Məhkəmə qərarları › İş №2(105)-1852/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1852/2021

26.07.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1852/2021 26.07.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X11 Tağızadənin sədrliyi və məruzəsi, X1 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Rəsul Yasər oğlu Məmmədovun katibliyi, İddiaçı: İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh5 Söyüb oğluna, Cavabdeh3 Söyüb qızına, Cavabdeh2 qızına, Cavabdeh4 Söyüb qızına və X9 qarşı özbaşına zəbt edilmiş torpaq sahəsindən və həmin torpaq sahəsindəki tikilidən çıxarılma tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 12 fevral 2021-ci il tarixli qətnaməsindən cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Abşeron Rayon Məhkəməsinin 12 fevral 2021-ci il tarixli qətnaməsi ilə (hakim E.T.Məmmədov) iddianın təmin edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2 qızı, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 İddiaçı məxsus Abşeron rayonu, Xırdalan qəsəbəsi, R.Axundov küçəsi, 1-ci dalanda olan torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evindən çıxarılması qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 qızı, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 özbaşına zəbt edilmiş ona məxsus Abşeron rayonu, Xırdalan qəsəbəsi, R.Axundov küçəsi, 1-ci dalanda olan torpaq sahəsindən və həmin torpaq sahəsindəki tikintidən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, ünvan 1 ünvanında yerləşən 428,0 kvadrat metr torpaq sahəsini və üzərində olan 1 mərtəbəli, 2 otaqlı, 42,4 kvadrat metr yaşayış, 40,3 kvadrat metr köməkçi sahədən ibarət fərdi yaşayış evini 01 mart 2006cı il tarixli, AN-İ ******* №-li alğı-satqı Müqaviləsinə əsasən ünvan 2 ünvanda yaşayan X2 almış, Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən 05 iyun 2006-cı il tarixli, ******* N-li.MH seriyalı Çıxarışa əsasən həmin ünvanda yerləşən fərdi yaşayış evi tam mülkiyyət hüququ ilə ona məxsusdur. Bütün bunlara baxmayaraq onun mülkiyyətində olan göstərilən torpaq sahəsi Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 2006-cı ilin aprel-may aylarında özbaşına zəbt edərək qanuna zidd olaraq özbaşına tikinti işləri aparmış və həmin tikilidə yaşamışlar. Həyat yoldaşı Mürsəlov Fuad onun xəbəri olmadan hal-hazırda ona məxsus torpaq sahəsini etibarnamə vasitəsilə satmışdır. Daha sonradan bu barədə məlumatı olduqdan sonra etibarnaməni ləğv etdirmiş, elə bu səbəbdən də F.Mürsəlov ilə gərgin olan münasibətləri daha da pozulmuş, keçmiş həyat yoldaşı 2005-ci il tarixdə Rusiya Federasiyasına getmiş və aralarındakı ailə münasibətlərinin bərpasına ümid yeri olmadığı üçün 2008-ci il tarixdə aralarındakı nikahın pozulmasına dair iddia tələbi ilə məhkəməyə müraciət etmiş və aralarındakı nikaha məhkəmə qaydasında xitam verilmişdir. F.Mürsəlov Cavabdeh1 12500 manat miqdarında borc pul götürmüş və sözügedən vəsaiti ödəyə bilmədiyi üçün Cavabdeh1 və onun ailə üzvləri qanunsuz olaraq ona məxsus torpaq sahəsinə daxil olaraq ev tikmişdirlər. Cavabdehlərə dəfələrlə onun mülkiyyətindən çıxmaları və özbaşına tikintiləri sökmələri barədə xəbərdarlıq etsə də heç bir nəticəsi olmamış və əvəzində ona pul təklif etməklə mülkiyyətindən çıxmaqdan yayınmışlar. Belə olduğu halda o, 11 yanvar 2011-ci il tarixdə Abşeron rayon Məhkəməsinə - ( özbaşına zəbt edilmiş torpaq sahəsindən çıxarılma və aparılmış özbaşına tikintilərin qanunsuz hesab edilərək cavabdehlərin öz hesabına sökülməsi barədə)-iddia ərizəsi ilə müraciət etmiş və Abşeron Rayon Məhkəməsinin 14 aprel 2011-ci il tarixli, 2(012)-346/2011 saylı qətnaməsi ilə iddia ərizəsi üzrə tələbi təmin edilmişdir və cavabdehlərin həmin qətnamədən apellyasiya şikayəti vermək cəhdləri Abşeron Rayon Məhkəməsinin və Sumqayıt Apelyasiya Məhkəməsinin qərarları ilə təmin edilməmişdir. Abşeron Rayon Məhkəməsinin 14 aprel 2011-ci il tarixli, 2(012)-346/2011 saylı qətnaməsi üzrə 15 avqust 2012-ci il tarixli, 2(012)- 346/2012 saylı icra vərəqəsinə əsasən icra başa çatdırılmış və Abşeron Rayon Məhkəməsinin 14 aprel 2011-ci il tarixli, 2(012)-346/2011 saylı qətnaməsi üzrə 15 avqust 2012-ci il tarixli, 2(012)-346/2012 saylı icra vərəqəsi üzrə icraata xitam verilməsinə dair 04 iyul 2014-cü il tarixli, 8(012)-533/2014 saylı qərardad qəbul edilmiş və hal-hazırda da qüvvəsində qalmışdır. İcra şöbəsi icranı qısa müddətdə təmin edərək cavabdehləri evdən çıxartmış, qarşı tərəf evdən çıxarılarkən ona zərər vurmaq üçün həmin yaşadıqları sahəni tamamilə sökmüş və bərbad vəziyyətə salmışlar. Bundan sonra o, həmin torpaq sahəsində yenidən xərc çəkərək ustalar vasitəsilə yeni tikili aparmış və tam təmirli hissəsinə əşyalar yerləşdirmişdir. 10 iyun 2020-ci il tarixdə yenidən onun mülkiyyətində olan göstərilən torpaq sahəsinə və həmin torpaq sahəsindəki onun tərəfindən inşa edilmiş tikintiyə Cavabdeh1, Cavabdeh2 qızı, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 özbaşına daxil olmaqla zəbt edərək qanuna zidd olaraq həmin tikilidə yaşayırlar. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 Xidmətinə müraciətlərim əsasında Abşeron rayon Polis İdarəsində araşdırılma aparılmış və məhkəməyə müraciət etməklə bağlı hüquqları izah olunmuşdur. İndiki halda şərait dəyişmiş və cavabdehlərin özbaşına daxil olmaqla zəbt etdiyi qanuna zidd olaraq onun mülkiyyətində olan göstərilən torpaq sahəsində olan həmin tikinti artıq onun puluyla inşa edilmişdir və cavabdehlər həmin tikilidə yaşayırlar. 2020-ci ilin iyun ayında Cavabdeh1 yenidən qanunsuz olaraq həmin evə basqın etmişdir. Keçmiş həyat yoldaşı F.Mürsəlov artıq Rusiya Federasiyasından qayıtmışdır və vərəm xəstəsidir. Uşaqlarının atası olduğuna və getməyə yeri olmadığına görə həyətində yerləşən evində yaşaması üçün bir otaq vermişdir. Lakin onun Cavabdeh1 Fuada verdiyi hər hansı pul vəsaitindən əvvəl xəbəri olmamış və Fuadın pulu hara sərf etməsi barədə heç bir məlumatı yoxdur. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdehlər Cavabdeh1 və qeyriləri apellyasiya şikayətini onunla əsaslandırmışlar ki, o, iddiaçının keçmiş həyat yoldaşı Mürsəlov Fuada 2002-ci ildə 15000 ABŞ dolları məbləğində pul vermişdir. Bunun müqabilində Fuad torpaq sahəsini etibarnamə ilə ona satmışdır. 2002-ci ildən evin tikintisinə başlamış, 2003-cü ildə bitirmişdir. 2003-cü ildən bugünədək öz tikdiyi evdə yaşayır. Buna qonşularda şahiddir. Daha sonra Fuad onunla olan etibarnaməni ləğv edərək torpağı başqasına satmışdır. O, 15000 ABŞ dolları pulun Fuaddan tələb edilməsinə dair Abşeron Rayon Məhkəməsində iddia qaldırmış və iddiasının təmin edilməsinə baxmayaraq pul ona qaytarılmamışdır. Evin onun tərəfindən tikilməsinə dair fotoşəkillər də vardır. İddiaçı F.Mürsəlovla boşansa da, bu həqiqətə uyğun deyil. O, 2011-ci ildə Fuaddan pulu tələb edəndə də ona məlum olmuşdur ki, tərəflərin öz aralarında razılaşmaya uyğun olaraq nikah pozulmuşdur. O, ankoloji xəstədir. Bu səbəbdən pulu tələb edə bilməmişdir. Müalicəsinə görə 4 aylıq Qəbələyə getmiş, qayıdanda isə evində başqalarının yaşadığını görmüşdür. İddiaçı onlar tərəfindən tikilmiş evin sökülməsini tələb edir və saxta sənədlərlə qətnamə qəbul edilmişdir. Bu barədə müxtəlif hüquq mühafizə orqanlara müraciət etmişlər, lakin məhkəmə bunları nəzərə almamışdır. Abşeron Rayon Məhkəməsinin 12 fevral 2021-ci il tarixli 2(012)-566/2021 saylı qətnaməsini tamamilə ləğv edib və bu iş üzrə icraata xitam verilməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişlər. İddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etmədi, məhkəmə tərəfindən heç bir qanun pozuntusunun olmamasını bildirdi və qətnamənin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. İş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh5 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası məruzəçi hakimi, tərəfin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməməlidir, apellyasiya şikayəti isə təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia ərizəsini təmin edərkən, iddiaçının mülkiyyətində olan torpaqda cavabdehlər tərəfindən qanunsuz tikilinin aparılmasına və həmin tikilinin könüllü sökülməsindən imtina edilməsinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsassız olmaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına uyğundur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 və qeyrilərinin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı, 000876 №-li çıxarışının surətindən görünür ki, Abşeron rayonu, Xırdalan qəsəbəsi, R.Axundov küçəsi, 1-ci dalanda istifadəsində olan 0.01654 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 42.4 kv.m yaşayış, 40.3 kv.m köməkçi sahədən ibarət 3 A nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə ********* qeydiyyat nömrəsi ilə, 05.06.2006-cı il tarixdə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 132 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan Abşeron Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İ № 154335 saylı nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, F.Z.Mürsəlov ilə İddiaçı arasında olan nikah 01.12.2012-ci il tarixində pozulmuşdur. İşə əlavə olan Abşeron Rayon Məhkəməsinin 2(012)-346/2011 saylı, 14 aprel 2011-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, A.S.Şəfiyeva və Cavabdeh5 qarşı «özbaşına zəbt edilmiş torpaq sahəsindən və həmin torpaq sahəsindəki tikilidən çıxarılma» tələbinə dair iddiası təmin edilmiş, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 Xırdalan şəhəri, Ruhulla Axundov küçəsi, dalan 1, ev 3 A ünvanında yerləşən torpaq sahəsindən çıxarılmaları və orada aparılmış özbaşına tikintilər qanunsuz hesab edilərək cavabdehlərin öz hesabına sökülməsi qət edilmişdir. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 2(012)-1269/2012 saylı, 21 sentyabr 2012-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçılar Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 cavabdehlər İddiaçı və F.Z.Mürsəlova qarşı “pul və dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası qismən təmin edilmiş, F.Z.Mürsəlovdan 15000 (on beş min) ABŞ dolları məbləğində pul vəsaiti tutulub ödəniş gününə Azərbaycan Respublikasının milli pul vahidi olan manata məzənnəsi ilə Cavabdeh1 ödənilməsi, Cavabdeh1, Cavabdeh5, K.R.Şəfıyevanın, T.Ş.Şəfıyevanın və Cavabdeh4 ünvan 3 ünvanında yerləşən torpaq sahəsindən çıxarılması və orada inşa edilmiş tikililərin qanunsuz hesab edilərək sökülməsi F.Z.Mürsəlovdan 15000 (on beş min) ABŞ dolları məbləğində pul vəsaitinin tutulub ödəniş gününə Azərbaycan Respublikasının milli pul vahidi olan manata məzənnəsi ilə Cavabdeh1 ödənilməsi ilə eyni vaxtda icra edilməsi qət edilmişdir. İş materiallarında olan Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)-405/2013 saylı, 09 aprel 2013-cü il tarixli qətnaməsindən görünür ki, İddiaçı Abşeron Rayon Məhkəməsinin 2(012)-1269/2012 saylı, 21 sentyabr 2012-ci il tarixli qətnaməsindən verdiyi şikayət qismən təmin edilərək, Abşeron Rayon Məhkəməsinin 21 sentyabr 2012-ci il tarixli qətnaməsinin Cavabdeh1, X7, X4, X5 və X6 ünvan 3 ünvanında yerləşən torpaq sahəsindən çıxarılması və orada inşa edilmiş tikililərin qanunsuz hesab edilərək sökülməsi X3 15000 (on beş min) ABŞ dolları məbləğində pul vəsaitinin tutulub ödəniş gününə Azərbaycan Respublikasının milli pul vahidi olan manata məzənnəsi ilə Cavabdeh1 ödənilməsi ilə eyni vaxtda icra edilməsi hissəsinin ləğv edilməsi, həmin göstərişin qətnamənin nəticə hissəsindən xaric olunması qərara alınmışdır. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 8(012)-533/2014 saylı, 04 iyul 2014-cü il tarixli icra sənədi üzrə icraata xitam veriləsi barədə qərardadından görünür ki, Abşeron Rayon İcra Şöbəsinin böyük icra məmuru X12 təqdimatının təmin edilməsi, Abşeron Rayon Məhkəməsinin2(012)-346/2011 saylı, 14 aprel 2011-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi qərara alınmışdır. Belə ki, iş materiallarının araşdırılması nəticəsində müəyyən edildi ki, ünvan 1 ünvanında yerləşən 428,0 kvadrat metr torpaq sahəsini və üzərində olan 1 mərtəbəli, 2 otaqlı, 42,4 kvadrat metr yaşayış, 40,3 kvadrat metr köməkçi sahədən ibarət fərdi yaşayış evini İddiaçı 01 mart 2006-cı il tarixli, AN-İ ******* №-li alğı-satqı müqaviləsi əsasında almış və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 05 iyun 2006-cı il tarixli, ******* N-li, MH seriyalı çıxarışa əsasən həmin ünvanda yerləşən fərdi yaşayış evinə İddiaçı tam mülkiyyət hüququ əldə etmiş, hal-hazırda cavabdehlərin sözügedən torpaq sahəsində tikilmiş evdə yaşamaları üçün hər hansı bir hüquqi əsas müəyyən edilmir, cavabdehlər Cavabdeh1, Cavabdeh2 qızı, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 özbaşına zəbt edilmiş iddiaçıya məxsus torpaq sahəsindən və həmin torpaq sahəsindəki tikintidən könüllü çıxmamaları İddiaçı daxili və beynəlxalq qanunvericiliklə qorunan mülkiyyət hüququnun pozulması ilə nəticələnir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İV bəndlərinə görə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1 və 152.5-ci maddələrinə görə mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətlərinə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarım pozmasın yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 153.3-ci maddəsinə görə əmlakın fiziki və ya hüquqi şəxsin mülkiyyətində, Azərbaycan Respublikasının və ya bələdiyyələrin mülkiyyətində olmasından asılı olaraq əmlaka mülkiyyət hüququnun əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam hüququnun əldə edilməsi və ona xitam verilməsi xüsusiyyətləri yalnız qanunla müəyyənləşdirilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakım geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 164.1-ci maddəsinə görə sahibin iradəsi olmadan sahiblikdən məhrum etmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Həmin Məcəllənin 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən də, “hər bir fiziki'və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” Məhkəmə kollegiyası cavabdeh S.A.Şəfiyevin iddiaçının onlar tərəfindən inşa edilmiş evdən çıxarılması barədə tələbinin qanuna zidd olması barədə dəlili qəbul etmir. Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kiırz istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həmdə qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunmaraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan qanunvericilik normalarına istinad edərək hesab edir ki, cavabdehlərin İddiaçı məxsus olan Abşeron rayonu, Xırdalan qəsəbəsi, R.Axundov küçəsi, 1-ci dalanda istifadəsində olan torpaq sahəsində tikilmiş yaşayış evini zəbt etməsi sonuncunun öz əmlakına sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüququnu pozur və buna görə də cavabdehlər iddiaçıya məxsus Abşeron rayonu, Xırdalan qəsəbəsi, R.Axundov küçəsi, 1-ci dalanda istifadəsində olan torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evindən çıxarılması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni düzgün hesab edir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə kollegiyası tərəfin apellyasiya şikayətində göstərilən digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdehlər Cavabdeh5 Söyüb oğlu, Cavabdeh3 Söyüb qızı, Cavabdeh2 qızı, Cavabdeh4 Söyüb qızı və X8 apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin bu iş üzrə 12 fevral 2021-ci il tarixli 2(012)-566/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar