Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-5929/2025 25.12.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı nümayəndəsi X3, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «torpaq sahəsindən istifadəyə və hasarın çəkilməsinə yaradılmış maneələrin aradan qaldırılması və qanunsuz hərəkətlərin cavabdehə qadağan edilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı «torpaq sahəsindən istifadəyə və hasarın çəkilməsinə yaradılmış maneələrin aradan qaldırılması və qanunsuz hərəkətlərin cavabdehə qadağan edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, onun mülkiyyətində olan və Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,12 ha torpaq sahəsinin plan və ölçüsündə göstərilən koordinatları əsasında onun tərəfindən daş hasarın çəkilməsinə və torpaq sahəsindən istifadəyə Cavabdeh Bəyməmməd oğlu tərəfindən yaradılmış maneələrə son qoyulması və bu hərəkətlərin ona qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi X5 məhkəmə iclasında izahat verərək bildirdi ki, Cavabdeh onun doğma əmisidir. Onlar vaxtilə cavabdehdən 12 sot torpaq sahəsi almış, torpağın alqısatqısı müvafiq notarius orqanında rəsmiləşdirilmiş və DƏDRX-dən çıxarış verilmişdir. Lakin cavabdeh onlara həmin torpaq sahəsində hasar tikməyə icazə vermir. Onların sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını təsdiq edən rəsmi sənədləri vardır. Həmçinin məhkəmə tərəfindən qəbul edilmiş qətnamə əsasında ərazidə hasar tikmək istəyirlər. Odur ki, qeyd edilənlərə əsasən o, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək bildirdi ki, o, hələ vərəsəlik hüququ almadan iddia ərizəsində qeyd edilmiş torpaq sahəsi alqı-satqı edilmişdir. O, alqı-satqı müqaviləsinin ləğv edilməsi barədə iddia qaldırmışdır. Ev kitabında vətəndaşların ad və soyadında yanlışlıqlara yol verilmişdir. Həmçinin bacısı da ona öz payını bağışlamışdır. Buna baxmayaraq o, torpaq sahəsində iddiaçı tərəfindən hasar tikilməsinə etiraz etmir. Məhkəmə baxışı zamanı aydın olmuşdur ki, İddiaçı Cavabdeh kimi göstərib iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun mülkiyyətində olan və Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,12 ha torpaq sahəsinin plan və ölçüsündə göstərilən koordinatları əsasında onun tərəfindən daş hasarın çəkilməsinə və torpaq sahəsindən istifadəyə Cavabdeh Bəyməmməd oğlu tərəfindən yaradılmış maneələrə son qoyulması və bu hərəkətlərin ona qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etsə də iddia ərizəsi İddiaçı tərəfindən imzalanmamışdır. Azərbaycan Respublikası MPM-nin 259.0.3-cü maddəsinə əsasən ərizə imzalanmadıqda, yaxud buna səlahiyyəti olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalandıqda məhkəmə ərizənin baxılmamış saxlanması haqqında qərardad çıxarır. Azərbaycan Respublikası MPM-in 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Bundan əlavə iş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli, **********30 nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı Abşeron Rayon Məhkəməsinə iddia ərizəsi verilməsi üçün 100 (yüz) manat məbləğində dövlət rüsumunu xx.xx.2025-ci ildə saat 15:41-də Dövlət Büdcəsinə ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, dövlət rüsumu geri qaytarılır. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.2-ci maddəsinə əsasən ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə dövlət rüsumu geri qaytarılır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 259, 260, 263, 264, 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı «torpaq sahəsindən istifadəyə və hasarın çəkilməsinə yaradılmış maneələrin aradan qaldırılması və qanunsuz hərəkətlərin cavabdehə qadağan edilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki iş baxılmamış saxlanılsın. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçı qaytarılsın. İddiaçı Cavabdeh qarşı «torpaq sahəsindən istifadəyə və hasarın çəkilməsinə yaradılmış maneələrin aradan qaldırılması və qanunsuz hərəkətlərin cavabdehə qadağan edilməsi» tələbinə dair 2(012)-5929/2025 saylı mülki iş üzrə xx.xx.2025-ci il tarixli, **********30 nömrəli mədaxil qəbzindən ödəmiş olduğu 100 (yüz) manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən İddiaçı qaytarılsın. Qərardadın dövlət rüsumunun qaytarılması hissəsinin icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyinin X1 İdarəsinə həvalə edilsin. Qərardad tərəfə rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) şikayət verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-5929/2025
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-5929/2025
25.12.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver