Məhkəmə qərarları › İş №2(102)-1519/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-1519/2019

04.03.2019 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1519/2019 04.03.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ “04” mart 2019-cu il iş №2(102)-1519/19 Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Ali Məhkəmənin hakimləri Rüstəmov Əli Məhəmməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Cumazadə Ceyhun Rizvan oğlunun katibliyi, İddiaçı vəkili X1, Cavabdeh1 vəkili X4 iştirakları ilə. İddiaçı Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 avqust 2018-ci tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 01 fevral 2018-ci il tarixli qət naməsi ilə (hakim:R.M.Həsənov; 2(003)-29/2018) İddiaçı oğlunun Cavabdeh1 qarşı bağ sahəsi və bağ evindən çıxarılmasına dair iddia tələbi rədd edilmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı qarşı daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın və həmin qeydiyyat əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsinə dair qarşılıqlı iddia ərizəsi rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 avqust 2018-ci tarixli qətnaməsi ilə (hakimlər:R.Ə.Eyvazov (sədrlik edən), S.F.Hacıyev,F.Ş.Talışınski; 2(103)7733/2018) iddiaçı İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, cavabdehlər Cavabdeh1 və iddiaçı Cavabdeh2 apellyasiya şikayəti təmin edilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 01 fevral 2018-ci il tarixli qətnaməsi Cavabdeh1 və bağ evindən çıxarıl ma» tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, cavabdehin ailə üzvləri ilə birlikdə mülkiyyətində olan Bakı şəhəri *************** nömrəli bağ evi ünvanında yerləşən 0,12 ha torpaq sahəsi və ümumi sahəsi 69,1 m2 olan bağ evindən çıxarılması, həmin bağ sahəsi və bağ evinin onun istifadəsinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri **************** saylı bağ sahəsi və üzərindəki tikililər keçmiş X2 və İstismarı Birliyi ilə İddiaçı arasında bağlanmış ******** №-li 26 oktyabr 1993-cü il tarixli müqaviləyə əsasən sonuncuya icarəyə verilmişdir. İddiaçı həmin müqavilə əsasında 30 dekabr 2016-cı il tarixdə öz adına çıxarış almışdır. İddiaçı ilə cavabdehin nikahı Cavabdeh2 İddiaç ı qarşı «daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın və həmin qeydiyyat əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi» barədə iddianın rədd olunması hissəsində ləğv edilmiş, həmin iddia tələbinin təmin olunması, ünvan 2 ünvanında yerləşən 0,12 ha torpaq sahəsi və onun üzərində olan bağ evi üzrə İddiaçı mülkiyyət hüquqlarına dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeyd və həmin qeyd əsasında verilmiş çıxarışın (qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 30.12.2016) etibarsız hesab edilməsi qət edilmişdir. İşin halları İddiaçı Cavabdeh1 qarşı «bağ sahəsi və 2008-ci il ta Həmçinin Cavabdeh1 və Cavabdeh2 İddiaçı qarşı «daşınmaz əmlakın dövlət reyestrində aparılmış eydiyyatın və həmin qeydiyyat əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi» təbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edərək, X2 və İstismarı Birliyi ilə İddiaçı arasında ağlanmış «Bağın icarəyə verilməsi haqqında» ******* №-li 26 oktyabr 1993-cü il arixli müqavilə əsasında Xəzər rayonu ************** saylı bağ evi nvanında yerləşən 0,12 ha torpaq sahəsi və ümumi sahəsi 59,1 kv.m olan bağ evi ə bağlı 30 dekabr 2016-cı il tarixdə İddiaçı adına dövlət eyestrində aparılmış qeydiyyatın və həmin qeydiyyat əsasında İddiaçı ğlunun adına dövlət reyestrindən verilmiş çıxarışın etibarsız hesab edilməsi barədə çarədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi 508A saylı bağ sahəsi və üzərindəki tikililər keçmiş X2 və İstismarı Birliyi ilə İddiaçı arasında bağlanmış ******* №-li 2 6 oktyabr 1993-cü il tarixli müqaviləyə əsasən İddiaçı, Cavabdeh1 və Cavabdeh2 icarəyə verilmişdir. Hazırda mübahisəli bağ sahəsi Cavabdeh1 və Cavabdeh2 sahibliyində və istifadəsindədir. Beləliklə, icarə müqavilədən göründüyü kimi mübahisəli bağ sahəsi təkcə icarədar İddiaçı deyil, müqavilənin bağlandığı tarixdən etibarən onunla birlikdə onun ailə üzvləri olaraq iddiaçıların da icarəsinə verilmişdir. Mübahisəli bağ sahəsi icarə əsasında cavabdehlə birlikdə iddiaçıların da istifadəsində olduğundan və həmin icarə müqaviləsinin yeni müddətə bağlanması yalnız iddiaçıların razılığı olduqda mümkün olduğundan, tarixdə pozulmuşdur. Lakin iddiaçının keçmiş arvadı Cavabdeh1 bağ sahəsini və bağ evini zəbt etmişdir. O, dəfələrlə cavabdehdən bağ evini boşaltmasını tələb etmiş, lakin heç bir nəticəsi ol mamışdır. Cavabdehin hərəkətləri nəticəsində İddiaçı mülkiyyət hüquqları pozulmuşdur. Qeyd edilənlərə əsasən məhkəmədən iddia tələbinin təmin olunması xahiş edilmişdir. mübahisəsizdir ki, onların sözügedən bağ sahəsinə olan əmlak hüquqları qorunmalıdır. Bu səbəbdən iddiaçıların da ən azı cavabdeh qədər həmin bağ sahəsini özəlləşdirməyə hüquqları vardır. Bağ sahəsi icarəyə verildiyi müddətdən onlar cavabdehlə birlikdə icarə müqaviləsi üzrə icarədarın öhdəliklərini icra etmişdir. Bu səbəbdən hesab edir ki, iddiaçılar mübahisəli bağ sahəsinin özəlləşdirilməsinə münasibətdə «qanuni gözlənti» hüququna və bununla da «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsində nəzərdə tutulan mənada «mülkiyyətə» malikdirlər. Lakin cava bdeh iddiaçılara məlumat vermədən və onların razılığı olmadan qanunsuz olaraq mübahisəli bağ sahəsinə dair öz adına çıxarış almışdır.İddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 01 noyabr 2017-ci il tarixli 2(009)4621/2017 saylı qərardadına əsasən iddiaçılar Cavabdeh1 və Cavabdeh2 cavabdeh İddiaçı qarşı «daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın və həmin qeydiyyat əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi» tələbinə dair mülki iş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin icraatında olan 2(003)-5106/2017 saylı işlə birləşdirilib, birgə baxılması məqsədi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 09 yanvar 2018-ci il tarixli, 2(003)-29/2018 saylı qərardadına əsa sən hər iki mülki iş birlikdə baxılması üçün bir icraatda birləşdirilmişdir. Kassasiya şikayətinin dəlilləri İddiaçıkassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia ərizəsinin təmin edilməsini, qarşılıqlı iddia ərizəsinin rədd edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1,152.5,157.2,157.4-cü maddələrinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.3, 13.1, 14.1,14.2, 88, 217.1, 217.1, 217.3-cü maddələrinin, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66, 67, 68.1, 66.2, 84.1-ci maddələrinin, Azərbaycan Respublikası Konstitusiyasının 26, 29-cu maddələrinin tələblərinin pozulması ilə çıxarılmış, işin faktiki halları nəzərə alınmamış, nəticədə əsassız və qanunsuz qətnamə qəbul edilmişdir. Tərəflərin izahatları Məhkəməkollegiyasınıniclasında İddiaçı vəkili X3 kassasiyaşikayətininməzmununauyğunizahatverərək, şikayətintəminedilməsinixahişetdi. Məhkəməkollegiyasınıniclasında Cavabdeh1 vəkili X6 kassasiyaşikayətintəminedilməməsinixahişetdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq cavabdeh və 3-cü şəxs heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəmə si apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisə ilə əlaqədar qəbul edilmiş hüquqi akta təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən, o cümlədən işdə olan Bakı şəhəri Səbail rayonu VVADQ şöbəsi tərəfindən verilmiş M seriyalı ********* №-li 19 yanvar 2008-ci il tarixli nikahın pozulması haqqında şəhadətnaməyə əsasən İddiaçı ilə Cavabdeh1 arasındakı nikah ləğv edilmişdir. Bakı şəhər İcra Hakimiyyəti X2 və İstismarı Bırliyi ilə İddiaçı arasında bağlanmış 26 oktyabr 1993-cü il tarixli ******** №-li müqavilə ilə Mərdəkan qəsəbəsində yerləşən 0,12 ha torp aq sahəsi olan 38a saylı bağ sahəsi, sahəsi 34.3 m2 olan 2 otaqdan ibarət bina və yardımçı binalar N6, onun ilə üzvləri Cavabdeh1 və Ə6 icarəsinə verilmişdir. RX seriyalı ******* №-li çıxarışa əsasən ümumi sahəsi 69.1 kv.m olan Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsində yerləşən ****** saylı bağ evi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində ***** nömrəli reyestr kitabının ******* nömrəli vərəqində 30.12.2016-cı il tarixdə qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: -158.1-ci maddəsinə əsasən mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: - 158.1.1. girov hüququ; - 158.1.2. əmlakdan istifadə hüququ; - 158.2-ci maddəsinə əsasən əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. - 158.4-cü maddəsinə əsas ən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. İş üzrə toplanmış sübutları araşdıran apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, İddiaçı ilə Cavabdeh1 1971-ci il tarixdə ailə qurmaları, 1993-cü ildə, yəni tərəflər birgə nikahda olduqları müddətdə Bakı şəhəri *************************** saylı bağ sahəsi, sahəsi 34.3 kv.m olan 2 otaqdan ibarət bina və yardımçı binalar 26 oktyabr 1993cü il tarixli ********* №-li müqaviləyə əsasən, İddiaçı və onun ailə üzvləri Cavabdeh1 və Cavabdeh2 icarəsinə verilməsi, həmin vaxtdan Cavabdeh1 və Cavabdeh2 həmin daşınmaz əmlakdan istifadə etmələri, birgə təsərrüfat idarə etmələri, hazırda da mübahisəli bağ evində yaşamaları 2008-ci ildə İddiaçı və Cavabdeh1 ilə arasında ol an nikahın pozulması, 30 dekabr 2016-cı il tarixdə isə həmin daşınmaz əmlakın mülkiyyət hüququ üzrə İddiaçı adına dövlət qeydiyyatına alınması, əmlak özəlləşdirilən zamanı Cavabdeh1 və Cavabdeh2 razılığının alınmaması işin mübahisə olunmayan hallarıdır. Cavabdeh tərəfin mübahisəli bağ sahəsindən icarə müqavilənin bağlandığı 1993-cü il tarixdən hal-hazıradək oradan istifadə etməklə həmin bağ sahəsindən istifadə hüququ əldə etmələrinə, bağ evinin İddiaçı mülkiyyətinə keçməsinə baxmayaraq, onların bağ evinə hüquqlarının itirilməməsinə, yəni həmin bağ evinin özəlləşdirilməsindən əvvəl malik olduğu bütün hüquqları hazırda da həyata keçirmək iqtidarındadır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarından görünür ki, İddiaçı iddiasının təmin olunmasına qanun i və faktiki əsasılar yoxdur. İddiaçı lunun mülkiyyətçi hüquqlarına əsaslanması, əmlakdan istifadə hüququ mövcud oian şəxsin hüquqlarının məhdudlaşrılmasına əsas ola bilməz. Birinci instansiya Məhkəməsi Cavabdeh1 və Cavabdeh2 iddiasını add etməkdə haqlı olmamış, maddi hüquq normalarının tələblərini pozmuşdur. Mübahisə obyekti olan bağ sahəsi 1993-cü ildən İddiaçı ilə yanaşı, əmçinin onun ailə üzvləri kimi Cavabdeh1 və Cavabdeh2 lamiq oğlunun da icarəsinə (istifadəsinə) verilmiş, həmin vaxtdan sonuncular jaşınmaz əmlakdan qanuni əsaslarla istifadə edərək, oradan istifadə hüquqları əldə etmişlər. Əsgərov Namiq Lətif oğlu uzun müddət (təqribən 2008-ci ildən etibarən) Qazaxıstan Respublikasında işləməsi ilə əlaqədar mübahisəli bağ sahəsində yaşamamış, oradan daima Cavabdeh1 və Cavabdeh2 istifa də etmişlər. «Torpaq islahatı haqqında» Qanunun 10-cu maddəsinin birinci və ikinci hissəsinə əsasən, həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsibağçılığın hər üzvününmülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatınınidarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinin üçüncü hissəsinə əsasən, bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. «Mənzil fondunun özəlləşdirilməsi haqqında» Qanunun 5-ci maddəsinin birinci hissəsinə əsasən, mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşma çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Belə olan halda apellyasiya instansiyası məhkəməsi düzgün olaraq nəticəyə gəlmişdir ki, işin faktiki hallarından və qanunvericiliyin qeyd edilən normalarından göründüyü kimi, Cavabdeh1 və Cavabdeh2 əmlak hüquqları mövcud olan daşınmaz əmlakın özəlləşdirilməsində iştirak etmək, qanuni gözlənilən mülkiyyət hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını tələb etmək hüquqlarına malik olmuşlar.Onlar qeyd edilən hüquqlarından məhrum ol muş, nəticədə daşınmaz əmlaka qanuni gözlənilən mülkiyyət hüquqları pozulmuşdur. Bu səbəbdən də, İddiaçı mübahisəli əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması qanuni və əsaslı sayıla bilməz. Birinci instansiya məhkəməsi isə qeyd edilən halları nəzərə almamış, maddi hüquq normalarının tələbləri pozulmuşdur. Qətnamə qeyd edilən hissədə əsaslı və qanuni sayıla bilməz, qətnamə həmin hissədə apellyasiya qaydasında ləğv olunmalı, iddia təmin olunmalıdır. İşin şərh olunan hallarını müzakirə edərək məhkəmə kollegiyası nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməklə qanuni və əsaslı qətnamə qəbul edildiyinə görə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Kassasiya şikayətinin dəlilləri əsasız olduğu üçün qanuni və əsaslı olan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də kassasiya şikayəti təmin olunmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının bu iş üzrə 29 avqust 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Əli Rüstəmov Hakimlər: Mehparə Əhmədova Əhməd Nurməmmədov Əsli ilə düzdür: Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi Əli Rüstəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar