Məhkəmə qərarları › İş №2(012)-566/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-566/2021

12.02.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-566/2021 12.02.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədirliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı və onun vəkili-nümayəndəsi X6, Cavabdehlər Cavabdeh4 və Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qızı, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı «özbaşına zəbt edilmiş torpaq sahəsindən və həmin torpaq sahəsindəki tikilidən çıxarılma» tələbinə dair iddia ərizəsi üzrə mülki işə xx xxxxxx 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 qızı, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 özbaşına zəbt edilmiş ona məxsus Abşeron rayonu, Xırdalan qəsəbəsi, R.Axundov küçəsi, 1-ci dalanda olan torpaq sahəsindən və həmin torpaq sahəsindəki tikintidən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə edərək bildirdi ki, o, Abşeron rayonu, Xırdalan şəhəri, Ruhulla Axundov küçəsi, Dalan-1,ev 3A ünvanında yerləşən 428,0 kvadrat metr torpaq sahəsini və üzərində olan 1 mərtəbəli, 2 otaqlı, 42,4 kvadrat metr yaşayış, 40,3 kvadrat metr köməkçi sahədən ibarət fərdi yaşayış evini xx xxxx 2006-cı il tarixli, AN-İ ******* №-li alğı-satqı Müqaviləsinə əsasən ünvan 2 A ünvanda yaşayan X2 almış, Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx xxxx 2006-cı il tarixli, ******* N-li.MH seriyalı Çıxarışa əsasən həmin ünvanda yerləşən fərdi yaşayış evi tam mülkiyyət hüququ ilə ona məxsusdur. Bütün bunlara baxmayaraq onun mülkiyyətində olan göstərilən torpaq sahəsi Cavabdeh1, Cavabdeh2 qızı, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 2006-cı ilin aprel-may aylarında özbaşına zəbt edərək qanuna zidd olaraq özbaşına tikinti işləri aparmış və həmin tikilidə yaşamışlar. Həyat yoldaşı Mürsəlov Fuad onun xəbəri olmadan hal-hazırda ona məxsus torpaq sahəsini etibarnamə vasitəsilə satmışdır. Daha sonradan bu barədə məlumatı olduqdan sonra etibarnaməni ləğv etdirmiş, elə bu səbəbdən də Mürsəlov Fuad ilə gərgin olan münasibətləri daha da pozulmuş, keçmiş həyat yoldaşı 2005-ci il tarixdə Rusiya Federasiyasına getmiş və aralarındakı ailə münasibətlərinin bərpasına ümid yeri olmadığı üçün 2008-ci il tarixdə aralarındakı nikahın pozulmasına dair iddia tələbi ilə məhkəməyə müraciət etmiş və aralarındakı nikaha məhkəmə qaydasında xitam verilmişdir. Mürsəlov Fuad Cavabdeh1 12500 manat miqdarında borc pul götürmüş və sözügedən vəsaiti ödəyə bilmədiyi üçün Cavabdeh1 və onun ailə üzvləri qanunsuz olaraq ona məxsus torpaq sahəsinə daxil olaraq ev tikmişdirlər. Cavabdehlərə dəfələrlə onun mülkiyyətindən çıxmaları və özbaşına tikintiləri sökmələri barədə xəbərdarlıq etsə də heç bir nəticəsi olmamış və əvəzində ona pul təklif etməklə mülkiyyətindən çıxmaqdan yayınmışlar. Belə olduğu halda o, xx xxxxxx 2011-ci il tarixdə Abşeron rayon Məhkəməsinə - ( özbaşına zəbt edilmiş torpaq sahəsindən çıxarılma və aparılmış özbaşına tikintilərin qanunsuz hesab edilərək cavabdehlərin öz hesabına sökülməsi barədə)-iddia ərizəsi ilə müraciət etmiş və Abşeron rayon Məhkəməsinin xx xxxxx 2011-ci il tarixli, 2(012)-346/2011 saylı qətnaməsi ilə iddia ərizəsi üzrə tələbi təmin edilmişdir və cavabdehlərin həmin qətnamədən apellyasiya şikayəti vermək cəhdləri Abşeron rayon Məhkəməsinin və Sumqayıt Apelyasiya Məhkəməsinin qərarları ilə təmin edilməmişdir. Abşeron rayon Məhkəməsinin xx xxxxx 2011-ci il tarixli, 2(012)-346/2011 saylı qətnaməsi üzrə xx xxxxxx 2012-ci il tarixli, 2(012)-346/2012 saylı icra vərəqəsinə əsasən icra başa çatdırılmış və Abşeron rayon Məhkəməsinin xx xxxxx 2011-ci il tarixli, 2(012)-346/2011 saylı qətnaməsi üzrə xx xxxxxx 2012-ci il tarixli,2(012)-346/2012 saylı icra vərəqəsi üzrə icraata xitam verilməsinə dair xx xxxx 2014-cü il tarixli,8(012)-533/2014 saylı qərardad qəbul edilmiş və halhazırda da qüvvəsində qalmışdır. İcra şöbəsi icranı qısa müddətdə təmin edərək cavabdehləri evdən çıxartmış, qarşı tərəf evdən çıxarılarkən ona zərər vurmaq üçün həmin yaşadıqları sahəni tamamilə sökmüş və bərbad vəziyyətə salmışlar. Bundan sonra o, həmin torpaq sahəsində yenidən xərc çəkərək ustalar vasitəsilə yeni tikili aparmış və tam təmirli hissəsinə əşyalar yerləşdirmişdir. xx xxxx 2020-ci il tarixdə yenidən onun mülkiyyətində olan göstərilən torpaq sahəsinə və həmin torpaq sahəsindəki onun tərəfindən inşa edilmiş tikintiyə Cavabdeh1, Cavabdeh2 qızı, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 özbaşına daxil olmaqla zəbt edərək qanuna zidd olaraq həmin tikilidə yaşayırlar. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 Xidmətinə müraciətlərim əsasında Abşeron rayon Polis İdarəsində araşdırılma aparılmış və məhkəməyə müraciət etməklə bağlı hüquqları izah olunmuşdur. İndiki halda şərait dəyişmiş və cavabdehlərin özbaşına daxil olmaqla zəbt etdiyi qanuna zidd olaraq onun mülkiyyətində olan göstərilən torpaq sahəsində olan həmin tikinti artıq onun puluyla inşa edilmişdir və cavabdehlər həmin tikilidə yaşayırlar. 2020-ci ilin iyun ayında Cavabdeh1 yenidən qanunsuz olaraq həmin evə basqın etmişdir. Keçmiş həyat yoldaşı Mürsəlov Fuad artıq Rusiya Federasiyasından qayıtmışdır və vərəm xəstəsidir. Uşaqlarının atası olduğuna və getməyə yeri olmadığına görə həyətində yerləşən evində yaşaması üçün bir otaq vermişdir. Lakin onun Cavabdeh1 Fuada verdiyi hər hansı pul vəsaitindən əvvəl xəbəri olmamış və Fuadın pulu hara sərf etməsi barədə heç bir məlumatı yoxdur. Qeyd olunanlara əsasən o, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. İddiaçı vəkili-nümayəndəsi X11 iddiaçının izahatının məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh1 məhkəmə iclasında izahatında bildirdi ki, o, iddiaçının keçmiş həyat yoldaşı Mürsəlov Fuada 2002-ci il tarixdə 15000 ABŞ dolları məbləğində pul vermişdir. Bunun müqabilində Fuad torpaq sahəsini etibarnamə ilə ona satmışdır. 2002-ci ildən evin tikintisinə başlamış, 2003-cü ildə bitirmişdir. 2003-cü ildən bugünədək öz tikdiyi evdə yaşayır. Buna qonşularda şahiddir. Daha sonra Fuad onunla olan etibarnaməni ləğv edərək torpağı başqasına satmışdır. O, 15000 ABŞ dolları pulun Fuadan tələb edilməsinə dair Abşeron Rayon Məhkəməsində iddia qaldırmış və iddiasının təmin edilməsinə baxmayaraq pul ona qaytarılmamışdır. Evin onun tərəfindən tikilməsinə dair fotoşəkillər də vardır. İddiaçı ilə Mürsəlov Fuad boşansa da, bu həqiqətə uyğun deyil. O, 2011-ci ildə Fuaddan pulu tələb edəndə də ona məlum olmuşdur ki, tərəflərin öz aralarında razılaşmaya uyğun olaraq nikah pozulmuşdur. O, ankoloji xəstədir. Bu səbəbdən pulu tələb edə bilməmişdir. Müalicəsinə görə 4 aylıq Qəbələyə getmiş, qayıdanda isə evində başqalarının yaşadığını görmüşdür. Bu səbəbdən həmi şəxslərin əşyalarını küçəyə çıxarmışdır. Qeyd olunanlara əsasən o, iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh4 məhkəmə iclasında izahatında bildirdi ki, 2015-ci ildə onun bacısının öz tikdikləri evdə toyu olmuşdur. Bunu qonşularda təsdiq edə bilərlər. İddiaçı evi sökdüyünü deyirsə, eyni proyektlə necə ev tikə bilər. Qeyd olunanlara əsasən, o, iddianın rədd edilmısni xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə digər cavabdehlər Cavabdeh2 qızı, Cavabdeh3, Cavabdeh5 məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə digər cavabdehlərin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. Məhkəmə iclasında şahid X8 izahatında bildirdi ki, o, məsciddə işləyir və təmizlik işləri ilə məşğul olur. İddiaçı 2015-2016-cı illərdə ona boş evinin olduğunu demişdir. O isə həmin evdə oğlu və yoldaşı ilə 2 il yaşamışdır. O, işdə olarkən cavabdehlər onun əşyalarını küçəyə atmışlar. Məhkəmə iclasında şahid X15 izahatında bildirdi ki, o, usta işləyir. Əvvəllər kirayədə qalırdı. 2015-ci ildən Zərdabdan Bakıya gəlmişdir. Daha sonra iddiaçını tanımış və sözügedən evin təmiri ilə məşğul olmuşdur. Ev iki mərtəbəli idi və hissə-hissə tikilirdi. Məhkəmə iclasında şahid X9 izahatında bildirdi ki, İddiaçı ilə qonşudur. İddiaçı çoxdan orada yaşayır. X1 da evi o tapmışdır və qonşudurlar. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı, 000876 №-li çıxarışının notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, Abşeron rayonu, Xırdalan qəsəbəsi, R.Axundov küçəsi, 1-ci dalanda istifadəsində olan 0.01654 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 42.4 kv.m yaşayış, 40.3 kv.m köməkçi sahədən ibarət 3 A nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə ********* qeydiyyat nömrəsi ilə, xx.xx.2006-cı il tarixdə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 132 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Abşeron Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İ № 154335 saylı nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, X10 ilə İddiaçı arasında olan nikah xx.xx.2012-ci il tarixində pozulmuşdur. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 2(012)-346/2011 saylı, xx xxxxx 2011-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qızı, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı «özbaşına zəbt edilmiş torpaq sahəsindən və həmin torpaq sahəsindəki tikilidən çıxarılma» tələbinə dair iddiası təmin edilmiş, Cavabdeh1, Cavabdeh2 qızı, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 Xırdalan şəhəri, Ruhulla Axundov küçəsi, dalan 1, ev 3 A ünvanında yerləşən torpaq sahəsindən çıxarılmaları və orada aparılmış özbaşına tikintilər qanunsuz hesab edilərək cavabdehlərin öz hesabına sökülməsi qət edilmişdir. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 2(012)-1269/2012 saylı, xx xxxxxxxx 2012-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçılar Cavabdeh1, Cavabdeh2 qızı, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 cavabdehlər İddiaçı və X7 qarşı “pul və dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiasl qismən təmin edilmiş, X3 15000 (on beş min) ABŞ dolları məbləğində pul vəsaiti tutulub ödəniş gününə Azərbaycan Respublikasının milli pul vahidi olan manata məzənnəsi ilə Cavabdeh1 ödənilməsi, Cavabdeh1, Şəfiyev Royal Şöyüb oğlunun, X5, Şəfıyeva Türkan Şöyüb qızının və Cavabdeh4 ünvan 3 ünvanında yerləşən torpaq sahəsindən çıxarılması və orada inşa edilmiş tikililərin qanunsuz hesab edilərək sökülməsi X3 15000 (on beş min) ABŞ dolları məbləğində pul vəsaitinin tutulub ödəniş gününə Azərbaycan Respublikasının milli pul vahidi olan manata məzənnəsi ilə Cavabdeh1 ödənilməsi ilə eyni vaxtda icra edilməsi qət edilmişdir. İş materiallarında olan Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)-405/2013 saylı, xx xxxxx 2013-cü il tarixli qətnaməsindən görünür ki, İddiaçı Abşeron Rayon Məhkəməsinin 2(012)- 1269/2012 saylı, xx xxxxxxxx 2012-ci il tarixli qətnaməsindən verdiyi şikayət qismən təmin edilərək, Abşeron rayon məhkəməsinin xx xxxxxxxx 2012-ci il tarixli qətnaməsinin Cavabdeh1, Şəfiyev Royal Şöyüb oğlunun, X5, Şəfıyeva Türkan Şöyüb qızının və Şəfıyeva Ayşən Şöyüb qızının ünvan 3 ünvanında yerləşən torpaq sahəsindən çıxarılması və orada inşa edilmiş tikililərin qanunsuz hesab edilərək sökülməsi X3 15000 (on beş min) ABŞ dolları məbləğində pul vəsaitinin tutulub ödəniş gününə Azərbaycan Respublikasının milli pul vahidi olan manata məzənnəsi ilə Cavabdeh1 ödənilməsi ilə eyni vaxtda icra edilməsi hissəsinin ləğv edilməsi, həmin göstərişin qətnamənin nəticə hissəsindən xaric olunması qərara alınmışdır. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 8(012)-533/2014 saylı, xx xxxx 2014-cü il tarixli icra sənədi üzrə icraata xitam veriləsi barədə qərardadından görünür ki, Abşeron Rayon İcra Şöbəsinin böyük icra məmuru X12 təqdimatının təmin edilməsi, Abşeron Rayon Məhkəməsinin2(012)-346/2011 saylı, xx xxxxx 2011-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi qərara alınmışdır. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarının araşdırılması nəticəsində müəyyən edildi ki, Abşeron rayonu, Xırdalan şəhəri, Ruhulla Axundov küçəsi, Dalan-1,ev 3A ünvanında yerləşən 428,0 kvadrat metr torpaq sahəsini və üzərində olan 1 mərtəbəli, 2 otaqlı, 42,4 kvadrat metr yaşayış, 40,3 kvadrat metr köməkçi sahədən ibarət fərdi yaşayış evini İddiaçı xx xxxx 2006-cı il tarixli, AN-İ ******* №-li alğısatqı müqaviləsi əsasında almış və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx xxxx 2006-cı il tarixli, ******* N-li, MH seriyalı çıxarışa əsasən həmin ünvanda yerləşən fərdi yaşayış evinə İddiaçı tam mülkiyyət hüququ əldə etmiş, hal-hazırda cavabdehlərin sözügedən torpaq sahəsində tikilmiş evdə yaşamaları üçün hər hansı bir hüquqi əsas müəyyən edilmir, cavabdehlər Cavabdeh1, Cavabdeh2 qızı, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 özbaşına zəbt edilmiş iddiaçıya məxsus torpaq sahəsindən və həmin torpaq sahəsindəki tikintidən könüllü çıxmamaları İddiaçı daxili və beynəlxalq qanunvericiliklə qorunan mülkiyyət hüququnun pozulması ilə nəticələnir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İV bəndlərinə görə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1 və 152.5-ci maddələrinə görə mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətlərinə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarım pozmasın yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 153.3-ci maddəsinə görə əmlakın fiziki və ya hüquqi şəxsin mülkiyyətində, Azərbaycan Respublikasının və ya bələdiyyələrin mülkiyyətində olmasından asılı olaraq əmlaka mülkiyyət hüququnun əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam hüququnun əldə edilməsi və ona xitam verilməsi xüsusiyyətləri yalnız qanunla müəyyənləşdirilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakım geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 164.1-ci maddəsinə görə sahibin iradəsi olmadan sahiblikdən məhrum etmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Həmin Məcəllənin 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən də, “hər bir fiziki'və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kiırz istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həmdə qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorun- maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhkəmə yuxarıda qeyd olunan qanunvericilik normalarına istinad edərək hesab edir ki,cavabdehlərin İddiaçı məxsus olan Abşeron rayonu, Xırdalan qəsəbəsi, R.Axundov küçəsi, 1-ci dalanda istifadəsində olan torpaq sahəsində tikilmiş yaşayış evini zəbt etməsi sonuncunun öz əmlakına sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüququnu pozur və buna görə də cavabdehlər Cavabdeh1, Cavabdeh2 qızı, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı, 000876 №-li çıxarışla İddiaçı məxsus Abşeron rayonu, Xırdalan qəsəbəsi, R.Axundov küçəsi, 1-ci dalanda istifadəsində olan torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evindən çıxarılmalıdırlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 qızı, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 İddiaçı məxsus Abşeron rayonu, Xırdalan qəsəbəsi, R.Axundov küçəsi, 1-ci dalanda olan torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evindən çıxarılsınlar. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar