Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-56/2023 17.02.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, İddiaçının vəkili Vəkil, Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh3 və Cavabdeh2 qarşı torpaq sahəsindən çıxarılma və maneələrin aradan qaldırılması tələbinə dair mülki işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh3 və Cavabdeh2 qarşı torpaq sahəsindən çıxarılma və maneələrin aradan qaldırılması tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh3 və Cavabdeh2 Abşeron rayonu, Mehdiabad qəsəbəsi, C.Cabbarlı küçəsində yerləşən ona məxsus olan sahədən çıxarılmaları və onun mülkiyyət hüquqlarına yaradılmış bütün məhdudiyyətlərin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı vəkili Vəkil bildirdi ki, hazırda İddiaçı öz iddiasından imtina edir. İddiaçı bu barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Cavabdeh2 iddiaçının iddiasından imtina etməsilə bağlı ərizənin nəzərə alınmasını və hazırki işin icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq Cavabdeh3 məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə işə həmin cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, işin materiallarını araşdırıb hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, iddiadan imtina etdiyini bildirmişdir. Mülki Prosessual Məcəllənin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh3 və Cavabdeh2 qarşı torpaq sahəsindən çıxarılma və maneələrin aradan qaldırılması tələbinə dair iddia tələbindən imtina etdiyi üçün iş üzrə icraata xitam verilməlidir. Bundan başqa, işdən görünür ki, İddiaçı hazırki iddia ərizəsini verərkən müvafiq ödəniş sistemi vasitəsilə ********* saylı qəbzlə Abşeron Rayon Məhkəməsinə iddia ərizəsinin verilməsi üçün 20 manat məbləğində dövlət rüsumunu xx.xx.2021-ci ildə saat 19:23-də ödəmişdir. Mülki-Prosessual Məcəllənin 114.1.4-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə, dövlət rüsumu geri qaytarılır. Məhkəmə hesab edir ki, qeyd olunanlara əsasən, hazırki iş üzrə icraata xitam verilməli, habelə iş üzrə iddiaçının ödəmiş olduğu 20 manat məbləğində dövlət rüsumu ona geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdehlər Cavabdeh3 və Cavabdeh2 qarşı torpaq sahəsindən çıxarılma və maneələrin aradan qaldırılması tələbinə dair iş üzrə iddiaçının iddiadan imtinası qəbul edilsin və iş üzrə icraata xitam verilsin. İddiaçı hazırki mülki iş (2(012)-56/2023 saylı mülki iş) üzrə ödəmiş olduğu 20 manat məbləğində dövlət rüsumu (766411368 saylı qəbz) dövlət büdcəsinin vəsaiti hesabından İddiaçı qaytarılsın. Mütəxəssis tədqiqatı üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinin hesabına ödənilmiş 95 manat pul İddiaçı aid edilsin. Mütəxəssis tədqiqatı üçün sərf edilmiş 300 manat pul İddiaçı tutularaq "xxxx" MMCnin hesabına köçürülsün. Ekspertiza tədqiqatı üçün tələb edilən 50 manat pul İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qərardaddan qərardadın rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №2(012)-56/2023
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-56/2023
17.02.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver