Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-199/2023 07.08.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh5 Camaləddin qızına, Cavabdeh2 və Cavabdeh3 qarşı mülki iş üzrə (Açar sözlər: mülkiyyətin müdafiəsi, torpaq mübahisəsi, torpaq sahəsinin zəbt edilməsi, torpaqdan istifadəyə olan maneənin aradan qaldırılması, sübutların qiymətləndirilməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X27 (sədrlik edən və məruzəçi), Əhmədov Elman Məmməd oğlu və X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi X11, İddiaçı, cavabdehlər Cavabdeh3, onun nümayəndəsi və vəkili Vəkil, digər cavabdehlər Cavabdeh1 və Cavabdeh4 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh5 Camaləddin qızına, Cavabdeh2 və Cavabdeh3 qarşı özgənin qanunsuz sahibliyindən əmlakın geri tələb edilməsi tələbinə dair mülki iş üzrə Şabran Rayon Məhkəməsinin 27 may 2022-ci il tarixli, 2(031)- 495/2022 nömrəli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakıları müəyyən etdi İşin halları
1. Torpağa Mülkiyyət Hüququna Dair JN-143 Kod 30407038 saylı Dövlət Aktından görünür ki, Dəvəçi rayonu Aqrar İslahat Komissiyasının 26 dekabr 1997-ci il tarixli, 12 saylı qərarına əsasən X7 və ailə üzvlərinin (o. cümlədən İddiaçı Mizafəddin oğlu) mülkiyyətinə kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə 2.75 hektar torpaq sahəsi verilmişdir.
2. Torpağa Mülkiyyət Hüququna Dair JN-0073 Kod 30407038 saylı Dövlət Aktından görünür ki, Dəvəçi rayonu Aqrar İslahat Komissiyasının 26 dekabr 1997-ci il tarixli 12 saylı qərarına əsasən X1 və ailə üzvlərinin mülkiyyətinə kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə 2.78 hektar torpaq sahəsi verilmişdir.
3. Mülki işin materiallarında olan iş üzrə təyin edilmiş Məhkəmə Ekspertiza Mərkəzinin 05 yanvar 2018-ci il tarixli 25889 saylı rəyindən Şabran rayonu Zeyvə kəndi ərazisində yerləşən «Torpağa mülkiyyət hüququna dair» JN-143, kod 30407038 saylı Dövlət aktındakı mülk nömrəsi 143, sahəsi 21322.90 kvm olan torpaq sahəsinin və «Torpağa mülkiyyət hüququna dair» JN- 0073, kod 30407038 saylı Dövlət aktındakı mülk nömrəsi 73D, sahəsi 21618,30 kvm olan torpaq sahəsinin sərhədləri elektron məlumatlarda olan formada koordinatları naturada müəyyən edilərək, «Torpağa mülkiyyət hüququna dair» JN-143, kod 30407038 saylı Dövlət aktına əsasən mübahisəli torpaq sahəsinin cavabdehin mülkiyyətinə verildiyi, lakin elektron baza məlumatlarında isə mübahisəli torpaq sahəsinin iddiaçının mülkiyyəti kimi göründüyü müəyyən edilmişdir.
4. Şabran Rayon Məhkəməsinin 2(031)-875/2018 nömrəli, 08 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı X4 qarşı torpağa mülkiyyət hüququna dair JN:0073, kod 30407038 saylı Dövlət Aktının etibarsız hesab edilməsi və özgənin qanunsuz sahibliyindən əmlakın geri tələb edilməsi tələbinə dair iddiası qismən təmin edilmiş, torpağa mülkiyyət hüququna dair JN:0073, kod 30407038 saylı Dövlət Aktı etibarsız hesab edilmişdir.
5. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07 noyabr 2019-cu il tarixli qətnaməsi ilə cavabdeh X1 apellyasiya şikayəti təmin edilmiş, Şabran Rayon Məhkəməsinin 2(031)-875/2018 nömrəli, 08 oktyabr 2018-ci il tarixli qətnaməsi ləğv edimiş, İddiaçı Müzafəddin oğlunun cavabdeh X5 qarşı «Torpağa mülkiyyət hüququna dair» dövlət aktının etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməmişdir.
6. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 01 iyul 2020-ci il tarixli qərarına əsasən iddiaçı X23 oğlunun kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07 noyabr 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, İddiaçı Müzafəddin oğlunun cavabdeh X5 qarşı «Torpağa mülkiyyət hüququna dair» dövlət aktının etibarsız hesab edilməsi tələbinə dair iş üzrə icraata xitam verilmişdir.
7. Şabran Rayon Məhkəməsinin 2(031)-38/2018 saylı, 08 fevral 2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, JN-143, kod 30407038 Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktında mülkün nömrəsi 143, sahəsi 21322.90 kvm olaraq göstərilən torpaq sahəsinin sərhədlərinin naturada müəyən edilməsi və 21322.90 kvm torpaq sahəsinin cavabdeh X2 qanunsuz sahibliyindən İddiaçı və ailə üzvlərinə geri qaytarılması qət edilmişdir.
8. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2(105)-2276/2018 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, Şabran rayon məhkəməsinin 08 fevral 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia tələbi rədd edilmişdir.
9. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 17 dekabr 2018-ci il tarixli, 2(102)-8461/2018 saylı qərarı ilə İddiaçı Müzəffəddin oğlunun kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2(105)-2276/2018 nömrəli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir.
10. Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 06 aprel 2022-ci il tarixli qərardadı ilə Şabran Rayon Məhkəməsinin 08 fevral 2018-ci il tarixli, 2(031)-36/2018 nömrəli qətnaməsi ləğv edilmiş, İddiaçı Müzəfədddin oğlunun cavabdeh X4 qarşı torpaq sahəsinin sərhədlərinin müəyyən edilməsi və özgənin qanunsuz sahibliyindən əmlakın geri tələb edilməsinə dair mülki iş üzrə icraata cavabdeh X8 öldüyü üçün xitam verilmişdir.
11. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-199/2023 nömrəli, 17 yanvar 2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli məlumatına əsasən mütəxəssis rəyinin təqdim olunmaması səbəbindən iş üzrə ekspertizanın aparılmasından imtina edilmişdir.
12. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/3652 nömrəli ekspert rəyindən müəyyən olunur ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyinde Daşınmaz Əmlakın Dövlət Kadastrı ve Reyestri Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdaresinin mütəxəssis rəyinə əsasən Torpağa Mülkiyyət Hüququna Dair JN-143 Kod 30407038 saylı Dövlət Aktı ilə X7 və ailə üzvlərinin mülkiyyətinə Şabran (Dəvəçi) rayonu, Zeyvə kəndi ərazisində iki hissədən 143/2.13229 ha və 143z0.615212 ha olmaqla cəmi 2,78 hektar torpaq sahəsi verilmişdir. İddiaçı bildirdiyinə görə mübahisələndirdiyi 143/2.13229 ha torpaq sahəsini onların mülkiyyətinə verilən gündən 2016-cı ilə qədər dövlət aktında göstərilən koordinatlara uyğun, Pirəbədil-Zeyvə yolunun şimal hissəsində yerləşən ərazidən istifadə edib. İddiaçı ve ailə üzvlərinin mülkiyyətinə verilmiş dövlət aktında 143/2.13229 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatları da Pirəbədil-Zeyvə yolunun şimal hissəsində yerləşən əraziyə tərtib olunmuşdur. Həmin mütəxəssis rəyinə əsasən Torpağa Mülkiyyət Hüququna Dair JN-0073 Kod ******* saylı Dövlət Aktı ilə X9 və ailə üzvlərinin mülkiyyətinə Şabran (Dəvəçi) rayonu, Zeyvə kəndi ərazisində iki hissədən 73D2.161836 ha və 73Z0.615215 ha olmaqla cəmi 2.78 hektar torpaq sahəsi verilmişdir. Cavabdeh3 Cəmaləddin oğlunun bildirdiyinə görə mübahisələndirilən 73D2.161836 ha torpaq sahəsini onların mülkiyyətinə verilən gündən 2016-cı ilə qədər dövlət aktında göstərilən koordinatlara uyğun, Zeyvə-Qurupir yolunun şimal-şərq hissəsində yerləşən ərazidən istifadə edib. Cavabdeh3 Cəmaləddin oğlu və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş dövlət aktında 73/2.161836 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarında Zeyvə-Qurupir yolunun şimal-şərq hissəsində yerləşən əraziyə tərtib olunmuşdur. Qeyd olunan mütəxəssis rəyinə əsasən torpağa mülkiyyət hüququna dair JN-143- kod ******* saylı Dövlət Aktı ilə X7 və ailə üzvlərinin mülkiyyətində olan 2.75 ha torpaq sahəsinin 143/2.13229 ha hissəsini onlara verilmiş dövlət aktındakı koordinantlar ilə müqayisə etdikdə cavabdehlər Cavabdeh1 Cəmaləddin qızı, Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 Cəmaləddin oğlu tərəfindən heç bir müdaxilə yoxdur. Mütəxəssis rəyində qeyd olunur ki, iddiaçı, ailə üzvlərinə və cavabdehlərə məxsus qeyd edilən torpaq sahələri (2.75 ha, 2.78 ha) sənəd üzrə üst-üstə düşmür. İddiaçı və ailə üzvlərinə, cavabdehlərə məxsus qeyd edilən torpaq sahələrini (2.75 ha, 2.78 ha) sənəd üzrə müqayisə etdikdə məlum oldu ki, onların mülkiyyətinə verilmiş dövlət aktlarındakı koordinantlar hava xətti ilə bir birindən təqribən 1844 metr aralıda yerləşir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
13. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh5, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia qaldıraraq “torpağa mülkiyyət hüququna dair JN-0073, kod 30407038 olan dövlət aktındakı mülkün nömrəsi 73 D, sahəsi 21618,36 kv.m. olaraq göstərilən torpaq sahəsinin cavabdehlərin qanunsuz sahibliyindən alınaraq, ona geri qaytarılması” barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
14. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Dəvəçi rayonu Aqrar İslahatı Komissiyasının 26 dekabr 1997-ci il tarixli 12 nömrəli qərarı ilə onun, X7, X15, X6, X16, X10, X12, X14 ümumi mülkiyyətinə Şabran rayonu, Zeyvə kəndi ərazisindən kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə 2.75 hektar torpaq sahəsi verilmişdir. Onlara torpağa mülkiyyət hüququna dair JN-143, kodu 30407038 olan dövlət aktı verilmişdir. ƏMDK yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinin Şabran rayon şöbəsinə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almaq məqsədilə müraciət edərkən həmin torpaq sahəsi elektron bazada yoxlanılmış və bildirilmişdir ki, torpağa mülkiyyət hüququna dair JN- 143, kodu 30407038 olan dövlət aktında mülkün nömrəsi 143, sahəsi 21322.90 kv.m olan torpaq sahəsinin faktiki yerləşdiyi yer ilə dövlət aktının plan və cizgisində göstərilən yer arasında ziddiyyət vardır. Belə ki, həmin torpaq sahəsi dövlət aktının plan və cizgisində göstərilən torpaq sahəsi ilə üst-üstə düşmür, cavabdehlərin faktiki istifadəsindədir. O, vaxtı ilə “Torpağa mülkiyyət huququna dair» JN-0073, kod 30407038 saylı dövlət aktında adları göstərilən şəxslərdən X4 qarşı məhkəmədə torpaq sahəsinin sərhədlərinin naturada müəyyənləşdirilməsi, özgəsinin qanunsuz sahibliyindən əmlakın geri tələb edilməsi tələbinə dair iddia qaldırmışdır. İş məhkəmənin icraatında olarkən ekspertiza keçirilmiş, Məhkəmə Ekspertiza Mərkəzinin 05 yanvar 2018-ci il tarixli, 25889 saylı rəyində qeyd olunmuşdur ki, Şabran rayonu Zeyvə kəndi ərazisində yerləşən «Torpağa mülkiyyət huququna dair” JN-143, kod 30407038 saylı dövlət aktındakı mülkün nömrəsi 143, sahəsi 21322.90 kv.m. olan torpaq sahəsinin və «Torpağa mülkiyyət huququna dair» JN-0073, kod 30407038 saylı dövlət aktındakı mülk nömrəsi 73D, sahəsi 21618,36 kv.m. olan torpaq sahəsinin sərhədləri elektron məlumatlarda olan formada koordinatları naturada müəyyən edilərək, «Torpağa mulkiyyət huququna dair» JN-143, kod 30407038 saylı dövlət aktına əsasən mübahisəli torpaq sahəsinin cavabdehin mülkiyyətinə verildiyi, lakin elektron baza məlumatlarında isə mübahisəli torpaq sahəsinin iddiaçının mülkiyyəti kimi göründüyü müəyyən edilmişdir. Nəticədə Şabran Rayon Məhkəməsinin 08 fevral 2018-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Lakin sonradan tərəflər arasında bir sıra məhkəmə mübahisələri olmuş və sözügedən qətnamə ləğv edilmişdir. Belə ki, qeyd olunan mülki iş üzrə məhkəmə icraatı zamanı cavabdeh X8 vəfat etdiyindən Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə icraata xitam verilmişdir. Bu səbəbdən də hazırda «Torpağa mülkiyyət hüququna dair» JN0073, kod 30407038 saylı dövlət aktında adları göstərilən digər şəxslərə qarşı iddia qaldırmışdır. Cavabdehlərin faktiki istifadə etdikləri torpaq sahəsinin iddiaçıya ayrılmış torpaq sahəsinə aid olması işin mübahisə edilməyən halları ilə müəyyən edilmişdir. Göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir.
15. Şabran Rayon Məhkəməsinin 27 may 2022-ci il tarixli, 2(031)-495/2022 nömrəli qətnaməsi ilə (hakim Ç.İsgəndərov) iddia təmin edilmiş, Torpağa mülkiyyət hüququna dair JN- 0073, kod 30407038 olan dövlət aktındakı mülk nömrəsi 73 D, sahəsi 21618,36 kv.m. olaraq göstərilən torpaq sahəsinin cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh5, Cavabdeh2 və Cavabdeh3 qanunsuz sahibliyindən onlara geri qaytarılması qət edilmişdir.
16. Birinci instansiya məhkəməsi öz mövqeyini iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 17 dekabr 2018-ci il tarixli, 2(102)-8461/2018 saylı qərarında qeyd edilənlərə istinadla əsaslandırmışdır. (sözügedən iddia üzrə yenidən işə baxılarkən Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə Şabran Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ləğv edilərək, iş üzrə icraata xitam verilmişdir)
17. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyası 13, 29-cu maddələri, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2, 157.4-cü maddələri, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 4.2, 65.2, 68, 84.1, 103.1 və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 82.3, 88, 106.1, 217.ci maddələrinə istinad edərək əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat Apellyasiya şikayətinin dəlilləri
18. Qətnamədən Cavabdeh3 apellyasiya şikayəti verərək Şabran Rayon Məhkəməsinin 27 may 2022-ci il tarixli, 2(031)-495/2022 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.
19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuz və əsassızdır. Belə ki, hazırkı torpaq sahəsinə dair tərəflər arasında bir çox məhkəmə mübahisələri mövcud olmuş və həmin mübahisələrə dair məhkəmə aktları iş materiallarına əlavə edilmişdir. İddia tələbini təmin edən məhkəmə, Şabran Rayon Məhkəməsinin 08 oktyabr 2018-ci il tarixli, 2(031)-875/2018 saylı qətnaməsini nəzərə almamışdır. Belə ki həmin qətnamə ilə İddiaçı X4 qarşı torpağa mülkiyyət hüququna dair JN:0073, kod 30407038 saylı Dövlət Aktının etibarsız hesab edilməsi və özgənin qanunsuz sahibliyindən əmlakın geri tələb edilməsi tələbi barədə iddiası qismən təmin edilmiş, torpağa mülkiyyət hüququna dair JN:0073, kod 30407038 saylı Dövlət Aktı etibarsız hesab edilmiş, özgənin qanunsuz sahibliyindən əmlakın geri qaytarılması tələbi təmin edilməmiş və həmin hissədə qətnamədən iddiaçı tərəfindən apellyasiya şikayəti verilməmişdir. Göründüyü kimi məhkəmə hazırkı qətnamə ilə əvvəllər təmin edilməmiş iddianı təmin edir. Bundan başqa məhkəmə öz qətnaməsində daha əvvəlki mübahisələr üzrə qəbul edilmiş məhkəmə aktında göstərilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Komitəsi Daşınmaz Əmlakın Kadastrı Və Ünvan Reyestri Xidməti "xxxx" MMC-nin xx.xx.2019-cu il tarixli məktubuna, Məhkəmə Ekspertiza Mərkəzinin 18494 saylı, xx.xx.2019-cu il tarixli ekspert rəyinə istinad etsə də, iş üzrə düzgün nəticəyə gəlməmişdir. Göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməlidir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlillər
20. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
21. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, iddia əsassızdır. İş üzrə məhkəmə tikinti ekspertizasının rəyi ilə cavabdehlər tərəfindən iddiaçıya məxsus torpaq sahəsinin zəbt edilməməsi sübut olunmuşdur. İşə baxan məhkəmə kifayət qədər əsas olmadan iddianı təmin etmişdir. İş üzrə Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/3652 nömrəli ekspert rəyində müəyyən edilmişdir ki, hazırkı iş üzrə tərəflərə məxsus torpaq sahələri qonşu torpaq sahələri deyildir. Habelə iddiaçıya məxsus torpaq sahəsinə cavabdehlər tərəfindən hər hansı kənar müdaxilə edilmir. Bununla belə işə baxan məhkəmə kifayət qədər araşdırma aparmadan əsassız və qanunsuz qətnamə qəbul etmişdir. Göstərilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
22. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh3 apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, iddia əsassızdır. İş üzrə məhkəmə tikinti ekspertizasının rəyi ilə cavabdehlər tərəfindən iddiaçıya məxsus torpaq sahəsinin zəbt edilməməsi sübut olunmuşdur. Göstərilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
23. Məhkəmə iclasında iştirak etmiş İddiaçı Müzəffəddin oğlu apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, cavabdehlər tərəfindən ona məxsus torpaq sahəsi zəbt edilmişdir. Bu fakt iş materiallarında olan daha öncəki məhkəmə aktlarında təstiq olunur. Hazırkı ekspert rəyi əsaslı deyil. Ona məxsus olan torpaq sahəsinin elektron xəritəsində qonşu torpaq sahələrinin kodları da qeyd olunmuşdur. Həmin xəritədə cavabdehlərin torpaq sahələrinin kodu yoxdur. Yəni cavabdehlərin torpaq sahələri ona məxsus torpaq sahəsi ilə qonşuluqda yerləşə bilməz. İş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Göstərilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
24. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 iddia tələbinin əsassız olduğunu bildirdi. Cavabdehin apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, iş üzrə ekspert rəyi də sübut edir ki, onlar iddiaçıya məxsus hər hansı torpaq sahəsindən istifadə etmirlər. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
25. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh4 apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, onların torpaq sahəsi ilə iddiaçının torpaq sahəsi qonşu torpaq sahələri deyil. Ekspert rəyi də bu faktı təstiq etmişdir. İddiaçının torpaq sahəsi onlar tərəfindən istifadə edilmir. Göstərilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
26. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, digər cavabdehlər Cavabdeh5 Camaləddin qızı və Cavabdeh2 səbəb və mümkünsüzlüyünü bildirmədən məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
27. Azərbaycan Respublikası Konstitusiyası; 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. 29-cu maddəsinin 2-ci və 3-cü hissələrinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir və mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
28. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 16.1-cı maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir 139.1-ci maddəsinə görə, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 152.5 və 152.6-cı maddələrinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.4-cü maddəsinə görə, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vastəsilə tələb edə bilər. 164.1-ci maddəsinin tələblərinə görə sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. 238.1 və 238.3-cü maddələrinə əsasən daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Torpaq sahəsinin mülkiyyətçisi, əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa və digər şəxslərin hüquqlarını pozmursa, həmin sahənin üstündə və altında olan hər şeydən istifadə edə bilər. 239.2-ci maddəsinə görə fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir.
29. Azərbaycan Respublikası Torpaq Məcəlləsi:
67.1-ci maddəsinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 68-ci maddəsinə görə torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. 84.1-ci maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. 111.1-ci, 111.2-ci və 111.3-cü maddələrinin tələblərinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt olunmuş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyati üzrə geri qaytarılmalıdırr. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililərin və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.
30. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 97.5-ci maddəsinə əsasən tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
Apellyasiya baxışının hədləri
31. Apellyasiya şikayətindən görünür ki, apellyator Cavabdeh3 birinci instansiya məhkəməsinin qətnaməsini tam həcmdə mübahisələndirərək, tam ləğv olunmasını xahiş edir.
32. Ona görə də kollegiya birinci instansiya məhkəməsinin qətnaməsini bölünməz olması baxımından tam həcmdə yoxlanılmasını vacib hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
33. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işdə iştirak etmiş tərəflərin izahatları və iş materialları ilə birlikdə əlaqəli şəkildə təhlil edərək belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunaraq, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iş üzrə iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməlidir.
34. Belə ki, hazırki mübahisə torpaq sahəsinin zəbti ilə bağlıdır. Araşdırılan işdən müəyyən olunur ki, iddiaçı tərəf mülkiyyətində olan torpaq sahəsinin bir hissəsinin cavabdehlər tərəfindən qanunsuz istifadə edildiyini bildirir və onun zəbt olunan hissədən çıxarılmaqla mülkiyyət hüququnun bərpa olunmasını tələb edir.
35. Hər iki tərəf mübahisələndirilən torpaq sahəsinin onların mülkiyyətində olmasını iddia edir. Belə ki, müvafiq olaraq iddiaçı və cavabdehlərin hüquqmüəyyənedici sənədlər əsasında əldə etdikləri torpaq sahələri daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır və onların reyestr qeydlərinə etiraz edilməmiş və həmin qeydlər qüvvədədir.
36. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
37. Qeyd edilən maddədə sadalanmış üç dispozisiya şərtinin birgə mövcudluğu tələb olunur: 1) iddiaçı cavabdehdən qaytarılmasını tələb etdiyi əşyaların mülkiyyətçisi olduğunu sübut etməlidir; 2) iddiaçı tələb edilən anda əşyaların cavabdehin sahibliyində olduğunu sübut etməlidir. 3) cavabdehin əşyaya sahiblik hüququ qanunsuz olmalıdır.
38. İşin tədqiq olunan faktiki hallarından müəyyən edilir ki, Torpağa Mülkiyyət Hüququna Dair JN-143 Kod 30407038 saylı Dövlət Aktından görünür ki, Dəvəçi rayonu Aqrar İslahat Komissiyasının 26 dekabr 1997-ci il tarixli, 12 saylı qərarına əsasən X7 və ailə üzvlərinin (o. cümlədən İddiaçı Mizafəddin oğlu) mülkiyyətinə kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə 2.75 hektar torpaq sahəsi verilmişdir. Torpağa Mülkiyyət Hüququna Dair JN-0073 Kod 30407038 saylı Dövlət Aktından görünür ki, Dəvəçi rayonu Aqrar İslahat Komissiyasının 26 dekabr 1997-ci il tarixli 12 saylı qərarına əsasən X1 və ailə üzvlərinin mülkiyyətinə kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə 2.78 hektar torpaq sahəsi verilmişdir. Başqa sözlə hazırkı iş üzrə tərəflər mülkiyyətlərində olan torpaq sahələrinin hüquqi statusu baxımından bərabər hüquqlu şəxslərdir.
39. İddiaçının iddiası ondan ibarətdir ki, ona məxsus olan torpaq sahəsinin bir hissəsi cavabdehlər tərəfindən qanunsuz istifadə edilir. İddianı təmin edən birini instansiya məhkəməsi hazırkı iş üzrə tərəflər arasında oxşar mübahisəyə dair yuxarıda qeyd olunan məhkəmə aktına və həmin işin materiallarında olan ekspert rəyinə istinad etmişdir.
40. Apellyasiya şikayətinin dəlilləri üzrə araşdırmanı davam etdirən məhkəmə kollegiyası obyektiv həqiqətin üzə çıxarılması məqsədi ilə iş üzrə məhkəmə tikinti - texniki ekspertizası təyin etmiş və əldə edilmiş ekspert rəyində torpağa mülkiyyət hüququna dair JN-143- kod ******* saylı Dövlət Aktı ilə X7 və ailə üzvlərinin mülkiyyətində olan 2.75 ha torpaq sahəsinin 143/2.13229 ha hissəsini onlara verilmiş dövlət aktındakı koordinantlar ilə müqayisə etdikdə cavabdehlər Cavabdeh1 Cəmaləddin qızı, Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 Cəmaləddin oğlu tərəfindən heç bir müdaxilənin olmaması, habelə iddiaçı, ailə üzvlərinə və cavabdehlərə məxsus qeyd edilən torpaq sahələrinin (2.75 ha, 2.78 ha) sənəd üzrə üst-üstə düşmədiyi, iddiaçı və ailə üzvlərinə, cavabdehlərə məxsus qeyd edilən torpaq sahələrini (2.75 ha, 2.78 ha) sənəd üzrə müqayisə etdikdə onların mülkiyyətinə verilmiş dövlət aktlarındakı koordinantların hava xətti ilə bir birindən təqribən 1844 metr aralıda yerləşdiyi müəyyən edilmişdir.
41. Kollegiya apellyasiya şikayətinin dəlillərini əsaslı hesab edir və qeyd edir ki, iddiaçı tərəfin mübahisələndirilən torpaq sahəsi üzərində mülkiyyət hüququ olmasına baxmayaraq, həmin torpağın bir hissəsinin məhz cavabdehlər tərəfindən zəbt edildiyini, cavabdehin müdaxiləsi ilə qarşılaşdığını sübut edə bilməmişdir.
42. Birincisi, ona görə ki, hazırki mübahisənin obyektiv həlli məqsədilə apellyasiya icraatı zamanı bir neçə dəfə ekspertiza təyin edilmiş, lakin sonda iddiaçının torpaq sahəsinin məhz hazırki iş üzrə cavabdehlər tərəfindən zəbt olunması təsdiqini tapmamışdır. Başqa sözlə iddiaçının iddia tələbində qeyd etdiyi hallar əsaslandırılmış ekspert rəyi ilə təkzib edilmişdir
43. İkincisi, araşdırılan işin təhlilindən həmçinin görünür ki, iddiaçının olduğu kimi cavabdeh tərəfin də mülkiyyət hüququnu təsdiq edən sənəd mövcuddur və sonuncunun torpaq sahəsi öz koordinatları çərçivəsində yerləşir.
44. Üçüncüsü, kollegiya bildirir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
45. Kollegiya nəzərə çatdırmağı lazım bilir ki, “ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, bu xarakterli işlərdə ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.
46. Bundan əlavə araşdırılan işdən görünür ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 17 dekabr 2018-ci il tarixli, 2(102)-8461/2018 saylı qərarında qeyd edilənlərə istinad etmişdir. Lakin tədqiq olunan mülki işdən müəyyən edilir ki, sözügedən iddia üzrə yenidən işə baxılarkən Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə Şabran Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ləğv edilərək, iş üzrə icraata xitam verilmişdir.
47. Kollegiya qeyd edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.
48. İşin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Beləliklə də, göründüyü kimi iddiaçı tərəf mübahisəli ərazinin məhz cavabdeh tərəfindən istifadə edilməsinə dair sübutu nə birinci, nə də ki, apellyasiya icraatı zamanı təqdim edə bilməmişdir.
49. Hazırki iş üzrə, iddia tələblərinin bu hissəsinin faktiki halları qanuni əsasların şərtlərinə, yəni dizpozisiya şərtlərinə uyğun olmadığından birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə işin faktiki hallarına uyğun deyildir.
50. Qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia rədd edilməlidir.
51. MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütanasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Ekspertizası Mərkəzinin 25 iyun 2023-cü il tarixli, 10/3652 nömrəli rəyi ekspertiza tədqiqatın dəyəri 50 (əlli) manatdır.
52. Apellyasiya şikayəti təmin edildiyindən aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat pul İddiaçı Müzəffədin oğlundan alınıb AZ.MEM, VÖEN **********, X13, KOD 210005 VÖEN ********** müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22 hesabına keçirilməlidir.
53. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392- 393 və 405.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi:
Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şabran Rayon Məhkəməsinin 27 may 2022-ci il tarixli, 2(031)-495/2022 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh5 Camaləddin qızına, Cavabdeh2 və Cavabdeh3 qarşı özgənin qanunsuz sahibliyindən əmlakın geri tələb edilməsi barədə iddiası təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olan 50 manat pul İddiaçı Müzəffədin oğlundan alınıb AZ.MEM, VÖEN **********, X13, KOD 210005 VÖEN ********** müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22 hesabına keçirilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər (elektron kabinet və vəkil vasitəsilə). Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.