Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-53/2022 10.01.2022 QUBA RAYON MƏHKƏMƏSİ Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X30 oğlunun katibliyi, İlk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı vəkili və nümayəndəsi Vəkil, İlk iddia üzrə cavabdehlər (qarşılıqlı iddia üzrə iddiaçılar) Cavabdeh1, Cavabdeh5 və Cavabdeh2 iştirakı ilə, İlk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı ilk iddia üzrə cavabdehlər (qarşılıqlı iddia üzrə iddiaçılar) X19, Cavabdeh2, digər cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 qarşı “kompensasiya ödənilməklə evdən və həyətyanı torpaq sahəsindən çıxarılma” tələbinə dair ilk iddia ərizəsi, qarşılılıqlı iddia üzrə iddiaçılar (ilk iddia üzrə cavabdehlər) X19 və Cavabdeh2 qarşılıqlı iddia üzrə cavabdeh (ilk iddia üzrə iddiaçı) İddiaçı qarşı “yaşadıqları evə çəkilmiş xərclər” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsi binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər X19, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 qarşı “kompensasiya ödənilməklə evdən və həyətyanı torpaq sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 3.000 (üç min) manat kompensasiya ödənilməklə cavabdehlər Cavabdeh1, həyat yoldaşı Cavabdeh2, övladları Cavabdeh3, Cavabdeh4, gəlini Cavabdeh5 və nəvələri Cavabdeh6, Cavabdeh7 ilə birlikdə Quba rayonu Qımıl kəndində yerləşən onun mülkiyyətində olan fərdi yaşayış evindən və 0,13 ha torpaq sahəsindən çıxarılmalarına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən İddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İddiaçı vəkili və nümayəndəsi Vəkil iddianın dəqiqləşdirilməsi ərizəsi ilə məhkəməyə müraciət edərək, 6.000 (altı min) manat kompensasiya ödənilməklə cavabdehlər Cavabdeh1, həyat yoldaşı Cavabdeh2, övladları Cavabdeh3, Cavabdeh4, gəlini Cavabdeh5 və nəvələri Cavabdeh6, Cavabdeh7 ilə birlikdə Quba rayonu Qımıl kəndində yerləşən onun mülkiyyətində olan fərdi yaşayış evindən və 0,13 ha torpaq sahəsindən çıxarılmalarına dair qətnamə qəbul edilməsini xahiş etmişdir İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin RX seriyalı №1324892 saylı Çıxarışına əsasən Quba rayonu Qımıl kəndində 0,13 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində 20.09.2018-ci il tarixdə xüsusi mülkiyyət hüquqi ilə onun adına qeydə alınmışdır. Cavabdehlər Cavabdeh1, həyat yoldaşı Cavabdeh2, övladları Cavabdeh3, Cavabdeh4, gəlini Cavabdeh5 və nəvələri Cavabdeh6, Cavabdeh7 ilə birlikdə heç bir qanuni əsaslar olmadan mülkiyyətçisi olduğu evi özbaşına zəbt edib orada yaşamaqla mülkiyyətçi kimi həmin evə və torpaq sahəsinə olan hüquqlarını məhdudlaşdırmışlar. Evin boşaldıması ilə bağlı dəfələrlə cavabdehlərə etdiyi müraciətlər nəticəsiz qalmış və onlar mülkiyyətində olan evi və torpaq sahəsini boşaltmaqdan imtina etmiş, hətta onun özünü həmin evə buraxmamışlar. Cavabdehlərin evdən çıxarılması ilə bağlı iddiası Quba rayon məhkəməsi tərəfindən təmin edilməmiş və onların mübahisəli evdə əvvəlki mülkiyyətçinin sağlığındakı dövrdən yaşamalarına istinad olunub kompensasiya ödənilməklə evdən çıxarılmalarının mümkünlüyü izah edilmişdir. X19 və Cavabdeh2 İddiaçı qarşı “yaşadıqları evə çəkilmiş xərclər” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qarşılıqlı iddianın təmin edilməsi, onların 1997-ci ildə köçüb uşaqları ilə birlikdə yaşadıqları hazırda iddiaçıya məxsus fərdi yaşayış evinə və onun yerləşdiyi həyətyanı torpaq sahəsinə təmir və yaxşılaşdırılması üçün çəkilmiş 10000 (on min) manatdan çox xərcin və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı alınaraq onlara verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçılar (ilk iddia üzrə cavabdehlər) X19 və Cavabdeh2 qarşılıqlı iddia ərizələrini onunla əsaslandırmışlar ki, ilk iddia üzrə İddiaçı 2019-cu ildə onlara qarşı fərdi yaşayış evindən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, lakin Quba Rayon Məhkəməsinin 2(027)-481/2019 nömrəli, 28 fevral 2019-cu il tarixli qətnaməsinə əsasən İddiaçı iddia tələbi təmin edilməmişdir. Həmin məhkəmə iclasında müəyyən olunmuşdur ki, onlar 1997-ci ildən həmin evdə köçüb yaşamışlar, 24 ildir ki, həmin evdə yaşayan zaman evi təmir etdirmiş, həyətdə tövlə binası tikmiş, evə su və qaz xətti çəkmişlər. Belə ki, bu zaman onların həmin evə istifadə hüquqları olması səbəbindən həmin evdən kompensasiya ödəməklə çıxarılmaqları mümkün olması bildirilmişdir. Qeyd etmişlər ki, onlar 1997-ci ildən həmin evə gələndə ev 1918-ci ildə tikilmiş əsaslı təmir olunmayan bir evə köçmüşlər. Onlar evə köçən zaman evin mülkiyyətçisi olan Əsli uzun illərdir ki, həmin evdə tək yaşamışdır. Həmin evə köçdükdən sonra evin 3 otağını, zalı təmir etdirmiş, həyətin mişar daşından hasar çəkmiş, həyətdə heyvanların saxlanması üçün tövlə binası tikmiş, həyətə uzun məsafədən su çəkdirmişlər. Beləliklə evi köçdükləri vaxtdan orada yaşadıqları bu 22 il ərzində əsaslı təmir etmişlər. Bütün bunları onlar öz əmək haqları ilə etmişlər. Hazırda İddiaçı onları evdən çıxaran zaman onlar da evin təmir olunmuş hissələrini özləri ilə apara bilmədikləri üçün, evin təmirinə çəkilmiş xərclərin əvəzini iddiaçıdan tələb edirlər. Onların hazırda yaşamağa heç bir yerləri yoxdur. Ailəsi genişdir, gərək torpaq sahəsi alaraq həmin torpaq sahəsində fərdi yaşayış evi tiksinlər və sonra hazırkı evdən çıxsınlar. Bu zaman isə onların həmin işləri görməyə maddi imkanları yoxdur. Beləliklə evin 3 otağının təmirinə 1500 manatdan çox, evin və həyətyanı torpaq sahəsinin mişar daşından hasarın çəkilməsinə 2000 manatdan çox, tövlə binasına 2000 manatdan çox, suyun çəkilməsinə 1500 manatdan çox xərc çəkmişlər. Hətta evin digər hissələrinə də xərc çəkmişlər ki, həmin xərci hesablaya bilmirlər. Onlar ailəliklə həmin evə köçdükləri zaman evdə yaşayan xalası Əsli heç bir əmək haqqı almırdı, aldığı cüzi pensiya isə onun dərmanlarına çatmırdı. Məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, ilkin iddia tələbinin təmin olunmasını və qarşılıqlı iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1, Cavabdeh5 Cavabdeh4 və Cavabdeh2 iddia tələbini qəbul edərək, evdən çıxmağa etiraz etmədiklərini, amma kompensasiya məbləği ilə razılaşmayaraq 8000 manat məbləğində kompensasiya istədiklərini bildirmişlər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, Cavabdeh3, Cavabdeh6 və Cavabdeh7 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfləri dinləyib dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ilkin iddia tələbi təmin edilməli və qarşılıqlı iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Quba rayonu, Qımıl kəndində yerləşən 0,13 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 119 m2 olan fərdi yaşayış evi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində **********81-10301 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə 20 sentyabr 2018-ci il tarixdə qeydiyyata alınmaqla, İddiaçı xüsusi mülkiyyətindədir. İş materiallarında olan Quba RİHB-nın Küpçal kənd İƏD üzrə nümayəndəliyinin 07.11.2018-ci il tarixli arayışından görünür ki, nümayəndəliyin Qımıl kəndində İddiaçı mülkiyyətində olan evdə hal-hazırda X19, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 ibarət ailə yaşayır və onların həmin evdə qeydiyyatları yoxdur. İş materiallarında olan Quba rayon Məhkəməsinin 2(027)-481/2019 saylı, 28.02.2019-cu il tarixli qətnaməsi ilə, iddiaçı X3 cavabdehlər Cavabdeh1, Cavabdeh2, X11, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 qarşı evdən və həyətyanı torpaq sahəsindən çıxarılma barədə tələbinə dair iddiası təmin edilməmişdir. İş materiallarında olan 13.06.2016-cı il tarixli arxiv arayışından görünür ki, Quba rayonu Küpçal kənd X8 İcraiyyə Komitəsinin 1966-1968-ci illərə aid Qımıl kəndi üzrə təsərrüfatbaşına kitabında vət. X14 təsərrüfat başçısı olub, onun şəxsi mülkiyyətində 1981-ci ildə tikilmiş yaşayış evi və xüsusi istifadəsində 1966-1967-ci illərdə 0.09 ha, 1968ci ildə 0.13 ha həyətyanı torpaq sahəsi olduğu qeyd edilmişdir. X4 ailə tərkibi X14, X23, X6, Cavabdeh1, X28, X24 və X12 ibarətdir. İş materiallarında olan Quba rayon Qımıl kənd sakinləri X15, X1, X5 tərəfindən tərtib edilmiş və imzaları ilə təsdiq edilmiş aktdan görünür ki, Qımıl kəndində qonşuluqlarında yaşamış X28, 1986-1987-ci illərdən bəri Rusiyada yaşayan tək oğlu Mirzəmmədov Firuzun dəvəti ilə Tümən Vilayətinə gedərək, özünə məxsus evi və mülkünü yaxın qohumuy Cavabdeh1 öhdəsinə vermişdir. 1997-ci ilin fevral ayında Cavabdeh1 yaşadığı ata evindən çıxaraq bibisi X20 istəyi ilə ailəsi ilə birlikdə həmin evə köçürülmüşdür. Hal-hazırda Cavabdeh1 və Cavabdeh4 ailələri ilə birlikdə həmin evdə yaşayırlar. İş materiallarında olan 13.06.2016-cı il tarixli, 1290 saylı arxiv arayışından görünür ki, Quba rayonu, Küpçal kənd Zəhmətkeş Deputatları İcraiyyə Komitəsinin 1966-1968-ci illərə aid Qımıl kəndi üzrə təsərrüfatbaşına kitabında vətəndaş X21 təsərrüfat başçısı olub, onun şəxsi mülkiyyətində 1918-ci ildə tikilmiş yaşayış evi və xüsusi istifadəsində 1966-1967-ci illərdə 0,09 ha, 1968-ci ildə 0,13 ha həyətyanı torpaq sahəsi qeyd edilmişdir. X4 ailə tərkibi aşağıdakı kimidir: X14, X23, X7, Cavabdeh1, X28, X24, X29. İş materiallarında olan X5, X2 və X15 tərəfindən imzalanmış 10.09.2018-ci il tarixli Aktdan görünür ki, həqiqətən Qımıl kəndində qonşuluqlarında yaşamış X28 1986-1987-ci illərdən bəri Rusiyada yaşayan tək oğlu Mirzəmmədov Firuzun dəvəti ilə Tümen vilayətinə gedərkən, özünə məxsus evi və mülkünü yaxın qohumu Cavabdeh1 öhdəsinə vermişdir. 1997-ci ilin fevralında Cavabdeh1 yaşadığı ata evindən bibisi X16 istəyi ilə çıxaraq ailə ilə birlikdə həmin evə köçmüşdür. Hal-hazırda Cavabdeh1 və Cavabdeh4 ailələri ilə birlikdə həmin evdə yaşayırlar. Məhkəmə qeyd edir ki, iddianın əsaslı olub-olmaması ilk növbədə iddiaçının məhkəməyə bildirdiyi faktiki hallar əsasında iddia tələbinin özlüyündə əsaslılığının yoxlanılmasını zəruri edir. Bunun üçün ilk növbədə tələbin qanuni əsası tapılmalıdır. İddianın qanuni əsası dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə, qarşı tərəfdən icranı, müəyyən hərəkətin edilməsini və ya həmin hərəkətdən çəkinməyi tələb etmək imkanı verir. Yəni qanunda elə bir müddəa olmalıdır ki, onun hüquqi nəticəsi ilə iddia tələbi üst-üstə düşsün. İddia tələbinin qanuni əsası tapıldıqdan sonra iddiaçının dəlilləri ilə iddianın qanuni əsasını təşkil edən hüquq normasının dispozisiya şərtlərinin uyğunluğu müəyyən edilməlidir. İşin mübahisəsiz halları ondan ibarətdir ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışa əsasən Quba rayonu, Qımıl kəndində yerləşən 0,13 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 119 m2 olan fərdi yaşayış evi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində **********81-10301 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə 20 sentyabr 2018-ci il tarixdə qeydiyyata alınmaqla, İddiaçı xüsusi mülkiyyətindədir. İddiaçı məhkəmədən, 6.000 (altı min) manat kompensasiya ödənilməklə cavabdehlər Cavabdeh1, həyat yoldaşı Cavabdeh2, övladları Cavabdeh3, Cavabdeh4, gəlini Cavabdeh5 və nəvələri Cavabdeh6, Cavabdeh7 ilə birlikdə Quba rayonu Qımıl kəndində yerləşən onun mülkiyyətində olan fərdi yaşayış evindən və 0,13 ha torpaq sahəsindən çıxarılmasını xahiş edir. Cavabdehlər Cavabdeh1, həyat yoldaşı Cavabdeh2, övladları Cavabdeh3, Cavabdeh4, gəlini Cavabdeh5 və nəvələri Cavabdeh6, Cavabdeh7 ilə birlikdə heç bir qanuni əsaslar olmadan mülkiyyətçisi olduğu evi özbaşına zəbt edib orada yaşamaqla mülkiyyətçi kimi həmin evə və torpaq sahəsinə olan hüquqlarını məhdudlaşdırmışlar. Məhkəmə hesab edir ki, iddiaçının qanunla qorunun mülkiyyət hüquqlarını bərpa edilməsi üçün cavabdehlər Cavabdeh1, həyat yoldaşı Cavabdeh2, övladları Cavabdeh3, Cavabdeh4, gəlini Cavabdeh5 və nəvələri Cavabdeh6, Cavabdeh7 ilə birlikdə Quba rayonu Qımıl kəndində yerləşən onun mülkiyyətində olan fərdi yaşayış evindən və 0,13 ha torpaq sahəsindən kompensasiya ödənilməklə çıxarılmalıdırlar. Belə ki, Quba rayon Məhkəməsinin 2(027)-481/2019 saylı, 28.02.2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmişdir ki, X4 mülkiyyətində Quba rayonu, Qımıl kəndi ərazisində 0,13 ha torpaq sahəsi və onun üzərində fərdi yaşayış evi olub. Həmin ev onun qızı Əsli Kərimovaya, ondan sonra X13 Kərimova, ondan isə həyat yoldaşı İddiaçı keçmişdir. Əsli Kərimova həmin evdə oğlu Rusiyaya gedəndən sonra tək yaşamasın deyə, cavabdehlərdən onunla yaşamasını xahiş etmişdir. Cavabdeh1 1997-ci ildən - artıq 22 ildir ki, ailəsi ilə həmin evdə yaşayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001 -ci il tarixli qərarına əsasən, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Göründüyü kimi, 1997-ci ilin fevralında Cavabdeh1'yaşadığı'ata evindən bibisi X16 istəyi ilə çıxaraq, ailə ilə birlikdə həmin evə köçmüşdür. Hazırda Cavabdeh1 və Cavabdeh4 ailələri ilə birlikdə həmin evdə yaşayırlar. Hazırkı mübahisə ilə bağlı münasibətlər 1997-ci ildə yarandığına görə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarına əsasən, hazırkı 'mübahisənin həllində 01 oktyabr 2009-cu ilədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydaları tətbiq edilməlidir. Həmin Məcəllənin 123-cü maddəsinə görə, yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-buluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Həmin Məcəllənin 53-cü maddəsinə görə, icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-buluğa çatmış ailə üzvləri göstərilən, müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyət daşıyırlar, icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Digər tərəfdən isə cavabdehlər X19 və Cavabdeh2 İddiaçı qarşı “yaşadıqları evə çəkilmiş xərclər” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qarşılıqlı iddianın təmin edilməsi, onların 1997-ci ildə köçüb uşaqları ilə birlikdə yaşadıqları hazırda iddiaçıya məxsus fərdi yaşayış evinə və onun yerləşdiyi həyətyanı torpaq sahəsinə təmir və yaxşılaşdırılması üçün çəkilmiş 10000 (on min) manatdan çox xərcin və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı alınaraq onlara verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə hesab edir ki, qarşılıqlı iddia əsassızdır və təmin edilməməlidir. Belə ki, cavabdehlər mübahisə predmetini təşkil edən evin 3 otağının təmirinə 1500 manatdan çox, evin və həyətyanı torpaq sahəsinin mişar daşından hasarın çəkilməsinə 2000 manatdan çox, tövlə binasına 2000 manatdan çox, suyun çəkilməsinə 1500 manatdan çox xərc çəkdiklərini qeyd etsələr də, bununla bağlı məhkəməyə heç bir sübut təqdim etməmişlər. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1-cm maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin 1-ci hissəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarına əsasən 2001-ci ilin sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Həmin Məcəllənin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır. 2009-cu ilin oktyabr ayının 1-dən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməs Plenumunun 8 oktyabr 2013-cü il tarixli qərarına əsasən yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Kompensasiyanın məbləğini müəyyən etmək məhkəmənin vəzifəsidir. Belə ki, 228.2-ci maddənin şərh edilməsi ilə bağlı Konstitusiya Məhkəməsinin 12.07.2016-cı il tarixli qərarında qeyd olunub ki, kompensasiyanın məbləği iddianın predmetinə daxil deyil, məhkəmə iddia ərizəsində kompensasiyanın məbləğinin göstərilib-göstərilməməsindən asılı olmayaraq, kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit olunan mülkiyyət hüququ üzrə oxşar hüquqi mövqelər ifadə etmişdir. Belə ki, Məhkəmənin presedent hüququna əsasən, 1 saylı Protokolun 1-ci maddəsinin birinci və ən mühüm tələbi ondan ibarətdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır. Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə legitim məqsəd daşımalıdır. 1 saylı Protokolun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur. Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir. Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır (Broniovski Polşaya qarşı iş üzrə Böyük Palatanın 2004-cü il 22 iyun tarixli Qərarı, §147- 148, 150; Skordino İtaliyaya qarşı iş üzrə Böyük Palatanın 2006-cı il 29 mart tarixli Qərarı, § 93). Bu hüquqi mövqelərə əsaslanaraq qeyd olunmalıdır ki, yaşayış sahəsinə mülkiyyət hüququnun qanunverici tərəfindən tənzimlənməsi yaşayış sahəsinin mülkiyyətçisinin ailə üzvləri də daxil olmaqla müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu konstitusiya məqsədinə çatmaq üçün belə tənzimləmə həm də məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması, bu halların əsasında yaranan və ya yarana biləcək müxtəlif halların nəzərə alınması və nəticə etibarilə konstitusiya hüquq və azadlıqlarının əsassız və həddən artıq məhdudlaşdırılmaması məqsədilə differensasiyalaşdırılmış (fərqli) yanaşmanın tətbiq edilməsini mümkün etməlidir. Bundan əlavə, müvafiq hüquq münasibətlərinin iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması qüvvədə olan hüquqi tənzimetmə sisteminin əsasında, bütün hüquq sahələrinin normaları nəzərə alınmaqla həyata keçirilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 8 oktyabr 2013-cü il tarixli Qərarı). Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, iş üzrə müəyyən olunmuş hallara tətbiq edilməli olan yuxarıda göstərilən qanun normalarına uyğun hüquqi qiymət verərək, hesab edir ki, ilkin iddia təmin edilməli, iddiaçı X17 tərəfindən 6.000 (altı min) manat kompensasiya ödənilməklə cavabdehlər Cavabdeh1, həyat yoldaşı Cavabdeh2, övladları Cavabdeh3, Cavabdeh4, gəlini Cavabdeh5 və nəvələri Cavabdeh6, Cavabdeh7 ilə birlikdə Quba rayonu Qımıl kəndində yerləşən onun mülkiyyətində olan fərdi yaşayış evindən və 0,13 ha torpaq sahəsindən çıxarılmalı, X19 və Cavabdeh2 İddiaçı qarşı “yaşadıqları evə çəkilmiş xərclər” tələbinə dair qarşılıqlı iddia ərizəsi isə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. İddiaçı X17 tərəfindən 6.000 (altı min) manat kompensasiya ödənilməklə cavabdehlər Cavabdeh1, həyat yoldaşı Cavabdeh2, övladları Cavabdeh3, Cavabdeh4, gəlini Cavabdeh5 və nəvələri Cavabdeh6, Cavabdeh7 ilə birlikdə Quba rayonu Qımıl kəndində yerləşən onun mülkiyyətində olan fərdi yaşayış evindən və 0,13 ha torpaq sahəsindən çıxarılsınlar. X19 və Cavabdeh2 İddiaçı qarşı “yaşadıqları evə çəkilmiş xərclər” tələbinə dair qarşılıqlı iddia ərizəsi təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Rahim Həsənov
Məhkəmə qərarları › İş №2(027)-53/2022
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-53/2022
10.01.2022 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver