(060)-XXX/2019 nömrəli qətnaməsi ilə iddia rədd edilmiş və Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(105)-XXX/2020 nömrəli qətnaməsi ilə iddiaçı Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin 11 oktyabr 2019-cu il tarixli, 2(060)-XXX/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.... Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin «satılan torpaq sahəsinin pulunun iddiaçı tərəfindən verilmədiyini və bu səbəbdən onun mübahisəli torpaq sahəsinin üzərində ev tikdiyini bildirməsi» dəlili ilə bağlı aşağıdakıları qeyd edir. Belə ki, tərəflər arasında bağlanmış 23 iyun 2011-ci il tarixli Daşınmaz Əmlakın AlqıSatqı Müqaviləsinin 4-cü bəndindən görünür ki, satıcı torpaq sahəsini İddiaçı 5400 manata satmış, alıcı isə həmin qiymətə almış, müqavilənin 5-ci bəndindən isə görünür ki, alıcı torpaq sahəsini bu müqavilə nin 4-cü bəndində nəzərdə tutulan qiymətini nağd şəkildə tam ödəmiş, satıcı isə həmin məbləği bütünlüklə qəbul etmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası həmçinin qeyd edir ki, apellyasiya şikayətində mübahisəli torpaq sahəsində tikilmiş tikilidə digər şəxslərin də yaşaması qeyd olunsa da,həmih tikiliyə dair digər şəxslərin hər hansı subyektiv hüquqlarının olması iş materialları ilə təsdiq olunmur. Buna görə apellyasiya şikayətinin qeyd olunan dəlilləri əsassızdır.” KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
13. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə razılaşmayan cavabdeh ondan kassasiya şikayəti verərək, qətnamənin ləğv edilib, iddianın təmin edilməsini xahiş etmişdir.
14. Kassasiya şikayətinin dəlillərinə görə, iddiaçı cavabde hin etibarından istifadə edərək, bütöv torpaq sahəsinin məhkəmə və dövlət reyestrində sənədləşməsi ilə özü məşğul olmuş və sənədləşmədən sonra ona torpağın pulunu verəcəyini vəd etmiş, lakin satılan torpağın pulunu verməmişdir. Mübahisəli torpaq sahəsinin üzərində o, ev tikmiş, həmin evdə onunla bərabər qardaşı və vəfat etmiş bacısının üç uşağı yaşayır və həmin torpaq sahəsindən istifadə edirlər. Qeyd olunduğu kimi tərəflər arasında torpağın alqı- satqısına dair müqavilə olsa da, iddiaçı tərəfindən müqavilənin şərtlərinə əməl edilməmiş və pul ödənilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Kassasiya şikayətinə qarşı iddiaçının etirazının dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsaslarına uyğun olmuşdur. TƏTBİQ EDİLƏN HÜQUQ
16. Azərbaycan Respubli kasının Konstitusiyası: Maddə
13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər; Maddə
29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır; İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur; İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir; Maddə
60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. 17. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya: Maddə
6. Ədalətli məhkəmə araşdırması hüququ
1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. 18. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyaya dair Protokol: Maddə
1. Mülkiyyətin müdafiəsi Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraql ara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır.
19. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə
140. Daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir; Maddə 148.2. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir; Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etm ək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; Maddə 152.5. Mülkiyyətçi müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; Maddə 238.1. Daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir; Maddə 239.2. Fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir.
20. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə
67. Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatının məcburiliyi
1. Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır; Maddə
68. Torpaq sahələri üzərində hüquqların yaranma vaxtı Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır; Maddə
111. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaqların qaytarılması
1. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur;
2. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır;
3. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. 21. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənə dlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir; Maddə 16.6. Dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir.
22. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Maddə 106.1. İşdə iştirak edən şə xslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir; Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfind ən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır; Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır; Maddə 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər; Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır; Maddə 418.3. Proses sual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
23. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilib, işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
24. Kassasiya şikayətində qətnamənin ləğvi xahiş edildiyi üçün, apellyasiya instansiyasının yekun məhkəmə aktı şikayətdə irəli sürülən dəlillər üzrə tam yoxlanılır.
25. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən, kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Həmçinin, iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellylasiya instansiyası məhkəməsinin qətnaməsinin tam yaxud qismən ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
27. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları və apellyasiya şikayətinin dəlilləri üzrə lazımi araşdırma aparılmış, sübutetmə yükü düzgün bölüşdürülmüş, sübutlara hüquqi qiymət verilmişdir.
28. İlk olaraq, hər hansı üçüncü şəxsin törətdiyi pozuntudan mülkiyyətçinin əşya hüquqları məhkəmə müdafiəsi üsulu ilə müdafiə edilir. Belə hüquqi müdafiə üsulunun əsas məqsədi ya mülkiyyətçiyə ona məxsus olan sahiblik, əmlakdan istifadə və onun üzərində sərəncam vermək hüquqlarını bərpa etməkdən, ya da bu hüquqların həyata keçirilməsinə mane olan halları aradan qaldırmaqdan ibarətdir. Bu üsulun əsas istiqaməti subyektiv hüquq olan mülkiyyət hüququnu bilavasitə müdafiə etməklə şərtlənir.
29. Mülkiyyətin məhkəmə müdafiəsi hüququ iddia vasitə silə həyata keçirilir. Bu iddia əşya hüququnu pozan hər bir şəxsə qarşı irəli sürülür. Əşya-hüquqi iddialara vindikasiya iddiası, neqator iddia və mülkiyyət hüququnun tanınması barədə iddialar daxildir. Hər üç iddia petitor iddiadır. Petitor iddia dedikdə, mülkiyyət hüququ barədə verilən iddia başa düşülür.
30. Vindikasiya iddiası petitor iddianın əsas növü sayılır. Vindikasiya iddiası özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etmək barədə iddiadır. Bu, mülkiyyətçinin əşyaya sahibliyi itirdiyi hal üçün müəyyən edilmişdir və əmlakı özgənin qeyri-qanuni sahibliyindən məcburi tələb etməkdən ibarətdir. Vindikasiya iddiasının anlayışı Mülki Məcəllənin 157.2-ci maddəsində verilmişdir. Həmin anlayışa görə, vindikasiya iddiası əşyaya sahib olmayan mülkiyətçinin ona sahib olan qeyri-m ülkiyyətçiyə qarşı iddiasıdır. Bununla da, vindikasiya prosesində tərəflər: iddiaçı, əşyaya faktikı sahibliyiyni itirmiş mülkiyyətçi, cavabdeh isə vicdanlı və vicdansız olmasından asılı olmayaraq, əşyaya faktiki malik olan sahibdir. Vindikasiya hüququnun subyekti tələb olunan şeyə öz hüququnu, yaxud ona sahibliyinin əsasını (titul) sübut etməli olan əmlak mülkiyyətçisidir. Burada borclu subyekt iddanın qaldırıldığı anda əşyaya malik olan qeyriqanuni sahibdir. Vindikasiya obyekti natura şəklində fərdi müəyyən edilə bilən əşya olmalıdır.
31. Həmçinin, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıd ır. Sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması deməkdir. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyinəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məh kəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi məhkəmələr tərəfindən ədalətli məhkəmə araşdırması hüququ ilə bağlı irəli sürülən tələblərə əməl edilməməsini həmin hüququn pozulması kimi qəbul edərək, bir sıra qərarlarında bununla bağlı hüquqi mövqelərini ifadə etmişdir. Belə ki, Avropa Məhkəməsi “Van de Huk Niderlanda qarşı” iş üzrə xx.xx.1994-cü il tarixli Qərarın da sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Konstitusiya Məhkəməsinin Plenumu da qərarlarında qeyd etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərar).
32. Bu kontekstdən kassasiya şikayətinə gəldikdə, şikayətin dəlilləri apellyasiya şikayətinin dəlillərini təkrarlamışdır, eyni dəlillərə apellyasiya instansiyası məhkəməsinin qətnaməsində hüquqi qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırma ilə razılaşır.
33. Beləliklə, mülki işə kassasiya qaydasında bax an məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.
34. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-453/23 nömrəli iş üzrə 03 fevral 2023-cü il tarixli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.