Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-5584/2023 15.12.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi ilə, Ərizəçi İddiaçı şəxsin ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi İddiaçı ərizə ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, atası - 1925ci ildə Ermənistan Respublikasının Basarkeçər rayonunun Böyük Məzrə kəndində anadan olmuş X2 25 yanvar 1997-ci il tarixdə Abşeron rayonu, Ceyranbatan qəsəbəsində, öz yaşadığı evdə xəstəliyi ilə əlaqədar ölməsi barədə faktın müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, atası X5 1925-ci ildə Ermənistan Sovet Sosialist Respublikasının Basarkeçər rayonunun Böyük Məzrə kəndində doğulmuşdur. Məlum səbəbdən 1988-ci ildə Ermənistan Respublikasından qaçqın düşmüş və Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Nərimanov küçəsində yerləşən 43 saylı evdə məskunlaşıb yaşamışdır. Ceyranbatan qəsəbəsində yaşadığı ev erməni ailəsinin olmuş və həmin evi atası Ermənistan Respublikasının Basarkeçər rayonunun Böyük Məzrə kəndindəki özünə məxsus evlərə dəyişmişdir. Həmin vaxtdan ölən günə kimi atası bu evdə ailə üzvləri ilə birlikdə yaşamışdır. X5 25 yanvar 1997-ci il tarixdə Abşeron rayonunun Ceyranbatan qəsəbəsində yaşadığı evdə xəstəliyi ilə əlaqədar ölmüşdür. Övladları onu Abşeron rayonu, Ceyranbatan qəsəbəsi ərazisində yerləşən qəbirsanlıqda dəfn etmişlər. Eyni zamanda el adəti ilə atasının üç, yeddi, qırx və il mərasimlərini keçirmişlər. Həmin mərasimlərdə yaxın qonşular, qohumlar və digər tanış insanlar iştirak etmişlər. Lakin atasının vəfatından sonra onun ölümü barədə şəhadətnamə alınmamışdır. Hazırda yaşadığı evin orderi atasının adınadır. Həmin evin özəlləşdirilməsi və vərəsələr arasında miras paylarının müəyyən edilməsi üçün onun ölüm şəhadətnaməsinin alınmasına ehtiyac vardır. Göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İştirak etdiyi məhkəmə iclasında ərizəçi İddiaçı və onun vəkili-nümayəndəsi Vəkil ərizəni müdafiə edərək onun təmin edilməsini xahiş etdilər. Mаrаqlı şəхs Аzərbаycаn Rеspublikаsı Ədliyyə Nаzirliyi Abşeron rаyоn Qеydiyyаt Şöbəsi məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarını və şahid ifadələrini dinləyib, iş materiallarını hərtərəfli araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində bildirmişdir ki, mərhum İmaməli İsmayılov onun atasıdır. Atası 25 yanvar 1997-ci il tarixdə Abşeron rayonunun Ceyranbatan qəsəbəsində yaşadığı evdə xəstəliyi ilə əlaqədar ölmüşdür. Bacı və qardaşları atasının yas mərasimlərini vermişlər. Onlar 5 qardaş və 1 bacıdırlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində bildirmişdir ki, mərhum İmaməli İsmayılov onun atasıdır. Atası 1925-ci ildə Ermənistan Respublikasının Basarkeçər rayonunun Böyük Məzrə kəndində anadan olmuşdur. Onun 5 qardaşı var. Ataları 25 yanvar 1997-ci il tarixdə Abşeron rayonunun Ceyranbatan qəsəbəsində yaşadığı evdə ölmüşdür. O və qardaşları atasının yas mərasimlərini vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 ifadəsində bildirmişdir ki, mərhum İmaməli İsmayılov onun Ceyranbatan qəsəbəsində qonşusu olmuşdur. İmaməli İsmayılov 25 yanvar 1997-ci il tarixdə Abşeron rayonunun Ceyranbatan qəsəbəsində yaşadığı evdə ölmüşdür. O, xəstəlikdən əziyyət çəkirdi. Uşaqları onun yas mərasimlərini vermişlər və onu qəsəbə qəbiristanlığında dəfn etmişlər. Mülki Prosessual Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə görə ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: - AZE ******** saylı, xx.xx.2013-cü il tarixli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1959-cu il tarixdə Ermənistan SSR-də doğulmuşdur. - 231724 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.1959-cu il tarixdə Ermənistan SSR Basarkeçər rayonu, Böyük Məzrə kəndində doğulmuşdur. X1r. - xx.xx.1989-cu il tarixli, 686 saylı orderin surətindən görünür ki, Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Nərimanov küçəsində yerləşən 43 saylı ev X4 və 5 nəfərdən ibarət ailəsinə verilmişdir. - Аzərbаycаn Rеspublikаsı Ədliyyə Nаzirliyi Abşeron rаyоn Qеydiyyаt Şöbəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasının 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ərizəçi ölüm haqqında tibbi şəhadətnaməni təqdim edə bilmədiyi üçün ölümün qeydə alınmasının imkanı xaricində olduğu bildirilmiş və Cavabdeh aidiyyəti üzrə məhkəməyə müraciət etməyi tövsiyə etmişdir. - Ceyranbatan Bələdiyyəsinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, X5 xx.xx.1997-ci il tarixdə ölmüş və Ceyranbatan qəsəbə qəbiristanlığında dəfn edilmişdir. - Sumqayıt regional ASAN Xidmət Mərkəzi Qeydiyyat Şöbəsinin xx.xx.2023-ci il tarixli arayışından görünür ki, X5 barəsində 1993-1999-cu illər Bakı şəhəri, Nəsimi rayon qeydiyyat şöbəsinin arxivində ölüm haqqında bərpa akt qeydi aşkar olunmamışdır. “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2023-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olundu ki, X5 ərizəçinin atası olmuş, xx.xx.1997-ci il tarixdə ev şəraitində vəfat etmişdir. X2 ölüm faktı ərizəçinin izahatı və şahidlərin ifadələri ilə, həmçinin məhkəməyə təqdim edilmiş sənədlərlə təsdiq olunur. Göründüyü kimi, şahidlər ifadələrində X2 xx.xx.1997-ci il tarixdə Abşeron rayonunun Ceyranbatan qəsəbəsində vəfat etməsini təsdiq etmişlər. Hazırda müvafiq həkim arayışı olmadığına görə, ərizəçi atasının ölümü haqqında şəhadətnaməni ala bilmir. İşin məhkəmə iclasında araşdırılan halları, tədqiq olunmuş sənədlər və şahid ifadələri ilə tamamilə sübuta yetirildi ki, həqiqətən ərizəçinin atası X5 xx.xx.1997-ci il tarixdə Abşeron rayonunda ölmüşdür. Məhkəmə şahid ifadələrini və təqdim edilmiş sənədləri qiymətləndirərək hesab edir ki, həmin sənədlər və şahid ifadələri işin həqiqi halları ilə uyğunluq təşkil edir, ona görə də sübut kimi qəbul edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə araşdırılmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, 1925-ci ildə Ermənistan Respublikasında anadan olmuş X2 xx.xx.1997-ci il tarixdə Abşeron rayonunda ölməsi faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 1925-ci ildə Ermənistan Respublikasında anadan olmuş X2 xx.xx.1997-ci il tarixdə Abşeron rayonunda ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №2(012)-5584/2023
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-5584/2023
15.12.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver