Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4122/2023 11.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: mülkiyyətin müdafiəsi; torpaqdan istifadəyə maneənin aradan qaldırılması; sübutların qiymətləndirilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Məmmədov Vidadi Məmməd oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh5, Cavabdeh2 və Cavabdeh3 qarşı əmlakın özgənin qanunsuz sahibliyindən geri tələb edilməsinə dair iddia ərizəsi ilə bağlı Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-199/2023 nömrəli iş üzrə 07 avqust 2023-cü il tarixli qətnaməsindən iddiaçının kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Torpağa mülkiyyət hüququna dair JN-143 kod 30407038 nömrəli Dövlət aktına görə, Dəvəçi rayonu Aqrar İslahat Komissiyasının 26 dekabr 1997-ci il tarixli 12 nömrəli qərarına əsasən X4 və ailə üzvlərinin (o cümlədən İddiaçı Mizafəddin oğlu) mülkiyyətinə kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə 2.75 hektar torpaq sahəsi verilmişdir.
2. Torpağa mülkiyyət hüququna dair JN-0073 kod 30407038 nömrəli Dövlət aktına görə, Dəvəçi rayonu Aqrar İslahat Komissiyasının 26 dekabr 1997-ci il tarixli 12 nömrəli qərarına əsasən X1 və ailə üzvlərinin mülkiyyətinə kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi il ə 2.78 hektar torpaq sahəsi verilmişdir.
3. Şabran Rayon Məhkəməsinin 2(031)-875/2018 nömrəli iş üzrə 08 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı X3 qarşı Torpağa mülkiyyət hüququna dair JN-0073 kod 30407038 nömrəli Dövlət aktının etibarsız hesab edilməsi və özgənin qanunsuz sahibliyindən əmlakın geri tələb edilməsi tələbinə dair iddiası qismən təmin edilmiş, Dövlət aktı etibarsız hesab edilmişdir.
4. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07 noyabr 2019-cu il tarixli qətnaməsi ilə cavabdeh X1 apellyasiya şikayəti təmin edilmiş, Şabran Rayon Məhkəməsinin 08 oktyabr 2018-ci il tarixli qətnaməsi ləğv edimiş, iddia rədd edilmişdir.
5. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 01 iyul 2020-ci il tarixli qərarına əsasən, iddiaçı X11 oğlunun kassasiya şik ayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 noyabr 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə icraata xitam verilmişdir.
6. Şabran Rayon Məhkəməsinin 2(031)-38/2018 nömrəli iş üzrə 08 fevral 2018-ci il tarixli qətnaməsinə görə, JN-143 kod 30407038 Torpağa mülkiyyət hüququna dair Dövlət aktında mülkün nömrəsi 143, sahəsi 21.322,90 kv.m. olaraq göstərilən torpaq sahəsinin sərhədlərinin naturada müəyən edilməsi və 21.322,90 kv.m. torpaq sahəsinin cavabdeh X2 qanunsuz sahibliyindən İddiaçı və ailə üzvlərinə geri qaytarılması qət edilmişdir.
7. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-2276/2018 nömrəli iş üzrə xx.xx.2018-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, Şabran rayon məhkəməsinin 08 fevral 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia rədd edilmişdir.
8. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-8461/2018 nömrəli iş üzrə 17 dekabr 2018-ci il tarixli qərarı ilə İddiaçı Müzəffəddin oğlunun kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir.
9. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 aprel 2022-ci il tarixli qərardadı ilə Şabran Rayon Məhkəməsinin 08 fevral 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə icraata cavabdeh X5 öldüyü üçün xitam verilmişdir.
10. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/3652 nömrəli ekspert rəyinə əsasən, AR İN ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı ve Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz ərazi idarəsinin mütəxəssis rəyinə görə, Torpağa mülkiyyət hüququna dair JN-143 kod 30407038 nömrəli Dövlət aktı ilə X4 və ailə üzvlərinin mülkiyyətinə Şabran (Dəvəçi) rayonu Zeyvə kəndi ərazisində iki hissədən 143/2.13229 ha və 143z0.615212 ha olmaqla cəmi 2,78 hektar torpaq sahəsi verilmişdir. İddiaçı bildirdiyinə görə mübahisələndirdiyi 143/2.13229 ha torpaq sahəsini onların mülkiyyətinə verilən gündən 2016-cı ilə qədər dövlət aktında göstərilən koordinatlara uyğun, Pirəbədil-Zeyvə yolunun şimal hissəsində yerləşən ərazidən istifadə edib. İddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş dövlət aktında 143/2.13229 ha torpaq sahəsinin döngə nöqtələr inin koordinatları da PirəbədilZeyvə yolunun şimal hissəsində yerləşən əraziyə tərtib olunmuşdur. Həmin mütəxəssis rəyinə əsasən Torpağa mülkiyyət hüququna dair JN-0073 kod ******* nömrəli Dövlət aktı ilə X6 və ailə üzvlərinin mülkiyyətinə Şabran (Dəvəçi) rayonu Zeyvə kəndi ərazisində iki hissədən 73D2.161836 ha və 73Z0.615215 ha olmaqla cəmi 2.78 hektar torpaq sahəsi verilmişdir. Cavabdeh3 bildirdiyinə görə mübahisələndirilən 73D2.161836 ha torpaq sahəsi onların mülkiyyətinə verilən gündən 2016-cı ilə qədər dövlət aktında göstərilən koordinatlara uyğun, Zeyvə-Qurupir yolunun şimal-şərq hissəsində yerləşən ərazidən istifadə edib. Cavabdeh3 Cəmaləddin oğlu və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş dövlət aktında 73/2.161836 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatları ZeyvəQurup ir yolunun şimal-şərq hissəsində yerləşən əraziyə tərtib olunmuşdur. Qeyd olunan mütəxəssis rəyinə əsasən torpağa mülkiyyət hüququna dair JN-143 kod ******* nömrəli Dövlət aktı ilə X4 və ailə üzvlərinin mülkiyyətində olan 2.75 ha torpaq sahəsinin 143/2.13229 ha hissəsini onlara verilmiş dövlət aktındakı koordinantlar ilə müqayisə etdikdə cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 tərəfindən heç bir müdaxilə yoxdur. Mütəxəssis rəyində qeyd olunur ki, iddiaçı, ailə üzvlərinə və cavabdehlərə məxsus qeyd edilən torpaq sahələri (2.75 ha, 2.78 ha) sənəd üzrə üst-üstə düşmür. İddiaçı və ailə üzvlərinə, cavabdehlərə məxsus qeyd edilən torpaq sahələrini (2.75 ha, 2.78 ha) sənəd üzrə müqayisə etdikdə məlum oldu ki, onların mülkiyyətinə verilmiş dövlət aktlarındakı koordinantlar hava xət ti ilə bir birindən təqribən 1.844 metr aralıda yerləşir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat
11. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Torpağa mülkiyyət hüququna dair JN-0073 kod 30407038 olan dövlət aktındakı mülkün nömrəsi 73D, sahəsi 21.618,36 kv.m. olaraq göstərilən torpaq sahəsinin cavabdehlərin qanunsuz sahibliyindən onlara geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
12. Şabran Rayon Məhkəməsinin 2(031)-495/2022 nömrəli iş üzrə 27 may 2022-ci il tarixli qətnaməsi ilə (hakim Ç.İsgəndərov) iddia təmin edilmiş, torpağa mülkiyyət hüququna dair JN-0073 kod 30407038 olan dövlət aktındakı mülk nömrəsi 73D, sahəsi 21.618,36 kv.m. olaraq göstərilən torpaq sahəsinin cavabdehlərin geri qaytarılması qət edilmişdir.
13. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslarına görə, “... Torpağa mülkiyyət hüququna dair JN-0073, kod 30407038 olan dövlət aktındakı mülk nömrəsi 73 D, sahəsi 21618,36 kv.m. torpaq sahəsi cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh5, Cavabdeh2 və Cavabdeh3 qanunsuz sahibliyindədir.” b) Apellyasiya instansiyası məhkəməsində icraat
14. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşmayan Cavabdeh3 ondan apellyasiya şikayəti vermişdir.
15. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-199/2023 nömrəli iş üzrə 07 avqust 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər A.Mahmudov (sədrlik edən və məruzəçi), E.Əhmədov və A.Süleymanova) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəb ul edilərək, iddia rədd edilmişdir.
16. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsaslarına görə, “... hazırki mübahisə torpaq sahəsinin zəbti ilə bağlıdır. Araşdırılan işdən müəyyən olunur ki, iddiaçı tərəf mülkiyyətində olan torpaq sahəsinin bir hissəsinin cavabdehlər tərəfindən qanunsuz istifadə edildiyini bildirir və onun zəbt olunan hissədən çıxarılmaqla mülkiyyət hüququnun bərpa olunmasını tələb edir. Hər iki tərəf mübahisələndirilən torpaq sahəsinin onların mülkiyyətində olmasını iddia edir. Belə ki, müvafiq olaraq iddiaçı və cavabdehlərin hüquqmüəyyənedici sənədlər əsasında əldə etdikləri torpaq sahələri daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır və onların reyestr qeydlərinə etiraz edilməmiş və həmin qeydlər qüvvədədir. Azərbaycan Respublikasının Mülki Məcəlləs inin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Qeyd edilən maddədə sadalanmış üç dispozisiya şərtinin birgə mövcudluğu tələb olunur: 1) iddiaçı cavabdehdən qaytarılmasını tələb etdiyi əşyaların mülkiyyətçisi olduğunu sübut etməlidir; 2) iddiaçı tələb edilən anda əşyaların cavabdehin sahibliyində olduğunu sübut etməlidir. 3) cavabdehin əşyaya sahiblik hüququ qanunsuz olmalıdır. İşin tədqiq olunan faktiki hallarından müəyyən edilir ki, Torpağa Mülkiyyət Hüququna Dair JN-143 Kod 30407038 saylı Dövlət Aktından görünür ki, Dəvəçi rayonu Aqrar İslahat Komissiyasının 26 dekabr 1997-ci il tarixli, 12 saylı qərarına əsasən X4 və ailə üzvlərinin (o. cümlədən İddiaçı Mizafəddin oğlu) mülkiyyətinə kənd təsərrüfatı məhsullarının istehsalı m əqsədi ilə 2.75 hektar torpaq sahəsi verilmişdir. Torpağa Mülkiyyət Hüququna Dair JN0073 Kod 30407038 saylı Dövlət Aktından görünür ki, Dəvəçi rayonu Aqrar İslahat Komissiyasının 26 dekabr 1997-ci il tarixli 12 saylı qərarına əsasən X1 və ailə üzvlərinin mülkiyyətinə kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə 2.78 hektar torpaq sahəsi verilmişdir. Başqa sözlə hazırkı iş üzrə tərəflər mülkiyyətlərində olan torpaq sahələrinin hüquqi statusu baxımından bərabər hüquqlu şəxslərdir. İddiaçının iddiası ondan ibarətdir ki, ona məxsus olan torpaq sahəsinin bir hissəsi cavabdehlər tərəfindən qanunsuz istifadə edilir. İddianı təmin edən birini instansiya məhkəməsi hazırkı iş üzrə tərəflər arasında oxşar mübahisəyə dair yuxarıda qeyd olunan məhkəmə aktına və həmin işin materiallarında olan e kspert rəyinə istinad etmişdir. Apellyasiya şikayətinin dəlilləri üzrə araşdırmanı davam etdirən məhkəmə kollegiyası obyektiv həqiqətin üzə çıxarılması məqsədi ilə iş üzrə məhkəmə tikinti - texniki ekspertizası təyin etmiş və əldə edilmiş ekspert rəyində torpağa mülkiyyət hüququna dair JN-143- kod ******* saylı Dövlət Aktı ilə X4 və ailə üzvlərinin mülkiyyətində olan 2.75 ha torpaq sahəsinin 143/2.13229 ha hissəsini onlara verilmiş dövlət aktındakı koordinantlar ilə müqayisə etdikdə cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 tərəfindən heç bir müdaxilənin olmaması, habelə iddiaçı, ailə üzvlərinə və cavabdehlərə məxsus qeyd edilən torpaq sahələrinin (2.75 ha, 2.78 ha) sənəd üzrə üst-üstə düşmədiyi, iddiaçı və ailə üzvlərinə, cavabdehlərə məxsus qeyd edilən torpaq sahələrini (2.7 5 ha, 2.78 ha) sənəd üzrə müqayisə etdikdə onların mülkiyyətinə verilmiş dövlət aktlarındakı koordinantların hava xətti ilə bir birindən təqribən 1844 metr aralıda yerləşdiyi müəyyən edilmişdir. Kollegiya apellyasiya şikayətinin dəlillərini əsaslı hesab edir və qeyd edir ki, iddiaçı tərəfin mübahisələndirilən torpaq sahəsi üzərində mülkiyyət hüququ olmasına baxmayaraq, həmin torpağın bir hissəsinin məhz cavabdehlər tərəfindən zəbt edildiyini, cavabdehin müdaxiləsi ilə qarşılaşdığını sübut edə bilməmişdir. Birincisi, ona görə ki, hazırki mübahisənin obyektiv həlli məqsədilə apellyasiya icraatı zamanı bir neçə dəfə ekspertiza təyin edilmiş, lakin sonda iddiaçının torpaq sahəsinin məhz hazırki iş üzrə cavabdehlər tərəfindən zəbt olunması təsdiqini tapmamışdır. Başqa sözlə iddiaçının iddia t ələbində qeyd etdiyi hallar əsaslandırılmış ekspert rəyi ilə təkzib edilmişdir İkincisi, araşdırılan işin təhlilindən həmçinin görünür ki, iddiaçının olduğu kimi cavabdeh tərəfin də mülkiyyət hüququnu təsdiq edən sənəd mövcuddur və sonuncunun torpaq sahəsi öz koordinatları çərçivəsində yerləşir. Üçüncüsü, kollegiya bildirir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Kollegiya nəzərə çatdırmağı lazım bilir ki, “ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, bu xarakterli işlərdə ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Bundan əlavə araşdırılan işdən görünür ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 17 dekabr 2018-ci il tarixli, 2(102)-8461/2018 saylı qərarında qeyd edilənlərə istinad etmişdir. Lakin tədqiq olunan mülki işdən müəyyən edilir ki, sözügedən i ddia üzrə yenidən işə baxılarkən Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə Şabran Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ləğv edilərək, iş üzrə icraata xitam verilmişdir.” KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
17. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə razılaşmayan iddiaçı ondan kassasiya şikayəti verərək, qətnamənin ləğv edilib, iddianın təmin olunmasını xahiş etmişdir.
18. Kassasiya şikayətinin dəlillərinə görə, ekspert rəyində torpaq sahələrinin faktiki yerləşdiyi yerlərlə dövlət aktlarının plan və cizgisində göstərilən yerlər arasında ziddiyyətlərin olub-olmaması, elektron baza məlumatlarına əsasən ziddiyyətin olubolmaması məsələlərinə dair rəy verilməmiş, başqa məsələlərə toxunulmuş dur. Həmin rəyin iddianın mahiyyyəti ilə heç bir bağlılığı yoxdur. Məhkəmədə işə baxılarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinin tələbləri tətbiq edilməmiş, bununla da maddi hüquq normaları pozulmuş və düzgün tətbiq edilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ
20. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə
13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər; Maddə
29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır; İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hü ququ qanunla qorunur; İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir; Maddə
60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir; Maddə
125. Məhkəmə hakimiyyətinin həyata keçirilməsi Vİİ. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir; Maddə
129. Məhkəmə qərarları və onların icrası İİİ. Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. 21. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya: Maddə
6. Ədalətli məhkəmə araşdırması hüququ
1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilə rkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. 22. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyaya dair Protokol: Maddə
1. Mülkiyyətin müdafiəsi Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesa b etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır.
23. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə
140. Daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir; Maddə 148.2. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir; Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; Maddə 152.5. Mülkiyyətçi müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə s ahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; Maddə 238.1. Daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir; Maddə 239.2. Fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar i stisna olmaqla, icazə verilmir.
24. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə
67. Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatının məcburiliyi
1. Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır; Maddə
68. Torpaq sahələri üzərində hüquqların yaranma vaxtı Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır; Maddə
111. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaqların qaytarılması
1. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur;
2. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır;
3. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. 25. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir; Maddə 16.6. Dövlət reyestrinin məzmununun qeyri-d əqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir.
26. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Maddə 101.6. Ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir. Əgər ekspert ekspe rtiza apararkən iş üçün əhəmiyyəti olan, haqqında sual qoyulmayan halları müəyyən edirsə, o, bu hallar barədə mülahizələrini öz rəyinə daxil etməyə haqlıdır; Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir; Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir; Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir; Maddə 206.1. Ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur; Maddə 217.1. Məhkəmənin qətnam əsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir; Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır; Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş pr osessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır; Maddə 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər; Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır; Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəti cələnsin və ya nəticələnə bilsin. KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
27. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilib, işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
28. Kassasiya şikayətində qətnamənin ləğvi xahiş edildiyi üçün, apellyasiya instansiyasının yekun məhkəmə aktı şikayətdə irəli sürülən dəlillər üzrə tam yoxlanılır.
29. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təc rübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən, kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Həmçinin, iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellylasiya instansiyası məhkəməsinin qətnaməsinin tam yaxud qismən ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
31. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları və apellyasiya şikayətinin dəlilləri üzrə lazımi araşdırma aparılmış, sübutetmə y ükü düzgün bölüşdürülmüş, sübutlara hüquqi qiymət verilmişdir.
32. İlk olaraq, hər hansı üçüncü şəxsin törətdiyi pozuntudan mülkiyyətçinin əşya hüquqları məhkəmə müdafiəsi üsulu ilə müdafiə edilir. Belə hüquqi müdafiə üsulunun əsas məqsədi ya mülkiyyətçiyə ona məxsus olan sahiblik, əmlakdan istifadə və onun üzərində sərəncam vermək hüquqlarını bərpa etməkdən, ya da bu hüquqların həyata keçirilməsinə mane olan halları aradan qaldırmaqdan ibarətdir. Bu üsulun əsas istiqaməti subyektiv hüquq olan mülkiyyət hüququnu bilavasitə müdafiə etməklə şərtlənir.
33. Mülkiyyətin məhkəmə müdafiəsi hüququ iddia vasitəsilə həyata keçirilir. Bu iddia əşya hüququnu pozan hər bir şəxsə qarşı irəli sürülür. Əşya-hüquqi iddialara vindikasiya iddiası, neqator iddia və mülkiyyət hüququnun tanınması barədə iddia lar daxildir. Hər üç iddia petitor iddiadır. Petitor iddia dedikdə, mülkiyyət hüququ barədə verilən iddia başa düşülür.
34. Vindikasiya iddiası petitor iddianın əsas növü sayılır. Vindikasiya iddiası özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etmək barədə iddiadır. Bu, mülkiyyətçinin əşyaya sahibliyi itirdiyi hal üçün müəyyən edilmişdir və əmlakı özgənin qeyri-qanuni sahibliyindən tələb etməkdən ibarətdir. Vindikasiya iddiasının anlayışı Mülki Məcəllənin 157.2-ci maddəsində verilmişdir. Həmin anlayışa görə, vindikasiya iddiası əşyaya sahib olmayan mülkiyətçinin ona sahib olan qeyri-mülkiyyətçiyə qarşı iddiasıdır. Bununla da, vindikasiya prosesində tərəflər: iddiaçı, əşyaya faktikı sahibliyini itirmiş mülkiyyətçi, cavabdeh isə vicdanlı və vicdansız olmasından asılı olmayaraq, ə şyaya faktiki malik olan sahibdir. Vindikasiya hüququnun subyekti tələb olunan şeyə öz hüququnu, yaxud ona sahibliyinin əsasını (titul) sübut etməli olan əmlak mülkiyyətçisidir. Burada borclu subyekt iddanın qaldırıldığı anda əşyaya malik olan qeyri-qanuni sahibdir. Vindikasiya obyekti natura şəklində fərdi müəyyən edilə bilən əşya olmalıdır.
35. Həmçinin, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması deməkdir. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyinəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil.
36. Konstitusiya Məhkəməsinin Plenumu da qərarlarında qeyd etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən ed ildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərar).
37. Bu kontekstdə kassasiya şikayətinə münasibətdə qeyd edilməlidir ki, şikayətin dəlilləri əsassızdır. Belə ki, iş üzrə ekspert rəyində aparılmış tədqiqatların təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara cavablar verilmişdir, iddiaçı da rəyin mötəbər sayılmamasına əsas təşkil edə biləcək hər hansı konkret hala istinad etmir.
38. Şikayətin Mülki Məcəllənin 157.2-ci maddəsinin tələblərinin düzgün tətbiq edilməməsi barədə dəlili də əsaslı deyil. Belə ki, birincisi, iddiaçı səhv tətbiqin nədən ibarət olmasını dəqiqləşdirməmişdir. İkincisi, həmin norma mülkiyyətçinin əşyaya sahibliyi itirdiyi hal üçün müəyyən edilmişdir və əmlakı özgənin qeyri-qanuni sahibliyindən tələb etməyin hüquqi cəhətdən təmin edilmiş imkanını tənzimləyir. Sözügedən maddənin təfsirinə görə, mülkiyyətçi olduğu halda əşyaya faktikı sahibliyi itirdiyini və əşyanın başqasının qanunsuz sahibliyində olduğunu irəli sürən şəxs əvvəlcə əmlakın mülkiyyətçisi kimi öz hüququnu sübut etməlidir. Lakin iddiaçının belə bir hüququ işə baxan məhkəmələr tərəfindən müəyyən edilməmişdir.
39. Beləliklə, mülki işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.
40. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-199/2023 nömrəli iş üzrə 07 avqust 2023-cü il tarixli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. İddiaçı kassasiya şikayəti təmin edilməsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.