Məhkəmə qərarları › İş №2(102)-3161/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-3161/2020

03.06.2020 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3161/2020 03.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, X6 və X7 ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, ilkin iddia üzrə Cavabdeh və vəkili X2 iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(060)1182/2019, hakim C.B.Məmmədov) İddiaçı Cavabdeh qarşı iddiası təmin edilmiş, Cavabdeh İddiaçı birgə mülk iyyət hüququ ilə məxsus Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən yaşayış sahəsindən və həmin yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsindən məcburi çıxarılması qət edilmiş, Cavabdeh İddiaçı qarşı istifadə hüququnun tanınması və bağ evinin tikintisi üçün çəkilmiş 30.000 manat xərcin ödənilməsi tələbinə dair qarşılıqlı iddiası rədd edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(105)-3715/2019, hakimlər T.Q.Məmmədov, Ş.R.Abasov və A.Ə.Abbasov) Cavabdeh apellyasiya şikayəti qismən təmin edilmiş, qətnamə ləğv edilmiş, İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən və yaşayış evindən çıxarılma tələbinə dair iddiası rədd edilmiş, Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddiası qismən təmin edilmiş, Cavabdeh Sumqayıt şəhəri, Novxan ı bağlar massivində yerləşən bağ evindən istifadə hüququnun tanınması qət edilmiş, qarşılıqlı iddia qalan hissədə rədd edilmişdir. Həmin qətnamədən İddiaçı verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib ilkin iddianın təmin edilməsi və qarşılıqlı iddianın baxılmamış saxlanılması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: xx xxxxxxxx 1986-cı il tarixli bağ sahələrinin, tikililərin uzun müddətli icarəyə verilməsi haqqında müqaviləsinə əsasən Sumqayıt şəhəri, Novxanı bağlar massivi, 1 otaqdan, ümumi sahəsi 16 kv.metrdən ibarət olan 4733V saylı bağ evi və 0,25 ha torpaq sahəsi 10 il müddətinə Kitabəliyev Həsən Kitabəli oğlunun icarəsinə verilmiş, xx xxxx 2018-ci il tarixdə həmin bağ evi və torpaq sahəsi birgə mülkiyyət hüququ ilə İddiaçı, X4, X3 və X1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. xx xxxxxx 2019-cu il tarixdə İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ünvan 1 ünvanında yerləşən yaşayış sahəsindən və həmin yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia ilə məhkəməyə müraciət edərək onun Sumqayıt şəhəri, Novxanı bağlar massivində yerləşən 4733V saylı bağ evindən istifadə hüququnun tanınması və bağ evinin tikintisinə çəkdiyi 30.000 manat məbləğində xərcin İddiaçı onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə qarşı etirazlar və məhkəmə iclasında iştirak edən şəxşlərin izahatları Kassator şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuş, iş üzrə əhəmiyyət kəsb edən hallara düzgün hüquqi qiymət verilməmiş, yaşayış sahəsindən istifadə hüququnun tanınması barədə qarşılıqlı iddianın həmin əmlakın birgə mülkiyyətçilərdən yalnız birinə qarşı qaldırılması nəzərə alınmamışdır. Qarşılıqlı iddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz vermişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş kassator məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyasının iclasında qarşılıqlı iddiaçı və vəkili kassasiya şikayətini əsassız edərək təmin edilməməsini xahiş etdilər. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti təmin e dilmədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiya məhkəməsi apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. Apellyasiya məhkəməsi tərəfindən araşdırılmış sübutların məcmusu ilə müəyyən edilmişdir ki, Sumqayıt şəhəri, Novxanı bağ massivi, 4733V saylı bağ sahəsinin icarədarı Kitabəliyev Həsən Kitabəli oğlu olmuş və Kitabəliyev Həsən Kitabəli oğlu 1976-cı ildə Sargül Məlik qızı ilə faktiki nikaha daxil olaraq ailə qurmuş, faktiki nikahlarında n Sevil adlı uşaqları anadan olmuşdur. Sargül Məlik qızının əvvəlki nikahından Sərxan adlı övladı olmuş, 1976-cı ildə Kitabəliyev Həsən Kitabəli oğlu ilə faktiki nikaha daxil olduqdan sonra Sargül Məlik qızı övladı Sərxan ilə birlikdə icarədarın razılığı ilə mübahisəli bağ evinə köçərək orada yaşamışdır. Cavabdeh xx.xx.1990-cı ildə Sərxan Əliyevlə rəsmi nikah qeydiyyatından keçməklə ailə quraraq və həmin vaxtdan mübahisəli bağ evinə köçmüş və bağ evinin icarədarı ilə birlikdə həmin evdə yaşayaraq ümumi təsərrüfatı idarə etmişdir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, hazırki mənzil hüquq münasibətləri xx xxxxxxx 2009-cu il tarixədək əmələ gəldiyindən hazırki mübahisəyə həmin dövrdə qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin normaları tətbiq edilməklə hüquqi qiymət verilməl idir. xx xxxxxxx 2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 53-cü maddəsinin 1-ci hissəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həmin maddənin 3-cü hissəsində göstərilmişdir ki, icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 54-cü maddəsinin 3-cü hissəsinə əsasən, icarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Apellyasiya məhkəməsi hesab etmişdir ki, Cavabdeh bağ evinin icarədarı Kitabəliyev Həsən Kitabəli oğlu ilə birlikdə uzun müddət mübahisəli evdə yaşayaraq birgə təsərrüfat apardığından, onun ailə üzvü hesab edilməsi üçün qanunla nəzərdə tutulan əsaslar mövcud olmaqla, Cavabdeh mübahisəli bağ evindən istifadə hüququ əldə etmişdir. Cavabdeh mübahisəli bağ evindən və həmin bağ evinin yerləşdiyi torpaq sahəsindən çıxarılması tələbinə dair İddiaçı iddiasına gəldikdə isə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 156-cı maddəsinin tələblərinə görə qarşılıqlı iddianın təmin edilməsi ilk iddianın təmin edilməsini aradan qaldırır. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanu nvericiliyin tələblərinə uyğun olmaqla maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş kassasiya şikayətinin dəlilləri mahiyyətcə düzgün olan qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar